Məhkəmə qərarları › İş №2-2(102)-125/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-125/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-125/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-990/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında 2019-cu il 12 iyul tarixli 690 nömrəli alqısatqı müqaviləsi və qiymət razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokolunda göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür; - 4.3-cü bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə EBAK seriyalı, 743662 nömrəli, 2020ci il 4 iyun tarixli, dəyəri 63,607,55 manat, EBAD seriyalı, 940254 nömrəli, 2019-cu il 17 dekabr tarixli, dəyəri 35.196,57 manat, EBAC seriyalı, 436154 nömrəli, 2019-cu il 13 noyabr tarixli, dəyəri 68.486,49 manat, EAAZ seriyalı, 537723 nömrəli, 2019-cu il 6 sentyabr tarixli, dəyəri 35.624,20 manat, EAAY seriyalı, 752873 nömrəli, 2019-cu il 20 avqust tarixli, dəyəri 25.973,81 manat, EAAY seriyalı, 320543 nömrəli, 2019-cu il 8 avqust tarixli, dəyəri 54.744,09 manat və EAAX seriyalı, 910601 nömrəli, 2019-cu il 31 iyul tarixli, dəyəri 10.794,25 manat olan, cəmi 294.426.96 manat olan elektron qaimələr göndərilmişdir. 3. 01 yanvar 2019-31 dekabr 2021-ci il dövrünü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh QSC tərəfindən 05 avqust 2019-cu il tarixində 9.147,67 manat, 26 avqust 2019-cu il tarixində 8.000 manat və 22.011,70 manat, 09 sentyabr 2019-cu il tarixində 38.393,30 manat və 30.190 manat, 24 dekabr 2019-cu il tarixində 58.039,40 manat, 14 aprel 2021-ci il tarixində 10.000 manat, 22 sentyabr 2021-ci il tarixində 15.000 manat, 05 avqust 2019-cu il tarixində 1.646,58 manat, 26 avqust 2019-cu il tarixində 1.440 manat və 3.962,11 manat, 09 sentyabr 2019-cu il tarixində 6.910,79 manat və 5.434,20 manat, 20 dekabr 2019-cu il tarixində 10.447,09 manat, 14 aprel 2021-ci il tarixində 1.800 manat, 23 sentyabr 2021-ci il tarixində isə 2.700 manat olmaqla, ümumilikdə 225.122.84 manat məbləğində pul İddiaçı MMC-nin hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, 690 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış 69.304,12 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixində tərəflər arasında 690 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları cavabdehə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə ed ilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməkdə haqlıdır. Lakin 690 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən elektron qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni cavabdeh elektron-qaiməyə əsasən ƏDV daxil 69.304,12 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni iddiaçıya ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 iyul tarixli e-2-2(113)-2232/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim K.Hüseynov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişlər etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında olan işgüzar münasibətlər (indiki halda mal mübadiləsi) məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. Elektron qaimədə göstərilmiş olan 294.426,96 manat dəyərində mallar cavabdehə verilmiş, cavabdeh isə ümumilikdə 225.122,84 manat məbləğində ödəniş etmiş və 69.304,12 manat məbləğində borcu qalmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, 690 nömrəli 2019-cu il 12 iyul tarixli alqı-satqı müqaviləsi üzrə 69.304,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə gəldi yi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-990/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Ş irinov).

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 690 saylı, 12 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 294.426,96 manat dəyərində malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş, cavabdeh isə həmin qaimələr üzrə 225.122,84 manat məbləğində ödəniş etmişdir.

12. Ona görə də, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, malların təqdim edilməsi faktı cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılması zamanı, eləcə də apellyasiya şikayətində mübahisələndirilməm işdir. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə 294.426.96 manat məbləğində təqdim edilmiş malların müqabilində cavabdeh tərəfindən 225.122.84 manat məbləğində ödəniş edildiyindən, cavabdehin iddiaçıya həmin müqavilə üzrə borcu 69.304,12 manat təşkil edir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, MM-nin 567-ci və 598.3-cü maddələrinə əsasən iddiaçının cavabdehdən 69.304,12 manat məbləğində pulun tutulmasına dair iddiası əsaslıdır.

