Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-151/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)- 1065/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında 26 noyabr 2021 il tarixli, * nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 100.000.00 (Bir yüz min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit Dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun Bakı şəhəri,Yasamal rayonu, X1 128A ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra - layihə) maliyyələşdirilməsinə verilir. - 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. - 6.1-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illi k faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 2. 2024-cü il 27 may tarixli maliyyə arayışına əsasən 26 noyabr 2021 il tarixli kredit müqaviləsi üzrə 27 may 2024-cü il tarixinə Cavabdeh Banka 35.420,46 manat əsas borc və 2.266.31 manat faiz borcu olmaqla, cəmi 37.686.77 manat borc u var və kredit müqaviləsi üzrə gecikmə 122 gün təşkil edir.
3. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra“cavabdeh ”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 35.420,46 manat məbləğində əsas borc və 2.266,31 manat faiz borcu olmaqla, cəmi 37.686,77 manat borcun və 203,06 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. 27 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 35.420,46 manat məbləğində əsas borc və 2.266,31 manat faiz borcu olmaqla, cəmi 37.686,77 manat məbləğində kredit bor cu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 sentyabr tarixli 2-2(113)-4310/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim G.Həşimova).
7. Cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasında yazılı ərizə təqdim edilərək, iddiaçıya həqiqətən də 37.686,77 manat borcu olduğu, iddianın təmin edilməsinə etiraz etmədiyi qeyd edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq m ünasibətləri yaranmış, iddiaçı cavabdehə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 100.000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
9. Cavabdehdən kredit müqaviləsi üzrə faiz borcunun tutulmasına münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəz ərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
10. Məhkəmə cavabdehin məhkəmə hazırlıq iclasında təqdim etdiyi etirafedici ərizəsini ( bax yuxarıda § 7) alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 35.420,46 manat əsas və 2.266,31 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra “MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan son ra-“MPM”) 106.3, 191.3 və 220.4cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1065/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərə əsasən, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və MM-in müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
15. Cavabdeh 2024-cü il 25 iyun tarixində məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində həmin kredit müqaviləsi üzrə iddiaçıya 37.686,77 manat məbləğində borcunun olması faktını etiraf etmişdir.
16. Cavabdeh apellyasiya şikayətində borcun etirafı barədə ərizəni təqdim edərkən iddia ərizəsinə diqqət yetirmədiyini qeyd etmişdir. Cavabdehin sahibkar lıq fəaliyyəti ilə məşğul olmasını, elektron kabinetinin olmasını, iddia ərizəsi ilə tanış olmasını nəzərə alaraq məhkəmə onun dəlilinə tənqidi yanaşaraq hesab etmişdir ki, şikayətin mühasibatlıq ekspertizası ilə bağlı dəlili əsaslı hesab edilə bilməz.
17. Məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 427.3, 442, 443.1, 462.1, 739.1, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iş üzrə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MM-nin 443.5-ci maddəsi üzrə- cavabdehin maddi vəziyyəti ağırlaşdığından onun tərəfindən dəfələrlə banka borcun restrukturizasiya edilməsi barədə müraciətlər edilməsinə baxmayaraq, bank müraciətləri nəzərə almamışdır.
21. MPM-in 14.2, 88, 217.1, 384 və 385.1-ci maddələri üzrə- etirafedici izahatın olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi buna düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası tərəfindən iş üçün əhəmiyyətli olan sübutların araşdırılmaması həmin qətnamənin əsassızlığına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, sübut ların bir növü sayılan işdə iştirak edən şəxslərin izahatları işdə olan başqa sübutlarla birlikdə onların heç birinə üstünlük verilmədən hərtərəfli, tam və obyektiv yoxlanılmalı və dəyərləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir...” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
29. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. İşin müəyyən edilmiş mübahisə olunmayan hallarına görə, cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasında yazılı ərizə təqdim edilərək, iddiaçıya 37.686,77 manat borcu olduğu, iddianın təmin edilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Buna görə də, məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçı 35.420,46 manat əsas borcun, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ( bax yuxarıda § 26) ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq 2.266,31 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
31. Nəzərə alınmalıdır ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPMnin 106.3-cü maddəsi).
32. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir.
33. Məhkəmə kollegiyası cavabdehin işə mahiyyəti üzrə baxılarkən mövcudluğunu təsdiq etdiyi borcla bağlı hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillərin formal oldu ğunu nəzərə alaraq, cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 14-17). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsa s yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1065/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.