Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-144/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əşyaların və ya onların dəyərinin qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya koll egiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-935/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəçi İddiaçı MMC (bundan sonra – “iddiaçı” və ya “MMC”) ilə icarəyə verən Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsinə əsasən, cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini (bundan sonra – “icarə obyekti”) aylıq 2000 manat müqabilində 2024-cü il 15 yanvar tarixinədək iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2. 2021-ci il 30 iyun tarixində iddiaçı icarə obyektindən çıxarılmışdır.
3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2021-ci il 17 iyul tarixli 2(005)3764/2021 nömrəli qərardadı ilə MMC-nin ərizəsi qismən təmin edilərək, ümumi sahəsi 389,9 kv.m olan icarə obyektində quraşdırılmış ona məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmış və qərardad icaraya yönəldilmişdir.
4. Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 2021-ci il 30 avqust tarixli aktda qeyd edilmişdir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqda ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmişdir. İcra məmuru tərəfindən hər 3 sahəyə baxış keçirilməklə, iddiaçı tərəfindən təqdim edilən siyahıda mövcud olan 26 adda avadanlıq aşkarlanmamışd ır. Siyahıda olan digər əşyaların üzərinə həbs qoyularaq, saxlanc üçün cavabdehin etibarnamə üzrə nümayəndəsinə təhvil verilmişdir. Akt icra məmuru, cavabdehin nümayəndəsi və digər 3 şəxs tərəfindən imzalanmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli 2-2(113)-1491/2022 nömrəli qətnaməsi ilə MMC-nin Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən icarə obyektindən çıxarılması qeyri-qanuni hesab edilmiş, obyektdən istifadəsi ilə bağlı qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 mart tarixli e-2-2(113)-694/2024 nömrəli qətnaməsi ilə H.Şahmaovanın MMC-yə və digər şəxsə qarşı icarə obyektinə vurulmuş 340.000 manat məbləğində zərərin əvəzinin ödəbilməsi barədə iddia tələbi rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almamışdır (iş hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan iddia ərizəsində qeyd edilən 63 adda əşya və avadanlığın və yaxud həmin əşya və avadanlıqların əvəzi olaraq 59.530 manat pulun, həmçinin ona məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10.000 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 300 manat xidmət haqqının və ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, icarəçi icarə obyektində “Caffiesta” restoranı üçün təmir və avadanlıqlar yerləşdirmişdir. Lakin müqavilə müddəti bitməmiş, 2021-ci il 30 iyun tarixində cavabdehin nümayəndəsi Cavabdeh1 və digər şəxslər obyektə qanunsuz daxil olaraq iddiaçını zorla çıxarmış, qapıların qıfıllarını dəyişmiş və iddiaçının istifadə hüququnu pozmuşdur. İddiaçı hüquqlarının bərpası üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və 2022-ci il 27 may tarixli qətnamə ilə onun istifadə hüququnun bərpa olunması qərara alınsa da, 1 ildən artıq müddət keçməsinə baxmayaraq, icra edilməmişdir. Cavabdeh yalnız icarə obyektinin istifadəsinə mane olmaqla kifayətlənməyərək, iddiaçıya məxsus 59.530 man at dəyərində avadanlıqları da qaytarmamışdır. Bundan əlavə, iddiaçı icarə obyekti üçün 10.000 manat dəyərində vebsayt və mobil tətbiq hazırlatmış, lakin istifadə edə bilmədiyindən maddi ziyana uğramışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili 2024-cü il 6 may tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, MMC obyektdən çıxarıldıqdan sonra icarə sahəsi başqalarının icarəsinə verilmiş, həmin sahədə təmir işləri görülmüş və həmin əşyalar təmir işlərinə mane törətdiyi üçün iddiaçı tərəfə dəfələrlə əşyalarını götürmələri bildirilmiş, lakin onlar əşyalarını götürməmişlər. Müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilir ki, hansı əşyalar aşkar olunub. Həmin əşyalar hazırda cavabdehd ədir. Bu əşyalar iddia ərizəsində göstərilən əşyalar deyil, sadəcə baxış keçirilən zaman aşkar edilmiş əşyalardır. Hazırda cavabdehin iddiaçıya qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiası olduğundan, cavabdeh bu əşyaların qaytarılmasında maraqlı deyildir. Çünki iddianın təmin ediləcəyi təqdirdə zərərin bir hissəsinin bu əşyalarla əvəzləşdirilməsi məsləsi gündəmə gələ bilər. Bu səbəbdən cavabdeh hazırkı dövrdə aktla ona təhvil verilmiş əşyaların ona məxsus olmasını hesab edir.
