Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-14/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 avqust tarixli 2-2(103)-36/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 12 iyun tarixli x nömrəli kredit limiti müqaviləsi çərçivəsində K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən 2022-ci il 21 iyul tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. 2. 2018-ci il 12 iyun tarixli * nömrəli ipoteka müqaviləsi ilə 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cava bdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 2018-ci il 21 iyun tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında razılığa əsasən 270.000 manat göstərilmişdir. 3. 2019-cu il 17 iyul tarixli * nömrəli ipoteka müqaviləsinə 1 nömrəli əlavə ilə 2018-ci il 12 iyun tarixli x nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 2019-cu il 25 iyun tarixli 1 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhə ri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 2019-cu il 1 avqust tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 4. 2021-ci il 30 iyun tarixli **********31 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə göndərdiyi məktubda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı göstərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 1 iyul tarixi ndə Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh”, “zamin” və “ipoteka qoyan”) qarşı iddia ərizəsi, daha sonra iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdeh və zamindən K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 9.492,45 manat əsas borc, 387,15 manat faiz borcu, 3.284,24 manat cərimə borcu olmaqla, cəmi 13.163,84 manat borcun; - K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 120.138,70 manat əsas borc, 28.025,84 manat faiz borcu, 7.554,99 manat cərimə borcu olmaqla, cəmi 155.719,53 manat borcun; - K2607 və K4058 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fər di yaşayış evinə yönəldilməsi; - ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 248.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; - satışdan əldə olunmuş vəsaitin cavabdeh və zamindən iddiaçıya olan K2607 və K4058 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; - ipoteka predmetinin satışından əldə olunan pul K2607 və K4058 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdeh və zamindən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsin in məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdeh və zamindən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 2015-ci il 14 aprel tarixli PB/GTC-073/2015 nömrəli bank xidmətlərinin göstərilməsinə dair “ümumi şərtlər toplusu” müqaviləsi bağlanmış, sonradan tərəflər arasında 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi və ona 2019-cu il 25 iyun tarixli 1 nömrəli əlavə imzalanmışdır. Daha sonrax nömrəli kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 2018-ci il 12 iyun tarixli K2607 nömrəli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və iddiaçı tərəfindən borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 2020-ci il 12 iyun tarixinədək illik faiz dərəcəsi 16 faiz (illik cərimə faizi 31 faiz, gündəlik 0,086111 faiz) olmaqla, 100.000 manat məbləğində tranşlarla kredit verilmişdir. Bununla yanaşı,x nömrəli kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 2020-ci il 21 iyul tarixli K4058 nömrəli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana K3313 və K3809 nömrəli öhdəliklərin bağlanması məqsədilə 2022-ci il 21 iyul tarixinədək illik faiz dərəcəsi 17 faiz (illik cərimə faizi 15 faiz, gündəlik 0,0416 faiz) olmaqla, 125.000 manat birdəfəlik kredit verilmişdir.
7. Həmçinin, 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqavilə si üzrə borcalanın iddiaçı qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə girov qoyanın mülkiyyətində olan Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə 2018-ci il 12 iyun tarixli * nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış, bu haqda 2018-ci il 21 iyun tarixli RX1312702 nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 2019-cu il 25 iyun tarixli 1 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə * nömrəli ipoteka müqaviləsinə 2019-cu il 17 iyul tarixli 1 nömrəli əlavə imzalanmış, həmin əlavə dövlət reyestrində qeydə alınmış, bu haqda 2019-cu il 1 avqust tarixli dövlət reyestrindən çıxarış verilmişdir. 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə zamin arasında 2018-ci il 12 iyun tarixli Z2615 nömrəli zaminlik müqaviləsi və həmin müqaviləyə 2019-cu il 25 iyun tarixli 1 nömrəli əlavə bağlanmışdır. K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 259 gün, K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə isə 252 gün ərzində müqavilə öhdəlikləri icra edilməmiş, borcun müəyyənləşdirilən qaydada ödənilməsi həyata keçirilməmişdir.
8. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 4 oktyabr tarixli 9/665 7 nömrəli rəyində qeyd edilmişdir ki, cavabdehin iddiaçıya olan borcu maliyyə arayışında borcun hesablandığı 2021-ci il 1 iyun tarixinə 2018-ci il 12 iyun tarixli K2607 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 9.879,60 manat (əsas borc üzrə 9.492,45 manat və faiz borcu üzrə 387,15 manat); 2020-ci il 21 iyul tarixli K4058 nömrəli maliyyələşdirmə ərizəsi üzrə maliyyə 135.967,15 manat (əsas borc üzrə 120.138,70 manat və faiz borcu üzrə 15.828,45 manat) müəyyən olunmuşdur. 9. "xxxx" MMC-nin 2021-ci il 16 noyabr tarixli 21/9 nömrəli rəyində qeyd edilmişdir ki, ipoteka qoyana məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə, 0,03189 ha dövlət istifadəsində olan torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin bazar dəyəri-292.000 manat, likvid dəyəri-248.000 manat məbləğində təşkil etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 fevral tarixli e-2-2(113)-185/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş: - cavabdeh və zamindən 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi çərçivəsində K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9.492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat, cəmi 10.000 manat; - K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120.138,70 manat, faiz borcu 28.025,84 manat və cərimə 335,46 manat, cəmi 148.500 manat; ümumilikdə 158.500 manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manat; - ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat pulun tutularaq id diaçıya ödənilməsi, tutmanın ipoteka qoyana məxsus ilkin satış qiyməti 270.000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, - əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait K2607 və K4058 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdeh və zamindən birgə qaydada tutulması, mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat xərcin 12,30 manatının iddiaçıdan, 187,70 manatının isə cavabdeh və zamindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat xər cin 15,37 manatının iddiaçıdan, 234,63 manatının isə cavabdeh və zamindən tutularaq "xxxx" MMCyə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim E.Əliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərdən iddiaçının xeyrinə K2607 və K4058 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzin də boşaldılması, eyni zamanda ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə tutulması hissəsində iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə iddia olunan cərimə məbləğini tənasübsüz hesab edərək MM-nin 467ci maddəsinin tələblərinə əsasən K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 120,40 manat, K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə isə 335,46 manat müəyyən olunması qənaətinə gəlmişdir.
13. Məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinin likvid qiymətinin 248.000 manat, bazar dəyəri isə 292.000 manat məbləğində müəyyən edildiyi, ipoteka qoyanın nümayənd əsi vəkili Vəkil1 müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620.000 manat məbləğində müəyyən olunduğu nəzərə alınaraq, gələcəkdə tərəflərin ipoteka predmetinin likvid qiyməti ilə bağlı mübahisənin qarşısının alınması məqsədi ilə ipoteka predmetinin likvid satış qiymətinin tərəflərin ipoteka müqaviləsində razılaşdığı kimi 270.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 465.2 və 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahi ş edilmişdir.
16. İpoteka qoyan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilən hissədə ləğv olunması, yeni likvid qiymət müəyyən edilməklə iddianın qismən təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka qoyan cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi çərçivəsində K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişd irilərək: - 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi çərçivəsində K2607 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə cavabdeh və zamindən iddiaçının xeyrinə 474,5 manat cərimənin tutulması; tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 410.000 manat müəyyən olunması qət edilmiş; - qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, 150 manat ekspertiza xərci (apellyasiya instansiyası mərhələsində) ipoteka qoyandan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, işə apellyasiya qaydasında baxılarkən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hak imlər R.Qurbanov və M.Tağızadə).
18. Cavabdehin apellyasiya şikayətində tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin onun real dəyərinin xeyli aşağı müəyyən edildiyini iddia etdiyindən bu halın yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 10/4119 saylı rəyinə əsasən ümumi sahəsi 500 kv.m olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngəd yerləşən 2 mərtəbəli 4 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 585000 manat, 30% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 410000 manat məbləğində müəyyən edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ipoteka müqaviləsinin 12 iyun 2018-ci il tarixdə bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən edildiyini, daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır.
21. Eyni zamanda məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 9/21 nömrəli 16 noyabr 2021-ci il tarixli hesabatında ipoteka predmeti olan əmlakın likvid dəyəri onun ipoteka müqaviləsi ilə müəyyən edilmiş ilki n satış qiymətindən belə aşağı (248000 manat) göstərildiyindən həmin rəy əsaslı hesab edilə bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi götərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iş üzrə 05 yanvar 2023-cü il tarixli 10/4119 saylı rəyi kifayət qədər əsaslandırıldığından və həmin rəylə müəyyən edilmiş qiymət əmlakın real bazar qiymətinə daha çox uyğun olduğundan bu rəy məhkəmə tərəfindən əsas götürülməklə tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinil ilkin satış qiyməti 410.000 manat müəyyən edilməlidir (digər iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırda baxış predmeti olmadığından bununla bağlı məlumatlar hazırkı qərarda qeyd olunmur).
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən dəyişdirilərək-iddia tələbinin dəbbə puluna münasibətdə tam təmin olunması, tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin 270.000 manat müəyyən olunması xahiş edilmişdir.
25. İpoteka qoyan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinda qətnamənin qismən-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və iddianın həmin hissədə apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(102)-348/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi qismən-2020-ci il 21 iyul tarixli K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun müəyyən edilməsi və tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən olunması hissələrində ləğv edilərək, həmin hissələrdə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və Z.Əliyev).
27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tutma yönəldilmiş ipoteka predmetinin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş ilkin satış qiyməti həm iddiaçının, həm də ipoteka qoyan cava bdehin kassasiya şikayətlərində mübahisələndirilmişdir. Belə ki, iddiaçı həmin qiyməti çox artıq, ipoteka qoyan cavabdeh isə, əksinə, çox aşağı hesab etmişdir. Lakin iddiaçı kassatorun apellyasiya məhkəməsinin əsas götürdüyü 2023-cü il 5 yanvar tarixli 10/4119 nömrəli ekspert rəyində müəyyən edilmiş qiymətlərin artıq olmasına və adekvat olmamasına dair dəlilləri kifayət qədər əsaslandırılmamış, ümumi xarakterli mülahizələrlə ifadə olunmuşdur.
28. Həmçinin, iddiaçının mövqeyinə görə, apellyasiya məhkəməsi əsassız olaraq, buna zərurət olmadan yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
29. Lakin kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir. Belə ki, "xxxx" MMC-nin 2021-ci il 16 noyabr tarixli 9/21 nöm rəli hesabatı ilə ipoteka predmetinin bazar dəyəri 292.000 manat müəyyən olunmuşdur. İpoteka qoyan cavabdehin təqdim etdiyi müstəqil əmtəəşünaslıq rəyinə əsasən isə ipoteka predmetinin bazar dəyəri 620.000 manat müəyyən edilmişdir.
30. Göründüyü kimi, iş materiallarında eyni əmlakın dəyəri barədə bir-birindən kəskin şəkildə fərqlənən 2 mütəxəssis rəyi mövcud olmuşdur. Odur ki, apellyasiya məhkəməsi yeni rəyin alınması üçün əmtəəşünaslıq ekspertizası təyin edərkən MPM-in 97.1-ci maddəsində məhkəmələrə verilmiş səlahiyyəti həyata keçirmiş, bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
31. Bundan başqa, iddiaçının kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qətnaməsində mövcud rəylərdən məhz Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 nömrəli rəyini qəbul etdiyini əsaslandırmamışdır.
32. Halbuki, apellyasiya məhkəməsinin hansı səbəblərdən məhz üçüncü ekspert rəyini əsas götürməsi mübahisələndirilən qətnamədən aydın şəkildə görünür. Belə ki, apellyasiya məhkəməsi tərəflər arasında ipoteka müqaviləsinin 2018-ci il 12 iyun tarixində bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən olunduğunu, daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır.
33. Həmçinin, apellyasiya məhkəməsinin qənaətinə görə, 2023-cü il 5 yanvar tarixli 10/4119 nömrəli ekspert rəyi kifayət qədər əsaslandırılmı şdır və həmin rəylə müəyyən edilmiş qiymət əmlakın real bazar qiymətinə daha çox uyğundur. Göründüyü kimi, apellyasiya məhkəməsi 2023-cü il 5 yanvar tarixli 10/4119 nömrəli ekspert rəyinə istinad edərkən öz mövqeyini əsaslandırmışdır.
34. Bununla belə, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə həmin ekspertiza rəyi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 2023-cü il 5 yanvar tarixli ekspert rəyində əmlakın bazar dəyəri 585.000 manat, likvid dəyəri isə 410.000 müəyyən edilmişdir. Ekspert həmin likvid dəyəri 30 faiz azalma əmsalını tətbiq edərək müəyyən etmiş, lakin bunun əsaslarını, hesablama metodunu göstərməmiş, nəticədə əmlakın bazar dəyəri ilə likvid dəyəri arasında 175.000 manat məbləğində fərq yaranmışdır ki, bu da ağlabatan olmamışdır.
35. Bundan başqa, həmin ekspert yanaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli qərardadına da uyğun deyildir. Sözügedən qərardadda ifadə olunmuş hüquqi mövqelərdən aydın olur ki, tutma yönəldilən ipoteka predmetinin bazar qiyməti ilə likvid qiyməti arasındakı fərq əhəmiyyətli olmamalı və qiymət itkisi yaratmamalıdır.
36. Ekspert tərəfindən heç bir əsaslandırma gətirilmədən müəyyən edilmiş bazar qiyməti ilə likvid qiyməti arasındakı 30%-lik fərq əhəmiyyətli qiymət fərqi olmuş və dəyər itkisi yaratmışdır. Apellyasiya məhk əməsi isə həmin ekspert rəyini əsas götürərkən qeyd olunan məsələləri nəzərə almamışdır.
37. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsinin tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi prosessual baxımdan iddiaçının kassasiya şikayətinin nəticə (“kassasiya məhkəməsindən xahiş” hissəsi) hissəsi ilə üst-üstə düşsə də, bu, ümumilikdə iddiaçının kassasiya şikayətinin (onun dəlillərinin) həmin hissədə mahiyyət etibarilə (maddi hüquqi baxımdan) əsaslı olması anlamına gəlmir.
38. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 465.2, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3, 59.3.1 və 59.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kom mersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli qərardadına, MPM-in 14.1, 77.1, 88, 97.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 4 iyul tarixli 3-16-16/2-9/101xx-xx/9988/2024 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun üm umi dəyəri təqribən 633.500,0 manat (500x1267), 15% azalma əmsalı tətbiq olunmaqla həmin evin likvid dəyəri təqribən 538.000 manat (633.500 – 15%) müəyyən edilmişdir. - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri, həmin ərazidə satışda olan analoji evlərin qısa müddətdə dəyərini çox itirmədən satılan qiyməti deməkdir. Həmin evin xüsusiyyətləri (yerləşdiyi ərazi, təmirlilik səviyyəsi, görünüşü və s.) və hazırda yay mövsümündə bağ evlərinə tələbatın çoxalması nəzərə alınmaqla müəyyən edilmiş orta bazar qiymətinə təxminən 15 % likvidlik tətbiq olunmuşdur.
40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 avqust tarixli 2-2(103)-36/2024 nömrəli qətnam əsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, ipoteka qoyan cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə cərimənin məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək: - Cavabdeh və zamindən 2018-ci il 12 iyun tarixlix nömrəli kredit limiti müqaviləsi çərçivəsində K4058 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 6.006,93 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi; - tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 538.000 manat müəyyən edilməsi qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim G.Axundova, hakimlər F.Babayev və C.Musayeva).
41. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 270.000 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən məhkəmə tərəfindən təyin olunan məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmişdir.
42. Apellyasiya baxışında olan birinci icraat zamanı əmlakın ilkin satış qiyməti 410.000 manat müəyyən olunmuşdur. Kassasiya məhkəməsi isə hesab etmişdir ki, “əmlakın ilkin satış qiyməti ilə bağlı biri birindən kifayət qədər fərqlənən rəylər olmuşdur. Habelə ekspert ilkin satış qiymətini 30 faiz azalma əmsalını tətbiq edərək müəyyən etmiş, lakin bunun əsaslarını, hesablama metodunu göstərməmiş, nəticədə əmlak ın bazar dəyəri ilə likvid dəyəri arasında 175.000 manat fərq yaranmışdır ki, bu da ağlabatan olmamışdır”.
43. İşə təkrar apellyasiya məhkəməsində baxılması zamanı təyin edilmiş iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilmiş, məhkəmə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı halın mövcud olmaması qənaətinə gəlmişdir. İddiaçı və cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.
44. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut qismində qiymətləndirərək, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 538.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
45. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 39.3.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
46. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi üzrə - mübahisələndirilən qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi əsassız və qanunsuzdur. Belə ki, həmin hissədə apellyasiya məhkəməsi öz mövqeyini 2024-cü il 4 iyul tarixli 3-16-16/2-9/101xx-xx/9988/2024 nömrəli ekspert rəyi ilə əsaslandırmış və göstərmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Halbuki, istinad olunan rəyin əsasını təşkil edən ekspertiza tədqiqatının obyektiv, hərtərəfli və tam həcmdə aparılmamasını təsdiq edən kifayət qədər hallar mövcuddur.
48. Rəylə tanış olarkən müəyyən olunur ki, təhqiqat bir neçə mərhələlər üzrə aparılmış və bu mərhələlərin birincisi “təqdim olunan sənədlərlə tanışlıq”dan ibarət olmuşdur. İşin materiallarında olan çıxarış və plan ölçü sənədinə əsasən, əmlakın faktiki olaraq hasara alınmış 0.2 ha torpaq sahəsində yerləşdiyi, lakin yalnız mənzilin yerləşdiyi 0.03189 ha torpaq sahəsinin dövlət qeydiyyatına alındığı müəyyən edilir. Yəni mənzilin yerləşdiyi torpaq sahəsindən k ənar torpaq sahələrinə cavabdehin mülkiyyət hüquqi mövcud deyil və həmin sahələrin hüquqi statusu ümumiyyətlə qeyri-müəyyəndir. Mülkiyyət məsələləri əmlakın satış dəyərinə böyük təsir edən və bazar münasibətlərində nəzərə alınan əhəmiyyətli amildir. Buna baxmayaraq, rəylə tanış olarkən görünür ki, rəydə tədqiqat obyektinin həyətyanı sahəsinin 0.2 ha təşkil etməsi qeyd edilir və qəbul olunur ki, torpaq sahəsinin hüquqi statusuna dair yuxarıda sadalanan məqamlara toxunulmur və yekun nəticədə onlar nəzərə alınmır. Bu hal isə rəydə iddia olunanın əksinə, təqdim olunan sənədlərlə tanışlığın səthi olduğunu və ya ümumiyyətlə aparılmadığını, dolayısı ilə tədqiqatın obyektiv və tam aparılmadığını təsdiq edir.
49. Bunda başqa, rəylə tanış olarkən diqqət çəkən digər bir məqam obyektin qiymətləndirilm əsi ilə bağlı 3 yanaşma üsulunun müəyyən edilməsi, lakin sonda yalnız “müqayisə” üsulu üzrə qiymətləndirilmənin aparılmasıdır. Rəydə müqayisə üçün hər hansı elmi inkişafın müasir tələblərinə uyğun, qəliz prosedurlar, hesablamalar tətbiq edilmir. Ekspert sadəcə bir neçə alqı-satqı saytında müəyyən etdiyi əmlakların elanlarını rəyə əlavə edib, həmin əmlakların fərdi xüsusiyyətlərinə və s. amillərinə istinad etmədən və nəzərə almadan, çox sadə formada qiymətlərini onların sahələrinə bölərək ərazi üzrə hər kvadrat üçün 1.267 manat ortaq qiymət müəyyən etmişdir. Ümumiyyətlə rəydə niyə yalnız bir üsul üzrə qiymətləndirmə aparılmasının səbəbləri əsaslandırılmamışdır. Digər tərəfdən, qiymətləndirmə üsulunun tətbiqinə gəldikdə isə məlumdur ki, elan saytlarında yerləşdirilən elanlarda qiymətlər əksə r hallarda mülk sahiblərinin subyektiv yanaşmalarını əks etdirir və real bazarda bu cür əmlaklar dəfələrlə ucuz qiymətlərə satılır. Rəy üzrə aparılan tədqiqat üsulunun mötəbərliyini müəyyən etmək üçün iddiaçı tərəfindən əlavə araşdırma da aparılmışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, həmin saytlarda eyni ərazidə yerləşən, təxminən oxşar xüsusiyyətlərə malik daha ucuz qiymətə əmlaklar barədə də elanlar mövcuddur. Bu yolla aparılan hesablamalar nəticəsində ərazi üzrə ortaq qiymətin hər kvadrat üçün 576 manat olması müəyyən edilmişdir (sübutlar əlavə olunur). Belə aydın olur ki, müqayisə üsulunu bu formada tətbiq etməklə tədqiqat aparmaq tam əsassız və qeyri-obyektivdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi belə rəyə istinad edərək yekun məhkəmə aktı qəbul etmişdir.
50. Rəyin mötəbərl iyinə sual yaradan digər məqam likvidlik əmsalının müəyyən edilməsi faktoru ilə bağlıdır. Rəyin 13-cü səhifəsində göstərilir ki, likvidlik əmsalının müəyyən edilməsi zamanı nəzərə alınan faktorlardan biri də tədqiqat aparılan tarixdə “yay mövsümün olması və bağ evlərinə tələbatın artıq olması” amilidir. Qeyd olunan yanaşma da bu hal üzrə tam əsassızdır. Çünki, yanaşma ilə tanış olarkən belə təəssürat yaranır ki, sanki tədqiqat qış aylarında aparılsaydı, daha fərqli likvidlik əmsalı müəyyən oluna bilərdi və yaxud əmlakı bu rəy üzrə müəyyən edilən ilkin satışı qiyməti üzrə sata bilmək üçün mütləq olaraq yekun məhkəmə aktından irəli gələcək hərrac prosesləri yay aylarında aparılmalıdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tə tbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” qərardadı üzrə müəyyən edilən “likvid qiymət” anlayışına da ziddir. Çünki, həmin qərardad üzrə “likvid qiymət” dedikdə əmlakın dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətini ehtiva edən qiyməti nəzərdə tutulur. Dolayısı ilə əmlakın satılması imkanına hansı mövsümün və ayın olması təsir göstərməlidir. Lakin apellyasiya məhkəməsi rəydə olan bu uyğunsuzluğu nəzərə almamışdır.
51. MPM-in 88 və 102.1-ci maddələri üzrə-apellyasiya məhkəməsi tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işdə olan sübutları qiymətləndirərkən, yuxarıda qeyd olunan normanın tələblərini pozmuş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli qərardadının müddəalarını nəzərə almamış və nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq iddiaçının mübahisələndirdiyi hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi istinad etdiyi ekspertiza rəyinin kifayət qədər aydın və ya tam olmadığını müəyyən etməli, o cümlədən eyni əmlak üzrə çox qısa bir müddəti əhatə edən dövrdə birbirindən tamamilə fərqlənən satış qiymətlərinin müəyyən edilməsini nəzərə almalı və iş üzrə kompleks şəkildə qiymətləndirilmənin aparılması üçün əlavə (təkrar) məhkəmə ekspertizası təyin etməli idi. Bu tələblə bağlı iddiaçı tərəflərindən apellyasiya icraatı zaman ı vəsatət qaldırılmış, məhkəmə əsaslandırma olmadan 2024-cü il 19 avqust tarixli 22(103)-36/2024 nömrəli qərardadı ilə əsassız olaraq vəsatəti rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- “ipoteka predmetinin ilkin satış qiyməti” hissəsində mübahisələndirildiyindən, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq onun qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işi n faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 55. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
56. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 58. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
59. İddiaçı hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyi əsasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticəni mübahisələndirir.
60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı tutma yönədilmiş ipoteka predmetinin ilkin satış qiyməti 410.000 manat müəyyən edilmiş, həmin qiyməti iddiaçı və cavabdeh mübahisələndirmişdir. İddiaçı həmin qiyməti artıq, ipoteka qoyan cavabdeh isə əksinə çox aşağı hesab etmişdir.
61. İddiaçının tutma yönədilmiş ipoteka predmetinin apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı müəyyən edilmiş ilkin satış qiymətinin 410.000 manatdan az olmasına istinadla verdiyi kassasiya şikayətinin dəlillərinə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 2023-cü il 12 iyul tarixli qərarında artıq qiymət verilmiş və əsassız hesab edilmişdir.
62. İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024cü il 4 iyul tarixli ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağl ı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 538.000 manat məbləğində müəyyən edilməlidir. Bu zaman məhkəmə ona əsaslanmışdır ki, icraat gedişində tərəflərdən həmin rəyin mötəbərliyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır.
63. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin qyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən iddiaçı tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan məzmunda pozuntuya yol verilməsi halları müəyyən edilmir.
65. Əksinə, işin materiallarından göründüyü ki mi, iddiaçının təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmənin 2-2(103)36/2024 saylı, 2024-cü il 19 avqust tarixli qərardadı ilə qiymət verilmişdir.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka qoyana məxsus, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
67. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 avqust tarixli, 2-2(103)-36/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.