Məhkəmə qərarları › İş №2-2(102)-130/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-130/2021

17.03.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-130/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 Cavabdeh1nə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-130/21 Bakı şəhəri 2021-ci il 17 mart 17.03.2021 Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, İdd iaçı1 Cavabdeh1nə qarşı “cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 27 avqust tarixli 2-2(107)-33/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları:

1. Qax rayon İcra Hakimyyətinin 2007-ci il 9 mart tarixli 230 nömrəli rəyinin surətindən görünür ki, Qax rayon Əmircan kənd sakini X1 nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf planına uyğundur, ərazidə başqa ictimai tikinti nəzərdə tutu lmamışdır. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmir.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsinin rəyinin surətindən görünür ki, süd və süd məhsulları istehsalı müəssisəsinə satılması nəzərdə tutulan torpaq sahəsi 2.30 ha olmaqla Qarabaldır bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

3. Qax rayon Qarabaldır Bələdiyyəsinin 2007-ci il 12 mart tarixli 3 nömrəli qərarının surətindən görünür ki, Qax rayon Qarabaldır bələdiyyəsinin mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən alğı-satqı qaydalarına uyğun olaraq mülkiyyətə torpaq sahəsinin alınması barədə Cavabdeh2-in tə sisçisi Əmircan kənd sakini X4 2006-cı il 8 oktyabr tarixli ərizəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi nəzərə alınaraq yuxarıda göstərilən ərazidən X5, Cavabdeh2-yə 2.30 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

4. Torpağın alqı-satqısına dair 2017-ci il 12 mart tarixli aktın surətindən görünür ki, Qax rayon Əmircan kənd sakini X5 Qax rayon Qarabaldır bələdiyyəsi ərazisindən 2.30 ha torpaq sahəsinin satılması barədə xx xxxx 2007-ci il tarixli 3 nömrəli qərar qəbul edilmiş və alıcı tərəfindən bələdiyyənin hesabına 3052 (üç min əlli iki) manat ödənilmişdir. X10 Bələdiyyəsinin nümayəndəsi Abakar Əliyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax Rayon Şöbəsinin müdiri Seyfullah Ramazanovun və alıcı İsmayıl Qasımovun imzaları və inzibati orqanların möhürləri ilə təsdiq edilmişdir.

5. Cavabdeh2-in təsisçisi X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon Qarabaldır bələdiyyəsinin 2007-ci il 12 mart tarixli 3 nömrəli qərarı ilə satılmış və təyinatı sahibkarlıq süd və süd məhsulları istehsalı üçün olan 23.000 kv.m. torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 046082 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanaraq, X8 Kitabında 2008-ci il 28 iyul tarixdə 577 nömrə ilə uçota alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 2009-cu il 4 dekabr tarixdə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmi ş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qax rayon Qarabaldır kəndində 2.3 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqlarından sahibkarlıq məqsədi üçün hüququ rəsmiləşdirilən şəxs Cavabdeh2 olmaqla hüquq sahibi MMC-in mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 126-cı vərəqində **********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 2009-cu il 4 dekabr tarixdə qeydə alınmışdır.

7. Tikintiyə icazə verilməsi barədə Qax Rayon İcra Hakimiyyəti Başçısının 2009cu il 22 dekabr tarixli 339 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh2-in direktoru X2 RİH-nə müraciəti nəzərə alınaraq, Qax rayon Qarabaldır kəndi ərazisində Cavabdeh2-nin mülkiyyətində olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20 09-cu il 4 dekabr tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 2.3 ha torpaq sahəsində tikinti sahəsi 1234 kv.m. olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmişdir.

8. Qax Rayon İcra Hakimiyyəti Başçısının 2013-cü il 2 avqust tarixli 169 nömrəli sərəncamının surətindən görünür ki, tikintisi başa çatmış Qarabaldır kəndi ərazisində ət və süd məhsulları emalı sexinin istismara qəbul edilməsi barədə Cavabdeh1” MMCnin direktoru X3 2013-cu il 14 may tarixli 443 №-li ərizəsi, RİH başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Y.Əfəndiyevin və memarlıq və tikinti şöbəsinin müdiri - baş memar F.Nəsibovun təklifi nəzərə alınaraq tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi üçün xüsusi formada “Dövlət qəbulu A ktı”nın hazırlanaraq təsdiq edilməsi işinin təşkili, “İ və İİ məsuliyyət səviyyəli obyektlərin istismara qəbul edilməsi üzrə komissiya”nın sədri Y.Əfəndiyevə tapşırılmış və bu sərəncam, əlavə edimiş müfaviq sənədlər və təsdiq edilmiş “Dövlət qəbulu Aktı” ilə birgə obyektin istismara qəbul edilməsi üçün əsas sayılmışdır.

9. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının 2013-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh2-nin Qax rayon Qarabaldır kənd ərazisində mülkiyyətində olan 2.3 ha torpaq sahəsində tikintisi başa çatmış ət və süd məhsulları (2 mərtəbəli olan istehsal sexi və inzibati binasının, 1 mərtəbəli olan qazanxananın nəzarət buraxılış məntəqəsinin və 2 ədəd anbar binasının) emalı sexinin istismara qəbuluna icazə verilmiş və orq an və təşkilatların rəhbərlərinin imzaları və inzibati orqanların möhürləri ilə təsdiq edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 2013cu il 26 noyabr tarixdə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qax rayon Qarabaldır kəndində yerləşən qeyri yaşayış binası, mülkiyyət növü xüsusi, qeyri yaşayış binası üzərində hüququn növü xüsusi, təyinatı istehsal olan 2 mərtəbəli, ümumi sahəsi 2143.5 kv.metr olan hüququ rəsmiləşdirilən şəxs Cavabdeh2 olmaqla hüquq sahibi Cavabdeh2-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 187-ci vərəqində **** ******16-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 2013-cu il 26 noyabr tarixdə qeydə alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2-yə 2013-cü il 27 noyabr tarixli AA seriyalı 000653 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2-yə 2013-cü il 22 noyabr tarixli 524 inventar nömrəli qeyri-yaşayış binasının pasportu tərtib edilmişdir. Pasportdan müəyyən olunur ki, pasportda “D” tikili kimi - gözətçi və tibb binası, “E” tikili kimi - altıaçıq, “F” tikili kimi - ayaqyolu, İİİ kimi transforma tor və Vİ kimi hasar işarələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 13. 2018-ci il 21 avqust tarixdə İddiaçı1 Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qax rayonunun Qarabaldır kəndi ərazisindən keçən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonunun Qarabaldır kəndi ərazisində cavabdeh tərəfindən Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 10-15 metrliyində daş hasar və yardımçı binalar inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyildir. Göstərilən magistral qaz kəmərinin 50 metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23, 2.7-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 4.3, 26.1-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən tikintinin qanunsuz adlandırılması və sökülməsinin tələb edilməsi qanunsuzdur. Çünki, hazırki iddia mülkiyyətçinin öz torpaq sahəsinin daxilində tikililər inşa etmə hüququnu məhdudlaşdırır. Belə ki; - Qax rayon İcra Hakimiyyəti Başçısının 2009-cu il 22 dekabr tarixli 339 saylı tikintiyə icazə sərəncamı ilə qeyd olunan ərazidə ət və süd məhsulları emalı sexinin inşasına başlanılmış və bütün dövlət orqanlarında razılaşdırılmış qaydada, müvafiq layihə əsasında həyata keçirilmişdir. Tikinti işləri tam qanuni və müfafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş layihə əsasında aparılmışdır; - Tikinti başa çatdıqdan sonra tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komisiyyasının aktı tərtib edilmişdir. Bu akta “Azəriqaz” İB-nin Qax rayon Qaz İstismarı İdarəsinin rəisi Omari Nuraşvili imzalamışdır ki, bundan sonra “Qax-rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexi dövlət tərəfindən istismara qəbul edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış alınmışdır; - Altıaçıq və digər tikililər qapalı obyektlər olmadığı üçün burada hər hansı təhlükə mənbəyi ola bilməz.

17. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 yanvar tarixli 2-2(84)-3/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.Məcidov).

18. İşə birinci instansiya məhkəməsində baxılan zaman 2018-ci 17 oktyabr tarixli 2-2(84)-243/2018 saylı qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi qərara alınmışdır. 19. 2018-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Cavabdeh2 tərəfindən hasarlanmış ərazi, inşa edilmiş əsas və köməkçi tikililər MMC-yə məxsus RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən çizgilər daxilində yerləşir. Cavabdeh2 tərəfindən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose y oluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əgər iddia olunan magistral qaz kəməri həmin dövrdə mövcud olmuş olsa idi, müvafiq qurumlar buna müvafiq münasibət bildirərdilər. Bu isə onu deməyə əsas verir ki, qaz kəmərini həmin ərazidə mövcud olmamış və ya boru kəməri barədə məlumatlar qaz kəmərini istismar edən hüquqi şəxs tərəfindən müvafiq resurslara daxil edilmək üçün təqdim edilməmişdir. Qaz kəməri barədə məlumatların qaz kəmərini istismar edən hüquqi şəxs tərəfindən müvafiq resurslara daxil edilmək üçün təqdim edilməməsində məsuliyyət isə qaz kəmərini istismar edən hüquqi şəxsin üzərinə düşür. Sökülməsi iddia olunan tikililər və hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, tikil i və qurğular buna məsul qurumların razılığı və rəyləri ilə tikilərək istismara qəbul komissiyası o, cümlədən Dövlət Neft Şirkətinin yerli qurumu olan X11 Sahəsi tərəfindən istismara qəbul edildiyindən və cavabdeh mülkiyyətində olan əmlakından öz istədiyi kimi istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malik olduğundan iddia əsassızdır. 21. 2019-cu il 22 yanvar tarixdə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2019-cu il 13 mart tarixli 2-2(107)-21/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim G.Abbasov).

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh2-nin Qax rayon Qarabaldır bələdiyyəsindən qanunauyğun qaydada satın aldığı torpaq sahəsinin üzərində qanunvericiliyin tələbinə tam olaraq uyğun formada tikdirdiyi qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövcud təcrübəsi ilə qorunur. 24. 2019-ci il 14 may tarixdə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 iyul tarixli 2-2(102)-316/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən məruzəçi hakim İ.Dadaşov).

26. Kassasiya instansiyası məhkəməsinin iş üzrə qərarında mövqeyi ondan ibarət olmuşdur ki, işə baxmış məhkəmələr işin hallarına istinad etməklə, bilavasitə 352 mmlik Qax-Zaqatala qaz xəttindən irəli gələ biləcək təhlükəni, cavabdehə məxsus tikililərin həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyini, iş materiallarında isə bu tikililərin inşasına iddiaçının qabaqcadan rəsmi razılığının olmadığını, düzgün qiymətləndirməmiş, sökülməsi iddia olunan tikililərin və hasarın cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, tikili və qurğuların buna məsul qurumların razılığı və rəyləri ilə tikilərək istismara qəbul komissiyası o, cümlədən Dövlət Neft Şirkətinin yerli qurumu olan X11 Sahəsi tərəfindən istismara qəbul edildiyini qeyd etməklə, iddia tələbini rədd etmişlər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2-2(107)-55/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim A.Mahmudov).

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi qeyriyaşayış sahələri özbaşına tikinti olmamaqla cavabdehin qanuni mülkiyyətindədir. İddiaçı həmin tikililərin sökülməsini tələb edərkən mütləq qaydada mülkiyyətçiyə kompensasiya təklif etməli idi. Lakin iddiaçı cavabdehin qanuni mülkiyyətinin heç bir kompensasiya ödənilmədən sökülməsini tələb edir ki, bu da qanunvericliyə ziddir.

29. Həmçinin, tikintiyə başlanacaq obyektə icazə verilərkən, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi zamanı iddiaçı təşkilat özü də digər səlahiyyətli orqanlarla birgə iştirak etməklə rəsmi qaydada öz münasibətini (etirazının olmadığını) bildirmişdir. İddiaçı tərəf əvvəlcədən bu hallardan xəbərdar olmuş, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmış, eləcə də vəziyyətin bu həddə çatmasına “dözümlülük” göstərmişdir.

30. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi əmlakın sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. 31. 2020-ci il 17 fevral tarixdə iddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin olunması barədə yeni qərar qəbu l edilməsi xahiş edilmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 10 iyun tarixli 2-2(102)-140/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən məruzəçi hakim R.Nəbizadə).

33. Kassasiya instansiyası məhkəməsinin iş üzrə qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan boru kəmərlərinin mühafizə zonalarında, yəni boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr məsafədə hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Lakin i şdə olan mütəxəssis rəyindən görünür ki, cavabdehə məxsus tikili hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, QorağanQax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Məhkəmələr tərəfindən müəyyən edilən və işin mübahisə olunmayan halına görə cavabdehə məxsus tikili qaz xəttinin mühafizə zonasında yerləşir.

34. Qanunverici birmənalı olaraq mühafizə zonası dairəsində tikinti işləri aparılmasına icazə vermir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi magistral boru kəmə rinin keçdiyi ərazidə cavabdehə torpaq sahəsi ayrılarkən neft-qaz və nəqliyyat xətləri mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün cavabdehin xüsusi mülkiyyətinə verilməsinə yol verilmədiyini nəzərə almamışdır.

36. Həmçinin, iddia tələbi məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. İddia tələbində qeyd edilən mühafizə zonasında inşa edilmiş daş hasarın uzunluğu və konkret olaraq hansı yardımçı binaların sökülməli olmasına apellyasiya məhkəməsi aydınlıq gətirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

37. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-2(107)-33/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsin in iş üzrə qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir (sədrlik edən məruzəçi hakim İmanverdi Şükürov, hakimlər Akif Eyvazov və Rafail Əliyev).

38. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan boru kəmərlərinin mühafizə zonalarında, yəni boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr məsafədə hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Lakin işdə olan mütəxəssis rəyindən görünür ki, cavabdehə məxsus tikili hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Boru kəmərinin keçdiyi ərazidə cavabdehə torpaq sahəsi ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (iddiaçı ilə) razılaşdırması da işdə olan sübutlarla müəyyən edilməmişdir.

39. İşin hallarına görə cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində ona məxsus süd məhsulları emalı sexi mövcuddur. İnşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində olan istehsalat sexi, inzibati bina, qazanxana, anbar binası qaz xəttinin mühafizə zonasından kənarda yerləşir. Mütəxəssis rəyinə görə gözətçi məntəqəsi və giriş qapısı qaz xəttinin mühafizə zonasında yerləşir. Mübahisə hasarın bir hissəsi, gözətçi məntəqəsi və giriş qapısı ilə bağlı olduğundan və cavabdehin istehsalat tikililəri ilə bağlı olmadığına görə məhkəmə icraatı çərçivəsində mübahisənin cavabdehin sahibkarlıq fəal iyyətinə mane olması istisna edilir.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7, 2.11,23-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə istinad etmişdir. 41. 2020-ci il 3 noyabr tarixində cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri:

42. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə istinad etməklə, həmin Qaydaları Azərbaycan Respublikasının Konstitusiyasından üstün tutmuşdur (bundan sonra mətndə birinci dəlil).

43. Digər bir dəlil ondan ibarət olmuşdur ki, qətnamədə yarımçıq tikililər ümumi şəkildə qeyd edilməklə onların yüksək təhlükə mənbəyi olması təsuratı yaradılmasına cəhd edilmişdir. Həmin tikililər daş hasar, altıaçıq, buraxılış məntəqəsi, kəsim yeridir. Mühafizə zonasındakı tikililərin heç birinin qapalı tikili olmamasına əhəmiyyət verilməmiş və ya onların hər hansı təhlükəyə sə bəb ola biləcəyi barədə mütəxəssis rəyi alınmamışdır (ikinci dəlil).

44. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 60.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

46. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin vəkili tərəfindən teleqram göndərilərək, sağlamlığı ilə əlaqədar olaraq məhkəmə prosesinin təxi rə salınması xahiş edilsə də, bununla bağlı heç bir sənəd əlavə olunmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. İş üzrə iddiaçı apellyasi ya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2

9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məh rum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”

51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanund a və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir....” 52. “Qaz təchizatı haqqında” Azərba ycan Respublikası Qanunu: “Maddə 1

9. Mühafizə zonası və tədbirləri

1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.

2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və t ədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.”

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları (bundan sonra mətndə-Qaydalar) “2. MAGİSTRAL BORU KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ... 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir:... 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; http://www.eqanun.gov.az/alpid ata/framework/data/5/c_f_5387.htm...” 54. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: “Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir....”

55. Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 56. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına əsasən,... hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

58. Belə ki, iddiaçı cavabdehi n mülkiyyətində olan tikililərin bir hissəsinin-daş hasar və yardımçı binaların həmin ərazidən keçən diametri 325 mm-lik “QaxZaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırki iddianı qaldırmışdır.

59. İşin məhkəmələr tərəfindən tərəfindən müəyyən edilən, mübahisələndirilməyən hallarına görə (bax yuxarıda 1-12-ci bəndlər) Qax rayonu Qarabaldır kəndi əraziəsində cavabdehin 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx xxxxxx 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış, qeyri-yaşayış binasının pasportu, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd olunan ünvanda cavabdehə məxsus tikililərin bir hissəsi 325 mm-lik “Qax-Zaqatala” qolu yüks ək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir.

60. Cavabdehin iddia ərizəsinə etirazından və kassasiya şikayətindən, eləcədə sonuncunun adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx xxxxxx 2013-cü il tarixli çıxarışdan göründüyü kimi, yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilən mübahisəli tikililər daş hasar, 40,7 kv.m gözətçi və tibb otağı, 9,9 kv.m olan ayaqyolu və 87,2 kv.m altıaçıq adlanan tikilidən ibarətdir.

61. Magistral boru kəmərlərinin mühafizəsinə dair qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi (bax yuxarıda 51-53), neft-qaz xətlərinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Qaz təchizatı haqqında” Qanunun tələbinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. İstinad olunan Qaydaların (bax 52-ci bənd) 2.11-ci bəndi boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli qurumlarının yazılı razılığı olmadan tikinti işlərinin aparılmasını qadağan edir.

62. Hazırki halda, cavabdeh istinad olunan Qaydaların (bax 52-ci bənd) 2.11-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan tələblərə əməl etməyərək iddiaçının yazılı razılığı alınmadan boru kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmışdır. Eyni zamanda, boru kəmərinin keçdiyi ərazidə cavabdehə müvafiq bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (iddiaçı ilə) razılaşdırması işdə olan sübutlarla müəyyən edilməmişdir.

63. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin birinci dəlili ilə bağlı (bax 41-ci bənd) qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunmasını nəzərdə tutan 13-cü maddəsinin 3-cü hissəsinə görə mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

64. Mülki qanunvericiliyin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, sonuncunun öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını da müəyyən edir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla və hüquqdan suiistifadəyə yol verməməklə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Hazırkı halda isə şəxsin mülkiyyət hüququ digər şəxslərin təhlükəsiz yaşamasına maneəçilik törətməməlidir.

65. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasını Konstitusiyasının 29.6-cı maddəsində sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılmasının mümkünlüyü, 31.1-ci maddədə isə hər kəsin təhlükəsiz yaşamaq hüququnun olması təsbit edilmişdir.

66. Məhkəmə kollegiyası kassasiya şikayətin in ikinci dəlili ilə bağlı isə qeyd edir ki (bax yuxarıda 42-ci bənd), mühafizə zonalarının müəyyən olunmasında qanunvericiliyin məqsədlərindən biri magistral qaz kəmərlərinin istismarına normal şəraitin yaradılması, zədələnmə hallarının qarşısını almaqla şəxslərin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsidir.

67. Kassasiya şikayətində mühafizə zonasında inşa edilmiş daş hasar, altıaçıq, buraxılış məntəqəsi, kəsim yerindən ibarət tikililərin heç birinin qapalı tikili olmaması, onların hər hansı təhlükəyə səbəb olmaması qeyd olunsa da, qanunvericilik mühafizə zonasında tikililərin inşası ilə bağlı məhdudiyyəti tikilinin açıq və ya qapalı olmasından asılı olmayaraq müəyyən etmişdir.

68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Qax rayonu Qarabaldır kəndi ərazisində yerləşən tikililər 325 mm diametri “Qax-Zaqatala qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur (bax 49-53-cü bəndlər ).

69. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-2(107)-33/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar