Məhkəmə qərarları › İş №2-2(102)-131/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-131/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-131/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ilk, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)791/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı icra sənədinə əsasən İddiaçı MMC-dən 132.297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaiti, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə aktının qüvvəyə mindiyi tarix 2022-ci il 27 sentyabrdır.

2. Cavabdehə məxsus hesabdan çıxarışa əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarix li e-2-2(113) 317/2022 saylı icra sənədi üzrə cavabdehin hesabına 2023-cü il 1 mart tarixində 69.913,54 manat və 2023-cü il 7 iyul tarixində 73.549,62 manat məbləğində vəsait köçürülmüşdür.

3. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 2023-cü il 11 iyul tarixli qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 70.484,58 manat əsas borc, 410 manat mediasiya sessiyası üçün ödənilmiş vəsait, 7.100 manat hüquqi yardım üçün xərclənmiş məbləğ, 344 manat ödənilmiş dövlət rüsumu, cəmi 78.338,58 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi ilə cavabdeh hüquqi şəxsin iddiası qismən təmin edilərək ümumilikdə 143.079,6 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat ödənilməsi qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İddiaçı hələ məhkəmə baxışı zamanı mübahisəli məbləği ödəməyə başlamış, lakin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulmuşdur. Cavabdeh təşkilat ödəmənin artıq olması və yuxarıda göstərilən məbləğin onlara qətiyyən aid etmədiyini bilsə də, qaytarmaqdan imtina etmiş, halbuki dəfələrlə bu barədə müraciətlər olunmuş və danışıqlar aparılmışdır.

6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan əldən çıxmış fayda olaraq 40.000 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manat, ümumilikdə 48.390 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 236 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 4 yanvar tarixli müqavilə əs asında cavabdeh tərəfindən iddiaçıya müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən iddiaçının cavabdehə 137.888,99 manat əsas məbləğ üzrə və 23.854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Bu səbəbdən cavabdeh Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan 161.743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10.782 manat, ümumilikdə 172.525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, yəni 2021-ci il 25 noyabr tarixində iddiaçı tərəfindən 29.445,4 manat ödəniş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2022 saylı, 2022-ci il 27 yanvar tarixli qətnaməsi ilə iddiaçıdan 132.297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10.782 manat, ümumilikdə 143.079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsinin aşağıdan 2-ci abzasında da göstərilmişdir ki, “Bundan başqa, məhkəmə qeyd edir ki, göstərilən borc məbləğindən cavabdeh tərəfindən 2021-ci il 25 noyabr tarixdə iddiaçının hesabına 29.445,4 manat ödəniş edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, borc məbləğindən qalan 132.297,6 (161.743-29.445,4) manat cavabdehdən tutulmaqla i ddia həmin hissədə qismən təmin edilməlidir”. Bütün digər ödənişlər müqavilə və məhkəmə qərarı əsasında həyata keçirilmiş, həyata keçirilmiş ödənişlər məhkəmə tərəfindən nəzərə alınmışdır. İddiaçı tərəfindən hər hansı bir artıq ödəmə həyata keçirilməmişdir. İcra sənədi üzrə iddiaçı tərəfindən ödəniş 2023-cü il 1 mart tarixində 69.913 manat və 2023-cü il 7 iyul tarixdə 73.549 manat olmaqla həyata keçirilmişdir. Halbuki bu ödənişlər hələ 2020-ci il 10 iyun tarixdə həyata keçirilməli idi. İddiaçı üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini gecikdirmişdir. Məhkəmə qərarının 2022-ci il 27 yanvar tarixində qəbul edilməsini, həmin tarixə qədər illik 5% olmaqla 10.782 manat məbləğində pul vəsaitinin tutulmasını nəzərə alaraq cavabdeh qeyd edir ki, 2022-ci il 27 yanvar tarixindən 2023-cü il 1 mart tarixinə qədər 1 il 1 ay olmaqla 132.297 manatın illik 5%-i həcmində, yəni 7.165 manat və 2023-cü il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinə qədər 4 ay olmaqla 73.549 manatın illik 5%-i həcmində, yəni 1.225 manat, ümumilikdə 8.390 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

8. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh ilə aralarında imzalanan müqaviləyə əsasən görülmüş işə görə müəyyən edilmiş tarixdə ödəniş etməli idilər. Ödənişi gecikdirdiklərinə görə qanunvericiliyin tələblərinə əsasən cərimə də ödəmiş və cavabdehə məsrəflər də köçürmüşlər. Yəni borcdan əlavə vəsait onlardan tutulmuş və həmin məhkəmə qərarı qüvvəyə minərək preyudisial sənədə çevrilmişdir. Artıq ödəmənin günahkarı Bakı şəhəri Suraxa n rayon icra şöbəsidir. Cavabdehə artıq ödənilmiş 70.484 manatın onlardan alınması yalnız Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurunun səhvi nəticəsində baş vermişdir və burada hansısa borc əvəzinin ödənilməsi söhbətindən gedə bilməz. Məhkəmə qərarında da inkasso sərəncamında da göstərilən məbləğ tutulan məbləğdən 70.484 manat azdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli e-2-2(113)-1322/2024 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulması göstərilsə də, cavabdehə məxsus hesabdan çıxarışa əsasə n Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)317/2022 saylı icra sənədi üzrə cavabdehə 2023-cü il 1 mart tarixində 69.913,54 manat və 2023-cü il 7 iyul tarixində 73.549,62 manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə icra sənədi üzrə göstərilən məbləğdən artıq ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab et mişdir ki, qarşılıqlı iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

12. Məhkəmə qarşılıqlı iddia ərizəsini gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 8.390 manat pulun tutulması hissəsində də əsassız hesab etmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi 2022-ci il 20 oktyabr tarixində icraya yönəldilmiş, icra sənədi iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün 5 faizlə he sablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 386.1, 1096.1, 1096.2, 1099.1, 1097-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edi lərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-791/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində - ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilərək iddiaçıdan öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə 4.214 manat məbləğində pul vəsaiti və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehə ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanıl ması qət edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova, Z.Şirinov).

16. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı alqı-satqı müqaviləsi üzrə 132.297,6 manat məbləğində borcun ödənilməsi öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapsa da, bunun nəticəsində cavabdeh əldən çıxmış fayda formasında maddi zərər vurulması, yəni cavabdehin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsi iş materiallarına əsasən müəyyən edilmir.

17. Belə ki, cavabdeh ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını 2020-ci ilin avqustunda iddiaçıya satdığı 1 kq malların qiyməti 470 ABŞ dolları olduğu halda bir il sonra həmin malların qiymətinin 1.148 ABŞ dollarınadək qalxdığını, belə olan halda iddiaçı öhdəliyinin vaxtında icra etdi yi halda 132.297,6 manat pula 172 ton mal almaq mümkün olduğunu, lakin 1 il sonra həmin pula yalnız 70 ton mal almaq mümkün olduğunu, beləlikdə, onun əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əsaslandırsa da, 2020-ci ilin avqustunda malların yeni partiyasının alınması ilə bağlı satıcı şirkətlə danışıqlar aparması, lakin malların alqı-satqısının məhz maliyyə çətinlikləri (iddiaçının borcunu ödəməməsi) səbəbindən gerçəkləşməməsini, eləcə də həmin vaxtı bazarda yeni partiya malın alınması üçün real alıcının olmasını sübuta yetirə bilməmişdir. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

18. Qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qe yd etmişdir ki, iddiaçı pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi öz təbiətinə görə pul öhdəliyi olduğundan həmin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi mülki qanunvericilik ilə nəzərdə tutulmuş məsuliyyəti yaradır.

19. Odur ki, məhkəmə ilk növbədə borclu tərəfindən öhdəliyinin vaxtında icra edilibedilməməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qətnaməsinin 2022-ci il 27 sentyabr tarixində qanuni qüvvəyə minməsinə, yəni qətnamə üzrə öhdəliyin məhz həmin tarixdən icra edilməli olmasına baxmayaraq öhdəliyin bir hissəsi 2023-cü il 1 mart tarixində, ikinci hissəsi isə 2023-cü il 7 iyul tarixlərində və yalnız məcburi icra tədbirləri nəticəsində icra edilmişdir. Odur ki, iddiaçının qətnamə üzrə öhdəliyini vaxtında icra etməməsi açıq-aşkardır.

20. Məhkəmə öhdəliyin pozuntusunun baş verməsində iddiaçının təqsirinin mövcud olub-olmaması məsələsinə münasibət də qeyd etmişdir ki, mülki hüquqda borclunun öhdəliyin pozulmasında təqsirli olması prezumpsiyası mövcuddur. Həmin prezumpsiyaya əsasən borclu əksini sübuta yetirənədək müqavilə öhdəliklərinin pozulmasında təqsirli sayılır. Hazırkı halda isə iddiaçı qətnamə üzrə öhdəliyinin vaxtında icra edilməməsinin onun təqsirindən baş verməməsini sübuta yetirmədiyini nəzərə alan məhkəmə belə qənaətə gəlmişdir ki, öhdəliyin pozuntusu iddiaçının təqsirindən baş vermişdir.

21. Belə olan halda məhkəmə bildirmişdir ki, işin halları MM-in 445.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən iddiaçı qarşılıqlı iddianın xeyrinə həmin maddəyə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlə rin tutulması üçün əsaslar mövcuddur.

22. Məhkəmə pul öhdəliyinin icra edilməməsinə görə faizlərin tutulmalı olduğu müddətə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh qətnamə qəbul edildiyi tarixdən 2022-ci il 27 yanvar tarixindən sonrakı müddət üçün öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir.

23. Bununla bağlı məhkəmə vurğulamışdır ki, qətnamə çıxarıldıqdan sonra iddiaçı qanunla nəzərdə tutulmuş məhkəmə aktlarından şikayət vermək hüququndan istifadə etməklə qətnaməni əvvəl apellyasiya, sonra isə kassasiya qaydasında mübahisələndirmiş və qətnamə yalnız 2022-ci ilin 27 sentyabr tarixində qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üç ün əsaslar yoxdur.

24. Faizlərin hesablanmalı olduğu borc məbləğinə münasibətdə məhkəmə hesab etmişdir ki, qətnamə əsasında iddiaçı tutulmalı olan əsas borc 132.297,6 manat məbləğində olmuşdur. Əsas borcun 58.747,98 manat (bununla yanaşı həmin tarixdə 10.782 manat faiz və 386 manat dəbbə pulu da ödənilib) hissəsi 2022-cü il 1 mart tarixində, qalan 73549,62 manat hissəsi isə 2023-cü il 7 iyul tarixində ödənilmişdir.

25. Odur ki məhkəmə qeyd etmişdir, 132.297,6 məbləğində əsas borca 2022-ci il 27 sentyabr tarixdən (qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən) 2023-cü il 1 mart tarixinədək olan 5 ay 3 günlük müddət üçün hesablanacaq faizlər 2.811 manat (132.297,6 manat x 5%/12 ay x 5,1 ay), həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73.549,62 manat məbləğində əsas borca 2022-ci il 1 mart tari xindən 2023-cü il 7 iyul tarixinədək olan 4 ay 7 günlük müddət üçün hesablanacaq faizlər isə (73549,62 manat x 5%/12 ay x 4,25 ay) 1303 manat olmaqla cəmi faizlər 4.214 manat (1.303 manat+ 2.811 manat) təşkil edir.

26. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 442, 443.1, 443.2, 443.4, 445.5, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

28. MM-in 21-ci maddəsi üzrə - 2020-ci ilin avqust ayında iddiaçıya satılmış malların dəyəri tonuna 470 ABŞ dolları, 2021-ci ilin iyul a yında həmin malların dəyəri isə tonuna 1.148 ABŞ dolları olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı 137.888,99 manat əsas məbləği vaxtında, yəni 2020-ci ilin iyun ayında ödəsə idi (137.888,99 manat /1,70 =81.111 ABŞ dolları) 81.111 ABŞ dolları edəcəkdi. Bu məbləğə isə həmin dövrdə 172 ton mal almaq mümkün olacaqdı. Lakin 1 il sonra isə 81.111 ABŞ dolları müqabilində yalnız 70 ton mal almaq mümkün idi. Yəni iddiaçı ödəniş məbləğini gecikdirməklə cavabdehin 102 ton artıq mal almağına maneə törətmiş və bununla da 50000 ABŞ dolları məbləğində zərər vurmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi isə bu maddi hüquq normasına istinad etsə də, onu düzgün tətbiq etməmiş və işdə olan sübutlara qiymət vermədən cavabdehin əldən çıxmış gəlirlərini nəzərə almamışdır. Halbuki artıq qanuni qüvvəyə minmi ş və icra edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2022 saylı, 2022-ci il 27 yanvar tarixli qətnaməsi ilə iddiaçı tərəfindən cavabdehin hüquqlarının pozulduğu öz təsdiqini tapır. İşdə olan fakturalar isə malların dəyərinin 1 ildən sonra əhəmiyyətli dərəcədə (təxminən 3 dəfə) artdığını sübut edir.

30. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnamsəinin §16-17-də göstərdiyi mövqeyini tamamilə absurd hesab edir. Belə ki, 2020-ci ilin avqust ayında malların yeni partiyasının alınması ilə bağlı satıcı şirkətlə danışıqlar aparılması təqdim edilmiş gömrük fakturaları ilə birbaşa təsdiq edilir.

31. Malların alqı-satqısı məhz maliyyə çətinlikləri (qarşılıqlı cavabdehin borcunu ödəməməsi) səbəbindən daha az həcmdə alınmışdır. Yəni iddiaçı tərəfindən ödənilməyən vəsait qədər az mal a lınmışdır ki, bu da ən sadə məntiqlə anlaşılan bir haldır.

32. MM-in 449.4-cü maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qətnamə çıxarıldıqdan sonra iddiaçı qanunla nəzərdə tutulmuş məhkəmə aktlarından şikayət vermək hüququndan istifadə etməklə qətnaməni əvvəl apellyasiya, sonra isə kassasiya qaydasında mübahisələndirmiş və qətnamə yalnız 2022-ci ilin 27 sentyabrda qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üçün əsaslar yoxdur.

33. Məhkəmə qanunun müddəasını səhv təfsir edərək əvvəlki 9 aylıq məhkəmə araşdırmaları dövrünü nəzərə almamışdır. Halbuki iddiaçı həmin dövrdə də cavabdeh in vəsaitindən istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulmasına dair qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yenidən baxılması üçün bu məhkəməyə göndərilməlidir.

40. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsinə əsasən cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçıdan alqısatqı müqavilə üzrə 132.297,6 manat məbləğində əsas borc, gecikdirilmiş vax t üçün illik 5% olmaqla 10.782 manat məbləğində pul vəsaiti, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə 2022-ci il 27 sentyabr tarixində qanuni qüvvəyə minmişdir. 2022-ci il 20 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin qətnamə əsasında icra vərəqəsi verilərək icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi əsasında borclu tərəfindən 2023-cü il 1 mart tarixində 69.913,54 manat və 2023-cü il 7 iyul tarixində 73.549,62 manat ödənilmiş, bununla da icra sənədi tam şəkildə icra edilmişdir.

41. Hazırda cavabdeh iddiaçıdan alqı-satqı üzrə ödənişlər 2020-ci il 10 iyun tarixində həyata keçirilməli olduğu halda ödənişlərin 2023-cü il 1 mart və 2023-cü il 7 iyul tari xlərində həyata keçirildiyini, yəni qarşılıqlı cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsini, nəticədə onlara 40.000 manat məbləğində əldən çıxmış fayda formasında zərər vurulmasını, eləcə də qətnamənin qəbul edildiyi tarixdən (2022-ci il 27 yanvar) qətnamənin icra edildiyi tarixədək olan müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-in tutulmasını tələb etmək hüququnun olmasını əsas göstərərək 40.000 manat məbləğində əldən çıxmış fayda və illik 5% hesabı ilə 8.390 manat məbləğində pulun qarşılıqlı cavabdehdən tutulmasını tələb edir.

42. Qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Həmçinin cavabdehin kassasiya şikayətində qeyd olunmuş dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə prosessual qanunvericiliyin sübuetmə yükününün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına müvafiq olaraq tam, hərtərəfli, obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə hə min hissədə qüvvədə saxlanılmalıdır.

44. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində qeyd etmişdir ki, qətnamə yalnız 2022-ci ilin 27 sentyabr tarixində qüvvəyə minmişdir. Odur ki, qətnamədən verilmiş şikayətlərdə məhkəmədə baxıldığı müddətin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirildiyi müddət kimi nəzərə alınması üçün əsaslar yoxdur. Belə ki, qətnamə əsasında iddiaçıdan tutulmalı olan əsas borc 132.297,6 manat məbləğində olmuşdur. Əsas borcun 58.747,98 manat (bununla yanaşı həmin tarixdə 10.782 manat faiz və 386 manat dəbbə pulu da ödənilib) hissəsi 2023-cü il 1 mart tarixində, qalan 73.549,62 manat hissəsi isə 2023-cü il 7 iyul tarixində ödənilmişdir.

45. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, 132.297,6 məbləğində əsas borca 2022-ci il 27 sentyabr tarixindən (qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən) 2023-cü il 1 mart tarixinədək olan 5 ay 3 günlük müddət üçün hesablanacaq faizlər 2.811 manat (132.297,6 manat x 5%/12 ay x 5,1 ay), həmin tarixdə ödəniş edildikdən sonra qalıq 73.549,62 manat məbləğində əsas borca 2023-cü il 1 mart tarixindən 2023-cü il 7 iyul tarixinədək olan 4 ay 7 günlük müddət üçün hesablanacaq faizlər isə (73.549,62 manat x 5% / 12 ay x 4,25 ay) 1.303 manat olmaqla cəmi faizlər 4.214 manat (1.303 manat+ 2.811 manat) təşkil edir.

46. Məhkəmə kollegiyası qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin apardığı hesablama ilə razılaşmayaraq qeyd edi r ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur (bax: bu Qərarın § 37 - 38).

47. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, ümumilikdə 143.079,6 manat məbləğində pul və 383,56 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (Qətnamə 2022-ci ilin 27 sentyabrında qanuni qüvvəsini almışdır). Belə olan təqdirdə qətnamədə müəyyən olunmuş cavabdehin həmin vəsaiti ödəmək öhdəliyi də məhz həmin qətnamənin çıxarıldığı tarixdən, yəni 2022-ci il 27 yanvar tarixindən yaranmışdır.

48. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan pul öhdəliyinin icrasının gecikdirilməsi nə görə illik 5 faizi 2022-ci il 27 sentyabr tarixindən hesablamaqla yanlış nəticəyə gəlmişdir.

49. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində ləğv edilməli və işə bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

50. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu qərarın əsaslandırıcı hissəsində qeyd edilən, yəni pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizin hesablanmasının 2022-ci ilin 27 yanvar tarixindən başlanmasını nəzərə almaqla onu yenidən hesablamalı və müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul etməlidir.

51. Göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)- 791/2024 nömrəli qətnaməsi qismən, qarşılıqlı iddianın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz tutulması hissəsində ləğv edilsin və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar