Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-190/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X” İdarəsinin Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X” İdarəsinin Cavabdeh1 qarşı “mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə da ir iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 22(104)-122/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. JN 0515, KOD 50910018 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayonu, Cinliboluslu bələdiyyəsinin 2005-ci il 21 fevral tarixli, 04 saylı qərarına əsasən satılmış 0,03 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
2. Goranboy rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən 5 saylı “tikinti işlərinin aparılması üçün” icazə sənədindən görünür ki, Goranboy rayonu, Cinliboluslu kəndinin qərarı ilə verilmiş Goranboy rayonunda, Goran dördyolunda yerləşən torpaq sahəsində tikinti işlərin in aparılmasına icazə verilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Cinliboluslu kəndində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli, 183,1 kv.metr ümumi, 97,5 kv.metr əsas, 112,5 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 4. 2020-ci il 31 may tarixində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X” İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən Goranboy rayonu, Boluslu kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş mağazanı cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonunun Boluslu kəndi ərazisində cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən diametri 325 mmlik “Goranboy QPS” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 14 metrliyində edilmişdir. Cavabdehin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil. Göstərilən magistral qaz kəmərinin 50 metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tərəfindən inşa edilmiş mağaza yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuzdur.
6. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23-cü bəndlərinə istinad etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, e-2-2(115)-425/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Kənan Vəliyev).
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasına cavabdehin mülkiyyətçi kimi qanun üzrə mülkiyyət sənədləri mövcuddur və əmlak rəsmi reyestridə qeydə alınmışdır. Tikintinin aparılmasına icazə verilməsini təmin edən sənədlər də qüvvədədir. 9.Ona görə də, həmin məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, həmçinin, səlahiyyətli orqan tərəfindən tikintinin aparılmasına icazə verilməsi həmin tikilinin özbaşına olması hallarını aradan qaldırmış olur. Mülkiyyətdə olan tikintinin dəyəriödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmamışdır.
10. Məhkəmə gəldiyini nəticəni i Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan R espublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 180.1, 180.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli, 2-2(104)-122/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Şamil Rzaquliyev, hakimlər Loğman Süleymanov və Afiq Hüseynzadə).
13. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad edərək göstərmiş dir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanuni müəyyən edilmiş qaydada torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə orqanına ərizə ilə müraciət etmiş və ərizəsinə uyğun olaraq mülkiyyətinə torpaq sahəsi verilmişdir. Cavabdeh ona ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün ona icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan Goranboy rayon İcra hakimiyyətinə müraciət etmiş, ona ayrılmış torpaq sahəsində tikintinin aparılmasına Goranboy rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən müvafiq icazə verilmiş, başa çatmış tikinti isə müvafiq komissiyanın qəbul aktı ilə istismara qəbul edilmişdir, yəni həmin tikili özbaşına tikili deyildir.
14. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri» Qaydalarının 2.3 və 2.6-cı bəndlərinə istinadla qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün Goranboy rayon (şəhər) İcra Hakimiyyətinə verildiyini təsdiq edən sənədləri məhkməyə təqdim edə bilməmişdir. Sözügedən Qaydaların 2.3 və 2.6-cı bəndlərinin tələblərinə görə boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur. Tikinti-quraşdırma və sifarişçi təş kilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərəinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası MM-in 180.1, 180.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 26 dekabr tarixdə iddiaçı tərəfə təqdim edilmişdir.
17. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin t əmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası yalnız qeyri-yaşayış binasının cavabdehin mülkiyyətində olmasını əsas götürməklə yanlış nəticəyə gəlmişdir. Halbuki, cavabdehin təhlükəsizlik zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Apellyasiya instansiyası məhkəməsi sözügedən tikilinin “Qaydalar”ın tələbləri pozulmaqla, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı və mağazaya gələn çoxsaylı insanların həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün, onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
19. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 125.7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.23, 2.24-cü bəndlərinə, Azərbaycan Respublikası MPM-in 88,106.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
22. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: “ M a d d ə 1
3. Mülkiyyət Konstitusiyasının müvafiq müddəalarında İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... IV. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “ M a d d ə 2
9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....”
27. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur; “Maddə
140. Daşı nmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri- dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyy ətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə
164. Sahibliyin müdafiəsi... 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.” “Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özba şınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.” “Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna l azımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar n əzərdə tutulmuşdur: “ M a d d ə 4
4. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.” “ M a d d ə 4
5. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar
1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər....” “M a d d ə 4
6. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:.. dövlət obyektlərinin — d ağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;...” “ M a d d ə 1 1
1. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hes abına həyata keçirilir.”
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
2. MAGİSTRAL BORU KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ 2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri; boru kəmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları; məsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları; yanğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları; kondensatın saxlanması və qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar; boru kəmərlərinin istismarında xidməti xətt qurğuları; boru kəmərləri boyunca yerləşən daimi yollar, vertolyot meyda nçaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar; əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları; yeraltı qazsaxlama stansiyaları. 2.3. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur.... 2.6.Tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə m əlumat verir.... 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;... 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.... 2.11. Boru kəmərl ərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri;... c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;... 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.... 2.14. Bu Qaydaların 2.12-ci yarımbəndi ilə müəyyən edilmiş boru kəmərləri və obyektləri arasında olan məsafələrdə insanların toplanması ilə əlaqədar bütün işlərin və tə dbirlərin həyata keçirilməsi qadağan edilir.... 2.22. Boru kəmərlərində baş vermiş qəzaların nəticələrini ləğv etmək məqsədilə yolların üst örtüklərinin açılması ilə bağlı olan işlər, kəmərləri istismar edən hüquqi şəxslərin gücü və vəsaitləri hesabına, müvafiq yol orqanları ilə razılaşdırıldıqdan sonra aparılmalıdır.
30. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə süb utlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda §26-29), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehə qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsində, səlahiyyətli dövlət orqanı olan RİH-nin icazəsi ilə tikilmiş, aparılmış tikinti norma və qaydalarına uyğun hesab edilərək müvafiq komissiya tərəfindən istismara qəbul edilmiş, cavabdehin həmin tikili üzərində mülkiyyət hüququ 2008-ci ilin 14 noyabrında daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən tikilmiş boru kəmərlərinin faktiki vəziyyəti (icra sxemi) və digər lazımi sənədləri, torpaq istifadəsi xəritəsinə salınması üçün RİH-ə verilməmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddiaçı təşkilatın müvafiq qurumları NK-nın Qaydalarının 2.6-cı bəndinin (bax yuxarıda § 29) tələblərini pozmuş və lazımi sənədləri aidiyyəti üzrə verməmişlər. Bu da səlahiyyətli dövlət orqanlarının borunun mövcudluğu, marşrutu, mühafizə zonası haqqında məlumatsız qalmasına və obyektin tikintisinə icazə verilərkən, iddiaçının hazırda istinad etdiyi razılaşdırmanın aparılmamasına səbəb olmuşdur.
35. Bundan başqa, s özügedən qeyri-yaşayış sahəsi inşa olunduğu dövrdə, habelə istismara qəbul olunduğu 2007-ci ildən hazırki iddianın qaldırıldığı müddətədək (13 ilədək) iddiaçı tərəfindən obyektin sahibinə tikilinin qanunsuz olması barədə hər hansı tələb irəli sürülməsi, obyekt barədə verilmiş hüquq müəyyənedici sənədlərin məhkəmə və ya inzibati qaydada mübahisələndirilməsi işin materiallarından görünmür.
36. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, sözügedən obyekt barədə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olduğu halda, iddiaçının tələbi əsaslı hesab oluna bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 noyabr tarixli 2-2(104)-122/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli