Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-234/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İdarənin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: qaz kəmərinin mühafizə zolağında yerləşən tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı İdarənin vəkili cavabdeh MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı İdarə cavabdeh MMC-yə qarşı “qaz kəmərinin mühafizə zolağında yerləşən tikilinin sökülməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tər əfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli 2-2(104)-73/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2018-ci il 4 iyul tarixli aktdan görünür ki, Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq A kəndi ərzisindən keçən 325 mm-lik yüksək təzyiqli Goranboy QPS qaz kəmərinin mühafizə zonasında, kəmərdən 14 metr məsafədə “Cavabdeh” MMC-yə (bundan sonra – “MMC”) aid tikiş fabriki yerləşir.
2. İş materiallarında olan İdarəsi (bundan sonra – “Qİİ”) Ağdaş Qaz Kəmərləri sahəsinin 2019-cu il 3 may tarixli məktubundan və ona əlavə olunmuş texniki pasportun surətindən görünür ki, Goranboy və Naftalan rayonlarını qazla təchiz etmək üçün layihə təzyiqi 55 atmosfer, işçi təzyiqi 15-17 atmosfer olan, diametri 325 mm-lik yüksək təzyiqli qaz kəməri 1988-ci ildə istismara verilmişdir.
3. İş materiallarında olan X rayon İcra Hakimiyyəti (bundan sonra – “RİH”) başçısının 2008-ci il 13 avqust tarixli 89 saylı sərəncamının surətindən görünür ki, X1 (bundan sonra – “X1”) Goranboy bələdiyyəsi ərazisindən satılmış 3,75 ha torpaq sahəsi üzərində tikiş fabrikinin tikilməsinə icazə verilmişdir.
4. İş materiallarında olan RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri, Goranboy rayon GEM-in direktoru, Goranboy rayon bələdiyyəsinin sədri, Paylayıcı elektrik şəbəkəsinin, Ekologiya nəzarətinin, FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin, Sanitar nəzarətin, DƏDRX Bərdə rayon Ərazi İdarəsinin nümayəndələrindən ibarət qəbul komissiyası tərəfindən 2011-ci il 10 aprel tarixində tərtib olunmuş “obyektin istismara qəbul edilməsi barədə akt”dan görünür ki, Goranboy rayonun 54-cü məhəlləsində, Y şosse yolunun sağ tərəfində olan, X1 tərəfindən RİH başçısının 89 saylı sərəncamına əsasən inşa edilmiş Tikiş fabrikinin istismara qəbul edilməsi məqsədəuyğun hesab olunmuşdur.
5. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – “FHN”) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təhlil qrupunun 2012-ci il 17 dekabr tarixli rəyinin nəticə hissəsində göstərilmişdir ki, X1 tərəfindən inşa edilmiş, Goranboy rayonu 54-cü məhəllədə inşa edilmiş Tikiş fabriki binasının yükdaşıyan konstruksiyasının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar verilmişdir.
6. İş ma teriallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Goranboy şəhəri Y şosse yolunun sağ tərəfində 3,75 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 871,8 m2 olan əmlak kompleksi üzərində X1-in mülkiyyət hüququ 2012-ci il 27 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır.
7. İş materiallarında olan Goranboy şəhəri Y şosse yolunun sağ tərəfində X1 tərəfindən inşa edilmiş əmlak kompleksinə aid 2012-ci il 27 dekabr tarixində tərtib olunmuş texniki pasportdan görünür ki, həmin Tikiş fabrikinun 2011-ci ildə inşa edildiyi qeyd olunmuşdur.
8. İş materiallarında olan daşınmaz əmlakın 2017-ci il 15 oktyabr tarixli AN İ ******* saylı al qı-satqı müqaviləsindən görünür ki, satıcı R.Alıyev mülkiyyətində olan Goranboy şəhəri Goranboy şosse yolunun sağ tərəfində 3,75 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 871,8 m2 olan əmlak kompleksindən 30.000 m2 torpaq sahəsini və 871,8 m2 olan qeyriyaşayış sahəsini 80.000 manat müqabilində alıcı MMC-nin adından iştirak edən V-ya satmışdır.
9. İş materiallarında olan DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 2019-cu il 24 iyun tarixli məktubunda göstərilir ki, MMC-nin və ya “Z” tikiş fabrikinin (bundan sonra-“ETTF”) adlarına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır.
10. İş materiallarında olan Qİİ Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin MMC-yə ünvanladığı 2018-ci il 11 iyul tarixli NA-01/498 saylı məktubda bildirilmişdir ki, ona məxsus Goranboy rayonu A kəndi əra zisində yerləşən ETTF Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə zidd olaraq inşa edildiyindən həmin tikilinin sökülməsi cavabdehə təklif edilmiş, əks təqdirdə sözügedən tikilinin sökülməsi məqsədilə məhkəməyə müraciət olunacağı və digər xərclərin də ondan tutulacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Qİİ 2018-ci il 28 avqust tarixində MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MMC tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi ərazisində, qaz kəmərinin mühafizə zonasında inşa edilmiş ETTF-nin MMC-nin öz vəsaiti hesabına tam sökülərək mü hafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonunun A kəndi ərzisində MMC tərəfindən Az DTN 2.9-2 magistral boru kəməri layihələndirmə normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın tələbləri pozularaq həmin ərazidən keçən diametri 325 mm-lik “Goranboy QPS” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 14 metrliyində ETTF inşa edilmişdir. MMC-nin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil.
13. İddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3, 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na (bundan sonra – "xxxx") istinad etməklə əsaslandırılmışdır.
14. MMC-nin nümayəndəsi 2018-ci il 12 sentyabr tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 sentyabr tarixli 2-2(83)-738/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırımış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) ETTF Goranboy rayonu A kəndi ərazisindən keçən diametri 325 mm-lik “Goranboy GPS” qolu yüksək magistral qaz kəmərinin mühafizə zonasına düşürmü?; 2) ETTF ilə qaz kəməri arasındakı məsafə nə qədərdir və magistral qaz kəməri ilə yaşayış evləri, qeyri-yaşayış obyektləri, ticarət obyektləri və s. arasında olan məsafə qanunvericiliyin tələblərinə əsasən neçə metr olmalıdır?
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 11 dekabr tarixli 26260 nömrəli rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Goranboy rayonu A kəndi ərazisində inşa olunmuş ETTF 325 mm-lik diametrli maqistral qaz kəmə rindən 14 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikili qaz kəmərinin NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir.
17. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 yanvar tarixli 2-2(83)-34/2019 saylı qətnaməsi ilə (hakim – K.Rzayev) iddia tələbi təmin edilmiş, ETTF-nin MMC-nin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi, qaz kəmərinin mühafizə zonası əvvəlki vəziyyətə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərcinin MMC-dən alınaraq müvafiq hesaba ödənilməsi qət edilmişdir.
18. ETTF NK-nın Qaydalarının tələblərinə zidd olaraq həmin ərazidən keçən diametri 325 mm-lik “Goranboy QPS” qolu yüksək təzyiqli m agistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 14 metrliyində inşa edilmişdir. Belə olan halda, Qİİ hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin ekspert rəyinin nəticə hissəsindən görünür ki, ETTF 325 mm-lik diametrli magistral qaz kəmərindən 14 metr məsafərə yerləşdiyini nəzərə alaraq, həmin tikili qaz kəmərinin NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir.
19. Məhkəmə öz qətnaməsini MPM-in 14.2, 77.1, 80, 81, 88, 124.1, 216.1, 217, 218.1, 218.3-cü, "xxxx" Azərbaycan Respublikasının Qanununun 19-cu maddələrinə, NK-nın Qaydalarının 2.7, 2.23-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
20. MMC həmin qətnamədən 2019-cu il 26 fevral tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli 2-2(104)-57/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 29 yanvar tarixli 2-2(83)-34/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – İ.Şəfiyev, hakimlər – R.Mamedov və Ç.Məmmədov).
22. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 22.1. İlk növbədə, apellyasiya şikayətində qeyd olunan Qİİ-nin hazırkı iddianı verməyə subyektiv hüququnun olmaması, həmin iddianın qaldırılması hüququnun FHN-ə məxsus olması barədə dəlili əsassızdı r. Çünki tikilinin sökülməsi ilə bağlı FHN-in səlahiyyətlərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən MM-in 180-ci maddəsi də qüvvədədir. 22.2. MM-in 180.4-cü maddəsi ŞTM-nə zidd olmayan hissədə qüvvəsini saxladığından, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və ya hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması istisna olunmur. 22.3. Mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də magistral qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna gö rə də Qİİ-nin hazırki iddia verməyə subyektiv hüququ vardır. 22.4. Həmçinin ETTN-in qaz xətti çəkiləndən qabaq inşa edildiyi barədə dəlil də əsassızdır. Çünki iş materialları ilə tikiş fabrikinin inşasına 2008-ci ildə başlandığı və 2011-ci ildə inşasının başa çatdığı, qaz kəmərinin isə 1988-ci ildə istismara verildiyi sübut olunur. 22.5. İddianın əsaslılığına gəldikdə, iddia tələbi həm də əsaslı olmuşdur. Ekspertizanın rəyi ilə təsdiq edilir ki, ETTF NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafizə zonasının daxilinə düşür. Həmçinin məhkəmədə bu tikintinin inşa edilməsi üçün RİH tərəfindən icazə verilməsinə baxmayaraq, sözügedən torpaq sahəsinin ayrılması haqqında ərizəyə baxılan zaman əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılması müəyyən olunmur. Bu bar ədə cavabdeh hər hansı sübut təqdim etməmişdir. 22.6. Tikilinin sökülməsi iddiaçının mülkiyyət hüquqlarına müdaxilə elementini ehtiva edir və bu baxımdan iddia tələbi həm də mülkiyyət hüququnun müdafiəsi barədə milli və beynəlxalq hüquqla təsbit edilmiş təminatlar nöqteyi-nəzərindən də təhlil olunmalıdır. 22.7. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. 22.8. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə al maq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. 22.9. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. 22.10. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı b ütün tərəflər üçün bərabər olmalıdır. 22.11. Milli qanunvericiliyin və beynəlxalq hüququn qeyd olunan müddəları əsasında işin faktik halları təhlil olunduqda müəyyən olunur ki, MMC-nin mülkiyyətində olan tikilinin sökülməsi barədə birinci instansiya məhkəməsinin qərarı bu şərtlərə cavab verir. 22.12. Belə ki, əvvəla tikilinin sökülməsinin mümkünlüyü yuxarıda göstərildiyi kimi qanunla müəyyən olunmuşdur. 22.13. Bundan başqa, fabrikdə çoxsaylı işçilər çalışır və dövlət onların təhlükəsizliyinə təminat verməklə, onların qarşısında pozitiv öhdəlik daşıyır. Tikilinin sökülməsi, yüksək təzyiqli qaz kəmərinin gələcəkdə birmənalı təkzib olunmayan partlaması ehtimalında fabrikdə işləyən çoxsaylı vətəndaşların təhlükəsizliyinin təmin olunması kimi məqsədə xidmət edir. Yəni bu tədbir başqa şəxsləri n hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilir və qanuni məqsədlərə yönəlir. 22.14. Çoxsaylı vətəndaşların təhlükəsizliyinin təmin olunması "xxxx" kimi çıxış edir. Bu cür ümumi maraqla MMC-nin mülkiyyət hüququ kimi “xüsusi marağın” rəqabətində ümumi marağa üstünlük verilməsi üçün əsaslar vardır. Çünki yuxarıda göstərildiyi kimi mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. 22.15. Vətəndaşların təhlükəsizliyi kimi məqsədə nail olmaq üçün cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması, məhdudlaşdırma tədbirinin adekvatlığı tələbinə, ağlabatan mütənasiblik prinsipinə cavab verir. 22.16. Söhbət ümumi maraqlara aid olan məsələdən gedirsə, dövlət hakimiyyəti orqanları v axtında, məqsədəuyğun və ardıcıl şəkildə hərəkət etməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 13, 15, 27, 29, 71-ci, MM-in 180.4-cü, MPM-in 217.3, 218.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – “ŞTM”) 95.1-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 19-cu, NK-nın Qaydalarının 1.1, 2.7, 2.23, 2.24-cü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1 saylı Protokolun 1-ci maddəsinə, Böyük palatanın “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərarına § 93, “Vasilevski Rumıniyaya qarşı”, "xxxx" qərarlarına istinad etməklə əsaslandırmışdır.
24. MMC həmin qətnamədən 2019-cu il 8 oktyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 yanvar tarixli 2-2(102)-13/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli 22(104)-57/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – İ.Hüseynov, hakimlər – N.Rəsulbəyova və Z.Quliyev).
26. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 26.1. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətində qeyd olunan Qİİ-nin hazırkı məzmunda iddianı verməyə subyektiv hüququnun olmaması barədə dəlili əsaslı hesab etmir və apellyasiya instansiyası məhkəməsinin Qİİ-nin subyektiv hüquqa malik olduğuna dair gəldiyi nəticə ilə razılaşır. Belə ki, tikilinin sökülməsi ilə bağlı FHN-nin səlahiyyətlərini nəzərdə tutan ŞTM-in 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən MM-in 180-ci maddəsi də qüvvədədir. 26.2. Mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də magistral qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna görə də Qİİ-nin hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququ vardır. 26.3. Ekspertizanın rəyi ilə təsdiq edilir ki, ETT F NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafizə zonasının daxilinə düşür. 26.4. Həmçinin məhkəmədə bu tikintinin inşa edilməsi üçün GRİH tərəfindən icazə verilməsinə baxmayaraq, sözügedən torpaq sahəsinin ayrılması haqqında ərizəyə baxılan zaman əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılması müəyyən olunmur. Bu barədə MMC hər hansı sübut təqdim etməmişdir. 26.5. Bu hal isə "xxxx" Qanunun 19-cu maddəsinə əsasən qeyd olunan binanın MMC-nin hesabına oradan kənar edilməsi üçün əsasdır. 26.6. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarının hazırkı mübahisəyə tətbiq edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi normaların tələblər ini mübahisənin hər iki tərəfinə münasibətdə nəzərə almalı, gəldiyi nəticəni də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalı idi. 26.7. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi NK-nın Qaydalarının 2.3 və 2.6-cı bəndlərinin tələblərinin Qİİ və GRİH tərəfindən təmin olunub-olunmadığı məhkəmə araşdırmasının predmeti olmayıb. Həmin halların müəyyən edilməsi isə “mühafizə zonası” ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasında təqsirli şəxs(lər)in (deməli həm də, onun nəticələrinə görə mülki məsuliyyət daşımalı şəxslərin) dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. 26.8. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, mülkiyyətçinin fərdi maraqları ilə cəmiyyətin maraqları arasında mütənasibliyin təmin edil məsi hazırkı mübahisənin düzgün həlli üçün mühüm şərtdir və apellyasiya instansiyası məhkəməsi bu şərtlə bağlı mövqeyini əsaslandırmışdır. Bununla yanaşı, məhkəmə yuxarıda qeyd edilən Qaydaların 2.3 və 2.6-cı bəndlərində nəzərdə tutulmuş tələblərə dair halların tədqiqinə əhəmiyyət verməyərək, baş vermiş nəticənin aradan qaldırılmasında ifadə olunan məsuliyyət yükünü məhz (və yalnız) MMCyə aid edərək, bunun üçün yetərli əsaslar olmadan onu açıq-aşkar əlverişsiz vəziyyətdə qoymalı deyil.
27. Məhkəmə öz qətnaməsini MM-in 180.4-cü, MPM-in 88, 106.1, 217.1, 365-ci, ŞTM-in 95.1-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 19-cu maddələrinə, NK-nın Qaydalarının 1.1, 2.3, 2.6, 2.7, 2.23, 2.24-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 2
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli 2-2(104)-73/2020 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2019-cu il 29 yanvar tarixli 2-2(83)-34/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmiş, ekspertiza xərci olan 100 manat məbləğində pulun Qİİdən alınaraq müvafiq hesaba köçürülməsi qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
29. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 29.1. Sənədlərdən göründüyü kimi, Qİİ-nin sökülməsini tələb etdiyi tikili X1-ə qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan RİH-ə müraciət edilmiş, sonuncu X1-ə Goranboy rayonu Goranboy-Y şossesinin sağ tərəfində Tikiş fabrikinin inşa etdirməsinə icazə vermiş, aparılmış tikinti norma və qaydalarına uyğun hesab edilərək müvafiq komissiya tərəfindən istismara qəbul edilmiş, X1-in həmin tikili üzərində mülkiyyət hüququ qeydə alınmış, X1 daha sonra, yəni 2017-ci il 15 oktyabr tarixli alqı-satqı müqaviləsi əsasında həmin əmlak kompleksini MMC-yə satmışdır. 29.2. RİH başçısı aparatının 2020-ci il 21 oktyabr tarixli 54 saylı məktubundan görünür ki, Goranboy rayonu və Naftalan şəhərlərinin qaz təminatı üçün çəkilmiş boru kəmərinin faktiki vəziyyətinin icra sxeminin torpaq istifadəsi xəritəsinə salınması üçün GRİH-ə verilibverilməməsi barədə heç bir məlumat yoxdur. 29.3. Goranboy rayon Dövlət Arxivinin 2020-ci il 20 oktyabr tarixli 52 saylı arayışından görünür ki, Goranboy rayonu və Naftalan şəhərlərinin qaz təminatı üçün çəkilmiş boru kəmərinin faktiki vəziyyətinin icra sxemi Goranboy rayon Dövlət Arxivində mühafizə olunan RİH orqanlarının arxiv sənədlərində aşkar olunmadı. 