Məhkəmə qərarları › İş №2-2(102)-133/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-133/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-133/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı, borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2- 2(103)-738/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 19-00110 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapmışdır. - 2.1.-ci bə ndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. - 2.2-ci bəndinə əsasən, malın qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Razılıq əldə edilmədikdə, satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə mal təchiz etməyə davam edir. - 4.1.-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir. - 4.2-ci bəndinə əsasən, mal alıcıya onun müəyyən etdiyi səlahiyy ətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir. - 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən malın dəyərinin köçürmə yolu ilə həyata keçirilir.

3. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 19-001100 nömrəli alqı-satqı müqaviləsinə əlavə edilmiş 2020-ci il 28 iyul tarixli X2 əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 32.497,20 manat müəyyən edilmişdir. 4. 2019-cu il 20 dekabr tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6.237,15 manat dəyərində mal verilmiş və buna dair EBAE seriyalı, 382204 nömrəli və 2019-cu il 25 dekabr tarixli elektron qaimə və İJ seriyalı 237660 nömrəli 2019-cu i l 29 dekabr tarixli elektron vergi hesab faktura təqdim edilmişdir. 5. 2020-ci il 11 fevral tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 5.548,74 manat dəyərində mal verilmiş və buna dair EBAİ seriyalı 188889 nömrəli 2020-ci il 30 mart tarixli elektron qaimə təqdim edilmişdir. 6. 2020-ci il 11 fevral tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İJ 237660 nömrəli VHF əsasən 951,43 manat və 2020-ci il 11 fevral tarixli 00129-20 nömrəli hesaba əsasən isə 846,42 manat ƏDV depozit hesabına ödənişlər edilmişdir. 7. 2023-cü il 25 yanvar tarixli müştəri əməliyyatlar cədvəlinə əsasən, Cavabdeh MMCnin 32.497,20 manat borcu olduğu qeyd olunmuşdur.

8. İddiaçı MMC-nin 2023-cü il 13 aprel tarixli hesabdan çıxarışından göründüyü kimi, Cavabdeh MMC-yə məxsus bank hesabından 2019-c u il 24 dekabr tarixinə HESAB N01353 19 esas profil alınması üzrə 5.285,72 manat və 2020-ci il 11 fevral tarixdə isə HF 00129-20 esas profil alınması üzrə isə 4.702.32 manat məbləğində ödənişlər edilmişdir. 9. 2020-ci il 28 iyul tarixli EBAM seriyalı 954285 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 32.497,20 manat dəyərində mal təhvil verilmişdir. Həmin elektron qaimə-faktura faktiki olaraq cavabdehə göndərilmiş, cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, ona etiraz edilməmişdir.

10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə ödənişlər edilmişdir. İş üzrə məhkəmə ic raatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya olan 32.497,20 manat borcunu ödəməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 2020-ci il 28 iyul tarixli EBAM 954285 nömrəli e-Qaiməyə əsasən 32.497,20 manat (ƏDV daxil) mallar cavabdehə verilmişdir. Müqavilənin əlavəsi olan 2020-ci il 28 iyul tarixli X2 əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100% olaraq ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 32.497,20 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. 2023-cü il 2 5 yanvar tarixində Mediasiyaya müraciət edilmiş mediator tərəfdən cavabdeh mediasiyaya dəvət edilsə də, mediasiya prosesinə gəlməmiş, 2023-cü il 14 fevral tarixində Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən “X4 X7 Arayış” təqdim edilmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etirazını belə əsaslandırılmışdır ki, mübahisə üzrə qanunla nəzərdə tutulmuş mübahisənin mediasiya yolu ilə həlli istiqamətində qanunda icbari xarakter daşıyan ilkin mediasiya sessiyasının keçirilməsinə dair bildiriş ona təqdim olunmamış və X4 iştirakı təmin olunmamışdır. 2023-cü il 14 fevral tarixli “X4 iştirak edilməmə” barədə arayışda bildirişin 2023-cü il 7 fevral tarixində çatdığı qeyd olunmasına baxmayaraq, bu qeyddən bildirişin kimə - birinci tərəfə, yoxsa ikinci tərəfə çatdığı bəlli deyil. Digər tərəfdən, ca vabdeh hüquqi şəxsin nümayəndələri birmənalı şəkildə açıq ünvana malik olmalarına baxmayaraq ilkin mediasiya sessiyasının keçirilməsi barədə hər hansı formada bildiriş almamış, mübahisədən yalnız məhkəmədən sms-bildiriş göndərildiyi zaman xəbərdar olmuşlar. Sonuncu məhkəmə iclasından sonra mediasiya təşkilatı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirilməyə çalışılsa da, hər hansı dəqiq cavab verilməmişdir. Halbuki poçt qəbzi göstərilməklə məsələ aydınlaşdırıla bilərdi. Buradan da aydın görünür ki, mediasiya qanunvericiliyi ilə müəyyən edilən qaydaya riayət olunmadığından məhkəməyə təqdim olunmuş 2023-cü il 14 fevral tarixli “X4 iştirak edilməmə” barədə arayış hüquqi əhəmiyyəti/etibarlılığı olmayan sənəddir. Qeyd olunanlara əsasən iddiaya mahiyyəti üzrə baxılmadan iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmalıdır.

