Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-125/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı 55.644,21 manat borc məbləğinin və 400 manat mediasiya xərcinin cavabdehdən tutul araq ödənilməsi tələbinə dair” ilk iddia və Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 14.220 manat maddi zərər və 46.701 manat əldən çıxmış fayda olmaqla, cəmi 60.921 manat məbləğində pulun və 272,76 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-76/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. Müəyyən etdi:
1. İddiaçı MMC iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh soya paxlası istehsalı və alqı-satqısı barədə 10 mart 2022-ci il tarixli 010-S saylı müqaviləyə əsasən 55.644,21 manat qalıq borc məbləğinin və 400 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia verərək soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 14.220 manat maddi zərər və 46.701 manat əldən çıxmış fayda olmaqla, cəmi 60.921 manat məbləğində pulun və 272,76 manat dövlət rüsumunun İddiaçı MMCdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şəki Kommersiyа Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-684/2023 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək Cavabdeh 55.644,21 manat borc və 400 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 256,93 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 14.220 manat maddi zərər və 46.701 manat əldən çıxmış fayda olmaqla, cəmi 60.921 manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 272,76 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir (hakim – R.Məcidov).
4. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-76/2023 nömrəli 2023-cü il 31 oktyabr tarixli qətnaməsi ilə apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
6. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
7. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir.
8. Belə ki, iş materiallarından görünür ki, ilk iddianın qiyməti 55.644,21 manat, qarşılıqlı iddianın qiyməti isə 60.921 manat təşkil edir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabd eh tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır.
10. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 128 manat, qarşılıqlı iddia üzrə isə 136 manat olmaqla, cəmi 264 manat təşkil etməlidir.
11. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 137 manat məbləğində dövlət rüsumu ödə nilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
12. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
13. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(107)-76/2023 nömrəli 2023-cü il 31 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şək