Məhkəmə qərarları › İş №2-2(102)-420/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-420/2023

25.06.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-420/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(104)-118/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra“cavabdeh”) qarşı p ul tələbinə dair iddia ərizəsi ilə 2022-ci il 13 may tarixində Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1 ədəd “NewHolland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 48 530 manat dəymiş maddi ziyanın və 200 manat mediasiya xərcinin-cəmi 48 730 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli, e-2-2(115)-25/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev). İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(115)-25/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmi şdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(104)-118/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommesiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli e-2-2(115)25/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə). İddiaçı tərəfindən həmin qətnamədən 2023-cü il 30 may tarixində verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(104)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. K assasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda iddiaçı kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPMnə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız tərəflər arasında bağlanmış müqavilənin bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair d əlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(104)-118/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Ə.Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar