Məhkəmə qərarları › İş №2-2(102)-173/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-173/2020

16.06.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-173/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “X1 xxx LTD.ŞTİ” Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-173/20 Bakı şəhəri xx xxxx 2020-ci il 16.06.2020 Açar sözlər: göndərmə müqaviləsindən irəli gələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhrəm Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Könül Həbibovanın, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “X1 xxx LTD.ŞTİ” Şirkətinin vəkili Vəkil1 iştirakları ilə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı xxx1 tərəfindən Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 22(105)-12/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “X1 xxx LTD.ŞTİ” Şirkəti (bundan sonra mətndə ilk iddi aüzrə iddiaçı) cavabdeh xxx1a (bundan sonra mətndə ilk iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə 20.699,01 ABŞ dolları əsas borc, 1.552,5 ABŞ dolları faiz borcu, 111,78 ABŞ dolları məbləğində cərimə, cəmi 22.363,29 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə cavabdehlə məişət üçün yuyucu vasitələrini Azərbaycana ixracına dair “Tədarük müqaviləsi” bağlanmışd ır. Müqavilənin 1.1-ci bəndinə əsasən, tədarükçü məhsulu razılaşdırılmış partiyalarla yükləyib alıcıya göndərməli, alıcı isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üç dəfəyə müxtəlif çeşiddə yuyucu vasitələrini cavabdehə göndərmiş, sonuncu yalnız bir dəfə xx xxxx 2017-ci il tarixdə 6.500 ABŞ dollarını qaytarmış, 20.699,01 ABŞ dolları məbləğində isə borcu yaranmışdır. xx xxxxx 2017-ci il tarixdən etibarən cavabdehin ödəməli olduğu borcun faizi (illik 5 faiz) 1.552,5 ABŞ dolları, cərimənin məbləği 111,78 ABŞ dolları təşkil etmişdir. Tərəflər arasında borc məbləğinin qaytarılmasına dair yazışma aparılmış, pulun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh borclu olduğu pulu göndərilən malların reklam olunmasına xərclədiyini bildirmiş, lakin malın reklam olunması barədə tərəflər arasında hər hansı razılıq mövcud olmamışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Daha sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuşı 67.600 manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ilk iddia üzrə tələbin həmin miqdardan ödənilməklə qalan məbləğin ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə qarşı tərəflə bağlanmış tədarük müqaviləsi əsasında xx xxxxxx 2017-ci il tarixdə 2094,50 ABŞ dolları, xx xxxx 2017-ci il tarixdə isə 9380 ABŞ dolları məblə ğində yuyucu vasitələri qəbul etmişdir. Lakin həmin tarixdən əvvəl 2016-cı ildə davamlı şəkildə mal alaraq onların satışını təşkil etmiş, vaxtı-vaxtında firmaya ödənişlər etmişdir. Firmanın nümayəndəliyi ona həvalə edildiyi üçün rəsmi müqavilə bağlandıqdan sonra dövriyyəni artırmaq və firmanın reklamını gücləndirmək məqsədilə qarşı tərəfin nümayəndəsini məlumatlandırmaqla bir sıra reklam xarakterli tədbirlərə 20.000 manat əlavə xərc çəkilmiş, malın satışının təşkili məqsədilə bazarda anbar icarəyə götürmüş, anbarın icarə haqqı, satıcı və sürücüyə əlavə haqq verməli olmuşdur. İddiaçı tərəf onu öz nümayəndəsi kimi tanıdığını vəd etsə də, başqa bir şəxslə əlaqə yaratması, onu maddi ziyana salması qeyd olunan borcun yaranmasına səbəb olmuşdur. Hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıql ı iddia üzrə cavabdeh tərəfindən 67.600 manat məbləğində (malların bazarda yerləşdirilməsi məqsədilə hədiyyələrə çəkilmiş xərclər – 20.000 manat, anbar üçün xərclənmiş icarə haqqı – 1800 x 14 ay = 25.200 manat, anbar işçisinə verilmiş əmək haqqı – 400 x 14 ay = 5.600 manat, satıcı üçün – 800 x 14 ay = 11.200 manat, sürücü üçün 400 x 14 = 5.600 manat) ona maddi ziyan vurulmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)86/2019 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) ilk iddia üzrə cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilmiş, iqtisadi iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqti sadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı şikayət verilərək, onun ləğv olunması, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)86/2019 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) şikayət təmin edilməmiş və iqtisadi işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019cu il tarixli, 2-2(105)-54/2019 saylı qərardadı ilə (sədrlik edən hakim Hökumə Babayeva, hakimlər Nazim Nəsibov və Zaur Məmmədov) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılmasının davam etdiri lməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərişmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətindən yarandığı üçün, cavabdeh isə sahibkarlıq fəaliyyətini Sumqayıt şəhərində həyata keçirdiyi və həmin şəhərdə qeydə alındığı üçün mübahisəyə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsində baxılmalıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)-86/2019 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış tədarük müqaviləsinə əsasən tələb olunan 20.699, 01 ABŞ dolları məbləğində borc iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Müqavilənin şərtinə əsasən tələb olunan 111, 78 ABŞ dolları məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qarşılıqlı iddianın əsası üzrə (reklam xərcləri) sübut təqdim olunmadığı və tədarük müqaviləsində də bu barədə şərt nəzərdə tutulmadığı üçün qarşılıqlı iddia təmin olunmamışdır. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, onu qismən - qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək, qarşılıqlı iddia üzrə tələbin təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2-2(105)-12/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Nazim Nəsibov və Aqil Abbasov) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 03 saylı “Tədarük müqaviləsi”ndən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhsulu (məişət üçün yuyucu vasitələr, yuyucu tozlar və s.) razılaşdırılmış partiyalarla yükləyib alıcıya göndərməyi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 4.2.11-ci bəndinə əsasən, pul ö hdəlikləri alıcı tərəfindən icra edilmədiyi və ya vaxtında icra edilmədiyi təqdirdə, tədarükçü alıcıdan icra edilməmiş pul öhdəliyi üçün (təhvil verilmiş, lakin dəyəri ödənilməyən mallar üçün ödənilməli məbləğ) öhdəliyin hər icra edilmədiyi gün üçün ödənilməli məbləğin 0,001 faizi məbləğində cərimə tələb edə bilər. xx xxxxxxx 2018-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehdən 20.699,01 ABŞ dolları əsas borcun, 1.552,5 ABŞ dolları faiz borcunun, 111,78 ABŞ dolları məbləğində cərimənin, cəmi 22.363,29 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmişdir. xx xxxxxx 2017-ci il tarixli A seriyalı, 75197 saylı, xx xxxx 2017-ci il tarixli A seriyalı 75204 saylı və xx xxxxx 2017-ci il tarixli A seriyalı 75218 saylı fakturaların və gömrük bəyannamələrinin surətlərindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddiaçıya müvafiq olaraq 9.094,50 ABŞ dolları, 9.380 ABŞ dolları, 8.724,51 ABŞ dolları məbləğində mal göndərilmişdir. Cari hesab reyestrin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə 9.094,50 ABŞ dolları, 9.380 ABŞ dolları,.8724,51 ABŞ dolları, cəmi 27.199,01 ABŞ dolları məbləğində mal göndərilmiş, ilk iddia üzrə cavabdeh tərəfindən 6.500 ABŞ dolları pul ödənilmiş, qalan borc 20.699,01 ABŞ dolları təşkil etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə ilə tərəflərin öhdəlikləri sırasında qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi “reklam işlərinin qarşılıqlı iddia üzrə iddi açı tərəfindən həyata keçirilməsi, qarşılıqlı iddia üzrə cavabdehin göndərdiyi malın yerləşdirilməsi, bazarda yayılması və tanıdılması, işlərin görülməsi üçün işçi qüvvəsi və digər xərclər” adlı heç bir öhdəlik olmamış və bu səbəbdən ilkin iddia üzrə iddiaçının heç bir məsuliyyətinə səbəb ola bilməz. Həmçinin, ilk iddia üzrə cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də apelyasiya şikayətində borcunun olmasını özü də etiraf etmişdir. Aidiyyət qaydalarının pozulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının dəlili əsassız hesab olunmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respubliası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 448.1, prosessual hüquq normlar kim i Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıkassasiya şikayəti verərək, onun qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı şikayətində bildirmişdir ki, ilk iddia ilə bağlı qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan halları məhkəmədə təsdiq etmişdir və həmin hissə ilə bağlı aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirmir. Lakin tərəflərin qarşılıqlı razılığı əsasında işlərin aparılması və təşkilinə çəkilmiş xərclərin nəzərə alınmaması, həmçinin qarşılıqlı iddia ərizəsində qeyd ol unmuş əməkdaşlarının dindirilməsi ilə bağlı vəsatəti barədə araşdırma aparılmadan təmin edilməməsi nəticəsində əsassız qətnamə qəbul edilmişdir. Bundan əlavə, aşağı instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 385.1, 386.1, 442, 443.1, 443.4, 445.1, 445.7, 448.1-ci maddələrini birtərəfli qaydada tətbiq etmiş, həmin maddələrin qarşılıqlı iddiaya münasibətdə pozulmasını nəzərə almamışdır. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə dəymiş zərər də ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən razılaşdırılmış öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yaranmışdır. Çünki qarşı tərəfdən alınmış malların yerləşdirilməsi, yayılması və tanıdılmasına görə onun tərəfindən ərizədə göstərilmiş məbləğdə xərcin çəkilməsinə baxmayarq, ilk iddia üzrə iddiaç ı qarşılıqlı iddia üzrə cavabdehin verdiyi vədi pozaraq üçüncü şəxslə əlaqə yaratması qeyd olunmuş ziyanın yaranmasına gətirib çıxarmışdır. Eyni zamanda, mülki işə baxılarkən Azərbaycan Respublikasının MPM-in 35-ci maddəsinin tələbləri pozulmuşdur. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının Bərdə rayonu, Saatlı kəndində rəsmi qeydiyyatda olduğu yer üzrə baxılmalı olan Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılmamışdır. Dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 443.4, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad etmişdir. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, aidiyyət qaydalarının pozulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Bu mövqeyi ilk iddia üzrə cavabdeh o əsasla mübahisələndirmişdir ki, Azərbaycan Respublikasının MPM-in 35-ci maddəsinin tələbləri pozulmuşdur. İlk iddia üzrə cavabdehinBərdə rayonu, Saatlı kəndində rəsmi qeydiyyatda olduğu yer üzrə baxılmalı olan Gəncə İnzib ati-İqtisadi Məhkəməsində baxılmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin zamana görə qüvvədə olmuş: - 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır; - 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir; - 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.Qarşılıqlı iddia, aidiyyatından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir; - 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. - 36.13-ci maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyat istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 426.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddələrin əlaqəli təhlilinə görə, inzibati-iqtisadi məhkəmələrin səlahiyyətlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisələr aiddir ki, iddialar cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Cavabdehin “rəsmi qeydə alındığı yer” kimi “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxsin yaşay ış yeri nəzərdə tutulmuşdur. Lakin iddiaçının seçiminə görə iddia müqavilənin icra yerinə görə də verilə bilər. Müqavilənin icra yeri mülki qnaunvericiliyin tələbləri baxımından öhdəliklərin icra yerini nəzərdə tutur ki, bu hal həmçinin öhdəliyin mahiyyətindən də asılıdır. İlk iddia üzrə cavabdeh rəsmi qeydə alındığı yerin Bərdə rayonunda olduğu barədə bildirsə də, lakin tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilədən göründüyü kimi, cavabdeh öz ünvanı kimi “Sumqayət şəhəri, 13-cü mkr, ev 50” göstərmiş və həmin ünvan üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Yəni iddiaçının sahibkarlıq fəaliyyəti Sumqayıt şəhərində həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə göndərilmə müqaviləsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627, 631 və 634 -cü maddələrin mənasına görə onun mahiyyəti isə ondan ibarətdir ki, mal göndərən müqavilədə müəyyən edilmiş malları alıcıya göndərməli, sonuncu tərəfindən isə onlar qəbul edilməlidir. Qeyd edilmiş müqavilənin mahiyyəti nəzərə alınmaqla müqavilənin icra yeri müqavilə üzrə alıcının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer kimi göstərdiyi ünvan müəyyən olunmalıdır. Bununla isə məhkəmə kollegiyası bildirir ki, ilk iddia üzrə iddiaçının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddianın verilməsi ərazi aidiyyatı qaydalarına uyğundur. Habelə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olmuş mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ərazi aidiyyat üzrə mübahisəni həll edən apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı olsa da, lakin Azərbaycan R espublikası MPM-nin 418.4.9-ci maddəsinə əsasən, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması halı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Maddənin tələbləri isə onu nəzərdə tutur ki, aidiyyat məsələlərini apellyasiya instansiya məhkəməsinin qərdadından sonra tərəflər mübahisələndirməsələr də, kassasiya məhkəməsi tərəfindən məsələyə hüquqi qiymət verilməlidir. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə ilə tərəflərin öhdəlikləri sırasında qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi - “reklam işlərinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən həyata keçirilməsi, qarşılıqlı iddia üzrə cavabdehin göndərdiyi malın yerləşdirilməsi, bazarda yayılması və tanıdılması, işlərin görülməsi üçün işçi qüvvəsi və digər xərclər” adlı heç bir öhdəlik olmamış və bu səbəbdən ilkin iddia üzrə iddiaçının heç bir məsuliyyətinə səbəb ola bilməz. Bu mövqeyi mübahisələndirən cavabdehin kassasiya şikayətində bildirdiyi dəlil mahiyyət üzrə tərəflər arasında razılaşmanın olmasına və həmin razılaşma üzrə onun tərəfindən xərclərin çəkilməsinə istinadən qarşılıqlı iddia üzrə cavabdehin razılaşdırılmış öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar Mülki Məcəllə): - 385.1-ci maddəsinə ə sasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu müddəaların tələbə münasibətdə təhlilinə görə, pulun ödənilməsi vəzifəsi kimi borclunun öhdəliyi yalnız o halda yarana bilər ki, onun yaranması üçün hüquqi əsas mövcud olsun.Sonuncu maddəyə görə öhdəliyin yaranması iki halda - zərər vurma, əsassız varla nma və ya Məcəllədə müəyyən edilmiş digər əsaslar nəticəsində (a) və bağlanmış müqavilə nəticəsində (b) baş verə bilər. İddiaçı hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə münasibətləri yerinə yetirmədiyindən sonuncu ona zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş normaların məzmununa görə iddia qaldıran şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalı, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, mübahəsinin həlli üçün ilk növbədə sadalanmış dispozitiv şərtlərin müəyyən olunması zəruridir. Qarşılıqlı iddia üzrə iddiaçı razılaşma əsasında qarşılıqlı iddia üzrə cavabdehlə müqavilə münasibətlərinin yaranmasına əsaslanmışdır ki, təsvir edilmiş müqavilə şərtləri tərəflər arasında “Kommersiya təmsilçiliyi” müqaviləsinin bağlanmasını ehtiva edir. Mülki Məcəllənin: - 329-cu maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331-ci maddəyə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtib etmə, möhürlə təsdiqləmə və i.a) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər; - 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəz ərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə (…) bağlana bilər. - 361-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. (…) Kommersiya təmsilçisi şərtləşdirilmiş muzdu və tapşırığın icrası zamanı çəkdiyi xərclərin əvəzini müqavilə tərəflərinin bərabər paylarla ödəməsini tələb edə bilər, bu şərtlə ki, onlar ara sında razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasındahəyata keçirilir. (…) Sadalanmış bu müddəaların mənasına görə, əqdlər, o cümlədən müqavilələr şifahi və ya sadə yazılı formada da bağlanıla bilərlər. Müqavilənin yazılı qaydada bağlanması məcburiliyi yalnız Məcəllədə həmin növ müqavilə üçün müəyyən edildiyi təqdirdə həmin müqavilə etibarlı hesab edilməlidir. Kommersiya təmsilşiliyi müqavilələrinə münasibətdə onların mütləq qaydada yazılı formada bağlanması müəyyən edilmişdir. Belə müqavilələr sadə yazılı formada bağlanmalı olduğu halda, yazılı formada bağlanan müqavilə üçün nəzərdə tutulmuş şərtlərlə cavab verməlidir. İşi n hallarına görə tərəflər arasında qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehlə kommersiya təmsilşiliyi ilə bağlı yazılı qaydada müqavilənin bağlanması müəyyən edilməmişdir. Tərəflər arasında yalnız xx xxxxxx 2017-ci il tarixli “Tədarük müqaviləsi” bağlanmışdır ki, həmin müqavilə şərtləri onun “Göndərmə müqaviləsi” olduğu anlamını yaratmışdır. Eyni zamanda, Mülki Məcəllənin: - 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mad dənin tələblərindən göründüyü kimi, qanunvericilikdə müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilənin bağlanması müəyyən edilmişdir. Lakin istinad edilən xx xxxxxx 2017-ci il tarixli “Tədarük müqaviləsində” qarşılıqlı iddia üzrə iddiaçının istər vasitəçi fəaliyyətini həyata keçirən və ya istehsal fəliyyəti ilə bilavasitə məşğul olan sahibkarları təmsil etdiyinə, yəni onların kommersiya təmsilçiliyinə dair müqavilə münasibətlərinin yaranmasına əsas verən şərtlər müəyyən edilməmişdir. Qanunvericiliyin aparılmış qiymətləndirməsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bildirdiyi nəticə ilə razılaşaraq hesab edir ki, qarşılıqlı iddia üzrə tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, həmin münasibətlərə əsaslanmaqla qarşılıqlı iddia üzrə iddiaçı nın zərərin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Kassasiya şikayətinin digər dəlilində qarşılıqlı iddia üzrə iddiaçı müqavilə münasibətlərinin yaranmasının sübutu kimi şahidlərin dindidirlməsi barədə vəsatətlərinin təmin olunmaması barədə bildirmişdir. Dəlilin hüquqi əsaslandırılması aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edilmiş dəlillə bağlı bildirir ki, kommersiya mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutetmə yükünü daşımalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilm əz. Göstərilmiş tələblər dəlilə münasibətdə o nəticəni yaradır ki, əgər qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə müvafiq müqavilə münasibətlərinin yaranmasına istinad etmişdirsə, bunun sübutu kimi yalnız yazılı qaydada tərtib edilmiş müqaviləni təqdim etməli idi. Tərəflər arasında istinad edilən münasibətlərin mövcud olmasının sübutu kimi şahid ifadələri isə bu halda əhəmiyyətsizdir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2-2(105)-12/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar