Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-171/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(103)-654/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh X4 arasında 2020-ci il 4 dekabr tarixində alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çesiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Mallar alıcının (onun nümayəndəsinin) satıcıya (onun nümayəndəsinə) telefon (zəng və ya proqram təminatı yolu ilə) elektron poçt və ya kuryer vasitəsilə bildirdiyi sifarişi əsasında satıcı tərəfindən tərtib olunan və alıcıya elektron qaydada göndərilən elektron qaimə-faktura üzrə müəyyən olunan adda, çeşiddə, miqdarda və məbləğdə satıcı tərəfind ən alıcıya təchiz olunur. Elektron qaimə-faktura, həmçinin alıcının sifarişi hesab olunur. Tərəflərin razılığı əsasında sifarişdə dəyişiklik edilə bilər (Müqavilənin 2.1-ci bəndinə əsasən). 4. 2022-ci il 31 dekabr tarixli üzləşmə aktında X2 İddiaçı QSC-yə həmin tarixə olan borcunun 59.387,67 manat təşkil etdiyi qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfindən adından imzalanmış və möhürlənmişdir. 5. 2023-cü il 1 iyul tarixli üzləşmə aktında X2 İddiaçı QSC-yə həmin tarixə olan borcunun 60.541,7 manat təşkil etdiyi qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfindən adından imzalanmış (Klinikanın adından Şahid tərəfindən) və möhürlənmişdir. 6. 2022-ci il 11 yanvar - 2022-ci il 15 iyul arası dövrü əhatə edən elektron qaiməfakturalara əsasən həmin dövrdə İddiaçı QSC tərəfindən Cavabdeh X3 ümumili kdə 59.389,52 manat məbləğində malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir.
7. İddiaçı QSC-nin (Elektron ünvan 1 elektron poçt ünvanından) elektron poçt vasitəsilə göndərdiyi pretenziya məktubuna Cavabdeh X2 rəsmi elektron poçt ünvanından (Elektron ünvan 2) göndərilmiş cavab məktubunda klinikada yaranmış maliyyə vəziyyəti ilə bağlı yalnız borcun hissə-hissə ödənilməsinin mümkün olması bildirilmiş və üzləşmə aktının imzalanması təklif edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il 30 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X1 (bundan sonra – “klinika”) 59.387,67 manat məbləğində borc, mediasiyasının keçirilməsi üçün 410 manat məbləğində mediasiya dair və 2 69,39 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 60.067,06 manatın klinikadan tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 4 dekabr tarixli alqı-satqı müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə də, klinika öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Bu barədə klinikaya dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmiş, lakin sonuncu bu ödənişləri həyata keçirməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 aprel tarixli e-2-2(113)-1314/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (haki m: Zaur Pirverdiyev).
11. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən və mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 59.387.67 manat məbləğində borcu yaranmışdır.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin və 2022-ci il 31 dekabr tarixli üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək alınan malları cavabdehə vermiş, bunun nəticəsində i ddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.
13. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia 59387.67 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16. 2024-cü il 26 iyul tarixində keçirilmiş məhkəmə iclasında məhkəmə kollegiyasının qərara ilə cavabdeh klinika Cavabdeh (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(103)-654/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: L.Əliyeva – sədrlik edən və məruzəçi, T.Mahmudova və F.Qəniyev).
18. Məhkəmə 2023-cü il 1 iyul tarixli üzləşmə aktının və elektron qaimələrin apellyasiya instansiya məhkəməsində təqdim edilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 2022-ci il 31 dekabr tarixli aktın mötəbərliyi cavabdeh tərəfindən yalnız apellyasiya şikayətində mübahisələndirildiyindən həmin sübutların təqdim edilməsi zərurəti məhz işə apellyasiya məhkəməsində baxılarkən yaran mışdır.
19. Üzləşmə aktlarının qeyri-mötəbərliyi barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə bildirmişdir ki, birincisi 2022-ci il 31 dekabr tarixli üzləşmə aktında onu imzalamış şəxsin adı göstərilməsə də, ikinci üzləşmə aktında onu klinikanın adından imzalamış şəxsin həmin dövrdə klinikanın böyük mühasibi vəzifəsində işləmiş Şahid olması qeyd edilmişdir.
