Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-164/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Nağıyev İman Məmməd oğlu (sədrlik edən-məruzəçi) Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-1142/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC (bu ndan sonra – cavabdeh MMC) arasında bağlanmış 2016-cı il 16 mart tarixli H00816 nömrəli “kredit limitinin ayrılması” müqaviləsindən görünür ki, bank “kredit alana” 300.000 (üç yüz min) manat məbləğində 84 ay müddətinə (bundan sonra - kredit limiti müddəti) illik maksimum 30 (otuz) % dərəcəsi ilə kredit limiti ayırır, “kredit alan” isə bu müqavilə və kreditin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri limitindən istifadə etməyi və götürülmüş krediti “kredit sazişi”nin ayrılmaz hissəsi olan “ödəniş cədvəli”nə əsasən qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, bank “kredit alan”ın adına kreditin istifadə edilməsi və ödənilməsi üçün rekvizitləri “kredit sazişi”ndə göstərilən cari hesab və kreditin uçotunun aparılması üçün ssuda hesabı açır.
2. Kredit limitinin a yrılması haqqında müqavilə daxilində 2016-cı il 16 mart tarixli H004KK19-H00816 saylı kredit sazişinin kreditin və ona hesablanmış fazilərin ödəniş cədvəlinə əsasən 38.000 manat kredit məbləği cavabdeh MMC-yə 24 ay müddətinə 24% illik faiz dərəcəsi olmaqla 2019-cu il 24 yanvar tarixində verilmişdir.
3. Kredit limitinin ayrılması haqqında müqavilə daxilində 2018-ci il 19 mart tarixli H00816 saylı H022KX18-H00816 nömrəli kredit sazişinə əsasən 10.000 manat kredit məbləği 12 ay müddətinə illik 21 faiz (faktiki illik faiz dərəcəsi 23.3%) olmaqla H097KK17H00816 saylı kredit müqaviləsi üzrə 2018-ci ilin mart, aprel və may aylarına güzəşt müddəti şərti ilə verilmişdir. Qeyd olunan “kredit sazişi” H00816 saylı 2016-cı il 16 mart tarixli “kredit limitinin ayrılması haqqında müqavilə” əsasında imzal anmışdır.
4. Kredit limitinin ayrılması haqqında müqavilə daxilində 2019-cu il 24 yanvar tarixli H004KK19-H00816 nömrəli kredit sazişinə əsasən 38.000 manat kredit məbləği 24 ay müddətinə illik 24 faiz (faktiki illik faiz dərəcəsi 25.1%) olmaqla H047KR18-H00816 saylı kredit sazişinin tam bağlanılması məqsədilə verilmişdir. Qeyd olunan “kredit sazişi” H00816 saylı 16 mart 2016-cı il tarixli “kredit limitinin ayrılması haqqında müqavilə” əsasında imzalanmışdır. 5. 2016-cı il 16 mart tarixli ipoteka müqaviləsinə əsasən “ipoteka qoyan” Cavabdeh2 – (bundan sonra – Cavabdeh2) öz mülkiyyətində olan və bu müqavilənin 2-ci bəndində təsvir olunan əmlakı (bundan sonra - ipoteka predmeti) “kredit alan”ın “bank” qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “bank”ın xeyrinə ipoteka ilə yüklü edir. 1.2-ci bəndə əsasən “kredit alan”ın “bank”la bağladığı 2016-cı il 16 mart tarixli H00816 saylı kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri “bank” qarşısında olan bütün öhdəliklərdir. Kredit limitinin ayrılması haqqında müqavilə üzrə “kredit alan”ın “bank” qarşısında öhdəliyi aşağıdakı kimi müəyyən olunur: limitin məbləği 300.000 manat, limitin müddəti 84 ay, maksimal faiz dərəcəsi illik 30%; kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit l imitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunur; 2.1-ci bəndə əsasən ipoteka predmeti Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzil (3 otaq; 46.0 kv.m yaşayış sahəsi, 21.5 kv.m yardımçı sahə, 67.5 kv.m ümumi sahədən ibarət). 6. 2019-cu il 24 yanvar tarixli Z1-H004KK19 saylı zaminlik müqaviləsinə əsasən “zamin” Qanuni nümayəndə (bundan sonra – cavabdeh Qanuni nümayəndə) 2.2-ci bəndində göstərilən öhdəlik üzrə “kredit alan”ın “bank” qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və həmin öhdəliyin tamamilə icra edilməsinə görə “kredit alan” ilə birlikdə “bank” qarşısında məsuliyyət daşıyır. 2.2-ci bəndə əsasən bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının qan unvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən cavabdeh MMC qanuni təmsilçisi X1 ilə (bundan sonra - Qanuni nümayəndə) “bank” arasında bağlanmış 2019-cu il 24 yanvar tarixli, H004KK19-H00816 saylı “kredit limitinin ayrılması haqqında müqavilə” daxilində kredit sazişindən və (kredit məbləği 38.000 manat, kreditin müddəti 24 (iyirmi dörd) ay, kreditin faiz dərəcəsi illik 24 (iyirmi dörd) % ona edilmiş əlavələrdən irəli gələn tələbdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX sseriyalı ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edi lmişdir.
8. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan 2020-ci il 21 avqust tarixli HD-85/20 nömrəli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında rəsmi bildirişin ipoteka qoyanın ünvanına 2020-ci il 17 avqust tarixində təqdim edildiyi bildirilmiş, buna əsasən həmin bildirişin qeydə alınması xahiş olunmuşdur. 9. 2020-ci il 17 avqust tarixli HD-83/20 nömrəli Cavabdeh2 və cavabdeh MMC-yə ünvanlanmış bildirişdə kredit alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, tutmanın ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilməsinə başladılması bildirilmişdir.
10. İddiaçı tərəfindən cavabdeh MMC-yə, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanmış 5160 nömrəli 2020-ci il 10 avqust tarixli pretenziya məktubunda “H004KK19H00816” saylı kredit sazişi üzrə 32.931 manat əsas, 10.243,68 manat faiz, 1451,19 manat cərimə, H022KX18-H00816 saylı kredit sazişi üzrə isə 10.000 manat əsas, 3.313,33 manat faiz, 10.150 manat cərimə borcunun olması bildirilmişdir. 11. "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 2021-ci il 29 yanvar tarixli, ƏEM/D 73-073/21 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, analoq obyektlərin müqayisəli satışı, mənzilin sahəsi, yerləşdiyi ərazi, mərtəbəliliyi, alternativ istifadə imkanları, təmirliliyi, tikililərin konstruksiyası, aşınması və s. xüsusiyyətlə nəzərə almaqla aparılmış hesblamalara və təhlillərə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilin 29 yanvar 2021-ci il tarixinə likvid dəyəri 90.000 (doxsan min) manat, bazar dəyəri 85.000 (səksən beş min) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı 2020-ci il 30 sentyabr tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 32.931 manat əsas, 10.243,68 manat faiz, 1.451,19 manat cərimə olmaqla, cəmi 44.625,87 manat, H022KX18-H00816 nömrəli kredit sazişi üzrə isə 10.000 manat əsas, 3.313,33 manat faiz, 10.150 manat cərimə olmaqla, cəmi 23.463,33 manat, hər iki saziş üzrə isə ümumi borc məbləği 68.089.2 manat məbləğində borcların və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilmə sini təmin etmək məqsədilə tələbin 2016-cı il 16 mart tarixli 3M-90 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 79 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdeh MMC və Qanuni nümayəndə iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış 2016-cı il 16 mart tarixli, “H00816” saylı “Kredit limitinin ayrılması haqqında müqavilə, müqavilə daxilində 2019-cu il 24 yanvar tarixli, H004KK19-H00816 saylı kredit sazişinə əsasən, bank borcalana 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 38.000 manat və həmin limit müqaviləsi daxilində 2018-ci il 19 mart tarixli, H022KX18-H00816 saylı kredit sazişinə əsasən isə borcalana 12 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Qanuni nümayəndə ilə iddiaçı arasında bağlanmış 2019-cu il 24 yanvar tarixli, “Z1-H004KK19” saylı “Zaminlik Müqaviləsi”nə əsasən cavabdeh Qanuni nümayəndə 2016-cı il 16 mart tarixli, H00816 nömrəli "xxxx" müqaviləsi üzrə cavabdeh MMC-nin öhdəliklərinin icrasına dair Bank qarşısında üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa, "xxxx" Müqaviləsi üzrə cavabdeh MMC-nin pul öhdəliklərinin icrasının təmin edilmə si məqsədilə 2016-cı il 16 mart tarixli, 3M-90 saylı “İpoteka müqaviləsi”nə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü (0838979 saylı yüklülük çıxarışı) edilmişdir. Borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə iddiaçıya müvafiq faizləri ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəllərinə müvafiq olaraq, 2020-ci il 17 sentyabr tarixinə borcalan iddiaçıya H004KK19H00816 saylı kredit sazişinə əsasən borc məbləği 32.931 manat əsas, 10.243,68 manat faiz, 1451,1 9 manat cərimə olmaqla, cəmi 44.625,87 manat, H022KX18-H00816 saylı kredit sazişinə əsasən isə borc məbləği 10.000 manat əsas, 3.313,33 manat faiz, 10.150 manat cərimə olmaqla, cəmi 23.463,33 manat, hər iki saziş üzrə isə ümumi borc məbləği 68.089,2 manat təşkil edir. Yaranmış borcla bağlı kredit alana dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmiş, sonuncu dəfə borcalana 2020-ci il 10 avqust tarixli, 5160 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 mart tarixli, e-2-2(113)-260/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2021-ci il 7 iyun tarixli, 9/2153 saylı rəy təqdim olunmuşd ur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 7 iyun tarixli, 9/2153 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2016-cı il 16 mart tarixli “H00816” saylı kreditin ayrılması haqqında” müqavilə daxilində 2019-cu il 24 yanvar tarixli, “H004KK19-H00816” saylı və 2018-ci il 19 mart tarixli, H022KX18-H00816 saylı kredit sazişlərinin şərtlərinə əsasən suallar üzrə cavabdeh MMC-nin iddiaçıya olan borcu 2019cu il 24 yanvar tarixli, “H004KK19-H00816” saylı kredit sazişi üzrə 2020-ci il 17 sentyabr tarixinə əsas borc üzrə 32.919,81 manat, faiz borcu üzrə 10.172,86 manat, 2021-ci il 24 yanvar tarixinə əsas borc üzrə 32.919,81 manat, faiz borcu üzrə 12.960,08 manat; 2018-ci il 19 mart tarixli, H022KX18-H00816 saylı kredit sazişi üzrə 2019-cu il 19 mart tarixinə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 228,14 manat, 2021ci il 17 sentyabr tarixinə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 3366,48 manat olaraq müəyyən edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 iyul tarixli, e-2-2(113)-260/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən-cavabdeh MMC və Qanuni nümayəndə “H004KK19H00816” saylı kredit sazişi üzrə 32.919,81 manat əsas, 10.243,68 manat faiz, 329 manat cərimə olmaqla, cəmi 43.492,49 manat, H022KX18-H00816 saylı kredit sazişi üzrə isə 10.000 manat əsas, 228,14 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 11.228,14 manat, həmçinin dövlət rüsumuna görə ödən ilmiş 30,40 manat və və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilmiş, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdehlər MMC və Qanuni nümayəndə iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh2 verilməsi qət edilmişdir. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən olunmuşdur (hakim – A.Əliyeva).
17. Birinci instansiya məhkəmə si gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələbi ekspert rəyinə əsasən kredit sazişləri üzrə əsas borc və faizlərin cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. Habelə məhkəmə işin hallarını nəzərə alaraq və mülki qanunvericiliyin müvafiq normasına uyğun olaraq H004KK19-H00816 saylı kredit sazişi üzrə tələb olunan 1.451 manat cərimə məbləğinin 329 manat, H022KK18-H00816 saylı kredit sazişi üzrə tələb olunan 10.150 manat cərimə məbləğinin isə 1.000 manat müəyyən olunmasını ədalətli hesab etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçiri lməklə ipotekanın satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka saxlayana qaytarılmalıdır. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 90.000 manat məbləğində müəyyən etmiş, həmçinin onun satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi təqdirdə borcun cavabdehin əmlakına yönəldilməsinin yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq baş tuta biləcəyini vurğulamışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat, qiymətləndirmə işinə görə 200 manat və ekspertiza xərci kimi 100 manat vəsaitlər müştərək qaydada cavabdeh MM C və cavabdeh Qanuni nümayəndə tutulmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 269.1, 269.4, 269.7, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 101.3, 107, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun cavabdeh MMC və cavabdeh Qanuni nümayəndə HH004KK19-H00816 saylı kredit sazişi üzrə hesablanmış 10.243,68 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-1142/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Baxışova).
