Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-532/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Heydər Əliyev adına X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, iddiaçı Heydər Əliyev adına X8 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “inşa edilmiş sanitar qovşağının özbaşına tik ili hesab edilərək sökülməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a)Abşeron Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Heydər Əliyev adına X8 (bundan sonra – “iddiaçı”) cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Zaur Mədətov küçəsində yerləşən taxıl anbarının yaxınlığında iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “mühafizə zonası”nda boru kəmərindən 47 metr aralı məsafədə cavabdeh X4 tərəfindən inşa edilmiş dam örtüyü vurulmuş sanitar qovşağın özbaşına (qanunsuz) tikili hesab edilərək həmin tikilinin sökülməsi və iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödəni lməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının vəsatəti əsasında cavabdeh X3 əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmiş və Abşeron Rayon Məhkəməsinin 2025-ci il 1 may tarixli e-2(012)-2591/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – E.Məmmədov).
3. Həmin məhkəmə qeyd etmişdir ki, iddia tələbi faktiki olaraq gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasında olan tələblərlə bağlıdır. Bundan əlavə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş dövlət reyestri məlumatlarından və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, "xxxx" MMC 2018-c i il 8 iyun tarixindən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir, VÖEN-i hazırda aktiv statusdadır və hüquqi ünvanı ünvan 1rsiya Məhkəməsindəki icraat
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 iyun tarixli e-2-2(113)-4793/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Axundova).
5. Kommersiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsində iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından sonuncunun fərdi sahibkar olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cav abdeh X2 əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və vəsatət təmin olunmuşdur.
6. Məhkəmənin qənaətinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə baxılaraq həll edilməlidir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məh kəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” Ali Məhkəmənin mövqeyi
8. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
10. İş materiallarından məlum olur ki, iddiaçı ümumi məhkəməyə müraciət edərkən, “inşa edilmiş sanitar qovşağının özbaşına tikili hesab edilərək sökülməsi”nə dair iddia tələbini cavabdeh X3 qarşı yönəltmişdir. Sonuncunun nə iş materiallarından, nə də İnternet Vergi İdarəsindən vergi ödəyicisi kimi qanuni sahibkarlıqla məşğul olması faktı müəyyən olunmamış, qeyd olunan hal isə işin kommersiya məhkəməsində baxılmasını istisna etməklə, mübahisəyə ümumi məhkəmədə baxılmasını zəruri etmi şdir və məhkəmə də düzgün olaraq həmin ərizəni icraata qəbul edilmişdir. Qeyd edilən meyar məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından işin kommersiya məhkəməsində baxılmasına imkan vermədiyindən, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə bu xüsusda qiymət verilməsinə artıq hər hansı zərurət qalmır.
11. Bundan sonra, iddiaçı cavabdeh X2 əsl cavabdeh "xxxx" MMC ilə əvəz olunması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, həmin vəsatət Abşeron Rayon Məhkəməsi tərəfindən təmin olunmuş, bununla əlaqədar həmin məhkəmə işin məhkəmə aidiyyətinin də dəyişməsi qənaətinə gəlmişdir.
12. Halbuki MPM-in 31.2-ci maddəsində təsbit edilmişdir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
13. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə Abşeron Rayon Məhkəməsinin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, qanunvericiliyin tələbinə görə mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi.
14. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır.
15. Şərh olunanlara əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı Heydər Əliyev adına X8 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.