20. İkincisi, cavabdeh tərəfindən üzləşmə aktlarına vurulmuş möhürlərin (həm sənədlər üçün, həm də arayışlar üçün) həqiqiliyi mübahisələndirilməmişdir. Digər tərəfdən cavabdehə məxsus həmin möhürlərin itirilməsi, oğurlanması və ya hər hansı digər formada klinikanın sahibliyindən çıxması iş materiallarına əsasən müəyyən edilməmişdir. Belə olan halda isə hər iki üzləşmə aktına klinikanın həmin dövrdəki rəhbər vəzifəli şəxsl ərinin məlumatı və razılığı ilə möhür vurulması, yəni aktların klinikanın rəhbərliyi tərəfindən təsdiq edilməsi açıq-aşkardır.
21. Hazırkı halda üzləşmə aktının cavabdehin məsul işçisi tərəfindən imzalanaraq üzərinə möhürün vurulması iddiaçıda qarşı tərəfin borcun olması faktını qəbul etməsinə və öhdəliyin icra edilməsindən imtina etməməsinə dair əminlik yaratmışdır.
22. Odur ki, cavabdehin üzləşmə aktlarına vurulmuş möhürlərin klinikanın əsas möhürü olmaması əsası ilə həmin aktların mötəbərliyini mübahisələndirməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.
23. Bununla yanaşı qeyd edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən elektron qaimələrin düzəliş üçün qaytarılmamasını, eləcə də üzləşmə aktlarının imzala nmasını və üzərinə möhür vurulmasını klinikanın həmin dövrdəki direktoru və həmin şəxsin iddiaçı şirkətlə olan münasibətləri ilə əlaqələndirmişdir.
24. Beləliklə, cavabdeh faktiki olaraq klinikanın əvvəlki direktorunun və digər məsul işçilərinin iddiaçı ilə razılığa gələrək mallar təqdim edilmədiyi halda malların təqdim olunması ilə bağlı onlara göndərilmiş elektron qaimə-fakturaları qaytarmamalarını, borc olmadığı təqdirdə üzləşmə aktlarını təsdiq etmələrini, bununla da vicdansızcasına klinikanın mənafelərinə zidd olaraq davranmalarını iddia etsə də, həmin halları, o cümlədən göstərilən faktlarla bağlı klinikada araşdırma aparılmasını, məsul şəxslərin məsuliyyətə cəlb edilməsini və s.təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
25. Bundan əlavə sonuncu məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi mübahisəli dövrdən əvvəl iddiaçı tərəfindən klinikaya elektron qaimə-fakturaların göndərilməsini və klinika tərəfindən ödənişlərin edilməsini, yəni əvvəlki dövrdə də tərəflər arasında alqı-satqı əməliyyatlarının aparılmasını təsdiq etmişdir. Lakin cavabdeh mallar təqdim edilərkən təhvil-təslim aktlarının tərtib edilməli olmasını bildirsə də, tərəflər arasında əvvəlki alqı-satqı əməliyyatlarının təhvil-təslim aktlarını imzalamaqla rəsmiləşdirilməsini, yəni tərəflər arasında bununla bağlı işgüzar adətin formalaşmasını da sübuta yetirə bilməmişdir.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçı tərəfindən 59.387,67 manat dəyərində malların cavabdehə təqdim edilmə si faktı öz təsdiqini tapır. Həmin mallara görə cavabdeh tərəfindən ödəniş edilməsi isə iş materiallarına əsasən müəyyən edilmir.
27. Məhkəmə kollegiyası, həmçinin mübahisəli alqı-satqı müqaviləsinin alıcı qismində klinika tərəfindən imzalandığı halda, iddia tələbinin sonuncunun struktur bölməsi olduğu cavabdehə qarşı yönəldilməsinə münasibətdə vurğulamışdır ki, klinika hüquqi şəxs statusuna malik olmadığından özünə məxsus mülki hüquq qabiliyyətinə, yəni müstəqil olaraq həyata keçirdiyi hüquqlara malik deyil, eləcə də mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərinin icra etmək vəzifəsini daşımır.
28. Odur ki, hazırkı halda alqı-satqı müqaviləsi klinika tərəfindən imzalansa da, sonuncu mülki hüquq münasibətlərin müstəqil iştirakçısı olmadığından həmin münasibətlərdə struktur bölməsi oldu ğu cavabdehin adından iştirak etmiş, yəni müqaviləni cavabdehin adından bağlanmışdır. Belə olan halda həmin müqavilə üzrə yaranmış öhdəliklər də cavabdeh tərəfindən icra edilməlidir.
29. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 54.1, 54.4, 385.1, 442, 443.1, 448.1, 567, 598.1, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
30. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi və 129cu maddəsinin İİİ bəndi üzrə - apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişdir. Bu isə Konstitusiyada və MPM-də təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
32. İddiaçının istinad etdiyi üzləşmə aktı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, üzləşmə aktı 2 nüsxədə hazırlanır, müəssisələrin baş mühasibləri və rəhbərləri tə rəfindən imzalanır və möhürləri ilə təsdiqlənirlər. Aktın bir nüsxəsi müəssisədə, digər nüsxə isə debitorda (kreditorda) qalır. Üzləşmə aktının başlığında üzləşmənin aparıldığı dövr və müqavilə, tərəflərin adları qeyd edilməlidir. Sənədlərin ikinci hissəsindəki cədvəli tərəflər onlarda olan mühasibatlıq məlumatları əsasında doldururlar.
33. Təqdim olunmuş aktlarda isə hansı müqaviləyə əsasən qarşılıqlı yoxlamanın nəticəsi qeyd olunduğu məlum deyil. Həmin üzləşmə aktlarında klinikanın adı belə səhv yazılmış, rəhbər şəxslər imza atmamış, ümumiyyətlə, imzalayan şəxslərin vəzifələri və adları, soyadları belə yazılmamış, üstəlik həmin üzləşmə aktlarına adi (arayışlar üçün) olan möhür vurulmuşdur. Halbuki klinikanın özünün möhürü var və müqaviləyə həmin möhür vurulmuşdur. İddiaçı tərəfdən isə heç möhür belə vurulmamışdır.
34. Üzləşmə aktında hər iki müəssisənin məlumatları eyni olmalıdır, əks halda aktda kənarlaşmalar barədə məlumat qeyd edilməlidir. Bunların heç biri məhkəməyə təqdim olunmuş üzləşmə aktlarında yoxdur. Təqdim olunmuş üzləşmə aktlarında borc qalıqları belə fərqli göstərilmişdir. Belə ki, 2022-cü il 31 dekabr tarixli üzləşmə aktında borc qalığı 59.387.67 AZN göstərilsə də, nədənsə 2023-cü il 1 iyul tarixli üzləşmə aktında başqa, yəni 60.541.70 AZN qeyd olunmuşdur. Bu da bir daha onların həqiqəti əks etdirməsinə şübhə yaradır. Bütün bunlar iddiaçının klinikaya olan borcunun tutulması tələbinin əsassız olduğunu göstərir. İş materiallarından göründüyü kimi məhkəmələr bu halın araşdırılması məqsədilə espertiza təyin etməmişdir.
35. Mülki Məcəllənin 442-ci maddəsi üzr ə - kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır ki, nəticədə onun ədalətli məhkəmə hüququ pozulmuşdur. İş materiallarına nəzər saldıqda cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən hər hansı sənəd, müqavilə və sair mötəbər sübutun olmadığı müəyyən edilir. Həmçinin iş üzrə ilkin olaraq cavabdeh qismində cəlb edilmiş klinikanın öz müstəqil balansı, bank hesabları, əmlakları və VÖEN-i var. Habelə iddia ərizisəsində qeyd olunan müqavilələr klinika ilə bağlanmış və həmin müqavilələr barədə iddiaçının məlumatı olmamışdır. Göründüyü kimi sözügedən iş üzrə cavabdeh klinika olmalıdır.
36. MPM-in 88, 106.1 və 416-cı maddələri üzrə - kassator vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi sözügedən normaların tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarı üzrə - məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə qətnaməsində bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətn aməq əbul etmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008 ci il 8 may tarixli Qərarı üzrə - apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, məhkəməyə təqdim olunmuş üzləşmə aktları borcun olmasını təsdiq edən mötəbər sübutlardır və hər bir aktda cavabdehə məxsus olan möhürlər öz əksini tapmışdır. Cavabdehin nümayəndəsinin məhkəmə proseslərində əsas kimi gətirdiyi "biz o müəssisədə həmin vaxt işləmirdik", "baş mühasib yenidir onları bilmir", "möhürü həmin aktlara kim vurub bilmirik" kimi mahiyyəti üzrə olmayan ifadələr cavabdehin öz müəssisədaxili məsələsidir və iddiaçı qarşısında sözügedən məbləğdə borcun olmamasını müəyyən edə bilməz. Tərəflər arasında imzalanmış üzləşmə aktları və buna əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib edilmiş və təsdiq olunmuş elektron qaimə-fakturalar borcun olmasını təsdiq edən əsas sübutlardır.
