Məhkəmə qərarları › İş №2-2(102)-636/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-636/2023

25.10.2023 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-636/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X4 ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 27 sentyabr tarixli, 2-2(115)-1177/2023 saylı qərar dadına əsasən, məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. I.İŞİN HALLARİ:

1. Bərdə rayon İcra Hakimiyyətinin 2012-ci il 1 avqust tarixli 137 nömrəli qərarından görünür ki, Bərdə şəhəri ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən ünvan 1 ünvanında yaşayan X1 məqsədi üçün 52 kv.m torpaq sahəsinin icarə yolu ilə 15 il müddətinə ayrılması, Bərdə rayon İcra Hakimiyyəti ilə X6 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi, X2 icarəsinə ayrılmış torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsinin DT və XK-nin Bərdə rayon şöbəsinə həvalə edilməsi və sərəncamdan çıxarışın aidiyyət i üzrə göndərilməsinin təmin edilməsi qərara alınmışdır.

2. Bərdə rayon İcra Hakimiyyətinin 2012-ci il 8 oktyabr tarixli 167 nömrəli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X1 fəaliyyəti ilə məşğul olmaq üçün Bərdə şəhəri Heydər Əliyev prospektində istifadəsində olan 52 kv.m torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında mağaza binasının tikintisinin aparılmasına icazənin verilməsi, Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri R.S.Süleymanova və RİHB-nın Bərdə şəhər İƏV-i üzrə nümayəndəsi Ə.A.Fərzəliyevə tikintinin qanuna uyğun aparılmasına nəzarət etməsi və obyekt tikintisi başa çatdıqdan sonra Ərazi Vergi Müfəttişliyi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən qeydə alınması qərara alınmışdır. 3. 20 12-cü il 4 dekabr tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktından görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində X5 məxsus olan mağaza binası istismara yararlı olmuşdur. 4. 2020-ci il 21 iyun tarixli 810/2020 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin məktubundan görünür ki, Azərbaycan Respublikası ünvan 3 ünvanında qeydiyyatda olan X2 2020-ci il 26 mart tarixdə ölməsi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş Cavabdeh1 mərhum X2 qanun üzrə 1-ci növbədə vərəsələri kimi tanınmaq hüququna malikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bərdə Rayon Məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1 və “Cavabdeh2”) qarşı 2022-ci il 4 aprel tarixdə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, H.Əliyev prospekti 60 ünvanında inşa edilmiş qeyri – yaşayış sahələrinin cavabdehlərin hesabına sökülməsinə, torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun onlardan müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X3 (bundan sonra – “TKQ”) Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşir. Bərdə TKQ-nın yerləşdiyi torpa q sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2014-cü il 2 sentyabr tarixindən verilmiş Texniki pasportdan da göründüyü kimi iddiaçının balansında olmuşdur. İddiaçının nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Bərdə TKQ-nin yerləşdiyi torpaq sahəsində, yəni iddiaçının balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan əlavə qanunsuz tikililər mövcud olmuşdur. Həmin tikililərin qanunsuz olması faktı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən 2014-cü il 2 sentyabr tarixində verilmiş Texniki pasportun 3-cü bölməsinin təsnifat hissəsində D-tikililərinin tikinti altı sahəsinin (133.3 kv. metr) icazəsiz olaraq tikilməsi kimi qeyd edilməklə öz təsdiqini tapmışdır. Həmin D tikililərindən biri (texniki pasportda yaşıl rənglə rənglənmişdir.) Bərdə TKQ-nın həyətyanı yaşıllıq sahəsinin yanında yerləşmişdir. Bu tikili X6 tərəfindən tikilmiş, daha sonra vəfat etmiş və həmin qanunsuz tikili Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmışdır. İddiaçı tərəfindən cavabdehlərə Bərdə TKQ-nin ərazisində inşa edilmiş qeyriyaşayış sahələrinin sökülməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir.

7. Bərdə Rayon Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2(021)-133/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – F.Babaşov).

8. İddi açı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğvini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 6 iyul tarixli, 2(104)-1325/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 2(021)-133/2023 saylı qətnaməsi ləğv olunaraq işin aidiyyətı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – L.Süleymanov, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev).

10. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyə tinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Belə olan halda həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırki iş üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmuşdur. Həmçinin hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Bərdə Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, qətnamə qəbul etmişdir.

11. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13, 24.2, 26.1, 31.1, 372.7, 384.0.4, 387.2.9-cu maddələrinə istinad etmişdir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

12. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 27 sentyabr tarixli, 2-2(115)1177/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).

13. Məhkəmə hesab etmişdir ki, rayon icra hakimiyyəti tərəfindən X1 məqsədi üçün torpaq sahəsinin icarəyə verilməsi, həmin torpaq sahəsində mağaza binasının tikilməsinə icazə verilməsi qərara alınmışdır. X2 2020-ci il 26 mart tarixdə ölməsi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuş, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş Cavabdeh1 mərhum X2 qanun üzrə birinci növbə vərəsəsi kimi tanınmaq hüququnun olması izah edilmişdir. İddiaçı X2 vərəsəsi kimi cavabdeh Ş.İntiqama və sonuncu tərəfindən mağaza binasının etibarnamə əsasında satılması iddia edilən Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan cavabdehlər isə fərdi sahibkar statusuna malik olmamışlar və vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər mövcud olmamışdır.

14. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 12, 13, 14, 26-cı bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə istinad etmişdir. II. TƏ TBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.”

16. Azərbaycan Respublikasının müddəalarında nəzərdə tutulmuşdur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mü bahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə

153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina... 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;... 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzr ə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.... 403-1.9. Kasasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata k eçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

18. Qarışıq məhkəmə tərkibi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır.

19. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyət i işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

20. Həmin Məcəllənin 26-cı maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

21. MPM-in 32.1-32.3-cü maddələrinin tələbləri baxımından isə 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, haki m işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

22. MPM-in 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

23. Məhkəmə tərkibi hesab edir ki, prosessual qanunvericilik birinci instansiya məhkəmələri kimi məhz ümumi və kommersiya məhkəmələri arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı məsələlərinin ortaya çıxması ehtimalını müəyyən etmiş, bu nu nəzərə alaraq qanunvericilik məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün işin Ali Məhkəməyə göndərilməsini, habelə işin aidiyyəti üzrə göndərilməsinə dair birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qərardadlardan da verilən şikayətlərə Ali Məhkəmədə baxılması qaydalarını nəzərdə tutmuşdur. Göründüyü kimi qanunvericilik yalnız birinci instansiya məhkəmələri kimi ümumi və kommersia məhkəmlələri arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasını nəzərdə tutmuş, lakin burada apellyasiya instansiyası məhkəmələri ilə birinci instansiya məhkəmələri arasında aidiyyətlə bağlı fikir ayrılığı məsələsinin yaranması halları ümumiyyətlə ehtiva olunmamışdır. Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli Plenum Qərarının da işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyy ətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair məsələləri əhatə etməsi bunu deməyə əsas verir. Belə ki, birinci instansiya məhkəmələri ilə apellyasiya instansiyası məhkəmələri arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranması halları həmin qərarın da tənzimlədiyi məsələlər sırasına daxil olmamışdır.

24. Hazırkı halda, iş materiallarından göründüyü kimi iş ümumi məhkəmədən kommersiya məhkəməsinə və yaxud tərsinə göndərilməklə aidiyyətlə bağlı fikir ayrılığı məsələsi yaranmamış, bunun əksinə Bərdə rayon Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 6 iyul tarixli, 2(104)-1325/2023 saylı q ərardadı ilə isə həmin qətnamə ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin həmin qərardadından isə kassasiya şikayəti verilməmişdir.

25. Bu səbəbdən, işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı mövcud olduğundan və hazırkı halda birinci instansiya məhkəmələri kimi ümumi və kommersiya məhkəmələri arasında aidiyyətlə bağlı fikir ayrılığı məsələsi yaranmadığından Gəncə Kommersiya Məhkəməsi tərəfindən MPM-in 32.7-ci maddəsinin tələbləri çərçivəsində işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Ali Məhkəməyə göndərilməsi göstərilən maddənin tənzimlədiyi prosessual münasibətlərə uyğun deyildir.

26. Beləliklə məhkəmə tərkibi hesab edi r ki, işin məhkəmə aidiyyətinin MPM-in 32.7-ci maddəsinin tələbi baxımından Ali Məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsaslar mövcud olmadığından iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır.

27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.9.2-ci maddəsini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar