Məhkəmə qərarları › İş №2-2(102)-350/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-350/2023

19.07.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-350/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Nümayəndə1 Ələsgər oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Nümayəndə1 Ələsgər oğlunun Cavabdehnə qarşı "pul" tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli, 22(103)-61/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 27 mart tarixində bağlanmış KTTX/0419 nömrəli, müddəti 2020-ci il 31 dekabr tarixinədək olan Xidmət müqaviləsinə əsasən, icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Xidmətlərin təhvil-təslim aktı imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir, sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir (müqavilənin 2.4-cü bəndi).

2. İddiaçının c avabdehə təqdim etdiyi 21 ədəd elektron qaiməyə əsasən, 2019-cu il 16 may - 2020-ci il 21 dekabr tarixləri arasında iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir.

3. İşdə olan 12 ədəd mədaxil orderləri və ödəniş tapşırıqlarına əsasən, cavabdeh tərəfindən iddiaçıya cəmi 103.750 manat məbləğdə pul ödənilmişdir. 4. 2020-ci il 31 avqust tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin avqust ayı ərzində, 2020-ci il 30 sentyabr tarixli, 18 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin sentyabr ayı ərzində, 2020-ci il 31 oktyabr tarixli, 19 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin oktyabr ayı ərzində, 2020-ci il 30 noyabr tarixli, 20 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin noyabr ayı ərzində müqaviləyə əsasən, hər ay üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi cavabdehin direktoru M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edilmiş, həmin aktlara əsasən, iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq 2020-ci il 10 sentyabr tarixli, EBAP 829074 nömrəli; 2020-ci il 16 oktyabr tarixli, EBAR 378753 nömrəli; 2020-ci il 11 noyabr tarixli, EBAS 409975 nömrəli və 2020-ci il 21 dekabr tarixli, EBAV 184361 nömrəli elektron qaimələr təqdim edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 6 iyul tarixli pretenziya məktubuna əsasən, cavabdehə hesablanmış 15.800 manat xidmət haqqını bu məktubu aldığı vaxtdan 3 gün müddətinə ödəmək təklif olunmuş, əks təqdirdə tam həcmdə ödənişin, cərimənin, həmçinin nümayəndəyə çəkilə n və məhkəmə xərclərinin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Nümayəndə1 Ələsgər oğlu (bundan sonra – “iddiaçı”) 2021-ci il 6 sentyabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 15.800 manat məbləğdə borcun (xidmət haqqı) və 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı özünə məxsus betonqarışdıran 1 ədəd ** XV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifariş əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Müqaviləyə 2019-cu il 30 dekabr tarixində edilmiş 2 saylı Əlavənin 1-ci bəndinə əsasən, müqavilənin müddəti 2020ci il 31 dekabr tarixinədək uzadılmışdır. 2019-cu il 31 avqust, 2019-cu il 30 sentyabr, 2019- cu il 31 oktyabr, 2019-cu il 30 noyabr və 2019-cu il 10 dekabr tarixli aktlara əsasən, müqavilə əsasında icraçı tərəfindən Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində hər ay işlər tam təmin edilmiş və müqaviləyə əsasən, xidmət haqqı hesablanmış, hesablanmış xidmət haqqına uyğun olaraq hər ay elektron qaimə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin göstərilməsi haqqında göndərilmiş elektron qaimə fakturalar qəbul edilmişdir. Müqavilə üzrə 15.800 manat xidmət haqqı hesablanmış, borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, bu günə kimi həmin borc cavabdeh tərəfindən ödənilməmişdir.

8. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21, 385.1, 430.1, 448.1, 449, 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 26-cı maddələrinə istinad edilmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli, e-2-2(113)-4512/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 15.800 manat və 30 manat dövlət rüsumunun t utularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmiş, cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır.

12. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticəd ə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, 15.800 manat məbləğində ödənilməmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, MPM-in 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli, e-2-2(113)4512/2021 saylı qətnaməsindən 2022-ci il 18 yanvar tarixində apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2022-ci il 4 aprel tarixli, 2-2(103)-277/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsi olmuş, həmin müqaviləyə əsasən, iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir.

17. Cavabdehin apellyasiya şikayətinə əsasən, onun ilk dəlili məhkəmə iclasları barədə məlumatlandırılmaması barədə olmuşdur və bu dəlil iş materialları ilə təkzib olunur. İşin 9, 13, 17 və 47-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən, məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin hüquqi ünvanı olan ünvan 1m olunmuşdur. Əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.

18. Şikayətin işlərin görülməsini təsdiq edən yekun təhvil-təslim aktlarının təqdim edilməməsi barədə dəlili də əsassız olmuşdur. 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcud olmuş, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.

19. Bu mənada, məhkəmə kollegiyası dəlilləri formal olan şikayətlə bütövlükdə razılaşmamışdır. İddiaçı müqavilə üzrə cəmi 119.550 manat dəyərində xidmət göstərdiyini, bunun müqabilində cavabdehin cəmi 103.750 manat məbləğdə pul ödədiyini, 15.800 manat borcunun qaldığını irəli sürmüş, cavabdeh tərəflər arasında xidmət müqaviləsinin bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən işlərin görüldüyünü, özünün müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilə üzrə iddiaçıya borcunun yarandığını və borcunun məbləğini mübahisə etməmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya borcunun yaranması və həmin borcun məbləği tə rəflər arasında müqavilənin bağlanması, iddiaçının ona təqdim etdiyi və 5 gün ərzində etiraz etmədiyi üçün qüvvəyə minən elektron qaimələr, müqavilə üzrə göstərilmiş cəmi 119.550 manat dəyərdə xidmətlərə görə iddiaçıya ödədiyi 103.750 manat məbləğdə pul və xidmətlərin təhvil-təslimi aktları ilə təsdiqini tapmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, MPMin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 a prel tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

22. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-277/2022 saylı qətnaməsindən 2022-ci il 2 iyun tarixində kassasiya şikayəti verərək onun tamamilə ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli, 2-2(102)495/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-277/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün B akı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Şəfiyev).

24. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işdə olan 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcuddur, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konsti tusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

26. İş materiallarında olan ödəniş tapşırığı sənədlərinə əsasən, cavabdeh iddiaçıya xidmətlərin təhvil-təslim aktlarının əhatə etdiyi 2020-c i ilin avqust-oktyabr ayları ərzində ayrı-ayrılıqda müvafiq olaraq 20.000, 4.500, 10.000 manat, dekabr ayı ərzində isə 15.000 manat, beləliklə, həmin dövr ərzində ümumilikdə 49.500 manat vəsait ödəmişdir.

27. Belə olan halda iddia ərizəsində tələb edilən 15.800 manat məbləğdə borcun hansı dövr və hansı təhvil-təslim aktları üzrə yaranması aydın olmamışdır. Halbuki, həmin xüsusat hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, işlərin təhvil verilməsi Yekun Təhvil-Təslim Aktına əsasən həyata keçirilir.

28. Göründüyü kimi, sözügedən aktların tərtib olunması müqavilənin imperativ xarakterli müddəasıdır və tərəflərarası işgüzar münasibətlərdə, ən azından, 2020-ci ilin dörd ayı üzrə belə aktların tərtib olunması təcrübəsi for malaşmışdır. Bu da hər iki tərəfin həmin müqavilə müddəasının formal olaraq kağız üzərində qalmamasına, reallaşmasına önəm verdiklərini göstərir.

29. Buna baxmayaraq 2020-ci ilin avqust-noyabr ayları istisna olmaqla, iddiaçının, tərəflərin əməkdaşlıq etdikləri digər dövrlər üzrə tərtib olunmuş belə təhvil-təslim aktlarını məhkəməyə təqdim etməsi iş materiallarından görünməmişdir.

30. Eyni zamanda, tərəflər arasında işgüzar əməkdaşlığın mübahisəsiz dövrləri (mübahisəsiz ödənişlər) üzrə təhvil-təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul vəsaitinin ödənilib-ödənilməməsinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Halbuki, sözügedən halın aydınlaşdırılması tərəflər arasındakı formalaşmış işgüzar təcrübənin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

31. Odur ki, hazırkı vəziyyətdə iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıbyaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktların tərtib edilib-edilməməsi, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakteri qətnamədən tam aydın olmamışdır. Bu da Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyi nəzərə alınmaqla, iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.

32. Ali Məhkəmə gəldiyi nəticəni MM-in 427.3, 442, 448, 752.1; 753.1-ci maddələr inə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə; MPM-in 14.2, 77.1, 88, 119.1, 217, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Ali Məhkəməsinin qətnaməsi 2022-ci il 23 sentyabr tarixində tərəflərə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli, 2-2(103)-61/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli, e-2-2(113)4512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hak imlər – F.Qasımov və C.Musayeva).

35. Cavabdehin iddiaya birbaşa münasibətinin öyrənilməsi məhkəmə iclaslarında iştirak etməməyi səbəbindən mümkün olmasa da, apellyasiya şikayətinin dəlillərindən dolayı yolla aydın olmuşdur ki, cavabdeh Müqavilənin 2.2-ci və 5.1-ci bəndlərinin nəzərə alınmamasından narazıdır. Müqavilənin 2.2-ci bəndi üzrə cavabdeh hər bir texnika üçün gündəlik xidmət cədvəlinin tərtib edilmədiyinə, 5.1-ci bənd üzrə isə işlərin təhvil verilməsinin hər iki tərəfdən azı iki nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməli olduğuna istinad etmişdir.

36. Buradan müəyyən edilmişdir ki, cavabdeh həm göstərilmiş xidmətlərin birdən çox nəqliyyat vasitəsilə icra edildiyini, həm də işləri icra etmiş nəqliyyat vasitələrinin iddiaçıya aid olmasını qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, Müqavilə əsasında işlərin 9 təhvil-təslim aktı üzrə 2 nəqliyyat vasitəsilə, 12 təhvil-təslim aktı üzrə isə 1 nəqliyyat vasitəsilə iddiaçı tərəfindən icra edildiyi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir.

37. MM-in 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin tələbləri baxımından işin müəyyən olunmuş faktiki hallarına münasibətdə mübahisəyə hüquqi qiymət verərək, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsidir, həmin müqaviləyə əsasən idd iaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir.

38. Məhkəmə iclasları barədə məlumatlandırılmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərinin iş materialları ilə təkzib olunduğu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli, 2-2(102)-495/2022 saylı qərarında təsdiqini tapdığından məhkəmə kollegiyası həmin dəlilin əsassızlığı ilə əlaqədar əlavə əsaslandırma qeyd etmədən Müqavilənin 2.2-ci və 5.1-ci bənd lərinin tələblərinin nəzərə alınmadan qətnamə qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibət bildirməyi prosessual qənaət prinsipi baxımından məqsədə müvafiq hesab etmişdir.

39. Məhkəmə kollegiyası müqavilənin 2.2-ci bəndindəki gündəlik xidmət cədvəlinin tərtib edilməməsi, habelə 5.1-ci bənddəki işlərin təhvil verilməsinin hər iki tərəfdən azı iki nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərinə işdə olan Xidmətlərin təhvil-təslimi aktlarında cavabdeh tərəfindən müəssisənin direktorunun imzası və möhürü ilə təsdiq edilməsi, daha sonra həmin aktlar əsasında iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə fakturaların 21-dən 16-nın tam, 17-ci qaimənin qismən olmaqla, ödənilməli olan ümumi məbləğin çox hissəsinin (103.750*100%/119.550=86,78%) icra edilməsi, yalnız son 4 aktın icra edilməməsinə görə tənqidi yanaşaraq, həmin dəlilləri iddianın əsaslılığının şübhə altına alınması üçün mötəbər hesab etməmişdir.

40. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsindəki ilk icraat zamanı istinad edilmiş 2020-ci il 31 avqust tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin avqust ayı ərzində, 2020-ci il 30 senytyabr tarixli 18 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin sentyabr ayı ərzində, 2020-ci il 31 oktyabr tarixli 19 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin oktyabr ayı ərzində, 2020-ci il 30 noyabr tarixli 20 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin noyabr ayı ərzində 2019-cu il 27 mart tarixli KTTX 27/0419 nömrəli müqaviləyə əsasən hər ay üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi, aktların cavabdehin direktoru M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edildiyi, həmin aktlara əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq EBAP 829074 nömrəli 2020-ci il 10 sentyabr tarixli, EBAR 378753 nömrəli 2020-ci il 16 oktyabr tarixli, EBAS 409975 nömrəli 2020-ci il 11 noyabr tarixli və EBAV 184361 nömrəli 2020-ci il 21 dekabr tarixli elektron qaimə fakturalar təqdim edildiyi qeyd edilsə də, digər aktların iş materiallarında olmaması ilə iddia olunan borcun yaranma əsasının qeyd edilməməsini kassasiya instansiyası məhkəməsi pozuntu kimi müəyyən etmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 2022-ci il 20 sentyabr tarixli, 2-2(102)- 495/2022 saylı qərarındakı göstərişlər üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıb-yaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri qalan dövrlər üzrə də belə aktlar tərtib edib-etmədikləri, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakterinin müəyyən edilməsi istiqamətində təkrar araşdırma aparılmışdır.

42. Təkrar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi təhvil-təslim aktları təhlil edilmiş və müəyyən edilmişdir ki, 2019-cu il 31 mart, 2019-cu il 30 aprel, 2019-cu il 31 may, 2019-cu il 31 iyul, 2020-ci il 31 may, 2020-ci il 30 iyun, 2020-ci il 30 iyul, 2020-ci il 31 avqust, 2020-ci il 30 sentyabr, 2020-ci il 31 oktyabr, 2020-ci il 30 noyabr, 2020-ci il 10 dekabr tarixli Xidmətlərin təhvil-təslim aktlarına görə (12 akt üzrə) 2019-cu il 27 mart tarixli xidmət müqaviləsinə əsasən işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edildiyi qeyd edilsə də, 2019-cu il 31 avqust, 2019-cu il 30 sentyabr, 2019-cu il 31 oktyabr, 2019-cu il 30 noyabr, 2019-cu il 30 dekabr, 2020-ci il 31 yanvar, 2020-ci il 29 fevral, 2020-ci il 31 mart, 2020-ci il 30 aprel tarixli Xidmətlərin təhviltəslim aktlarına görə (9 akt üzrə) işlərin tam təmin edilməsi **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanaşı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra edilmişdir. 43. 9 akt üzrə işlərin təmin edilməsinin 2019-cu il 27 mart tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə uyğun olmaması (işlərin məhz **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə görülməli olması) cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, əksinə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul məbləğlərinin böyük hissəsinin icra edildiyini nəzərə alaraq, MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından məhkəmə kollegiyası işin bu halını icra edilməli olan işin nəqliyyat vasitəsinin sayından və dövlət qeydiyyat nişanından asılı hala gətirilmədiyini, tərəflər arasındakı münasibətdə əsas hədəfin işlərin vaxtında icra edilməsinə yönəldiyi, tərəflər arasında təşəkkül tapmış bu münasibətin onlarda işgüzar adət olaraq fo rmalaşması Müqavilənin 2.1-ci bəndində texnika sözündən əvvəl işlədilmiş “hər bir” ifadəsi birdən çox mənası kimi anlaşıldığından məhkəmə kollegiyasında şübhə doğurmadığından, müqavilənin 1.1-ci bəndindəki işlərin icra edilməsində istifadə ediləcək nəqliyyat vasitəsinin sayının və dövlət qeydiyyat nişanının tərəflərin mülahizəsi üzrə dəyişdirilməsinin yolverilən olması kimi qiymətləndirilir.

44. Təkrar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi təhvil-təslim aktları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 27 mart tarixli, KTTX 27/0419 saylı müqavilənin 2 №-li Əlavəsinə əsasən iddiaçı tərəfindən 2019-cu il 31 mart tarixindən 2020-ci il 10 dekabr tarixədək olan dövrdə 21 akt tərtib edilmişdir. Tərtib edilmiş həmin aktlarla əlaqədar 2019-cu il 16 may tarixindən 2020-ci il 21 dekabr tarixədək olan dövrdə eyni sayda (21) elektron qaimə fakturalar tərtib edilmişdir. Elektron qaimə fakturası tərtib edilməyən təhvil-təslim aktı mövcud olmamışdır. Tərtib edilmiş elektron qaimə fakturalardakı məbləğlər təhvil təslim aktlarındakı məbləğlərlə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 21 ədəd təhvil-təslim aktı və eyni sayda elektron qaimə fakturaya görə ödənilməli olan məbləğ ümumilikdə 119.550 manat təşkil etməli olduğu halda, ödənilmiş məbləğ 103.750 manat təşkil etmişdir. Bu isə cavabdehin iddiaçıya 15.800 manat qalıq borcunun olduğunu təsdiq etmişdir.

45. Elektron qaimə fakturası tərtib edilməyən təhvil-təslim aktlarının mövcud olmadığının müəyyən edilməsi ilə tərəflər arasındakı mübahisəsiz dövrdə mövcud olmuş münasibətlər in borcun tələb olunduğu dövrdə də mövcud olduğu müəyyən edilmişdir ki, bu da öz növbəsində qalıq borcun faktiki və hüquqi əsaslarının icra edilmiş öhdəliklərdən praktiki və işgüzar qayda baxımından heç nə ilə fərqlənmədiyini təsdiq etmişdir.

46. Odur ki, iddiaçının tələb etdiyi borcun həqiqətən yarandığı, bunun hüquqi əsaslarının ödənilmiş hissələrlə müqayisədə maddi hüquq normaları baxımından fərqlənmədiyi, borcun elektron qaimə fakturaları olan aktlar əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri bütün dövrlər üzrə aktlar tərtib edildiyi, eləcə də təhvil-təslim aktları tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəmədiyi, bir sözlə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakterinin təhvil təslim aktı tərtib edildikdən sonra elektron qaimə faktura tərtib olunduğu, aktların iddiaçı tərəfdən özü, cavabdeh tərəfdən isə 2020-ci il 10 dekabr tarixli akt istisna olmaqla (həmin tarixli akt cavabdehin direktoru kimi A.D.Məmmədov tərəfindən imzalanmışdır) direktor M.X.İskəndərov tərəfindən imzalanaraq hüquqi şəxsin möhürü ilə təsdiq edildiyi müəyyən edilmişdir.

47. Belə olan halda, kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə aktların iş materiallarına əlavə edilərək təhlil edildiyini, müqavilə bəndləri ilə aktların məzmununu müqayisəli təhlili ilə icra olunmuş işlərlə əlaqədar təhvil təslim aktları tərtib edildiyi, təhvil təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul ödənilmədiyi, iddia olunan pul vəsaiti ilə ödənilmiş pul vəsaitlərinin icra olunma qaydası üzrə tərəflər arasında təşə kkül tapmış işgüzar adətlərin eyni olduğunun, təkrar apellyasiya baxışı zamanı elektron qaimə fakturaların sayı (21) qədər Xidmətlərin təhvil-təslim aktlarının olduğunun, həmin aktlarla görülmüş işlərin cavabdehin direktorunun imza və möhürü ilə təsdiq edildiyinin, tərəflər arasında işgüzar münasibətin işlərin icrasına cəlb edilmiş nəqliyyat vasitəsinin sayı və dövlət qeydiyyat nişanı üzrə məhdudlaşdırmağa deyil, işlərin icra edilməsinə hədəfləndiyinin icra edilmiş işlərin çox hissəsinin (103.750*100%/119.550=86,78%) cavabdeh tərəfindən ödənildiyinin müəyyən edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğu, həmin qətnamənin ləğvi üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

48. Beləliklə, cavabdehin müqa vilə öhdəliklərinə riayət etmədiyi təsdiq edildiyindən, yəni razılaşdırılmış muzd üzrə qalıq borcunu ödəmədiyindən məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 427.3, 442, 448.1, 448.2, 752.1, 753.1-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə; MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

50. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 3 fevral tarixində tərəflərin elektron kabinetlərində yerləşdiri lmişdir.

51. Cavabdeh tərəfindən 2023-cü il 5 aprel tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli, 22(103)-61/2023 saylı qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) kassasiya şikayətinin dəlilləri

52. MM-in 6.1.9-cu maddəsinin tələbi pozulmuşdur - cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Cavabdehə məhkəmə bildirişi gəlməmişdir.

53. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyası ikinci dəfə işə baxarkən tərəflər arasında bağlanılmış 2019-cu il 27 mart tarixli, KTTX 27/0419 sayl ı xidmət müqaviləsinin xüsusən 1.1-ci bəndinin, eləcə də 2.2-ci, 5.1-ci bəndlərinin tələblərinə məhəl qoymamış, buna düzgün qiymət verməmişdir.

54. Apellyasiya Məhkəməsi müqavilənin 1.1-ci bəndinə əhəmiyyət vermədən əsassız olaraq digər, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid aktları bu müqavilədən (2019-cu il 27 mart tarixli, KTTX 27/0419 saylı xidmət müqaviləsi) irəli gələn tələbə aid edir və həmin təhvil-təslim aktlarını olmasını əsas götürməklə işlərin görülməsi qənatinə gəlməklə səhvə yol vermişdir.

55. Məhkəmə 2019-cu il 27 mart tarixli, KTTX 27/0419 saylı xidmət müqaviləsinin xüsusən 1.1-ci bəndinin, eləcə də 2.2-ci, 5.1-ci bəndlərinin tələblərinə məhəl qoymamış, buna düzgün qiymət verməmişdir.

56. Məhkəmə müqavilənin 1.1-ci bəndinə əhəmiyyət vermədən əsassız olaraq digər, **RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid aktları bu müqavilədən (2019-cu il 27 mart tarixli, KTTX 27/0419 saylı xidmət müqaviləsi) irəli gələn tələbə aid edir və həmin təhvil-təslim aktlarını olmasını əsas götürməklə işlərin görülməsi qənatinə gəlməklə səhvə yol vermişdir.