22. Apellyasiya şikayətlərinin dəlillərinə görə, H022KX18-H00816 nömrəli kredit sazişi üzrə ümumi borc borc məbləği 10.000 manat, faiz borcu üzrə 228,14 manat olduğu halda H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 32.919,81 manat, faiz borcu üzrə 10.172,86 manat hesablanması ağlabatan deyil. Faiz borcu olaraq hesablanan məbləğ əslində cərimə məbləği olmaqla, faiz olaraq təqdim olunmuşdur. Bu səbəbdən qətnamə ilə sözügedən hissədə razıla şmır və daha obyektiv araşdırılmalı olduğunu hesab edir.
23. Həmin məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, iddia ilə cavabdehlərdən H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 10.243,68 manat məbləğdə faiz borcunun tutulması xahiş edilmiş, 2021-ci il 07 iyun tarixli 9/2153 nömrəli ekspert rəyi ilə 2021-ci il 24 yanvar tarixinə faiz borcu 12.960,08 manat məbləğdə müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin daha çox olan faiz borcu məbləğini iddia tələbi həddində təmin etməsi qanuni və MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olmuşdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM 427.3, 442, 448.1, 739.1, 739.2, 741-ci, MPM-in 14.2, 7.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2021- ci il 3 noyabr tarixində iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxi elektron kabinetlərdə yerləşdirilmişdir.
26. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
27. MM 449, MPM-in 217, 384.0.2-ci maddələrinin tələbləri pozulmuşdurMəhkəmədə mübahisələndirilən və heç bir münasibət bildirilməyən məsələ H022KX18H00816 saylı kredit sazişi üzrə ümumi borc məbləğinin 10.000 manat, faiz borcunun 228,14 manat olduğu halda H004KK19-H00816 saylı kredit sazişi üzrə 32.919,81 manat, faiz borcu üzrə 10.172,86 manat hesablanmasının ağlabatan olmamasıdır. Faiz borcu olaraq hesablanan məbləğ əslində cərimə məbləği olmaqla “faiz” adı altında təqdim olunmuşdur. Qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət və izah verilməli idi. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə və ekspert tərəfindən buna qiymət verilməmişdir. Belə ki, cavabdehin hər iki kredit müqaviləsi üzrə cəmi 42.000 borcu olmasına baxmayaraq, məhkəmə 54 min manatdan artıq məbləğ hesablamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh2 birinci instansiya məhkəməsində iclas zamanı borc məbləğini və ekspertin rəyini mübahisələndirməmiş, ümumiyyətilə bu barədə heç bir fikir bildirməmiş, yalnız ipoteka predmetinin ona məxsus olduğunu bildirmiş, cavabdeh MMC-nin təsisçisi, həmçinin kredit üzrə zamin cavabdeh Qanuni nümayəndə ondan boşandığını, krediti onun ödəməli olduğunu qeyd etmiş və məhkəmədən iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunmamasını xahiş etmişdir.
29. İddiaçı hesab edir ki, məhkəmə və ekspert tərəfindən müvafiq hesablamalar aparılarkan, heç bir hüquq pozuntusuna yol verilməmiş, ekspert tərəfindən tədqiqat tam obyektiv aparılaraq, rəy məhkəməyə təqdim edilmiş, məhkəmə isə öz növbəsində təqdim edilən rəyin hazırkı iş üzrə sübuti əhəmiyyət kəsb etdiyini qeyd edərək, qətnamənin qəbulu zamanı nəzərə almışdır. Ekspert öz rəyində mübahisə olunan kredit sazişi üzrə (H004KK19-H00816 saylı) sazişin bağlanma tarixindən (24.01.2019) etibarən cavabdeh MMC tərəfindən istifadə edilmiş 38.000 manat məbləğində kreditə gö rə son ödəniş tarixinə, yəni 2019-cu il 12 iyul tarixənədək iddiaçıya ümumilikdə 8.170,77 manat məbləğində pul vasaiti ödənildiyini, həmin vəsaitin 5080,19 manat məbləğinin əsas borca, 3090,58 manat məbləğinin faiz borcuna silinməsinin müəyyən olunduğunu qeyd etmiş və rəyə əlavə olunmuş cədvəldə ödənişlərin təfərrüatlarını əks etdirmişdir.
30. Sazişlər müxtəlif müddətlər üzrə, müxtəlif faiz dərəcələri ilə bağlanmış, habelə ödəniş qrafiklərinə görə fərqli ödənişlər aparıldığından, faiz borclarının hesablanmasında da təbii olaraq, fərqlər yaranmışdır. Belə ki, 2018-ci il 19 mart tarixli, H022KX18-H00816 saylı kredit sazişinə əsasən, borcalana 12 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə, 10.000 manat məbləğində kredit ayrılmış, 2019-cu il 24 yanvar tarixli, H004KK 19-H00816 saylı kredit saz işinə əsasən isə, Bank borcalana 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 38.000 manat kredit ayırmışdır. 31. 2021-ci il 7 iyun tarixli, 9/2153 nömrəli ekspert rəyində iş materiallarında olan bütün hesabdan çıxarış və digər sənədlər nəzərə alınmaqla, müfəssəl tədqiqat aparılmış, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə qeyd olunan ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək, qəbul etdiyi qətnamədə ona istinad etmiş və obyektiv və qərəzsiz olaraq, yuxarıda göstərilən əsas, faiz və cərimə məbləğlərinin cavabdehin ümumi borcunu təşkil etdiyi nəticəsinə gəlmişdir. Cavabdeh isə öz mövqeyini əsaslandırmaq üçün heç bir dəlil göstərməmiş və təsdiqedici sənəd təqdim etməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh MMC və cavabdeh Qanuni nümayəndə HH004KK19-H00816 saylı kredit sazişi üzrə hesablanmış 10.243,68 manat faiz borcunun tutulması hissəsində mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin hissədə üzrə məhkəmə qətnaməsi apellyasiya qaydasında yoxlanılmışdır. Həmin cavabdehin kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunu və məhkəmə qətnaməsinin yalnız HH004KK19H00816 saylı kredit sazişi üzrə hesablanmış 10.243,68 manat faiz borcunun tutulması hissəsinin apellyasiya qaydasında yoxlanılması nəzərə alınaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasın ın təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda n satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət etibarsızdır....” hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayış ı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilə r. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqı nda müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq normalarında aşağıdakılar göstərilmişdir “M a d d ə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (Qeyd: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 28 dekabr tarixli Qanunla ləğv edilmişdir)” “M a d d ə
34. İpoteka predmetinə tut manın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; (Qeyd: bu bənd “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 28 dekabr tarixli Qanunla ləğv edilmişdir) 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.2 “M a d d e
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanun un 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. (Qeyd: 2018-ci il 28 dekabr tarixədək olan redaksiyası - 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.)... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılmas ı... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “M a d d ə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır....” “M a d d ə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıl dıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya...” 36. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq normalarında aşağıdakılar göstərilmişdir “ M a d d ə 4
3. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş m üəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.”
37. Azərbaycan Respublikasının normalarında aşağıdakılar göstərilmişdir Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxı lması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, şikayətdə müvafiq maddi və prosessual hüquq normalarının yalnız mətnlərinə istinad olunmuş, həmin normaların apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntusunun konkret olaraq nədə ifadə olunduğu kassasiya şikayətində göstərilməmiş, maddi və ya prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil qeyd olunmamışdır.
40. Kassasiya şikayətinin iş üzrə ekspert rəyi ilə bağlı (bax yuxarıda § 26) dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
41. Müvafiq ekspert rəyi birinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmuş, həmin cavabdehin nümayəndəsinin iştirakı ilə tədqiq olunmuşdur. Lakin işin materiallarından, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim etməsi müəyyən edilmir. Eləcə də cavabdehin kassasiya şikayətində həmin ekspert rəyi məhkəmələr tərəfindən qiymətləndirilərkən, hansı maddi və prosessual hüquq normasının pozulduğu, pozuntunun nədən ibarət olduğu qeyd olunmamışdır.
42. Cavabdehin mübahisələndirdiyi faiz məbləğinin ağlabatan olmamasına dair dəllləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur (bax yuxarıda § 22-23).
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli 2-2(103)-1142/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İ.M.Nağıyev Hakimlər: B.M.Məmməd