40. Klinika apellyasiya şikayətində cavabdehin hazırkı cavabdehlə əvəz edilməsini xahiş etmiş, lakin sonuncu isə kassasiya şikayətində iş üzrə cavabdeh qismində çıxış edə bilmədiyini, müqavilənin klinikanın adından bağlanmasını əsas gətirərək öhdəiyin sonuncunun üzərinə düşməsini qeyd etmişdi r. Buradan görünür ki, biri digərinin struktur bölməsi olan təşkilat və hüquqi şəxs iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməməkk üçün müxtəlif bəhanələrlə müddətin uzadılması və mübahisənin məhkəmədə davam etdirilməsi üçün şikayətlər vermişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına rast gəlinməmiş, həmçinin apellyasiya məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmişdir.
42. İddiaçı qeyd edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının aşağıdakılar nə zərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.
46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
49. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
50. Məhkəmə kollegiyası əlavə olaraq bu Qərarın § 31-34-də qeyd edilmiş dəl illərə münasibətdə bildirir ki, iddiaçının 2023-cü il 19 sentyabr tarixli pretenziyasına 2023-cü il 22 sentyabrda e-mail vasitəsilə cavab mesajını cavabdehin böyük mühasibi olan Şahid göndərmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, klinikada yaranmış maliyyə vəziyyəti ilə əlaqədar borcun ödənilməsi hissə-hissə olaraq aparıla bilər. Belə ki, həmin pretenziyada iddaçı cavabdehdən 59.387,67 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Göründüyü kimi cavabdehin böyük müsahibi öz cavab mesajında borc məbləğini mübahisələndirmədən onun hissə-hissə ödəyə biləcəklərini bildirmişdir. Yəni cavabdehin böyük mühasibi bu cavabı ilə hazırkı iddia tələbi ilə razılaşmışdır. Həmçinin 2023-cü il 1 iyul tarixli üzləşmə aktında da cavabdeh tərəfindən imza yerində Şahid yazılmışdır.
51. Bundan başqa iş materiallarında olan üzləşmə aktlarını hər iki tərəf möhürləmiş və imzalamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi cavabdehin üzləşmə aktlarındakı möhürlərinin həqiqiliyi mübahisələndirilməmişdir. Cavabdeh yalnız həmin möhürlərin arayışlar üçün olmasını bildirmişdir. Lakin bu dəlil həmin möhürlərin etibarsız sayıla bilməsi üçün yetərli və inandırıcı deyil. Çünki bu möhürlər yalnız o halda etibarsız hesab edilə bilər ki, onların cavabdehə məxsus olmaması sübuta yetirilsin. Belə ki, üzləşmə aktlarının cavabdehin müqavilədəki möhürü ilə deyil, arayışlar üçün olan möhür vurulması həmin aktların etibarsızlığına səbəb ola biləcək faktor kimi çıxış edə bilməz.
52. Məhkəmə kollegiyası, həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, “Elektron qaimə-faktura nın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarının 3.3-cü bəndinə görə 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Həmin Qərarın 3.4-cü bəndinə əsasən isə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən tə sdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
53. Belə ki, 2022-ci il 11 yanvar - 2022-ci il 15 iyul arası dövrü əhatə edən elektron qaimə-fakturalar cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış, ümumiyyətlə, 5 gün ərzində mübahisələndirilmədiyi üçün həmin qaimələr proqram təminatı tərəfindən təsdiq olunmuşdur.
54. Xüsusilə qeyd olunmalıdır ki, tərəflər arasında imzalanmış 2020-ci il 24 dekabr tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndində qeyd olunmuşdur ki, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada təsdiq olunan satıcı tərəfindən alıcıya göndərilən elektron qaimə-faktura əsas ında həyata keçirir.
55. Göründüyü kimi tərəflər arasında malların çatdırılması və təhvil verilməsinin sübutu kimi satıcının alıcıya göndərdiyi elektron qaimə-faktura çıxış edir. Hazırkı halda da iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində mübahisələndirilmədiyi üçün proqram təminatı tərəfindən həmin qaimələr təsdiq olunmuşdur.
56. Belə olan təqdirdə cavabdehin yuxarıda adı çəkilən dəlilləri, eləcə də § 35-də göstərilən cavabdehin iddiaçıya borcunun olmasını təsdiqləyən hər hansı bir sənədin olmaması ilə bağlı dəlili tamamilə əsassızdır.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin hazırkı mübahisə üzrə cavabdeh qismində klinikanın çıxış etməli olması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, kassator apellyas iya instansiyası məhkəməsində cavabdeh qismində klinikanın yerinə əvəzlənmiş və buna da heç bir etiraz verməmişdir. Ona görə də bu dəlil də əsassızdır.
58. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
59. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
60. Azərbaycan Respublikasının Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işi n mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
61. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq et miş, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(103)-654/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.