Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-153/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdehə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra Hakimiyyətinə) qarşı iş üzrə Açar sözlər: yaşayış kompleksinin təhvil verilməsi-aidiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra Hakimiyyətinə) qarşı yaşayış kompleksinin təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzr ə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 yanvar tarixli e-2-2(113)981/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 23 yanvar tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İcra Hakimiyyəti (bundan sonra – “üçüncü şəxs”) qarşı yaşayış kompleksinin təhvil-təslim edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 yanvar tarixli e-2-2(113)-981/2023 saylı qəra rdadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – L.Əliyeva).
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin tərəfləri hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakteri iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırkı işə ümumi məhkəmədə baxılmalıdır.
4. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə və üçüncü şəxsə çatdırılmasının təsdiq edən sənəd də əlavə edilməmişdir.
5. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 43.5, 43.6-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – “Mənzil Məcəlləsi”) 119.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “M PM”) 24.2, 25.1, 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12, 22, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
6. İddiaçının nümayəndəsi və vəkili 2023-cü il 3 fevral tarixində qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə kommersi ya məhkəməsinə müraciət etmədən öncə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsi 2022-ci il 15 fevral tarixli e-2(001)-7637/2022 saylı qərardadı ilə iddia ərizəsi məhkəmə aidiyyati üzrə düzgün verilmədiyini əsas gətirərək ərizənin geri qaytarılması və iddiaçıya hazırki iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Belə olduğu halda Bakı Kommersiya Məhkəməsinin hazırki iddia tələbinə ümumi məhkəmədə baxılması barədə gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Eyni zamanda, iddiaçı qərardadın qəbul edilməsi üçün əsas hesab edilmiş iddiaçının iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə və üçüncü şəxsə çatdırılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi barədə nə ticələri əsaslı hesab edir; yol verilmiş çatışmamazlıqlar aradan qaldırılmış və müvafiq sübutlar şikayətə əlavə olunmuşdur.
8. Əvvəlki mövqeyində qalan Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli e-2-2(113)-981/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri... 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri ), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər....”
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: “Maddə
119. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti... 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: “...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində ba xılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sa hibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir....
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 yanvar tarixli e-2-2(113)-981/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Hazırkı iş üzrə iddia tələbi cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlak kompleksinin və həmin kompleksin tərkib hissəsi olan qeyri-yaşayış sahələrinin, zirzəmi də daxil olmaqla iddiaçıya təhvil verilməsi ilə bağlıdır.
15. İş materiallarından göründüyü kimi, iddia tələbləri tərəflərin qarşılıqlı müqavilə münasibətlərindən irəli gəlmir və əsas etibarilə əşya tələbindən ibarətdir.
16. MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 11) məzmunundan aydın olur ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar əsas götürülür: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri.
17. Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə (bax yuxarıda § 10) görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
18. Beləliklə, hazırkı halda iddiaçı Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq, qeyri-kommersiya hüquqi şəxsidir.
19. Bununla belə, MM-in 43.6-cı maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq, qeyrikommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 22 və 25-ci bəndlərində (bax yuxarıda § 12) formalaşdırdığı hüquqi mövqelərə görə, qeyri-kommersiya qurumlarının kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Qeyrikommersiya qurumlarının əşya hüquqi münasibətlərdən irəli gələn tələblərinə kommersiy a məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.
21. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı işdə iddia ərizəsində qeyd edilən tələblər müstəsna olaraq binanın idarəçililiyi ilə bağlı şərtləri özündə ehtiva edir, yəni əmlak kompleksinin və həmin kompleksin tərkib hissəsi olan qeyri-yaşayış sahələrinin, o cümlədən zirzəminin tələb olunması iddia çı tərəfindən binanın idarəçiliyinin səmərəli təşkili ilə bağlıdır və iddiaçının mənfəət götürməsi, əldə olunan mənfəətin onun iştirakçıları arasında bölüşdürülməsi ümumiyyətlə mübahisə predmeti deyildir.
22. Odur ki, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə, hazırkı işə ümumi məhkəmədə baxılmalıdır.
23. Belə olan halda, qarışıq məhkəmə tərkibinin qənaətinə görə, Bakı Kommersiya Məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən aidiyyətlə bağlı prosessual hüquq pozuntusuna yol verməmişdir.
24. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının şikayəti təmi n edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 yanvar tarixli e-2-2(113)-981/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.