57. MPM-in 9, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur - cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, MPM-in ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayəti vaxtında, yən i apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

60. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassa siya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.... “Mad də

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.... “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli, 22(103)-61/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərini qiymətləndirərkən nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin əvvəlki göstərişləri icra edilərək, aktlar iş materiallarına əlavə edilməklə təhlil edilmiş, müqavilə bəndləri ilə aktların məzmununun müqayisəli təhlili yolu ilə icra olunmuş işlərlə əlaqədar təhvil təslim aktlarının tərtib edildiyi, təhvil təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən iddiaçıya pul ödənilmədiyi, iddia olunan pul vəsaiti ilə ödənilmiş pul vəsaitlərinin icra olunma qaydası üzrə tərəflər arasında təşəkkül tapmış işgüzar adətlərin eyni olduğu, təkrar apellyasiya baxışı zamanı elektron qaimə fakturaların sayı (21) qədər Xidmətlərin təhvil-təslim akt larının olduğu, həmin aktlarla görülmüş işlərin cavabdehin direktorunun imza və möhürü ilə təsdiq edildiyi, tərəflər arasında işgüzar münasibətin işlərin icrasına cəlb edilmiş nəqliyyat vasitəsinin sayı və dövlət qeydiyyat nişanı üzrə məhdudlaşdırmağa deyil, işlərin icra edilməsinə hədəflənməklə icra edilmiş işlərin çox hissəsinin cavabdeh tərəfindən ödənildiyi müəyyən edilmişdir.

66. Cavabdehin kassasiya şikayətinin “tərəflər arasında bağlanılmış 2019-cu il 27 mart tarixli, KTTX 27/0419 saylı xidmət müqaviləsinin 1.1, 2.2 və 5.1-ci bəndlərinin tələblərinə düzgün qiymət verilməməsinə dair” dəlili eyni zamanda onun apellyasiya şikayətinin dəlili olmaqla, apellyasiya məhkəməsi tərəfindən həmin dəlilə hüquqi qiymət verilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi, müqavilənin 2.2-ci bəndin dəki gündəlik xidmət cədvəlinin tərtib edilməməsi, habelə 5.1-ci bənddəki işlərin təhvil verilməsinin hər iki tərəfdən azı iki nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərinə işdə olan Xidmətlərin təhvil-təslimi aktlarının cavabdeh tərəfindən müəssisənin direktorunun imzası və möhürü ilə təsdiq edilməsi, daha sonra həmin aktlar əsasında iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə fakturaların 21-dən 16nın tam, 17-ci qaimənin qismən olmaqla, ödənilməli olan ümumi məbləğin çox hissəsinin icra edilməsi, yalnız son 4 aktın icra edilməməsinə görə tənqidi yanaşaraq, həmin dəlilləri iddianın əsaslılığının şübhə altına alınması üçün mötəbər hesab etməmişdir.

68. Bundan başqa, 9 akt üzrə işlərin təmin edilməsinin 2019-cu il 27 mart tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə uyğun olmaması (işlərin məhz **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə görülməli olması) cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün, əksinə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul məbləğlərinin böyük hissəsinin icra edildiyini nəzərə alaraq, MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından işin bu halı apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilməli olan işin nəqliyyat vasitəsinin sayından və dövlət qeydiyyat nişanından asılı hala gətirilmədiyi, tərəflər arasındakı münasibətdə əsas məqsədin işlərin vaxtında icra edilməsinə yönəldiyi, tərəflər arasında təşəkkül tapmış bu münasibətin onlarda işgüzar adət olaraq formalaşması, Müqavilənin 2.1-ci bəndində texnika sözündən əvvəl işlədilmiş “hər bir” ifadəsi b irdən çox mənası kimi anlaşılmaqla, müqavilənin 1.1-ci bəndindəki işlərin icra edilməsində istifadə ediləcək nəqliyyat vasitəsinin sayının və dövlət qeydiyyat nişanının tərəflərin mülahizəsi üzrə dəyişdirilməsinin yolverilən olması kimi qiymətləndirilmişdir.

69. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin analoji dəlilləri ilə razılaşmır və nəzərə alır ki, kassasiya şikayətinin məhkəmə iclasları barədə məlumatlandırılmamasına dair dəlilləri iş materialları ilə təkzib olunur (məhkəmə bildirişləri cavabdehin elektron kabinetinə yerləşdirilmişdir).

70. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli, 22(103)-61/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

72. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 16 yanvar tarixli, 2-2(103)-61/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar