Məhkəmə qərarları › İş №2-2(102)-125/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-125/2023

29.03.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-125/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noy abr tarixli 2-2(103)-1035/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 2021ci il 17 fevral tarixli qərardadına əsasən mübahisənin barışıq sazişi ilə tamamlanması əsası ilə iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-598/2020 saylı, 2020-ci il 16 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, tərəflər ( İddiaçı, Cavabdeh İB) arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin arasında bağlanmış 2020-ci il 14 dekabr tarixli barışıq sazişinin aşağıdaki şərtləri təsdiq edilmişdir: İddiaçı iş üzrə iddia tələbindən imtina edir, təbii qazdan istifadəyə görə yaranmış 36.319,4 manat borcu qəbul edir və hə min məbləğin 10.000 manat hissəsini saziş imzalananadək, saziş imzalandıqdan bir həftə sonra 10.000 manat hissəsini ödəyir, borcun qalan 16.319,4 manat hissəsini isə 3 ay müddətində 2021ci il 21 yanvar tarixində 5.439,8 manat, 2021-ci il 21 fevral tarixində 5.439,8 manat, 2021-ci il 21 mart tarixində 5.439,8 manat olmaqla Cavabdeh İB-nin hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür. 2. 2021-ci il 8 may tarixli razılaşma protokolundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 54.457,4 manat məbləğində borcun olmasını qəbul edir, həmin borcdan ilkin olaraq 5.458 manat ödədikdən sonra qalan 39.999,4 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2021-ci ilin may ayının 18-i 10.000 manat, may ayının 28-i 20.000 manat, iyun ayının 8-i 10.000 manat və iyun ayının 18-də 9.9 99,4 manat olmaqla ödəməyi öhdəsinə götürür.

3. Abonentin saldosundan görünür ki, 2020-ci il 14 dekabr tarixindən sonra yaranmış borc, həmçinin, 2021-ci il 8 may tarixli razılaşma protokoluna əsasən müəyyən olunmuş 54.457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı(bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh İB(bundan sonra-“cavabdeh”) tərəfindən əsassız hesablanmış 35.999,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən çörək sexində fərdi sahibkar kimi 2010-cu ildən fəaliyyət göstərir. Cavabdeh təşkilata mütəmadi olaraq ödənişl ər etməklə, cari ildə 20.720 manat sərfiyyat haqqı ödəmişdir. Lakin, cavabdeh mütənasibsiz olaraq həddindən artıq hesablamalar aparmış və borcu şişirdilmiş halda ona təqdim edərək iddiaçıya məxsus çörək bişirmə sexinə gələn qaz xəttini kəsmişlər. Bundan sonra iddiaçı Cavabdeh İB-nə müraciət etməli olmuş, orada bildirilmişdir ki, qaz xəttinin açılması üçün tərəflər arasında razılaşma müqaviləsi bağlanmalıdır. Sexin işləməsi üçün iddiaçı cavabdehlə razılaşmağa vadar olmuş, sexdə hazırlanmış məhsulların xarab olmaması üçün, həmçinin sahibkar kimi fəaliyyət göstərdiyi üçün müəyyən şəxslər qarşısında öhdəliklərinin olmasını nəzərə almış və əsassız borcun hissə-hissə ödənilməklə 2021-ci il 8 may tarixində razılıq protokolu imzalamaq məcburiyyətində qalmışdır. Həmin protokolda göstərilmişdir ki, iddiaçı 40 gün ərzində 39.999,40 manat pulu cavabdeh təşkilata ödəməlidir. 2021-ci il 21 may tarixdə 4000 manat, son 1 ay ərzində isə cavabdeh təşkilata 12.000 manat qaz sərfiyyatına görə pul ödəmişdir. Cavabdeh İB iddiaçıya artıq borc hesablayaraq sonradan qazın bağlanması ilə onu hədələməsi və nəticədə iddiaçının vəziyyətinin pisləşdirilməsinə səbəb olan razılaşma protokolunu imzalatmışlar. Sahibkara qarşı cavabdeh təşkilatın bu formada hərəkətlər etməsi ölkədə sahibkarlara kömək məqsədi ilə aparılan siyasətə ziddir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-864/2021 saylı, 2021-ci il 28 iyul tarixli müvəqqəti təminat tədbirinə dair qərardadı ilə müəyyən olunmuşdur ki, abonentin saldosuna əsasən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına qədər cəmi 60.863 manat ödəniş edilmişd ir. Eyni zamanda, həmin aylar üzrə qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğ 25.845,6 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğdən 35.017,4 manat artıq ödənilmişdir (60.863- 25.845.6=35.017,4).

7. Tələbin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“Qaz təchizatı haqqında Qanun”) 13.8, 21.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının(bundan sonra-“Qazdan istifadə Qaydaları”) 3.1.7, 4.8, 4.9, 5.2, 5.4, 6.5, 6.7-ci, Qazdan istifadə Qaydalarına 3 nömrəli Əlavənin 2.1.6-cı bəndlərinə istinad edilmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 8 may tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi və hesablanmış 35.999,40 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, tərəflər arasında bağlanmış razılaşma protokolunun icra müddəti bitdiyindən, hazırda o qüvvədən düşmüş sənəddir. Bundan başqa, 2021-ci il ərzində qaz sərfiyyatına dair abonent saldosundan və qərardaddan göründüyü kimi, barışıq sazişi imzalanan zaman iddiaçının sərfiyyata görə 36.340 manat məbləğində borcu artıq mövcud idi. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2020-ci il ərzində 63.647 manat dəyərində təbii qazdan istifadə edilmiş və 36.4 00 manat ödəniş olunmuş, 2021-ci il ərzində 33.296,38 manat dəyərində təbii qazdan istifadə edilmiş, 45863 manat ödəniş olunmuş, 2022-ci ilin may ayına qədər isə 15.565 manat dəyərində təbii qazdan istifadə edilmiş və 16.607 manat məbləğində ödəniş olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli, e-2-2(113)-1907/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir(hakim F.Qasımov).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, silinməsi tələb edilən 35.999,4 manat borcun hansı səbəbdən əsassız hesablanması, cavabdehin hansı hərəkətləri nəticəsində qeyd olunan borcun yaranması və digər hallar əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

12. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 20 21-ci il 17 fevral tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanaraq, İddiaçı iş üzrə iddia tələbindən imtina etmiş, təbii qazdan istifadəyə görə yaranmış 36.319,4 manat borcu qəbul etmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir.

13. Tərəflər arasında barışıq sazişi 2020-ci il 14 dekabr tarixdə bağlandığına görə hazırkı mübahisənin predmetini həmin dövrdən sonra yaranmış borc məbləği təşkil etməlidir. Çünki, barışıq sazişi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq olunduğuna görə həmin dövrə qədər yaranmış borc hazırkı mübahisənin predmetini təşkil edə bilməz.

14. Abonentin saldosundan görünür ki, 2020-ci il 14 dekabr tarixdən sonra yaranmış borc, həmçinin, 2021-ci il 8 may tarixli razılaşma protokoluna əsasən müəyyən olunmuş 54.457,4 manat sayğac göstə ricilərinə əsasən hesablanmış borcdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

15. Borcun silinməsi tələbi ilə yanaşı razılaşma protokolunun etibarsız hesab olunması tələbi irəli sürülsə də, həmin protokol bağlanarkən qanunvericiklə müəyyən edilmiş hansı şərtin irəli sürülməsi əsaslandırılmamışdır və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır.

16. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 337, 385.1, 442, 567, Qazdan istifadə Qaydalarının 5.2, 5.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin(bundan sonra-“MPM”) 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia təl əbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 22(103)-1035/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı §§ 11-15) ilə razılaşmış və bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlil qətnamənin ləğv edilməsi üçün əsas deyildir.

20. İddiaçının işdəki abonent saldosundan görünür ki, onun 2022-ci ilin aprel ayına (iddia qaldırılan tarixə) cavabdehə olan borcu 43.126,78 mana t olmuşdur.

21. Birinci instansya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 2021-ci il 17 fevral tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qanuni qüvvədə olan qərardadı ilə iddiaçının ödəməyi öz üzərinə götürdüyü 36.319,4 manat təbii qazdan istifadəyə görə yaranmış borc MPM-nin 262.4-cü maddəsinə görə yenidən mübahisələndirilə bilməz.

22. Abonent saldosundan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra iddiaçıya akt əsasında hər hansı borc hesablanmamışdır. Müəyyən edilir ki, 2021-ci il 8 may tarixli razılaşma protokolu ilə iddiaçının müəyyən mərhələlərlə ödəməyi öz öhdəsinə götürdüyü 45.457,40 manat borcun bir hissəsi barışıq sazişi ilə təsdiq edilmiş borc, bir hissəsi isə 2021-ci ilin may ayınadək iddiaçıya sayğac göstəriciləri əsasında qazdan istifadəyə görə hesablanmış borcdur.

23. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ona məxsus çörək sexinin qaz təchizatının dayandırılmaması üçün məcburiyyət qarşıqısnda qalaraq 2021-ci il 8 may tarixli razılaşma protokolunu imzalamağa məcbur olduğunu qeyd etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən protokol əsasında iddiaçı üçün hər hansı yeni öhdəlik yaranmamış, qeyd edilən protokolun tərtib edilməsində məqsəd iddiaçının qazdan istifadəyə görə borclarının hissə-hissə ödənilməsinə kreditor (cavabdeh) tərəfindən möhlət verilməsi olmuşdur. Yəni, mübahisələndirilən protokolun şərtləri iddiaçının mənafeyinə uyğun olduğundan həmin razılaşmanı məcburiyyət qarşısında imzala dığına dair iddiaçının dəlilləri əsassız olduğu üçün protokolun etibarsız hesab edilərək 35.999,40 manat borcun silinməsi barədə iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

24. Məhkəmə öz qətnaməsini MM-in 337.1, 337.2, 339.1-ci, Qazdan istifadə Qaydalarının 5.2, 5.5-ci, MPM-in 261.0.5, 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Qətnamə 2022-ci il 17 noyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

26. İddiaçı və onun vəkili kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

27. MPM-in 88-ci maddəsi üzrə: Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə b axarkən qətnamədə göstərmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ona məxsus çörək sexinin qaz təchizatının dayandırılmaması üçün məcburiyyət qarşısında qalaraq 2021-ci il 8 may tarixli razılaşma protokolunu imzalamağa məcbur olduğunu qeyd etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən protokol əsasında iddiaçı üçün hər hansı yeni öhdəlik yaranmamış, qeyd edilən protokolun tərtib edilməsində məqsəd iddiaçının qazdan istifadəyə görə borclarının hissə-hissə ödənilməsinə kreditor (cavabdeh) tərəfindən möhlət verilməsi olmuşdur. Yəni, mübahisələndirilən protokolun şərtləri iddiaçının mənafeyinə uyğun olduğundan həmin razılaşmanı məcburiyyət qarşısında imzaladığına dair iddiaçının dəlilləri əsassız olduğu üçün protokolun etibarsız hesab e dilərək 35.999,40 manat borcun silinməsi barədə iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Bununla bağlı qeyd etmək lazımdı ki, qeyd olunan protokol ilə iddiaçı məcburiyyət qarşısında qalıb yazılmış əsassız və qanunsuz borcu etiraf edərək həmin borcun hissə-hissə ödənilməsinə razılıq vermişdir.İddia ərizəsində göstərildiyi kimi cavabdeh təşkilata mütəmadi olaraq ödənişlər etməklə, cari ildə 20.720 manat sərfiyyat haqqı ödəmişdir. Lakin, cavabdeh mütənasibsiz olaraq həddindən artıq hesablamalar aparmış və borcu şişirdilmiş halda ona təqdim edərək iddiaçıya məxsus çörək bişirmə sexinə gələn qaz xəttini kəsmişlər. Beləcə də iddiaçının sahibkarlıq fəaliyyətinə birbaşa əngəllər yaratmışdır. Həm iddia ərizəmizdə və ona əlavə olunan sənədlərdə həmçinin də apellyasiya şikayətin də açıq aydın cavabdehin qanunsuz hərəkətləri qeyd olunmuş, borcun yaranma səbəbləri göstərilmişdir. Əlavə olaraq da göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 8 may tarixli razılaşma protokolu iddiaçının ağır şəraitə salınaraq imzalanmışdır. Apellyasiya instansiya məhkəməsi isə bu hala bir cümlə ilə qiymət verərək həmin protokolun iddiaçının mənafeyinə uyğun olduğunu yazmışdır. Halbuki, həm iddia ərizəsində həm də apellyasiya şikayətimizdə, eyni zamanda məhkəmə iclasındakı çıxışlarımızda dəfələrlə bildirilmişdir ki, iddiaçı ilkin tələbat məhsulu olan çörək istehsal edir və həmin çörək sexində qazın dayandırılması onun fəaliyyətinin dayandırılmasına, eyni zamanda uzun illər qazandığı müştəri bazasının itirilməsinə və bu sahədə qazandığı gəlirin və reputasiyasının itirilməsin ə gətirib çıxaracaq. Bunun üçün də iddiaçı ağır şəraitə düşüb həmin razılıq protokolunu imzalamağa məcbur qalmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyilik ona görəki, məhkəmə yuxarıda qeyd olunan hallara düzgün qiymət verməmiş və ümumiyyətlə apellyasiya şikayətinə qiymət verməmişdir.

28. MPM-in 392.2-ci maddəsi üzrə: Qeyd olunan qanunun tələbinə baxmayaraq apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini məhz hansı əsasda təmin edilməməsini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti əsassız olduğuna görə təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni ve əsaslı olduğu üçün qüvvədə saxlanılmalıdır.

30. Belə ki, tərəflər ar asında 2020-ci il 14 dekabr tarixində imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 2021-ci il 17 fevral tarixli qərardadına əsasən iddiaçı iş üzrə iddia tələbindən imtina edərək təbii qazdan istifadəyə görə yaranmış 36.319,4 manat borcu qəbul etmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda iddiaçının hazırda mübahisələndirdiyi borc məbləği 2020-ci il 14 dekabr tarixindən sonrakı dövrdə yaranmış borc məbləğidir. Çünki barışıq sazişi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq olunduğuna görə həmin dövrə qədər yaranmış borc hazırki mübahisənin predmetini təşkil edə bilməz. Abonent saldosundan da məlum olduğu kimi 2020-ci il 14 dekabr tarixindən sonra yaranmış borc, həmçinin, 2021-ci il 8 may tar ixli razılaşma protokoluna əsasan müəyyən olunmuş 54.457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim olunmamışdır. Bundan əlavə razılaşma protokolunun etibarsız hesab olunması tələbi ilə bağlı da iddiaçı həmin protokol bağlanarkən qanunvericiliklə müəyyən edilmiş hansı şərtlərin pozulduğunun əsaslandırmamış,həmçinin məhkəmə araşdırmaları zamanı da hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən 2021-ci il 8 may tarixli razılaşma protokolunda iddiaçı üçün hər hansı bir ağırlaşdırıcı şərt, yeni öhdəlik nəzərdə tutulmamış, əksinə həmin protokolun tərtib edilməsində məqsəd iddiaçıın qazdan istifadəyə görə yaranmış borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsi olmuşdur.Yəni mübahisələndirilən protokolun şərtləri iddiaçının mənafeyinə uyğun olduğundan həmin razılaşmanın məcburiyyət qarşısında imzalanmasına dair iddiaçının dəlili əsassızdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd b ağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üç ün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Qazdan istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazı n dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərə findən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi ba ğlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 27-28) iş mater ialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(103)-1035/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən tərəfindən əsassız hesablanmış 35.999,4 manat borcun silinməsini tələb edir.

41. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbini rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 2020-ci il 14 dekabr tarixində imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)130/2021 nömrəli, 2021-ci il 17 fevral tarixli qərardadına əsasən iddiaçı iş üzrə iddia tələbindən imtina edərək təbii qazdan istifadəyə görə yaranmış 36.319,4 manat borcu qəbul etmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda iddiaçının hazırda mübahisələndirdiyi borc məbləği 2020-ci il 14 dekabr tarixindən sonrakı dövrdə yaranmış borc məbləğidir. Çünki barışıq sazişi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq olunduğuna görə həmin dövrə qədər yaranmış borc hazırki mübahisənin predmetini təşkil edə bilməz.

43. Abonent saldosundan da məlum olduğu kimi 2020-ci il 14 dekabr tarixindən sonra yaranmış borc, həmçinin, 2021-ci il 8 may tarixli razılaşma protokoluna əsasan müəyyən olunmuş 54.457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən 20 21-ci il 8 may tarixli razılaşma protokolunda iddiaçı üçün hər hansı bir ağırlaşdırıcı şərt, yeni öhdəlik nəzərdə tutulmamış, əksinə həmin protokolun tərtib edilməsində məqsəd iddiaçıın qazdan istifadəyə görə yaranmış borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsi olmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməklə qətnamə qəbul etmişdir.

46. İddiaçı kassasiya şikayətində qeyd etdiyi dəlilləri apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəy ərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 22(103)-1035/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar