Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-145/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçının Cavabdehə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ 07.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdehə qarşı qarşı “mərhum atasının 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məh kəməsinin 2021-ci il 30 dekabr tarixli e-2-2(123)-69/2021 saylı qərardadına əsasən, Naxçıvan Muxtar Respublikasının Ordubad rayon məhkəməsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “İddiaçı”) 2021-ci il 30 iyun tarixində elektron qaydada daxil olmuş iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehdən (bundan sonra – “Cəmiyyət”) mərhum atası (bundan sonra – “H.H”) 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. N axçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2021-ci il 1 iyul tarixli e-22(123)-45/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir (hakim – E.Salmanov).
3. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mərhum atası H.H-nın 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsini tələb etsə də, özünün atasının hüquqi varisi olduğunu təsdiq edən heç bir sübutu, həmçinin iddiaçı iddiasının kommersiya mübahisəsi olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı işdə iştirak edən şəxslərin subyektiv tərkibi kimi özünün və cavabdehin kommersiya mübahisələrinin mümkün subyekti olduğunu təsdiq edən sənədləri, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kimi mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.
4. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 32.3, 32.4, 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 10, 11-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır istinad etməklə əsaslandırmışdır.
5. Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Məhkəməsinin 2021-ci il 5 avqust tarixli e-2(080)-151/2021 saylı qərardadı ilə mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – T.Haqverdiyev).
6. Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə iştirak edən şəxslərin subyekt tərkibi mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarakteri nəzərə alındıqda sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olan mübahisədir və bu mübahisəyə baxılması Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir.
7. Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Məhkəməsi bu qənaətini MPM-in 25.1, 26.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli e-2(102)6183/2021 saylı qərarı ilə mülki iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən Ə.Əhmədov, hakimlər R.Nəbizadə və B.Məmmədli).
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, iddiaçının, mərhum H.H-nın hüquqi varisi olması və hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməməsini əsas tutub, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərərkən, məhkəmə aidiyyətinin dəyişdirilməsinə əsas olmuş hallar, o cümlədən işdə iştirak edən şəxslərin subyekti v tərkibi, mübahisənin predmeti ilə bağlı heç bir araşdırma aparmayıb.
10. Belə ki, işdə olan sübutlar əsasında məhkəmə aidiyyətinin, işdə iştirak edən şəxslərin statusunun müəyyən edilməsi mümkün olmadığı və iddiaçının, mərhum H.H-nın hüquqi varisi olması mülki iş materialları ilə təsdiq edilmədiyi halda, zəruri əlavə sübutları təqdim etməyi iddiaçıya təklif etməyib və məhkəmə aidiyyətinə dair qərardadı işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul etməyib. Halbuki MPM-in 77.3, 263.6-cı maddələrinin mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif edə bi lər. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
11. Hazırkı halda məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin gəldiyi nəticə sadalanan prosessual normaların tələblərinə, habelə AMP-nin qərarında ifadə olunmuş hüquqi mövqeyə cavab vermir və məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına əsas olmuş hazırkı hallarla bağlı əlavə araşdırmanın aparılmasına zərurət vardır.
12. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2021-ci il 30 dekabr tarixli e-2-2(123)-69/2021 saylı qərardadı ilə mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respu blikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Salmanov).
13. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə hazırlıq iclasında iddiaçının vəkili tərəfindən verilmiş vəsatət əsasında 1909-cu ildə Ordubad şəhərində anadan olmuş və 1987-ci il 13 aprel tarixində Ordubad şəhərində ölmüş H.H-nın pensiya işi və əmək kitabçasının və digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası DSF-ya verilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş H.H-ya aid əmək kitabçasının təsdiq edilmiş surətindən onun öz ərizəsi ilə 1981-ci il 30 aprel tarixində Cəmiyyətdə olan fəaliyyətinin sonlandığı aydın olur.
14. İddiaçının atası mərhum H.H Sovet İttifaqı dövründə işləyib və həmin vaxt mülkiyyətin ancaq bir növü var idi ki, bu da dövlət mülkiyyəti idi, paylı mülkiyyət yox idi. MPM-in 82.1-ci maddəsinə əsasən, Cəmiyyətin də dövlət mülkiyyəti formasında fəaliyyət göstərməsi aksiomadır.
15. Hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün keçirilən məhkəmə hazırlıq iclaslarında İddiaçı cavabdeh Cəmiyyətə qarşı mərhum atası H.Hun 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb iddiaçıya verilməsi tələbi üzrə mübahisənin iddiaçının mərhum atasının sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi və Cəmiyyətin 1981-ci ildə paylı mülkiyyət formasında fəaliyyət göstərməməsi səbəbindən payının olmaması müəyyən edilmişdir.
16. İş materiallarından da göründüyü kimi İddiaçı məhrum atası H.Ha aid əmək kitabçasının təsdiq edilmiş surətində onun 1981-ci il 30 aprel tarixində Cəmiyyətindəki iş indən öz ərizəsi əsasında azad olunduğu aydın olur. Belə olan halda iddiaçının atasının Cəmiyyətdə olan hüququ 1981-ci il 30 aprel tarixində sona çatmışdır. Cəmiyyətin sonrakı illərdə fəaliyyət formasını dəyişməsi və ya ləğv olunması prosesində əmlakının işçiləri arasında əldə edilməsi hüququ isə fəaliyyətinə xitam verilmiş işçilərə və onların vərəsələrinə şamil edilməməkdədir. Eyni zamanda, iddiaçının atasının işdən ərizəsi əsasında azad olunduğu 1981-ci il 30 aprel tarixində mülkiyyətin bir formasının olduğu və həmin mülkiyyətin də dövlət mülkiyyəti olması hamıya bəllidir. Buna əsasən də iddiaçının atasının işinə ərizəsi əsasında xitam verildikdən sonra cəmiyyətin sonrakı illərdə fəaliyyət formasının dəyişməsi səbəbilə cavabdeh cəmiyyətdə pay haqqının olması hüququnun yaranması mümkün de yildir.
17. Hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün keçirilən məhkəmə hazırlıq iclaslarında tərəflər arasında yaranan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilmədiyindən işə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aid deyildir və işə ümumi məhkəmədə baxılmalıdır.
18. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 1, 13, 24.1, 24.2, 25.1, 26.1, 82.1, 395.1.2-ci maddələrinə, AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan f ikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11, 12-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
19. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəm ələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;...”
20. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edi lməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, m əsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətin dən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin ö zünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.” “AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxla nılma ardıcıllığını əks etdirən CƏDVƏL SUBYEKT Kommersiya mübahisəsinin subyektlərinin dairəsi (müəyyən şərtlər çərçivəsində mülki hüquq münasibətlərinin bütün tərəfləri kommersiya mübahisəsinin subyekti ola bilərlər):... - Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində). PREDMET Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır:... - Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla h üquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər);...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş baxılıb müvafiq qərar qəbul edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.
22. İşin hallarından da görünür ki, İddiaçı Cəmiyyətdən mərhum atası H.H-nın 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsini tələb edir.
23. Cəmiyyət keçmiş sovet dövründə paylı mülkiyyətdə olmasa da, iş materiallarından o da məlum olur ki, həmin qurum 1994-cü il 22 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, 1998-ci il 10 fevral tarixində vergi uçotuna alınmış, 1998-ci il 10 dekabr tarixində təşkilatın hüquqi statusu dəyişmiş, nizamnaməsi təsdiq olunmuş, Cəmiyyət 1999-cu il 10 fevral tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, 2015ci il 22 may tarixində ləğv olunaraq vergi uçotundan çıxarılmışdır (müvafiq olaraq i/v 124-125, 154, 171).
24. Göründüyü kimi, Cəmiyyət Azərbaycan Respublikasını qanunvericiliyinə uyğun olaraq 1994-cü il 22 noyabr tarixindən hüquqi şəxs, 1998-ci il 10 fevral tarixindən vergi ödəyicisi statusunu əldə etmişdir.
25. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında ifadə olunmuş mövqeyindən (bax yuxarıda § 20) aydın olur ki, korporativ tələblərdən (hüquqi şəxslə onun təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisələrə subyekt tərkibindən asılı olmayaraq kommersiyala məhkəmələri baxır.
26. Qarışıq məhkəmə tərkibi AMP-nin mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, Cəmiyyətlə vaxtilə onun payçısı olmuş mərhum H.H-nın oğlu İddiaçı arasında yaranmış hazırkı mübahisə mahiyyət etibarilə korporativ tələbdən irəli gələn mübahisədir, ona görə də iddiaçı düzgün olaraq iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etmişdir.
27. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olubolmaması isə məhkəmə icraatı zamanı aydınlaşdırılmalı olan məsələlərdəndir.
28. Qeyd olunanla rı nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinə (bax yuxarıda § 19), habelə AMP-nin hüquqi mövqeyinə uyğun olaraq kommersiya mübahisəsidir, bu səbəbdən də işə kommersiya məhkəməsi baxmalıdır.
29. Bununla belə, qarışıq məhkəmə tərkibi xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, Cəmiyyətin 2015-ci il 22 may tarixində ləğv olunaraq vergi uçotundan çıxarılması iş materiallarından məlum olur. Yəni hazırkı iş üzrə cavabdeh kimi müəyyən olunmuş hüquqi şəxs artıq mövcud deyildir və onun hüquqi varisinin olması da iş materiallarından görünmür.
30. Odur ki, məhkəmə hazırkı iş üzrə MPM-nin 261.0.8-ci maddəsinə (bax yuxarıda § 19) uyğun olaraq icraata xitam verilməsi üçün əsasların mövcudluğu məsələsini də dəyərləndirməlid ir.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 403-1.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının Cavabdehə qarşı “mərhum atasının 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi” tələbinə dair iş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə qaytarılsın.