14. Birinci instansiya məhkəməsində baxılarkən iştirakının təmin edilməməsi, bununla müdafiə hüququnun pozulması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə işə birinci instansiya məhkəməsində baxılarkən proses iştirakçısı kimi elektron işə (24 iyun 2024-cü il tarixdə) əlavə edilmişdir.

15. Bununla yanaşı məhkəmənin vaxtı və yeri barədə bildirişlər həm cavabdehin, həm də cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetlərinə göndərilmişdir. Elektron işə proses iştirakçısı qismində əlavə edilmiş cavabdehin nümayəndəsi və vəkilinin elektron işlə tanış olmaq imkanı da olmuşdur. Odur ki, cavabdehin qeyd olunan dəlilləri formal mülahisələrə söykənməklə qətnamənin ləğvi üçün əsas vermir.

16. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində baxılarkən məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldığından onun həmin ərizəni məhkəmə qərarı çıxarılanadək birinci instansiya məhkəməsinə təqdim edilməsi imkanı olmuşdur. Odur ki, məhkəmə həmin ərizəni apellyasiya instans iya məhkəməsində qəbul edilməsini və ərizəyə münasibət bildirilməsini mümkün hesab etmir.

17. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 375.2, 385.1, 442, 443.1, 448.1, 567, 598.1 və 598.3-cü maddələrinə, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfin dən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 63.4, 66.1 və 66.2-ci maddələri, MM-in 372, 373-cü maddələri üzrə-müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli qərarında da vurğulanmışdır ki, iddia müddəti hüquq münasibətlərində sabitliyin təmininə xidmət edir və sübutların etibarlılığını qoruyur. İşin materiallarından görünür ki, bu iddia müqavilə münasibətlərindən irəli gəlsə də, iddia müddətinin ötürülməsinə baxmayaraq, məhkəmə iddianı təmin etmişdir. İddia müddətinin axımı ya hüququn pozulduğu andan, ya da icra müddəti bitdikdən sonra başlanmalıdır. Hazırkı iddia qanunla nəzərdə tutulan 3 illik müddətin ötürülməsindən sonra verilib. Cavabdeh bu barədə birinci instansiya məhkəməsində müraciət etmək imkanından məhrum olduğundan, müvafiq ərizəni apellyasiya mərhələsində təqdim etmiş, lakin apellyasiya məhkəməsi ərizəni nəzərə almamışdır.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, 127-ci maddəsinin İİ və Vİİ hissələri, 130-cu maddəsinin İX hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 63.4, 66.1 və 66.2-ci maddələri üzrəməhkəmə prosesi zamanı ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, məhkəmə işə obyektiv, hərtərəfli və qərəzsiz yanaşmamış, sübutları lazımi qaydada tədqiq etməmişdir. MPM-in 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə qətnaməsi iş üzrə müəyyən olunmuş faktlara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmalı, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin vəkilinin işlə tanış olması üçün verdiyi vəsatəti təmin etməmiş və bu barədə münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə iclasına üzrlü səbəbdən qatıla bilməyən nümayəndənin təxirə salma barədə ərizəsinə etinasız yanaşılmış, tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipi pozulmuşdur. Nəticədə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini vaxtında təqdim etmək imkanından məhrum edilmişdir. Apellyasiya instansiyası isə bu pozuntulara lazımi hüquqi qiymət verməmişdir.

22. MPM-in 217, 372.6, 372.7, 385.1.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 63.4, 66.1 və 66.2-ci maddələri üzrə-Ali Məhkəmənin 2005-ci il 24 noyabr tarixli 4 saylı Plenum Qərarına əsasən, qətnamənin əsaslı hesab edilməsi üçün iş üzrə mühüm halların mötəbər sübutlarla təsdiq olunması vacibdir. Hazırkı halda cavabdehin müdafiə hüququ təmin olunmadan, işin mahiyyəti tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. Konstitusiyanın 60-cı maddəsinə və Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəsin ədalətli və qərəzsiz məhkəmə a raşdırması hüququ vardır. Məhkəmə, bu prinsiplərə əməl etməyərək çəkişmə prinsipini pozmuş, tərəflərin bərabər hüquqlarını təmin etməmişdir. Bundan başqa, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamalı idi. Lakin apellyasiya instansiyası birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntulara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edilməlidir ki, işin materiallarında olan müqavilə və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən malların göndərilməsi daha əvvəl baş versə də, cavabdeh tərəfindən son ödəniş 2021-ci il 23 sentyabr tarixdə olmuşdur. Buradan da görünür ki, mallar daha əvvəl göndərilsə də, ödəniş tarixi daha gec baş vermişdir. İddiaçı tərəf cavabdeh tərəfin ödənişi düzgün etdiyi vaxtdan (2019-cu ildən 2021-ci ilə qədər ödənişlər problemsiz edilmişdir) bu yana nə vaxtsa cavabdehin ödənişləri dayandıracağını bilməsi qeyri-mümkün idi. Buna görə də iddia müddətinin axımı cavabdehin son ödənişi etdiyi vaxtdan hesablanmalıdır. İddiaçı bunu məhkəmədə tam əsaslandırmış və məhkəmə də bu mövqe ilə razılaşmışdır. Məhkəmə cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqavilə üzrə sonuncu ödəniş 2021ci il 23 sentyabr tarixdə edildiyindən iddia müddətinin buraxılması barədə cavabdehin dəlillərinin əsassız olduğunu qeyd etmişdir. Cavabdeh tərəf şikayətində iddia müddətinin ötürülməsi barədə ərizənin verilməsinin süni şəkildə əngəlləndiyini, onlara maneə olunduğunu bildirmişdir. Bu tamamilə əsassızdır. Ərizə əsassız olduğu üçün məhkəmə tərəfindən təmin edilməmişdir.

24. Cavabdeh tərəf həmçinin məhkəmənin çəkişmə prinsipini pozduğunu, işin təxirə salımasına dair ərizəyə etinasız yanaşdığını, nümayəndənin işlə tanış olmasına şərait yaratmadığını və kommersiya işinin tikilmiş, protokollar yazılmış halda tanış olma günü və tarixi barədə xəbərdarlıq edilmədən birbaşa baxışa təyin edildiyini bildirmişdir. Bunlar tamamilə əsassızdır. Məhkəmə iclası açıq şəkildə keçirilmiş və cavabdeh tərəf məhkəməyə dəvət olunduğu halda gəlməmişdir. Elektron Məhkəmə Sistemində məhkəmə işinin bütün materialları mövcuddur və cavabdeh tərəf istənilən vaxt bu materiallarla tanış ola bilər. Cavabdeh tərəfin nümayəndəsi üzrsüz səbəbdən gəlmədiyi üçün əsassız olan apellyasiya şikayətinin təmin edilməməsi h üquq pozuntusu deyildir. Bu şikayətin təmin edilmədiyi üçün verilən kassasiya şikayəti də tamamilə əsassızdır. İşə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək heç bir sübut qeyd olunmamışdır və əlavə olunan heç bir sübut da məhkəməyə göndərilməmişdir. Bütün bunlardan da görünür ki, cavabdehin kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin dü zgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredito run) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Ma ddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ö dəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Prosessual Məcəlləsinin müvafiq 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fu ndamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

31. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlilər apellyasiya şikayətində göstərdiyi dəlillərlə eynidir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbi qi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 13-17). Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-990/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar