Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-131/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, məhkəmə aktından şikayət vermək səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “əsassız olaraq əlavə ödənilmiş vəsaitin əvəzləşdirilməsi və qaz sərfiyyatının tarif cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”n ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 18 may tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə əsassız olaraq əlavə ödənilmiş 33447,65 manat vəsaitin gələcəkdə iddiaçının cavabdehə qaz sərfiyyətinə görə yaranacaq borcu hesabına əvəzləşdirilməsi və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrü fatı sahələri” bəndi üzrə hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli, e-2-2(113)-2899/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Axundova).
3. İddiaçı tərəfindən 2022-ci il 13 oktyabr tarixdə apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş birinci instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V. Məmmədov və V.Baxışova).
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətini elektron qaydada iddiaçının nümayəndəsi kimi göstərilmiş Nümayəndə4 imzalamış və şikayətə 2022ci il 5 may tarixli etibarnamə əlavə edilmişdir. Lakin həmin etibarnamə yalnız daxil olan və göndərilən (xarici) sənədlərin imzalanması üçün verilmiş, etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi göstərilməmiş, etibarnamə ümumiyyətlə məhkəmədə təmsil olunmaq üçün verilməmişdir.
6. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər (skan olunmuş) variantının iddiaçının idarə heyətinin sədri R.H.Həsənov tərəfindən fiziki imzalanması halı apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması anlamına gəlmir.
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 74.2, 361.2, 363.1, 363.1.1, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 3 noyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir
9. İddiaçı tərəfindən 2022-ci il 14 noyabr tarixində kassasiya şikayəti verməklə həmin qərardadın ləğv edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli, 2-2(102)-799/2022 saylı qərarı ilə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli, 2-2(102)-799/2022 saylı qərardadı ləğv edilmiş və kommersiya mübahisəsi iş üzrə kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – B.Qəribov, hakimlər – B.Məmmədli və A.Abbasov).
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti fiziki olaraq direktor – R.Həsənov tərəfindən, elektron qaydada isə Nümayəndə4 tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin şikayəti imzalayan direktorun imzasının elektron qaydada deyil, yəni fiziki olaraq icra edilməsi səbəbi ilə, elektron sistemdə mövcud olan elektron imzanın isə şikayəti imzalamaq səlahiyyəti olmayan şəxs – Nümayəndə4 tərəfindən imzalandığı üçün geri qaytarmışdır.
12. Həm apellyasiya, həm də kassasiya şikayətlərinə Nümayəndə4 iddiaçının hüquqşünas vəzifəsində işləməsinə dair əmək müqaviləsinin bildirişi əlavə edilmiş, lakin həmin bildirişin verilmə tarixi 2018-ci il 3 avqust tarixi qeyd olunmuşdur. Hazırkı halda isə kassasiya şikayəti təqdim olunarkən şikayətə nümayəndə - Nümayəndə4 tam səlahiyyət verən (məhkəmə aktlarından şikayət verilə bilməsi hüququ qeyd olunan) etibarnamə də əlavə olunmuş və beləliklə, şikayət səlahiyyəti olan Nümayəndə4 tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətində onu tərtib edən vəkilin fiziki olaraq imzası şikayətin skan olunmuş formasında müəyyən edilsə də, elektron məhkəmə sistemində elektron imza vasitəsilə vəkil tərəfindən imzalanmamışdır. Elektron imza ilə bağlı funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir. Hazırki kassasiya şikayəti elektron qaydada yalnız baş hüquqşünas Nümayəndə4 tərəfindən imzalandığından icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kassatorun vəkili də kassasiya şikayətini elektron qaydada imzalamamışdır.
13. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MPM-in 402.1, 408.1, 408.1.1, 408.3, 417.1, 417.1.7-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. İddiaçı 2022-ci il 23 dekabr tarixdə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(103)-1083/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli, 2-2(103)-1083/2022 saylı qərardadından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunmuşdur (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin qeyd olunan hallarını, yəni iddiaçının ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında kassasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslara geri qaytarıldığını, bundan sonra qısa müddətdə qüsurlar aradan qaldırılaraq kassasiya şikayətinin verildiyini nəzərə alaraq, kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən b aş vermişdir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 133.1, 133.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü il 13 yanvar tarixdə iş üzrə tərəflərə göndərilmiş və iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 19. “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması” Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli, 27 nömrəli Qərarının tələbi pozulmuşdur. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş hüquqi şəxs adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamədə vahid nümunəvi formada nəzərdə tutulmuş 3-cü xana, yəni “ yalnız daxili və göndərilən (xarici) sənədlərin imzalanması hüququ” işarələnərək təsdiq edilmiş və etibarnamədə 3-cü xana üzrə nəzərdə tutulmuş səlahiyyətlər birbaşa hüquqi şəxsin adından imzalanmış bütün növ sənədlərin göndərilməsini özündə ehtiva etmişdir.
20. Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təsis sənədləri ilə səlahiyyət verilmiş şəxs – İdarə Heyətinin sədri tərəfindən fiziki olaraq imzalanmış və apellyasiya şikayətinin aidiyyəti üzrə elektron qaydada imzalanaraq göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad et məsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndəni n məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən e dilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. “Maddə
361. Apellyasiya şikayətinin məzmunu... 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etiba rnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış he sab edilə bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonr a digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. MPM-in 74.1-ci maddəsinə əsasən, Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşd irir.
29. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
30. MPM-in 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhk əmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilir.
31. MPM-in 363-cü maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya geri qaytarılır.
32. Göstəril ənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 2-2(103)1083/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 noyabr tarixli, 22(103)-1083/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.