Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-153/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(103)-1036/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh 1 MMC arasında “İnvoysların Diskontlaşdırılması” üzrə 2022-ci il 20 oktyabr tarixli İDK0659 saylı Kredit Limiti Müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən kredit limitinin məbləği 300.000 manat müəyyənləşdirilmişdir.
2. Müqavilənin 2.1-ci bəndində razılaşdırılmışdır ki, bank müştərinin üçüncü şəxsə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında müştəriyə müqavilənin 1.1-ci və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan İD üzrə kredit limiti açır, kredit limiti çərçivəsində invoys əsasında maliyyələşdirmənin tərəflər arasında imzalanacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olacaq müvafiq maliyyələşdirmə üçün ərizə formasında göstərilən şərtlər əsasında icra ediləcəkdir.
3. Bankla Cavabdeh2 aras ında bağlanmış 2022-ci il 20 oktyabr tarixli ZF0684 saylı zaminlik müqaviləsinə əsasən zamin bankla bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında imzalanacaq müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürür. 4. 2023-cü il 25 yanvar tarixli İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən "Real Procurement” MMC-yə 2023-cü il 24 marta kimi illik 14,50% olmaqla 27.867,11 manat məbləğində, eyni tarixli İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17.573,95 manat; 5. 2023-cü il 30 yanvar tarixli İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsa sən 37.108,24 manat; 6. 2023-cü il 1 fevral tarixli İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2023-cü il 31 mart tarixinə kimi 14.118,11 manat; 7. 2023-cü il 3 fevral tarixli İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2023-cü il 2 aprel tarixinə kimi 11.942,87 manat məbləğində kredit verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra – “bank” və ya “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh” və ya “MMC”) və Cavabdeh2 birgə qaydada: - İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27.867,11 manat əsas borc, 695,90 manat faiz borcu, 4.214,53 manat cərimə borcu olmaqla cəmi 32.777,54 manat məbləğində borcun; - İDK0659/14 saylı maliyyələşdirmə üç ün ərizəyə əsasən 17.573,95 manat əsas borc, 438,86 manat faiz borcu, 2.995,38 manat cərimə borcu olmaqla cəmi 21.008,19 manat məbləğində borcun; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37.108,24 manat və əsas borc, 851,94 manatı faiz borcu, 6.324,89 manat cərimə borcu olmaqla cəmi 44.285,07 manat məbləğində borcun; - İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 2.371,65 manat cərimə borcu olmaqla cəmi 16.819,57 manat məbləğində borcun; - İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.942,87 manat əsas borc, 288,62 manat faiz borcu, 1.976,88 manat cərimə borcu olmaqla cəmi 14.208,37 manat məbləğində borcun, iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, borclular qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Belə ki, İDK0659/13, İDK0659/14, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizələr üzrə gecikmə 211 gün, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizə üzrə gecikmə 207 gün, İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə gecikmə 204 gündür. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə 2023-cü il 30 avqust tarixində xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, ək s halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli qərardadı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 20 iyun tarixli rəyi əsasında müəyyən olunmuşdur ki, cavabdehin müqavilə müddətinin sonuna İDK.0659/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 27.867,11 manat, faiz borcu 662,23 manat, İDK.0659/14 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 17.573,95 manat, faiz borcu 424,70 manat, İDK.0659/15 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 37.108,24 manat, faiz borcu 851,94 manat, İDK.0659/16 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 14.118,11 manat, faiz borcu 341,19 manat, İDK.0659/17 saylı mali yyələşdirmə üçün ərizə üzrə əsas borcu 11.942,87 manat, faiz borcu 283,81 manat təşkil edir.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)2184/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdеhlərdən müştərək qaydada İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27.867,11 manat əsas borc, 662,23 manat faiz borcu, 1.394 manat cərimə borcu; İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17.573,95 manat əsas borc, 424,70 manat faiz borcu, 879 manatı cərimə borcu; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37.108,24 manat əsas borc, 851,94 manatı faiz borcu, 1.855 manat cərimə borcu; İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 706 manat cərimə borcu; İDK0659/17 saylı mali yyələşdirmə üçün ərizəyə əsasən 11.942,87 manat əsas borc, 283,81 manat faiz borcu, 597 manat cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq 407 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim: G.Namazova).
12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcları yaranmışdır. Belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır.
13. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçının maliyyə arayışında göstərilən tarixlərə yaranmış borc tutularkən İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu ekspert rəyində daha aşağı həddə müəyyən edildiyi üçün rəyə uyğun, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə ekspert rəyi daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc faiz borcu həm iddia tələbində, həmdə ekspert rəyində eyni olduğu üçün iddia tələbinə uyğun, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (kespert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə iddia tələbinə əsasında (eksper rəyi daha yuxarı həddə müəyyən edilin) və İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir) faiz borcu isə iddia t ələbinə uyğun (ekspert rəyi ilə daha yuxarı hədd götürülb) müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada dəbbə pulunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
15. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehd ən tutulması tələb olunan cərimə pulları tənasübsüz şəkildə yüksək olduğundan İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1394 manat, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 879 manatı, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1855 manat, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 706 manat və İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 597 manat məbləğində cərimə pulları cavabdehlərdən tutulmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələb inin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(103)-1036/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Həsənov – sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymət ləndirmişdir.
20. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil etmiş kollegiya vurğulamışdır ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğlərini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
21. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.
22. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə borclarının məbləğlərini mütənasib şəkildə azaltdığı üçün bu barədə gəldiyi qənaət əsaslı olmuşdur.
23. Məhkəmə kollegiyası mövqeyini Mülki Mə cəllənin 5.3, 14.2.1, 385, 386.1, 390.5, 404, 425, 442, 448.1, 467, 472, 739.1-ci, MPM-in 14.2, 77.1, 80, 81, 88 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Mülki Məcəllənin 467-ci maddəsi üzrə - iddiaçının tələb etdiyi faiz borcu və cərimə qeyd edilən maddənin tələblərinə uyğun olaraq yüksək olduğundan həmin cərimə məbləği məhkəmə tərəfindən azaldılmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən məhkəmə həddindən artıq tələb olunan faiz borcunu və cəriməni azaltmalı idi.
26. Mülki Məcəllənin 367 və 477.0.4-cü maddələri üzrə - İDK0659 saylı Kr edit Limiti Müqaviləsinin təminatı olaraq Cavabdeh2la iddiaçı arasında 2022-ci il 20 oktyabr tarixli ZF0684 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 2023-cü il 20 oktyabr tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hes ab edilməlidir.
27. Azərbaycan Respublikasının Konstitusiyasının 24, 26-cı maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı üzrə - kassator qeyd etmişdir ki, adı çəkilən normaların və qərarla müəyyənləşdirilən qaydalar məhkəmə tərəfindən pozulmuşdur.
28. MPM-in 9.1, 14.1, 14.2, 217.1, 217.2-ci maddələri üzrə - məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. 29. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2007-ci il 6 noyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı üzrə - k assator bildirmişdir ki, hazırkı mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi sübutları tam və hərtərəfli araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh borcun məbləğinin düzgün müəyyən edilməməsini hər hansı sübutla və ya konkret faktlarla əsaslandıra bilməmişdir. Cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla əsas borc məbləğinin 5 faizi məbləğində hesablanmışdır. Yəni əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır.
31. İddiaçı kassasiya şikayətinin zaminliklə bağlı hissəsinə münasibətdə qeyd e tmişdir ki, kassator Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddəti yanlışlıqla öhdəliyin icrası vaxtının çatdığı gündən deyil, müqavilənin imzalandığı vaxtdan hesablayır. Maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərin icrası vaxtının çatdığı günlər belədir: İDK0659/13 saylı maliyyələşdirmə üzrə 2023-cü il 24 mart, İDK0659/14 saylı üzrə 2023-cü il 25 mart, İDK0659/15 saylı üzrə 2023-cü il 27 mart, İDK0659/16 saylı üzrə 2023cü il 31 mart, İDK0659/17 saylı üzrə 2023-cü il 2 aprel.
32. İddiaçı tərəfindən iddia ərizəsi 2024-cü il 1 mart tarixində verilmiş, ərizə məhkəmə tərəfindən 2024-cü il 4 mart tarixində qəbul edilmişdir. Göründüyü kimi zaminə qarşı iddia öhdəliyin icrası vaxtının çatdığı gündən öncə verilmişdir. Ona görə də bu dəlillər də əsassızdır.
33. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə 7
39. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
41. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin faiz və cərimə borclarının yüksək məbləğdə tutulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müq avilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
42. Belə ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib olunmadığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla əsas borc məbləğinin 5 faizi məbləğində hesablanmış, yəni əsas borca və tərəflərin mənafelərinə zidd olmamışdır. Ona g örə bu dəlil əsassız hesab olunmalıdır.
43. Kassasiya şikayətinin zaminliklə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, 2022-ci il 20 oktyabr tarixli zaminlik müqaviləsinin 6-cı bölməsinə görə bu müqavilənin qüvvədə olma müddəti borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Belə ki, maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərin icrası vaxtının çatdığı günlər belədir: İDK0659/13 saylı maliyyələşdirmə üzrə 2023-cü il 24 mart, İDK0659/14 saylı üzrə 2023-cü il 25 mart, İDK0659/15 saylı üzrə 2023cü il 27 mart, İDK0659/16 saylı üzrə 2023-cü il 31 mart, İDK0659/17 saylı üzrə 2023-cü il 2 aprel.
44. İddiaçı tərəfindən iddia ərizəsi 2024-cü il 1 mart tarixində verilmiş, ərizə məhkəmə tərəfindən 2024-cü il 4 mart tarixində qəbul edilmişdir. Göründüyü kimi zaminə qarşı iddia öhdəliyin icrası vaxtının çatdığı gündən öncə verilmişdir. Ona görə də kassatorun bu dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
46. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməs i isə belə dəlilləri yoxlaya bilməz.
47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
48. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(103)-1036/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.