Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-140/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiаçı İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X12 X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiаçı İddiaçı vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi İbrahimov Şahin Möhübbət oğlu, vəkili X5 iştirakı ilə, İddiаçı İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə ( bundan sonra cavabdeh) qarşı “cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-55/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 230 nömrəli və DT və XK-nın Qax rayon şöbəsinin rəyləri əsasında Qax rayon Qarabaldır bələdiyyəsinin xx.x x.2007-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən Cavabdeh Firmasına sahibkarlıq, süd və süd məhsulları istehsalı üçün 2,30 ha torpaq sahəsi satılmış, DT və XK-nın Qax rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə torpağın alğı-satqısına dair Akt imzalanmış, Cavabdeh Firmasının təsisçisi İsmayıl Qasımovun adına A seriyalı 046082 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X9 xx.xx.2008-ci il tarixdə 577 nömrə ilə uçota alınmış və Cavabdeh MMC-in həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bundan sonra Qa x Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 339 nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 m2 olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 169 nömrəli qərarı əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, inzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda X11 komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Həmin istismara qəbul aktı digər komissiya üzvləri ilə yanaşı X28 İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış, 524 inventar nömrəli qeyri-yaşayış binasının pasportu və xx.xx.2013-cü il tarixli AA seriyalı 000653 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 2013-cü il tarixli aktının surətindən görünür ki, cavabdehin Qax rayon Qarabaldır kənd ərazisində mülkiyyətində olan 2.3 ha torpaq sahəsində tikintisi başa çatmış Ət və Süd məhsulları (2 mərtəbəli olan istehsal se xi və inzibati binasının, 1 mərtəbəli olan qazanxananın nəzarət buraxılış məntəqəsinin və 2 ədəd anbar binasının) emalı sexinin istismara qəbuluna icazə verilmiş və orqan və təşkilatların rəhbərlərinin imzaları və inzibati orqanların möhürləri ilə təsdiq edilmişdir. 524 inventar nömrəli qeyri-yaşayış binasının pasportundan müəyyən olunur ki, pasportda “D” tikili kimi – gözətçi və tibb binası, “E” tikili kimi – altıaçıq, “F” tikili kimi – ayaqyolu, İİİ kimi – transformator və Vİ kimi hasar işarələnmişdir. İddiaçının sökülməsini iddia etdiyi tikililər həmin adları qeyd olunanlardır. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti h esabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qax rayonunun Qarabaldır kəndi ərazisində cavabdeh tərəfindən X21 Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 10-15 metrliyində daş hasar və yardımçı binalar inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cübəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şə xslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, Q ax rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 339 nömrəli tikintiyə icazə sərəncamına əsasən cavabdeh Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexinin inşasına başlamışdır. Cavabdeh Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexinin inşası üçün bütün dövlət orqanlarında razılaşdırılmış qaydada, müvafiq layihə əsasında həyata keçirilmişdir. Tikinti işləri tam qanuni və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş layihə əsasında aparılmışdır. Tikinti başa çatdıqdan sonra isə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət X11 tərtib edilmişdir. Bu aktı “Azəriqaz”ın Qax rayon Qaz istismarı İdarəsinin rəisi də imzalamışdır ki, bundan sonra cəmiyyətin Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexi dövlət tərəfindən istismara qəbul edilmişdir. Bundan sonra cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. Çıxarışda göstərilmiş mübahisəli 40.7 m2 gözətçi və tibb otağı, 87.2 m2 altıaçıq və 9.9 m2 olan ayaqyolunun iddia ərizəsində qanunsuz tikili kimi göstərilməsi qanunsuzdur. Belə ki, bu cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Cəmiyyət tam qanuni yolla dövlətin yaratdığı komissiyanın nəzarəti ilə tikinti işləri aparmışdır ki, həmin komissiyanın üzvlərindən biri “Azəriqaz”ın nümayəndəsi olmuşdur. İndi “Azəriqaz”ın digər idarəsi tərəfindən tikintinin qanunsuz adlandırılm ası və sökülməsini tələb edilməsi özü qanunsuz və absurddur. Digər tərəfdən altıaçıq və digər tikililər qapalı obyektlər olmadığı üçün burada hər hansı təhlükə mənbəyindən söhbət gedə bilər. Mülkiyyətçi öz torpaq sahəsinin daxilində tikililər inşa etməyə haqlıdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən hasarlanmış ərazi, inşa edilmiş əsas və köməkçi tikililər Cavabdeh MMC-yə məxsus RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən cizgilər daxilində yerləşir. Cavabdeh MMC tərəfindən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyest rindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(84)-3/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyasının (hakimlər X13məruzəçi, X7 və Rəfiyev Rövşən Rafiq oğlu, 2-2(107)-21/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının аpellyаsiyа şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyası (hak imlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X3 və X14, 2-2(102)-316/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərMahmudov Ayaz Akif oğlu-məruzəçi,X1 Vəzirxan İsgəndər oğlu, 2-2(103)-55/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının аpellyаsiyа şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Eyni zamanda bir sıra prosessual pozuntulara da yol verilib ki, bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. Qeyd edilənlər isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, “iddiaçının sökülməsini tələb etdiyi qeyri yaşayış sahələri özbaşına tikinti olmamaqla cavabdehin qanuni mülkiyyətindədir. Belə olan halda iddiaçı həmin tikililərin sökülməsini tələb edərkən mütləq qaydada mülkiyyətçiyə kompensasiya təklif etməli idi”. Apelyasiya instansiyası məhkəməsinin hazırkı mülki mübahisəyə münasibətdə hüquqi mövqeyi əsaslı sayıla bilməz. Çünki iddia tələbi cavabdehin inşa etdiyi tikili üzərində onun mülkiyyət hüququ əldə edib-etməməsi ilə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın tələbləri pozulmaqla, qaz kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikililər qaz kəmərinin mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahis əyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və səhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, h əmin tikililər qaz kəmərinin mühafizə zonası daxilindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş x xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən hasarlanmış torpaq sahəsi ilə 325 mm-lik Qax- Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Bu hal, həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır. Eyni zamanda, apellyasiya məhkəməsi qərarında bizə məlum olmayan səbəblərdən, qeyd edilən mütəxəss is rəyinə münasibət bildirməyib. Bundan başqa, ‘Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinə əsasən, mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən gözətçi evi, hasar və yardımçı binalar dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qax rayonu Qarabaldır kəndi ərazisində yerləşən tikililər 325 mm diametri “Qax-Zaqatala qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 10 metr və 20.7 metr məsafədə inşa edilmişdir. Qeyd olunanlara müvafiq olaraq bildirmək istərdik ki, Qax rayonu Qarabaldır kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaql a, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125, 127, Mülki Məcəllənin 180-ci, Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. əsaslandırıcı hissə: İşin mübahisə olunmayan hallarına görə Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2007ci il tarixli 230 nömrəli və DT və XK-nın Qax rayon şöbəsinin rəyləri əsasında Qax rayon Qarabaldır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən cavabdehə sahibkarlıq, süd və süd məhsulları istehsalı üçün 2,30 ha torpaq sahəsi satılmış, DT və XK-nın Qax rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə torpağın alğı-satqısına dair akt imzalanmış, cavabdehin təsisçisi İsmayıl Qasımovun adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X9 xx.xx.2008-ci il tarixdə 577 nömrə ilə uçota alınmış və cavabdehin 2,3 ha torpaq sahəsi üzər ində mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 339 nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 kv.m olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 169 nömrəli qərarı əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, inzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda X11 komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. İstismara qəbul aktı digər komissiya üzvləri ilə yanaşı X28 İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış, qeyri-yaşayış binasının pasportu və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçının sökülməsini iddia etdiyi tikili çıxarışda və texniki pasporta əksini tapmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən hasarlanmış ərazi, inşa edilmiş əsas və köməkçi tikililər cavabdehə məxsus daşı nmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən cizgilər daxilində yerləşir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Mütəxəssis rəyi də işin mübahisə olunmayan halıdır. İddiaçı cavabdehin mülkiyyətində olan tikililərin həmin ərazidən keçən diametri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıdakı məhkəmə qərarları qəbul edilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikintini başa çatdırdıqdan sonra obyektin istismara qəbul edilməsi haqda Dövlət X11 Dövlət Qəbulu Komissiyasının digər üzvləri ilə yanaşı Komissiyanın üzvü olan X27 Sahəsinin rəisinin imzası və sahənin möhürü ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisə predmeti olan tikili cavabdehin mülkiyyətində olmaqla, həm də mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən, tikilinin istismara qəbul aktı X19 rəisi tərəfindən də imzaladığından iddia əsaslı sayıla bilməz. “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir (19-cu maddənin 2-ci hissəsi). Qanunverici birmənalı olaraq mühafizə zonası dairəsində tikinti işləri aparılmasına icazə vermir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə z onası üçün ayrılmalıdır. Qaydaların 2.11-ci bəndinin a) yarımbəndində əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Göründüyü kimi, Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan boru kəmərlərinin mühafizə zonalarında, yəni boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m məsafədə hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Lakin işdə olan mütəxəssis rəyindən görünür ki, cavabdehə məxsus tikili hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Q orağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Məhkəmələr tərəfindən müəyyən edilən və işin mübahisə olunmayan halına görə cavabdehə məxsus tikili qaz xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh Qaydaların 2.11-ci bəndinin a) yarımbəndində əməl etməyərək iddiaçının yazılı razılığı alınmadan boru kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmışdır. Qaydaların 2.23-cü bəndinə görə magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Boru kəmərinin keçdiyi ərazidə cavabdehə to rpaq sahəsi ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (iddiaçı ilə) razılaşdırması işdə olan sübutlarla müəyyən edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsində qeyd edilir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Apelyasiya instansiyası məhkəməsi X21nin keçdiyi ərazidə cavabdehə torpaq sahəsi ayrılarkən neft-qaz və nəqliyyat xətləri mühafizə zonaları al tındakı bələdiyyə torpaqlarının sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün cavabdehin xüsusi mülkiyyətinə verilməsinə yol verilmədiyini nəzərə almamışdır. Odur ki, apelyasiya məhkəməsi işə baxarkən hüquq normalarının tətbiqində səhvə yol verdiyindən qətnamənin ləğv edilməsi hissəsində şikayətin dəlilləri əsaslı olmuşdur. Kasasiya şikayətində iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yeni qərar qəbul edilməsi üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, işdən görünür ki, iddia tələbi məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. İddia tələbində qeyd edilən mühafizə zonasında inşa edilmiş daş hasarın uzunluğu və konkret olaraq hansı yardımçı binaların sökülməli olma sına apellyasiya məhkəməsi aydınlıq gətirməmişdir. Odur ki, kasasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. İşin hallarına görə cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində ona məxsus süd məhsulları emalı sexi mövcuddur. İnşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində olan istehsalat sexi, inzibati bina, qazanxana, anbar binası qaz xəttinin mühafizə zonasından kənarda yerləşir. Mütəxəssis rəyinə görə gözətçi məntəqəsi və giriş qapısı qaz xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisə hasarın bir hissəsi, gözətçi məntəqəsi və giriş qapısı ilə bağlı olduğundan və cavabdehin istehsalat tikililəri ilə bağlı olmadığ ına görə məhkəmə icraatı çərçivəsində mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinə mane olması istisna edilir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-55/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-140/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-140/2020
10.06.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver