Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-127/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia qaldırmaq üçün subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 28 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-971/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (bundan sonra – “MMC”) ilə Cavabdeh1 ASC (bundan sonra – “ASC”) arasında 2022-ci il 22 noyabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, ASC MMC-yə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək şərtilə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 149.500 manat kredit verməyi, MMC isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 2022-ci il 22 noyabr tarixli 404 nömrəli ipoteka müqaviləsi ba ğlanmış, X1 (bundan sonra – “R.Əliyev”) məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125,20 kv.m olan mənzil ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən ASC-nin tələbi ilə (borc alan MMC) R.Əliyevə məxsus ipoteka predmeti olan mənzilə tutma yönəldilmişdir (2023-cü il 15 noyabr tarixli 8İ-5741 nömrəsi ilə qeydə alınan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi).
4. Öhdəliyi müəyyən edən 2022-ci il 22 noyabr tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 143.128,01 manat əsas borc, 16.307,78 manat faiz borcu, 1.501,82 manat dəbbə pulu, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 160.962,61 manat təşkil edir. İş ü zrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. MMC (bundan sonra – "xxxx") 2024-cü il 11 mart tarixində ASC və Bakı şəhəri 28 saylı notariat ofisinə (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda - “Bank”, “Notariat”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariatın xüsusi notariusu X3 tərəfindən verilmiş 2023-cü il 15 noyabr tarixli 8İ-5741 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: - Bank ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə illik 18 faiz olmaqla 36 ay müddətinə 149.500 manat kredit verilmişdir. Verilmiş kredit sonuncu tərəfindən 2023-cü ilin yanvar ayınadək ödənilmiş və nəticədə əsas borc 139.500 manatadək azalmışdır. Lakin iddiaçının fəal iyyətində yaranmış kommersiya problemləri ilə əlaqədar şirkətin vəsaitlərində azalma olmuş, gəliri minimuma düşmüş və bu səbəbdən də bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. - Əmlakını iddiaçının xeyrinə ipoteka qoyan R.Əliyev 2023-cü ilin noyabr ayının sonunda iddiaçı ilə əlaqə saxlayaraq şifahi məlumat vermişdir ki, onun mülkiyyətində olan ipoteka ilə Bankın xeyrinə yüklü edilmiş əmlakın hərracdan satılaraq borca yönəldilməsi barədə notarius tərəfindən 2023-cü il 15 noyabr tarixində icra qeydi verilmişdir. Tələbkar tərəfindən isə icra qeydi veriləcəyi barədə qanunvericilikdə nəzərdə tutulmuş bildiriş iddiaçıya çatdırılmamışdır. Buna baxmayaraq, notarius tərəfindən icra qeydi verilmişdir. - İcra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faiz və dəbbə pulu artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir. - “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. - Notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Bank notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd olunan məzmunda bildirişin göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. - Notariat icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı iddiaçının məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur.
7. Məhkəmə iclaslarında iştirak edən Bankın nümayəndəsi idd iaya etiraz edərək bildirmişdir ki, həm iddiaçıya, həm də üçüncü şəxsə bildiriş göndərilmişdir. Bu səbəbdən iddiaçının məlumatlı olmaması doğru deyildir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 iyul tarixli e-2-2(113)-2346/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (N.Əhmədova).
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçıya məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək şərtilə kredit verməyi, iddiaçı isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlanmış, R.Əliyevə məxsus mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da ipoteka predmetinə tutmanın aparılması ilə bağlı məsələlər göndərici normalar üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla tənzimlənmiş, həmin Qanunda da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri siyahısında mülkiyyətçi və şəxsi borclunun eyni şəxs olub-olmamasından asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir. Təsadüfi deyildir ki, Təlimatın 169-1-ci hissəsində ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə icra qeydinin aparılması göstərilmiş, yenə də ipoteka qoyan və borclunun eyni şəxs olubolmamasınd an asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir. Yəni borcluya bildiriş göndərildiyi halda belə onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququ yoxdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qanunla təsbit olunan, pozulmuş və təsdiq edilməli subyektiv hüququ yoxdur.
11. Belə olan halda, iddiaçının pozulmuş və təsdiq edilməli subyektiv hüququnun mövcud olmadığını nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır.
12. Birinci instansiya məhkəməsi bu qənaətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1, 38.1, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasına; “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsinin sonuncu abzasına və 169-1-ci hissəsinə; Azər baycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-971/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının qanunla t əsbit olunan, pozulmuş və təsdiq edilməli subyektiv hüququnun mövcud olmaması iddianın təmin edilməməsinə gətirib çıxardır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normaları ilə əsaslandırmışdır (bax §12).
17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Öz mövqeyini əsaslandırmaq üçün kassator tərəfindən şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 25, 60, 125-ci, MM-in 385.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı, MPM-in 1.3, 9, 14.2, 76.2, 77.1, 77.3, 80, 88, 217.4-cü maddələrinə də istinad olunmuşdur.
19. Şikayətçi bildirmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi bildirişin tərəfə çatması sübut edilməmiş, Elşad Şirinovun həmin vaxt ölkə xaricində olması tərəfimizdən sübuta yetirilmişdir. Lakin buna baxmayaraq həmin hal məhkəmə tərəfindən də nəzərə alınmamışdır.
20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin buna baxmayaraq təqdim etmiş olduğumuz sübutlar məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 24. “İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər....” “Maddə
38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir....” 25. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çat dırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur....” 26. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunver iciliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazım i şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
218. Qətnamə çı xarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
30. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə kollegiyası bu mövqe ilə razılaşır və əlavə qiymətləndirməyə zərurət görmür.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
32. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktl ara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşı r (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
34. Göstərilənlər və bu qərarın §24-26-da göstərilən müddəalar baxımından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-971/2024 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.