29.4. Ekspertizasının rəyindən görünür ki, ETTF 325 mm-lik diametrli magistral qaz kəmərindən 14 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, həmin tikili NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafızə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir. 29.5. Beləliklə, yuxarıda qeyd olunan sənədlərlə Qİİ tərəfindən sökülməsi tələb olunan tikilinin NK-nın Qaydalarının 2.7-ci bəndində göstərilən 50 m-lik mühafızə zonasında inşa edildiyi müəyyən olunmaqla yanaşı həmin tikilinin tikintinin aparılmasına icazə vermək səlahiyyətində olan dövlət orqanlarının rəsmi icazəsi ilə inşa edildiyi, həm də qeyd olunmuş ərazidə çəkilmiş boru qaz kəmərinin faktiki vəziyyətinin (icra sxeminin) torpaq istifadəsi xəritəsinə salınması üçün GRİH orqanına təqdim edilməli olduğu halda, təqdim edilmədiyi aşkar olunmuşdur. 29.6. Digər tərəfdən, MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 29.7. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən Qİİ-nin nümayə ndəsi tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün RİH-ə verildiyini təsdiq edən sənədləri məhkməyə təqdim edə bilməmişdir. 29.8. Belə olan halda, səlahiyyətli dövlət orqanının icazəsi ilə və tikinti norma və qaydalarına uyğun inşa edilmiş və mülkiyyətdə olan tikintinin dəyəri ödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmamışdır.
30. Məhkəmə öz qətnaməsini ARK-nın 13, 29-cu, MM-in 140-cı, MPM-in 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, NK-nın Qaydalarının 2.3, 2.6, 2.7-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
31. Qİİ həmin qətnamədən 2021-ci il 5 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edil məsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
32. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslı sayıla bilməz. Çünki iddia tələbi MMC-nin inşa etdiyi tikili üzərində onun mülkiyyət hüququ əldə edib-etməməsi ilə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinin və NKnın Qaydalarının tələbləri pozulmaqla, qaz kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikililər qaz kəmərinin mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin Qİİ-nin qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. İşdə həqiqiət müəyyən edilməmiş, iş üzrə sübutlar düzgün yoxlanılmamış və qiymətləndirilməmişdir.
33. Kassasiya şikayəti ARK-nın 125-ci, MM-nin 180.1, 180.3, 180.4-cü, MPM-in 9.3, 106.1, 217, 220.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə, NK-nın Qaydalarının 2.7, 2.23-cü bəndlərinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tər əf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştirak edən Qİİ-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin əsaslı olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
36. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini qəbul etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətin də verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Qİİ apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. ARK-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
41. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezump siyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə
180. Özbaşına tikinti və onun nəticələri... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”
42. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır....” “Maddə
216. Qətnamənin çıxarılması və elan edilməsi 216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır....” “Maddə
217. Qətn amənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”
43. ŞTM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikint i obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz a rzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4 -cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 44. "xxxx" Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur. Qanununun müvafiq müddəalarında “Maddə 19.Mühafizə zonası və tədbirləri 1.Sənaye qurğularını digər qurğ uların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. 3.Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.”
45. NK-nın Qaydalarının müvaf iq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2. Magistral boru kəmərlərinin mühafizəsi... 2.3. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur.... 2.6. Tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını alma q məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualt ı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstəri lən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.... 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini (bax yuxarıda § 32) işin materialları ilə birgə araşdıraraq, tərəflərinin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi və hüquqi əsaslandırması ilə razılaşır və hesab edir ki, kassatorun dəlili apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğ v etmək üçün əsas deyildir.
47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qİİ-nin sökülməsini tələb etdiyi tikili X1-ə qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan RİH-ə müraciət edilmiş, sonuncu X1-ə Goranboy rayonu Goranboy-Y şossesinin sağ tərəfində Tikiş fabrikinin inşa etdirməsinə icazə vermiş, aparılmış tikinti norma və qaydalarına uyğun hesab edilərək müvafiq komissiya tərəfindən istismara qəbul edilmiş, X1-in həmin tikili üzərində mülkiyyət hüququ qeydə alınmış, X1 daha sonra, yəni 2017-ci il 15 oktyabr tarixli alqı-satqı müqaviləsi əsasında həmin əmlak kompleksini MMC-yə satmışdır.
48. Göründüyü kimi, tikili qanuni əsaslarla inşa olunmuş, onun üzəri ndə ilk mülkiyyətçinin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, MMC isə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərə etibar edərək obyekti onun ilk sahibindən qanuni yolla bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir.
49. Bu baxımdan, MMC, RİH tərəfindən obyektin tikintisinə icazə verilərkən bu qərarın İB-nin müvafiq qurumları ilə razılaşdırılmamasından məlumatlı olmamışdır və ola da bilməzdi.
50. Belə ki, obyektin tikintisinə RİH tərəfindən icazə verilməsi, bina inşa olunduqdan sonra aidiyyəti dövlət qurumlarından ibarət komissiya tərəfindən istismara qəbul olunması, sonradan obyekt üzərində mülkiyyət hüququnun qeydə alınması MMC-də fabrikin qanuni əsaslarla inşa və istifadə olunmasına əminlik yaratmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən o da müəyyən edilmişdir ki, tikintiquraşdırma və sifarişçi təşkilatlar tərəfindən tikilmiş boru kəmərlərinin faktiki vəziyyəti (icra sxemi) və digər lazımi sənədləri, torpaq istifadəsi xəritəsinə salınması üçün RİH-ə verilməmişdir.
52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə “Azəriqaz” İB-nin müvafiq qurumları özləri NK-nın Qaydalarının 2.6-cı bəndinin (bax yuxarıda § 45) tələblərini pozmuş və lazımi sənədləri aidiyyəti üzrə verməmişlər. Bu da səlahiyyətli dövlət orqanlarının borunun mövcudluğu, marşrutu, mühafizə zonası haqqında məlumatsız qalmasına və obyektin tikintisinə icazə verilərkən, Qİİ-nin hazırda istinad etdiyi razılaşdırmanın aparılmamasına səbəb olmuşdur.
53. Odur ki, MMC tikintiyə icazə verilməsinə dair qərarın İB-nin müvafiq qurumları ilə razı laşdırılmamasında təqsirli hesab oluna, obyekt isə qanunsuz tikili kimi qiymətləndirilə bilməz.
54. Bundan başqa, bina inşa olunduğu dövrdə, habelə istismara qəbul olunduğu 2011ci ildən sonra pozuntu faktının aşkar olunduğu bildirilən 2018-ci il 4 iyul tarixinədək İB-nin müvafiq qurumları, o cümlədən Qİİ tərəfindən obyektin əvvəlki və ya hazırkı sahibinə tikilinin qanunsuz olması barədə hər hansı tələb irəli sürülməsi, obyekt barədə verilmiş hüquq müəyyənedici sənədlərin məhkəmə və ya inzibati qaydada mübahisələndirilməsi işin materiallarından görünmür.
55. Ümumiyyətlə, məhkəmə kollegiyasının mövqeyinə görə, hazırda iddia ilə məhkəməyə müraciət edən və sözügedən qaz borusunun istismarına, mühafizəsinə məsul olan səlahiyyətli dövlət qurumu kimi Qİİ-nin mübahisə predmeti olan fabrikin inşası və istifadəsi barədə uzun illər ərzində məlumatsız olması, ən azından, inandırıcı deyildir.
56. Yuxarıda deyilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sözügedən obyekt barədə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olduğu halda, həmin obyektin dəyəri ödənilmədən, MMC-nin vəsaiti hesabına sökülməsi barədə Qİİ-nin tələbi əsaslı hesab oluna bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir. Kassatorun gətirdiyi dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İdarənin kassasiya şikayəti təmin edilməsin. G əncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli 2-2(104)-73/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. həmin kassasiya şikayətinə münasibətdə