10. Cavabdehin nümayəndəsi və vəkili 2024-cü il 10 iyun tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında isə bildirmişdir ki, keçən iclasda obyektdə olan əşyaların hazırda tələb edilən əşyalar olmasını deməmiş, yəni buna dair etirafı yoxdur. Digər tərəfdən, icra məmurunun tərtib etdiyi akt özü-özl üyündə aktda göstərilən əşyaların məhz iddiaçıya məxsus olmasına əsas yaratmır, akt mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Həmin əşyaların iddiaçıya məxsus olmasına dair sübut təqdim edilməyib. İcarə münasibətlərinə faktiki olaraq 2021-ci ildə xitam verildiyinə görə, iddiaçı 6 aylıq kəsici müddəti buraxdığından icarə müqaviləsi üzrə hər hansı əmlak tələb edə bilməz. İcarə obyektində həm iddiaçıya, həm də cavabdehə məxsus əşyalar olmuşdur. Lakin hazırda icarə obyektində olan əşyalar cavabdehə məxsusdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 iyun tarixli e-2-2(113)-2592/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim G.Namazova).
12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əşyaların qaytarılması tələbi ilə bağlı iddiaçı sübut etməlidir ki, 1) tələb olunan əşy a mövcuddur; 2) tələb edilən əşya ona məxsusdur; 3) tələb edilən əşya cavabdehdədir; 4) tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur. Hazırkı işdə iddiaçı cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələbini qeyd olunan qaydada sübuta yetirə bilməmişdir.
13. Belə ki, iddiaçı məhkəməyə sübutlar qismində yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, 2021-ci il 17 iyul tarixli qərardadını təqdim etmişdir. Həmin qərardada əsasən MMC-nin ərizəsi qismən təmin edilərək, icarə obyektində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın icrası ilə bağlı Səbail rayon İcra şöbəsi tərəfindən 2021-ci il 30 avqsut tarixli akt tərtib edilmiş və avadanlıqların siyahısı təq dim edilmişdir. Aktda göstərilmişdir ki, borclunun etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmiş, siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Həmin aktda baxış keçirilən zaman müəyyən edilir ki, hazırki iddia üzrə tələb edilən bəzi aşyaların mövcüdluğu icra məmuru tərəfindən müəyyən edilməmişdir.
14. İddiaçı iddianı sübut edəcək başqa sübut (tələb edilən bütün əşyaların mövcudluğu, əşyaların iddiaçıya məxsus olması və s.) təqdim edə bilməmişdir. Qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt isə həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.
15. Məhkəmə həmçinin vebsayt və mobil tətbiq üçün çəkdiyi xərclərlə bağlı tələbinin sübutsuz olduğunu və təmin edilməsi üçün yetərli əsas olmadığını qərara almışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 157.2, 157.8, 164.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-935/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və E.Həsənov).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadın qəbul edilməsində məqsəd icarə hüququ əsasında mövcud olan istifadə hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısını müvəqqəti olaraq almaq olmuşdur. Ona görə mübahisə predmeti olmayan əşyaların bu icraat çərçivəsində siyahıya alınaraq üzərinə həbs qoyulması həmin əşyaların mülkiyyətçisini, yəni kimə məxsusluğunu müəyyən etmir, yalnız əşyaların mövcudluğunu və harada, kimin sahibliyində o lmasını müəyyən edə bilər.
20. İddiaçının əsaslandığı akt isə yalnız aşkarlanan əşyaların mövcud olmasını və cavabdehin istifadəsində olmasını sübut edir. Bu isə iddianın əsaslı olması üçün kifayət etmir. İddiaçı həmin əşyaların ona məxsus olmasını, cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmir. Mübahisə olduğu təqdirdə, yəni cavabdehin əşyaları özününkü hesab etdiyi halda, yalnız ehtimal əsasında əşyaların iddiaçıya məxsus olmasını müəyyən etmək mükünsüzdür. Əşyaların cavabdehin sahibliyində olması iddiaçını əşyaların ona məxsus olmasını sübut etmə yükündən azad etmir. 26 adda əşyaların isə ümumiyyətlə nə mövcudluğu, nə iddiaçıya məxsus olması, nə də cavabdehin qanunsuz sahibliyində olması sübut edilmişdir.
21. Apellyasiya şikayətində həmçinin iddia olunur ki, həmin aktda qey d edilmişdir ki, sözügedən əşyalar iddiaçıya məxsusdur və cavabdehin nümayəndəsi də öz imzası ilə həmin əşyaların iddiaçıya məxsus olduğunu təsdiq etmiş, qeyd edilən əmlakların iddiaçıya məxsus olmadığına dair cavabdehin nümayəndəsi tərəfindən aktda hər hansı qeyd edilməmişdir. Yəni aktda əşyaların iddiaçıya məxsus olması müəyyən edilməmiş, cavabdehin nümayəndəsi bu halı təsdiq etməmişdir. Digər tərəfdən, iddiaçı əşyaların özünə məxsus olmasını hesab etsə də, icra məmuru əşyalara baxış keçirərkən nümayəndəsi vasitəsilə təmsil olunmamış, yəni baxışda iştirak etməmişdir. Halbuki iddiaçı baxışda iştirak edə və əşyalarına sahib çıxa bilərdi.
22. Bundan başqa, iddiaçı hazırkı iş üzrə gəlinən nəticənin icarə hüququnun bərpası ilə bağlı iş üzrə qətnamənin icrasını mümkünsüz etdiyini bildirsə də, bu işlərin predmetləri fərqli olduğu üçün iddiaçının iddia etdiyi əlaqə mövcud deyil.
23. Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin vəkili Nümayəndə bu iş üzrə məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, tərəfindən cavabdehlərdən tələb edilən əmlakların bir qismi hazırda cavabdehdədir və həmin əmlaklar iddiaçıya məxsusdur. Həmin əşyaları iddiaçıya qaytarmamaqlarının səbəbi kimi qeyd etmişdir ki, cavabdeh Ş.Hicranın İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə hazırda məhkəmə mübahisəsi gedir (Bakı Apellyasiya Məhkəməsinin icraatında olan həmin işin nömrəsi: 22(103)-553/2024) və həmin iddia təmin ediləcəyi halda tələbi iddiaçıya məxsus sözügedən əşyalara yönəldəcəklər.
24. Apellyasiya şikayətinin cavabdehin vəkilinin zidiyyətli izahatları ilə bağlı dəlilinə münasibətd ə isə cavabdehin nümayəndəsi kollegiyanın əvvəlki iclasında qeyd etmişdir ki, həqiqətən bəzi əşyaların iddiaçıya məxsus olmasını bildirmişdir. Bu əşyalar 1 ədəd noutbuk, onun adaptoru, 1-2 dənə kuryer çantası, çanta, metal çanta, pizza qutularından ibarət olmuşdur. Digər əşyalar onlara məxsus olmuşdur.
25. Məhkəmə iddiaçının vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərclərlə bağlı tələbinin də sübutlara əsaslanmadığını qeyd edərək, həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 157.2, 386.1, 1096.1-ci və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 157.2-ci, MPM-in 77.1, 88-ci maddələr üzrə-apellyasiya məhkəməsi iddiaçının sübutetmə öhdəliyini tam yerinə yetirmədiyini əsas gətirərək şikayəti təmin etməsə də, iddiaçı Bakı şəhəri Nərimanov hayon Məhkəməsinin 2021-ci il 17 iyul tarixli qərardadını və Səbail rayon İcra Şöbəsinin 2021-ci il 30 avqust tarixli aktını təqdim etmişdir. Həmin sənədlərdə iddiaçıya məxsus avadanlıqların siyahıya alınaraq cavabdehin saxlancına verildiyi qeyd olunmuş, cavabdehin nümayəndəsi də həmin aktı imzalamaqla əşyaların iddiaçıya məxsusluğunu təsdiq etmişdir. Məhkəmə bu faktları nəzərə almamışdır. Cavabdehin vəkili məhkəmə iclaslarında bəzi əşyaların həqiqətən iddiaçıya məxsus olduğunu və hazır da cavabdehdə saxlanıldığını etiraf etmişdir. Cavabdeh həmin əşyaları geri qaytarmamaq üçün əsas kimi iddiaçıya qarşı digər məhkəmə işini göstərmişdir. Lakin bu arqument cavabdehin iddiaçının əmlakına sahib çıxmasını əsaslı, iddiaçının isə öz əşyalarının geri qaytarılması tələbini əsassız etmir.
29. Bundan əlavə, iddiaçının təqdim etdiyi əşyaların məhz ona məxsus olduğunu təsdiqləyən əlavə sənədlərin olmaması səbəb kimi göstərilsə də, belə avadanlıqlar üçün xüsusi qeydiyyat sənədi tələb olunmadığından, məhkəmənin bu arqumenti əsassız sayılmalıdır. İddiaçı icarə hüququ əsasında obyektdə fəaliyyət göstərdiyini, zorla çıxarıldığını və mülkiyyət hüququnu təsdiq edən əlavə sənədləri saxlamamasının obyektiv səbəblərlə izah olunduğunu bildirir. Həmçinin, cavabdeh indiyədək nə icra aktını, nə də m əhkəmə qərardadını mübahisələndirməmişdir ki, bu da iddiaçının təqdim etdiyi sübutların etibarlılığını daha da qüvvətləndirir.
30. Digər tərəfdən, iddiaçının icra prosesi zamanı əşyaların baxışında iştirak etməməsini onun əşyalarına sahib çıxmaması kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçının nümayəndəsi icra şöbəsinə müraciət edərək, həbs qoyulmalı əşyaların siyahısını təqdim etmiş və bu da onun həmin əşyaların qaytarılmasında maraqlı olduğunu açıq şəkildə göstərmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi hüquqi sənədlər, cavabdehin nümayəndəsinin etirafları və işin ümumi halları nəzərə alınmadan, əsassız nəticəyə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya məh kəməsi iddiaçının tələbinin əsaslandığı Səbail rayon İcra Şöbəsinin 2021ci il 30 avqust tarixli aktını və onun iddianın təmin edilməsi üçün yetərli olub-olmadığını əsaslı şəkildə qiymətləndirmişdir. Cavabdehin vəkili məhkəmə prosesində yalnız müəyyən sayda əşyanın iddiaçıya aid olması ehtimalını bildirmiş, lakin bunların mübahisəsiz şəkildə iddiaçıya məxsus olduğunu təsdiq etməmişdir. Hətta 2021-ci ildə cavabdeh iddiaçıya müraciət edərək, ona aid olduğunu iddia etdiyi əşyaları götürməsini təklif etmiş, lakin iddiaçı bu təklifə məhəl qoymamışdır. İddiaçı icarə haqqını ödəmədiyinə görə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və iddiaçıya bu barədə 2021-ci il 1 may və 2021-ci il 8 may tarixlərində rəsmi xəbərdarlıq məktubları göndərilmiş, beləliklə də iddiaçıya obyektdən çıxmalı old uğu əvvəlcədən məlum olmuşdur. Bundan başqa, obyektin təhvil-təslimi zamanı iddiaçının nümayəndəsi orada olmuş və prosesi müşahidə etmişdir. Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... ” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə e tmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “ Maddə
681. Kirayəçinin qurğuları Kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhk əmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hə dləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini 3 il müddətinə iddiaçının icarəsinə vermiş, iddi açı icarə obyektində restoran fəaliyyəti göstərmiş, 2021-ci il 30 iyun tarixində isə münasibətləri pozulmuş və iddiaçı icarə obyektindən çıxarılmışdır.
37. Hazırda iddiaçı cavabdehə qarşı icarə obyektində qalmış, ona məxsus olduğunu iddia etdiyi 63 adda əşya və avadanlığın, bu mümkün olmadıqda onların dəyərinin qaytarılması və dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmışdır.
38. Mübahisənin maddi hüquqi əsası ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, MM-in 157.2-ci maddənin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) əşyanın cavabdehin sahibliyində olması; 3) cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi düzgün olaraq MM-in 157.2-ci maddəsini nəzərdə keçirsə də, həmin normanın dispozisiya şərtlərini işin halları baxımından düzgün qiymətləndirməmiş, prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı normalarının tələblərini pozmuşdur. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. 41.Prosessual qanunvericiliyə əsasən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri). 42.Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini f ormalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarı). 43.Baxılan işin materiallarından görünür ki, iddiaçı, cavabdehdən tələb etdiyi mübahisəli əşyaların ona məxsus olması və cavabdehin qanunsuz sahibliyində qalması ilə bağlı sübutlar qismində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə 2021-ci il 17 iyul ta rixli 2(005)- 3764/2021 nömrəli qərardadını və həmin qərardadın icrası ilə bağlı Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 2021-ci il 30 avqust tarixli aktı təqdim etmişdir.
44. Həmin qərardadla icarə obyektində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmış, icra aktında isə qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqda ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmişdir. İcra məmuru tərəfindən hər 3 sahəyə baxış keçirilməklə, iddiaçı tərəfindən təqdim edilən siyahıda mövcud olan 26 adda avadanlıq aşkarlanmamışdır. Siyahıda olan digər əşyaların üzərinə həbs qoyularaq, sa xlanc üçün cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Akt icra məmuru, cavabdehin nümayəndəsi və digər 3 şəxs tərəfindən imzalanmışdır.
45. İşə mahiyyəti üzrə baxmış məhkəmələr həmin sübutlara qiymət verərəkən qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri barədə qərardadla mübahisə predmeti olmayan əşyaların siyahıya alınaraq üzərinə həbs qoyulması həmin əşyaların mülkiyyətçisini, yəni kimə məxsusluğunu müəyyən etmir, yalnız əşyaların mövcudluğunu və harada, kimin sahibliyində olmasını müəyyən edə bilər. İddiaçının əsaslandığı akt isə yalnız aşkarlanan əşyaların mövcud olmasını və cavabdehin istifadəsində olmasını sübut etməklə, əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Aktda əşyaların iddiaçıya məxsus olması müəyyən edilməmiş və cavabdehin nümayəndəsi bu halı təsdiq etməmişdir. Digər tərəfdən, iddiaçı əşyaların özünə məxsus olmasını hesab etsə də, icra məmuru əşyalara baxış keçirərkən nümayəndəsi vasitəsilə təmsil olunmamış, yəni baxışda iştirak etməmişdir. Halbuki iddiaçı baxışda iştirak edə və əşyalarına sahib çıxa bilərdi.
46. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşmayaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisəli əşyalar daşınar əşyalar olduğundan tələbin qanuni əsasının birinci dipozisiya şərtlərinin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq normaları nəzərdən keçirilməlidir.
47. MM-in 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvə lki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.
48. Göründüyü kimi, daşınar əşyalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin təqdim olunması tələb edilmir. Daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.
49. Nəzərə alınmalıdır ki, MPM-in 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadda icarə obyektində quraşdırılmış məhz iddiaçıya məxsus əşyalardan istifadə cavabdehə qadağan edilmiş və həmin qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən icarə obyektinə və cavabdehin nümayəndəsinin bildirdiyi əşyaların bir hissəsinin saxlandığı yerlərə baxış keçirilməklə siyahıda aşkar edilmiş əşyaların saxlanc üçün cavabdehə verilmiş, bunu cavabdehin nümayəndəsi heç bir etiraz bildirmədən, imzalamaqla təsdiqləmişdir.
50. Lakin məhkəmə, qeyd olunan hallarla MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri arasında heç bir hüquqi dəyərləndirmə aparmamış, bununla da qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmalı olması barədə prosessual hüquq normasının tələbi pozulmuşdur (MPM-in 217.3-cü maddəsi).
51. Bundan əlavə, hazırkı iş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili bununla bağlı ziddiyyətli mövqelər irəli sürmüş, lakin həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya şikayətinin dəlillərini təşkil etməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən bu zidiyyətlərə lazımi hüquqi qiymət verilməmişdir.
52. Belə ki, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində 2024cü il 6 may tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında icarə sahəsində görülən təmir işlərinə mane olduğu üçün iddiaçıya dəfələrlə əşyalarını götürmələri bildirilsə də, götürmədiyini, hazırda cavabdehin iddiaçıya qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiası olduğundan, cavabdehin zərərin bir hissəsinin bu əşyalarla əvəzləşdirilməsi üçün əşyaların qaytarılmasında maraqlı olmadığını bildirmişdir. 2024-cü il 10 iyun tarixində keçirilmi ş məhkəmə iclasında verdiyi izahatında isə bu izahatını təkzib edərək, mübahisəli əşyaların iddiaçıya məxsus olmasına dair sübut təqdim edilmədiyini, icarə obyektində həm iddiaçıya, həm də cavabdehə məxsus əşyalar olduğunu, hazırda obyektdə olan əşyaların cavabdehə məxsus olduğunu bildirmişdir.
53. Məhkəmələr həmin izahatlardan ikincini mötəbər hesab etməklə, birinci izahatın mətnində qeyd olunan, cavabdehin iddiaçıya qarşı hazırda icraatda olan zərər tələbi ilə bağlı cavabdehin həmin əşyları girov kimi saxlaması məsələsinə münasibətdə heç bir qiymətləndirmə aparmamışlar.
54. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi apellyasiya baxışında fərqli məzmunda izahat verərək, bəzi əşyaların həqiqətən iddiaçıya məxsus olmasını, bu əşyaların 1 ədəd noutbuk, onun adaptoru, 1-2 dənə kurye r çantası, çanta, metal çanta, pizza qutularından ibarət olduğunu, digər əşyaların onlara məxsus olduğunu bildirmişdir.
55. Göründüyü kimi, cavabdeh tərəf mübahisəli əşyalarla bağlı dəqiqləşmiş bir mövqe ortaya qoya bilməmiş, nümayəndəsi məsələ ilə bağlı müxtəlif məhkəmə iclaslarında ziddiyyətli izahatlar vermişdir. Qeyd olunan ziddiyyətlərə qiymət verilməsi apellyasiya şikayətinin dəlillərini təşkil etsə də, apellyasiya məhkəməsi həmin izahatları işin müəyyən edilmiş digər halları ilə birlikdə tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, həmçinin sonuncu izahatda cavabdehdə olması etiraf olunan əşyaların qaytarılması hissəsində iddia tələbini hansı səbəbdən təmin etməməsini əsaslandırmamışdır.
56. Halbuki, sübutların bu cür birtərəfli qiymətləndirilməsi yuxarıda istinad olunan mülki pro sessual qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin qərarlarında həmin tələblərlə bağlı ifadə edilmiş hüquqi mövqelərinə uyğun hesab edilə bilməz. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə 2021-ci il 17 iyul tarixli 2(005)- 3764/2021 nömrəli qərardadının icrası mərhələsində heç bir etiraz bildirmədən iddiaçıya məxsus olduğunu qəbul etdiyi əşyalarla b ağlı sonradan fərqli mövqe bildirməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir.
58. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı)
59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən MPM-in sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərinin pozulması, mübahisəli hüquq münasibətinə tətbiq edilən, MM-in 157.2-ci pozulması ilə nəticələnmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
60. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-935/2024 nömrəli qətna məsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.