14. Bundan əlavə, istər iddianın əsasında duran alqı-satqı müqaviləsi, istər də 2020-ci il 28 iyul tarixli X1 cavabdehin adından X3 (bundan sonra – “Z3”) tərəfindən imza edilmişdir. Halbuki həmin şəxsin həmin tarixdə cavabdehi təkbaşına təmsil etmə səlahiyyəti olmamışdır. Belə ki, XCY Departamenti tərəfindən 2019-cu il 24 aprel tarixində verilmiş Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindən cavabdehə aid çıxarışda da qanuni təmsilçi kimi – direktor Z3 və baş direktor Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) göstərilmişlər. Departament tərəfindən 2019-cu il 24 aprel tarixində dövlət qeydiyyatına alınmış MMC-nin nizamnaməsinin 5.1-ci bəndinə əsasən, MMC-nin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinin tərkibi Baş direktor və Direktordan ibarət üzvlərdir. Nizamnamənin 5.4-cü bəndinə əsasən, X8 səlahiyyətlərinə aid olan məsələlər barədə Baş direktorun yazılı razılığı əsasında yalnız qərar qəbul edə bilər. Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindəki yuxarıdakı məlumatlar açıq məlumat olaraq e- taxes.gov.az internet portalının müvafiq bölməsində ictimaiyyətə təqdim olunur. Yəni, iddiaçı tərəf müqavilə bağlayarkən Z3-ün MMC-ni təmsil baxımından məhdud səlahiyyətə malik olduğunu aşkar surətdə bilməli idi. Ən azından, reyestrdən çıxarışda qanuni təmsilçi qismində iki şəxsin iştirak etdiyi aydın görünür və iddiaçı bu məqamı – Z3-ün səlahiyyətini dəqiqləşdirməli idi. Digər tərəfdən, həmin müqavilə və müqavilə üzrə bağl anılan Protokola əsasən alınan malların cavabdehə heç bir aidiyyəti yoxdur. Z3 öz şəxsi mülahizəsi və öz sahibkarlıq fəaliyyəti üçün həmin malları almış, bu baxımdan nizamnamədəki səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq bağladığı əqdə görə MMC-nin cavabdehlik daşıması qəbul edilməzdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mən afeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Sadalanan bu hallar, yəni səlahiyyəti nizamnamə əsasında məhdudlaşdırılmış şəxs tərəfindən imzalanmış əqdin etibarsızlığına görə, iddianın əsassız olduğunu sübut edir. İddiaçı müqavilə bağladığı və mal verdiyi Z3-dən pulu tələb edə bilər. Aralarındakı münasibətin cavabdehə heç bir aidiyyəti yoxdur. MMC özünün təsisçisinin və ya icra orqanında təmsil olunan şəxslərin şəxsi borcları üçün cavabdehlik daşıya bilməz.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 iyun tarixli e-2-2(113)-1586/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Namazova).

16. Məhkəmə iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 32.497,20 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq iddia tələbinin həmin məbləğin tutulması hissəsində əsaslı olması nəticəsinə gəlmişdir.

17. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq qarşı tərəfi məhkəmədən mübahisənin mediasiya vasitəsi ilə həllinə dəvət etmiş, lakin həmin dəvətə 10 gün ərzində cavabdeh tərəf münasibət bildirilmədiyindən və iddiaçı tərəfindən nəzərdə tutulmuş həmin müddət keçdikdən sonra ilkin mediasiya prosesisin keçirilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, buna dair bildirişlər də qarşı tərəfə təqdim edilmiş və qanunvericiliyin yaxard a qeyd olunan tələblərinə də əməl edilmişdir. Bununla yanaşı, məhkəmənin hazırlıq iclası zamanı məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə “mediasiya sessiyasının düzgün keçirilməməsi ilə bağlı (bildirişin onlara çatdırılmaması ilə bağlı) mediator/mediasiya təşkilatı barədə hər hansı şikayət/narazıçılıq bildirilmişdir mi” verilən suala cavab olaraq nümayəndə bildirilmişdir ki, mediator/mediasiya təşkilatı barədə şikayət etməyiblər. Digər tərəfdən iş materiallarına əlavə olunmuş 116981 nömrəli poçt xəbərnaməsindən görünür ki, 11 saylı Mediasiya Təşkilatı (mediator Mürşüdov Səxavət) tərəfindən cavabdehin ünvanına 2023-cü il 6 fevral tarixində məktub göndərilib və məktub “Məmmədova” qeydi ilə imzalanaraq qəbul edilmişdir.

18. Mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələrin məhkəməd ən kənar həll edilməsidir. Bu məqsədlə də, Mediator ilkin mediasiyada tərəfləri dəvət etməklə onları tam mediasiya prosesinə keçirilməsi üçün tədbirlər görməlidir. Bu xüsusda məhkəmə cavabdeh tərəfindən verilən yazılı etiraz ərizəsinə (iddianın ümumiyyətlə qəbul etməməsi) və nümayəndəsinin məhkəmə iclasında izahatına əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfin hazırkı mübahisənin məhkəmədən kənar (mediasiya qaydasında) həll etmək niyyəti ümumiyyətlə olmamışdır və cavabdeh tərəf mediator tərəfindən göndərilən bildirişi almasına baxmayaraq mediasiya sessiyasında məqsədli olaraq iştirak etməmişdir. Çünki iddiaçı tərəfindən cavabdehə göndərilən (və cavabdeh tərəfindən 2023-cü il 5 yanvar tarixində alınması mübahisələndirilməyən) X5 barədə təklif də cavabsız qalmışdır. Ona görə də cavabdehin ilk dəlili əsassızdır, mediasiya sessiyası ilə bağlı həm iddiaçı, həm mediator tərəfindən zəruri hərəkətlər edilmişdir.

19. Cavabdehin etirazının müqaviləni imzalayan şəxsin həmin tarixdə cavabdehi təmsil etməyə səlahiyyətinin olmamasına dair dəlilinə münasibətdə qeyd olunmuşdur ki, cavabdehin nizamnaməsinin 5.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan idarə heyəti tərəfindən həyata keçirilir və idarə heyətinin tərkibi hər biri qanuni təmsilçilik funksiyalarına malik olan Baş direktor və direktor vəzifələrindən ibarət üzvlərdir. 20. 2019-cu il 24 aprel tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarışa əsasən Z3 və Qanuni nümayəndə qanuni təmsilçi olması və cavabdehin nümayəndəsinin q eyd etdiyi kimi, baş direktorun kim olması halı qeyd olunmamış, Qanuni nümayəndə baş direktor olması faktına dair də hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

21. Məhkəmə Qanuni nümayəndə baş direktor olmasını qəbul etsə belə, Cəmiyyətin adına müqavilə bağlanması və cəmiyyətə məxsus hesablardan müqavilə üzrə iki fərqli tarixlərdə ödəniş edilməsindən həmin şəxsin və Cəmiyyətin məlumatsız olması inandırıcı hesab olun bilməz. Çünki, MMC-nin Nizamnaməsinin 5.3-cü bəndinə əsasən bank əməliyyatlarına dair hər hansı qərar qəbul edilməsi də baş direktorun səlahiyyətlərinə aid olan məsələ olduğundan və həmin bank hesablarından ödəniş edilməsi və xərclərə dair onun məlumatlı olmaması sadəcə olaraq cavabdeh tərəfin yaranmış borcun ödənilməsindən yayınmağa xidmət edən arqumentidir.

22. Digər tərə fdən qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.

23. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şə xslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən 954285 nömrəli 2020-ci il 28 iyul tarixli elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı, cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin Baş direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 357, 360.1, 360.2, 425, 567, 597.1, 600.1, 600.4-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6, 21.7, 21.9.1, 21.9.2, 21.9.3, 21.9.4-cü, MPM 2.1, 4.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin baxılmamış saxlanılmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(103)-738/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və C.Musayeva).

27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh malları qəbul etmiş, malların təhvili ilə bağlı elektron qaiməni təsdiq etmiş, qismən ödənişlər həyata keçirilmişdir və cavabdehin 32.497,20 manat məbləğində borcu qəbul etməməsi əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyi nəzərə alındıqda cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 32.497,20 manat pulu ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz. Cavabdeh apellyasiya baxışı zamanı ərizə ilə müraciət edərək aralarında barışıq əldə olunması üçün vaxt verilməsini xahiş etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mediasiya prosesi ilə ba ğlı məlumatlandırılmamasına dair dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşmışdır.

29. Müqaviləni imzalayan şəxsin həmin tarixdə cavabdehi təmsil etməyə səlahiyyətinin olmaması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, Qanuni nümayəndə cavabdehin həmin tarixdə baş direktoru olması qəbul edilsə belə, cəmiyyətin adına müqavilə bağlanması və cəmiyyətə məxsus hesablardan müqavilə üzrə iki fərqli tarixlərdə ödəniş edilməsindən həmin şəxsin və cəmiyyətin məlumatsız olması inandırıcı hesab oluna bilməzdi. Belə ki, cavabdeh MMC-nin nizamnaməsinin 5.3 və 5.4-cü bəndlərinə əsasən ödəmələr baş direktorun qərarı əsasında edilir. Bununla yanaşı, müqavilə bağlanan zaman cavabdehin möhürünün müqavilə və qaiməyə vurulması, baş di rektor olan şəxsin müqavilənin qüvvədə olduğu müddətdə Nizamnaməyə uyğun qaydada yerinə yetirilmiş bir sıra ödənişlərə dair hər hansı etirazın bildirilməməsi müqavilənin tanınması kimi qəbul edilməlidir.

30. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 385.1, 386.1, 425.1, 442, 567, 600.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6, 21.7, 21.8, 21.9, 29.2, 36.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4, 3.9-cu bəndlərinə, MPM-in 250.0.13-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qa ytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1, 28, 29, 29.7-ci, MPM-in 259.0.13-cü maddələri üzrə - hazırki iş üzrə mübahisənin mediasiya yolu ilə həlli məqsədilə qanunla nəzərdə tutulmuş prosedura düzgün riayət olunmamışdır. Mediasiya haqqında qanunun 28-ci maddəsində nəzərdə tutulan mediasiya prosesi barədə cavabdehə hər hansı Mediasiyanın tətbiqi barədə Təklif göndərilmədən hüquqi əhəmiyyətini itirmiş 2023-cü il 25 yanvar tarixli Mediasiya Təklifi əsasında Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Göründüyü kimi, Mediasiya haqqında qanunun 28-ci maddəsində nəzərdə tutulmuş prosesi başlamaq üçün ikinci tərəfə X5 barədə təklif göndərilməlidir. Həmin təklif 10 iş günü ərzində qəbul edilmədikdə və ya mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədiyi təqdirdə (mediasiya haqqında qanunun 21ci maddəsindən fərqli olaraq) təklifdə göstərilən mübahisə üzrə ilkin mediasiya sessiyası hər hansı tərəfin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, hər hansı bir tərəfin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi 2023-cü il 14 fevral tarixli ilkin mediasiya sessiyası barədə arayışın verildiyi mediasiya prosesi qanuna uyğun aparılmamış, 28-ci maddədə nəzərdə tutulmuş X5 barədə təklifi olmadan ilkin mediasiya sessiyası keçirilmişdir. Buradan da aydın olur ki, mediasiya qanunvericiliyi ilə müəyyən edilən qaydaya riayət olunmadığından məhkəməyə təqdim olunmuş 2023-cü il 14 fevral tarixli “X4 iştirak edilməmə” barədə arayış hüquqi əhəmiyyəti/etibarlılığı olmayan sənəddir. Halbuki, yuxarıda da izah edildiyi kimi, X5 barədə təklif Mediasiya haqqında qanunun 2829-cu maddələrində nəzərdə tutulmuş prosedur üzrə tərtib olunub göndərilmədiyindən, onun əsasında ilkin mediasiya sessiyası ümumiyyətlə keçirilə bilinməzdi. Bu baxımdan, səhv başlamış mediasiya icraatı nəticəsində verilmiş hər hansı bir arayışın hüquqi əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaya mahiyyəti üzrə baxılmadan iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmalı idi. Lakin, apellyasiya instansiya məhkəməsi işin bu halına hüquqi qiymət vermədən apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz göndərilərək bildirilmişdir ki, kassasiya şikayətində də apellyasiya şikayətində olduğu kimi yalnız mediasiya prosesinin düzgün aparılmamasına istinad olunmuş, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir əsaslandırma aparılmamışdır. Bundan əlavə, “Mediasiya ha qqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən, hazırda kommersiya işi üzrə mübahisələrlə bağlı Mediasiya Təşkilatına müraciət edilmədən də məhkəməyə ərizə verilə bilər. Kassasiya baxışının hədləri

34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası m əhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə

357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə

360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmu ş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 60 0.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 37. “Mediasiya haqqında” müddəalarında nəzərdə tutulur: Azərbaycan Respublikası Qanununun müvafiq “Maddə

21. X5 üçün əsaslar... 21.6. Tərəflərdən biri X5 barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci v ə 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “ X5 barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “X5 barədə müqavilə” bağlandığı halda b u Qanunun 32.2ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə.” “Maddə

36. Mediasiya xərcləri... 36.5. “X5 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərə flər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X5 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.” 38. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VİQD saylı Qanunu ilə nəzərdə tutulmuşdur ki: “...3.2-ci maddəsində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsində və 29-cu maddəsinin adında “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilsin.”

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uço tu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır....” “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Maddə

259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kassatorun bütün dəlilləri mahiyyət etibarilə onunla bağlıdır ki, iddiaçı hazırkı iddia ərizəs i ilə məhkəməyə müraciət edərkən “Mediasiya haqqında” Qanunun tələblərini pozaraq mediasiya proseduruna əməl etməmiş, məhkəmələr isə MPM-in tələblərini pozaraq işi baxılmamış saxlamamışlar.

43. Əvvəla, eyniməzmunlu dəlillər aşağı məhkəmə instansiyalarında da bildirilmiş, məhkəmələr bununla əlaqədar öz mövqelərini əsaslandırılmış şəkildə ifadə etmişlər.

44. Lakin kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

45. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və mübahisələndirilən qətnaməni MPM-in 217.1-ci maddəsinə (bax § 40) uyğun olaraq qanuni və əsaslı hesab edir.

46. Bununla yanaşı, məhkəmə kollegiyası onu da xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VİQD saylı Qanunu (bax § 38) ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi nəticəsində kommersiya icraatında mediasiya institutunun məcburiliyindən ümumiyyətlə imtina olunmuşdur.

47. Həmin Qanunun qəbulu ilə MPM-in mediasiya prosedurunun məcburiliyini nəzərdə tutan normaları da artıq öz əhəmiyyətini faktiki olaraq itirmişdir.

48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(103)-738/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə ə sasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(103)-738/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar