Məhkəmə qərarları › İş №2-2(102)-175/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-175/2023

03.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-175/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X2 Sanayi LTD ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəlik bildirişinə əsasən pulun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Sanayi LTD ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı “öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 noyabr tarixli 2-2(103)-1044/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh MMC-nin baş icraçı direktoru Cəmil Muradov tərəfindən imzalanıb, hüquqi şəxsin möhürü ilə təsdiq edilməklə 2016-cı il 26 dekabr tarixdə “X2 Sanayi LTD ŞTİ”yə göndərilmiş sənədə əsasən bildirilmişdir ki, ümumi dəyəri 7.843.682 avro təşkil edən 4 fabrik (Tovuz-Tərtər-Zaqatala-Ağcabədi)(GE160), Qəbələ fabriki (GE125), Soyudulmuş süd alış mərkəzi (GE161), Süd zavodlarına əlavə işçilər (GE179), Ağcabədi əlavə razılaşma (GE174), Süd daşıma tankeri bağlantısının bərpası (GE172), Homojenizator (GE196-2011), Süd zavodlarına əlavə məhsullar (GE180), Xam duz satışı (4TİR) layihələri təyin edilmiş müqavilə nömrələri ilə birlikdə “X2 Sanayi LTD ŞTİ” tərəfindən müvafiq müqaviləyə uyğun olaraq tam şəkildə tamamlanmışdır. Cavabdeh MMC olaraq ALFA Tek şirkətinə 400.000 avro məbləğində ödəniş etməyi qəbul edir və öhdələrinə götürürlər. GE160 saylı müqavilə istisna olmaqla hamısı tam ödənilib, 400.000 avro ödənilməmiş qalmışdır. 400.000 avro məbləğində borcun hər ay 100.000 avro olmaqla 2017-ci il 15 mart, 15 iyun, 15 sentyabr və 15 dekabr tarixlərdə ödənilməsini öhdələrinə götürürlər. 2. “X2 Sanayi LTD ŞTİ” tərəfindən 2021-ci il 29 iyun tarixdə Cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi barədə pretenziya ünvanlanaraq 400.000 avro əsas borc və 174.000 avro məbləğində faiz borcunun 2021-ci il 20 iyul tarixədək şirkətə ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilm işdir.

3. Türkiyə Ticarət Reyestri Qəzetinin 2017-ci il 5 may tarixli 9320 nömrəsindən görünür ki, “X3 San Ticaret Limited Şirketi”nin adı dəyişdirilərək, “X3 Gıda Hayvancılık Sanayi ve Ticaret Anonim Şirketi” kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4. “X2 Sanayi LTD ŞTİ” (bundan sonra - “iddiaçı”) 2022-ci il 12 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2016-cı il 28 dekabr tarixli öhdəlik bildirişinə əsasən 400.000 avro borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şəhərində fəaliyyət göstərən, süd və süd məhsullarının emalı, istehsalı ilə məşğul olmaq istəyən şirkətlərə fabriklərin tikintisində və qurulmasında yardım göstərən bir şirkətdir. 2006-cı il tarixdən başlayaraq iddiaçı cavabdehlə müqavilə bağlayaraq Azərbaycan Respublikası Qəbələ, Tərtər, Tovuz, Zaqatala və Ağcabədi rayonunda süd emalı fabrikləri tikmiş, avadanlıqlarla təchiz etmiş və tam işlək vəziyyətində cavabdehin sərəncamına vermişdir. Qeyd edilən fabriklərin tikintisi, avadanlıqlarla təchiz edilməsi, süd məhsullarını emal edən avadanlıqların tam işlək vəziyyətdə verilməsinə görə 7.843.682 avronun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh 2016-cı ilin 26 dekabr tarixinə qədər iddiaçının hesabına 7.443.682 avro pul ödəmişdir. Həmin tarixdə hesablaşma aparılmış və cavabdeh hər rüb üçün 100.000 avro, 2017-ci il 15 dekabr tarixinə qədər 400.000 avro ö dəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin 2016-cı il 26 dekabr tarixli anlaşmadan sonra cavabdeh iddiaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. Dəfələrlə elan edilən e-mail, telefon və məktub vasitəsilə xəbərdarlığa baxmayaraq bu günə qədər heç bir vəsait ödənməmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 427.3, 442, 445, 449.1-ci maddələrinə istinad edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 mart tarixli e-2-2(113)-891/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – İ.Əhmədov).

8. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə ol an halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 400.000 avro məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 439.1, 439.6, 442, 443.1, 445.2.1, 881.1, 882.1, 882.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

10. Cavabdeh 2022-ci il 5 iyul tarixdə məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 iyul tarixli qərardadı ilə ərizə təmin edilərək qiyabi qətnamə ləğv olunmuş və iş üzrə icraat təzələnmişdir.

12. Cavabdehin nümayəndəsi 2022-ci il 1 avqust tarixində “iddia müddətinin tətbiqi barədə” ərizə ilə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, iddiaçının nümayəndəsi isə 2022-ci il 17 avqust tarixində etiraz təqdim edərək, həmin ərizənin əsassız olduğunu bildirmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli e-2-2(113)-891/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – İ.Əhmədov).

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 400.000 avro borcun hər ay 100.000 manat olmaqla ödəməyi öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, iddiaçını n subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

15. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa (2016-cı il 26 dekabr tarixli sənədə) görə, 400.000 avro məbləğində qalıq borc hər ay 100.000 avro olmaqla 2017-ci il 15 mart, 15 iyun, 15 sentyabr və 15 dekabr tarixlərdə ödənilməli idi. Lakin cavabdeh tərəfindən həmin məbləğə dair hər hansı bir ödənişin həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili də izahatında bunu qeyd etmişdir. Müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 2017-ci il 15 dekabr tarixdə bitmiş və iddia m üddəti başlamışdır. Lakin iş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, iddiaçı 2021-ci il 29 iyun tarixdə borcun ödənilməsinə dair pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, 2022-ci il 12 yanvar tarixdə isə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

16. Həmçinin, Məhkəmə iddiaçının iddia müddətinin tətbiq edilməsinə qarşı etiraz ərizəsində qeyd etdiyi (tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə hazırkı iddia tələbinə 6 illik müddətinin şamil edilə biləcəyinə dair) dəlilini əsaslı hesab etməmişdir. 1

7. Məhkəmə bu qənaətini MM-in 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “L.İ. Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli Qərarına; KMP-ın “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarına; KMP-ın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı 2022-ci il 19 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 noyabr tarixli 2-2(103)-1044/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının subyektiv hüquqa malik olması müəyyən edilsə də, sonuncu iddianı MM-in 373.2-ci maddəsində nəzərdə tutulan müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürməklə qaldırmışdır. Belə ki, müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan müddət 2017-ci il 15 dekabr tarixdə bitmiş, növbəti gündən iddia müddəti başlamış, 2022-ci il 12 yanvar tarixdə isə iddia qaldırılmış, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar m üəyyən edilməmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə iddia tələbinə 6 illik iddia müddətinin şamil edilməsinə dair dəlili ilə razılaşmır. Belə ki, MM-in 373.2-ci maddəsində öz əksini tapan “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsinə (alqı-satqı, bağışlama və sair) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş əqd olaraq başa düşülməlidir. Hazırkı işdə isə tərəflər arasında bu növ müqavilə bağlanmamışdır.

22. Digər tərəfdən, qanunvericilik daşınmaz əşya ilə bağlı müqavilələrə daha ciddi tələblər (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) irəli sürür. İddiaç ı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin faktiki əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ göstərişlərə uyğun bağlandığını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

23. Həmçinin, iddiaçı da qəbul etmişdir ki, 2016-cı il 28 dekabr tarixli öhdəlik bildirişində istinad olunan, 400.000 avro ödənilməmiş qalmış 4 fabrikin (Tovuz-Tərtər-ZaqatalaAğcabədi) quraşdırılması ilə bağlı GE160 nömrəli müqavilə podrat müqaviləsidir, həmin müqavilədən irəli gələn pul tələblərinə isə MM-in 373.2-ci maddəsində təsbit edilən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti şamil olunur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 144.1, 178.1, 337.1, 337.4, 372.1, 372.2, 373.1, 373.2, 375.2, 377.1, 377.2, 385.1, 386.1, 427.3, 442, 752.1-ci; MPM-in 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə; KMP-ın “L.İ. Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

25. Həmin qətnamədən iddiaçı 2023-cü il 21 yanvar tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 372 və 373.2-ci maddələrinin tələbləri pozulmuşdur – Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əlaqələndirmişdir ki, 2016-cı il 28 dekabr tarixli borc bildirişinin son icra tarixindən, yəni 2017-ci il 28 dekabr tarixdən üç ildən artıq müddət keçmişdir. Onların mülahisəzinə görə bu halda iddia mü ddəti tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin hakimi iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Birinci İnstansiya Məhkəməsinin hakiminin qənaətinə görə MM-in 373.2-ci maddəsində “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi öz əksini tapsa da, qanunverici buna anlayış verməmişdir. Daşınmaz əşyanın anlayışı MM-in 135.4-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur. Bu mənada, “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsinin predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş müqavilə olaraq başa düşmək mümkündür. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin bu növ müqavilə olmadığı şübhəsizdir.

27. Digər tərəfdən, daşınmaz əşya ilə bağlı müqavilələrə daha cidd i tələblər (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı) irəli sürülür (MM m. 144.1, m. 178.1 və s.). İddiaçı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin hüquqi əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ şərtlərə uyğun olaraq bağlandığını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının bu dəlilinin əsaslı hesab edilməsi ehtimalın da, pul tələbinin müqavilədən irəli gəldiyini deməsi mümkün olmazdı. Çünki notariat formasına əməl olunmamış müqavilə əhəmiyyətsiz hesab edilir, əhəmiyyətsiz müqavilədən isə, pul tələbi (yəni müqavilədən doğan) əmələ gələ bilməz (MM m. 337.1, m. 337.3, m. 337.4). Bu hal isə, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 6 illik iddia müddətinin tərəflər arasındakı münasibətlərə tətbiqini istisna edərdi. 28. 2016-cı il 28 dekabr tarixli borc öhdəliyini əks etdirən sənəddə aydın göstərilir ki, öhdəlik Tovuz, Qəbələ, Zaqatala və Ağcabədidə tikilmiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin (zavodların) tikilməsindən yaranan borcu nəzərdə tutur. Yəni tərəflər arasında yaranan öhdəlik daşınmaz əmlakın tikilməsi, avadanlıqlarla təchiz edilməsi və cavabdehə acar-təhvil verilməsindən ibarətdir. Bundan əlavə, tərəflər arasında Tovuz, Qəbələ, Zaqatala və Ağcabədidə tikilmiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin tikilib təhvil verilməsindən başqa işçilərə ödənə biləcək əlavə pul, xam duz satışı, süd zavodlarına əlavə məhsulların verilməsi, homojenizator, süd daşıma tankerinin bağla ntısının bərpası kimi işlər də həyata keçirilmişdir. Amma təqdim etdiyimiz borc bildirişinin qeyd hissəsində bütün digər müqavilə öhdəliklərinin yerinə yetirildiyi, yalnız 6.000.000 avro dəyərində olan G160 müqaviləsinin yerinə yetirilmədiyi qeyd edilib. Həmin müqavilə isə yuxarıda qeyd edildiyi kimi dörd zavodun tikintisi, qurğu və avadanlıqlarla təchiz edilməsi və zavodu tam işlək vəziyyətdə cavabdehin mülkiyyətinə verilməsini nəzərdə tutur. İddianın təmin edilməməsinə əsas kimi notariat qaydada təsdiq edilmə tələbi tamamilə absurd bir yanaşmadır. Notariat qaydada təsdiqləmə daşınmaz əşya ilə bağlı eyni zamanda rəsmi reyestrdə qeydiyyatda olan daşınar əşyalara da aiddir. Hazırkı iş üzrə daşınmaz əşyanın tikintisinə dair müqavilə bağlanıb. Qanunvericiliyin daşınmaz əşyalara dair iddia mü ddətinin 3 il yox, 6 il müəyyən etməsinin əsas səbəbi müqavilə öhdəliklərinin həm uzun zaman icra olunması (tikilməsi, quraşdırılması və s.), həm daşınmaz əşyaların keyfiyyətinə dair uzun zaman müddət vermək və eyni zamanda daşınmaz əşyaların daha yüksək qiymət verilməsi ilə bağlı olmasından yaranıb. Göründüyü kimi hazırkı işdə tərəflər arasında məbləğ kifayət qədər yüksəkdir, eyni zamanda pulun ödənilməsi ilə bağlı cavabdeh tərəf ilə uzun müddət danışıqlar həyata keçirilib, ödəməyi əmin edib. Hesab edirik ki, daşınmaz əşya müqavilələri ilə bağlı mülki qanunvericilikdə anlayış verilməsə də, mülki qanunvericiliyin ümumi baxdıqda tamamilə aydın olur ki, MM-nin 134.4-cü maddəsində nəzərdə tutulmuş daşınmaz əşyaların tikintisi, quraşdırılması, onların istismarına, pulun ödənilməsinə və ümumimi likdə götürdükdə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam formada özündə ehtiva edir. Bir daha qeyd etmək istəyirik ki, bir əşyanın daşınar və ya daşınmaz əşya olmasını onun rəsmi reyestrdə qeydə alınması, həmin münasibətləri tənzimlənməsinin notarial qaydada, yazılı formada və yaxud da şifahi formada bağlanmasının heç bir aidiyyəti yoxdur. Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətləri əmlakın daşınar və ya daşınmaz olub-olmamasını müəyyən etmir və edə də bilməz.

29. MM-in 752.1-ci maddəsinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hazırkı normanı tətbiq etməklə tərəflər arasında olan kommersiya mübahisəsinin podrat müqaviləsi olduğunu, daşınmaz əmlak ilə bağlı olmadığını vurğulayıb. Qeyd etmək istəyirik ki, podrat müqaviləsi da şınar və daşınmaz əmlak ilə bağlı ola bilər. Əgər bir şalvarın tikilməsi ilə bağlı olan podrat müqaviləsidirsə, bu daşınar əmlak ilə bağlı podrat müqaviləsi, bir evin tikintisi ilə bağlı olarsa daşınmaz əmlak ilə bağlı podrat müqaviləsi hesab ediləcək. Burada şalvarın tikilməsi ilə bağlı müqavilələrə üç il, evin tikilməsi ilə bağlı olan münasibətlərə altı illik iddia müddəti tətbiq ediləcək.

30. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur – Birinci instansiyanın hakimi sübutları obyektiv qiymətləndirməmiş, sübutlara qərəzli yanaşmışdır. Belə ki tərəfimizdən təqdim edilmiş sənədlərdə müqavilə öhdəliyinin yerinə yetirilməməsinin daşınmaz əşya ilə bağlı olduğu açıq-aşkar görünsə də, bu nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı cav abdeh 2023-cü il 1 mart tarixində etiraz təqdim edərək qeyd etmişdir ki, iş üzrə həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına düzgün qiymət verərək, tam əsaslı, qanuni və ədalətlidir. Hal-hazırda iş üzrə verilən kassasiya şikayəti ilə razılaşmırıq və şikayətdə göstərilənləri tam əsassız olduğunu bildiririk. İddiadan görünür ki, tərəflər arasında 2006-cı il tarixdən başlayaraq podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Qəbələ, Tərtər, Tovuz, Zaqatala və Ağcabədi rayonunda süd emalı fabrikləri tikmiş, avadanlıqlarla təchiz etmiş və tam işlək vəziyyətində cavabdehin sərəncamına vermişdir. Qeyd edilən fabriklərin tikintisi, avadanlıqlarla təchiz edilməsi, süd məhsullarını emal edən avadanlıqların tam işlək vəziyy ətdə verilməsinə görə 7.843.682 avro müəyyən edilmişdir. 2016-cı ilin 26 dekabr tarixinə qədər cavabdeh iddiaçının hesabına 7.443.682 avro pul ödəmişdir. Sonra həmin tarixdə tərəflər arasında hesablaşma aparılmış və qalıq borcu üzrə tərəflərin razılaşmasına dair cavabdeh hər rüb üçün 100.000 avro, son tarix 2017-ci il 15 dekabr tarixə qədər iddiaçıya ümumilikdə 400.000 avro ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh iddiaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. İddiaçı tərəf son tarixdən, yəni 2017-ci il 15 dekabr tarixindən 3 il 7 ay 14 gün sonra, yəni 2021-ci il 29 iyun tarixdə onun müqavilə üzrə hüquqlarının pozulması barədə cavabdehə rəsmi pretenziya göndərmişdir və bununla da iddiaçı öz iddia müddətini hər hansı bir üzürlü səbəb olmadan ötürmüşdür. Halbuki, MM-yə əsasən müqavilə üzrə iddia müddəti 3 ildir. Qeyd olunan əsaslara görə tərəfimizdən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilərək qüvvədə olan AR qanunlarının tələbinə görə, iddiaçı müqavilə üzrə iddia müddətini keçirdiyindən iddianın rədd edilməsi xahiş olunmuş və məhkəmə həmin tələbi əsaslı hesab edərək iddianı təmin etməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətini təmin etmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş edirik. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq ed ilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ g əlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşül ür.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır....”

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli Qərarına əsasən: Plenumunun “L.İ. “...iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabd ehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir...”

38. Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki: “...iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur...”

39. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli Qərarında qeyd etmişdir ki: “... iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və k assasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 noyabr tarixli 2-2(103)-1044/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən də müəyyən olunduğu kimi, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması müəyyən edilsə də, sonuncu iddianı MM-in 373.2-ci maddəsində nəzərdə tutulan müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürməklə qaldırmışdır. Belə ki, müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan müddət 2017-ci il 15 dekabr tarixində bitmiş, növbəti gündən iddia müddəti başlamış, 2022-ci il 12 yanvar tarixində isə iddia qaldırılmış, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar müəyyən edilməmişdir.

42. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə iddia tələbinə 6 illik iddia müddətinin şamil edilməsinə dair dəlili ilə razılaşmır. Belə ki, MM-in 373.2-ci maddəsində öz əksini tapan “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsinə (alqı-satqı, bağışlama və sair) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş əqd olaraq başa düşülməlidir. Hazırkı işdə isə tərəflər arasında bu növ müqavilə bağlanmamışdır.

43. Digər tərəfdən, qanunvericilik daşınmaz əşya ilə bağlı müqavilələrə daha ciddi tələblə r (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) irəli sürür. İddiaçı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin faktiki əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ göstərişlərə uyğun bağlandığını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

44. Həmçinin, iddiaçı 2016-cı il 28 dekabr tarixli öhdəlik bildirişində istinad olunan, 400.000 Avro ödənilməmiş qalmış 4 fabrikin (Tovuz-Tərtər-Zaqatala-Ağcabədi) quraşdırılması ilə bağlı GE160 nömrəli müqavilə podrat müqaviləsi olduğunu da qəbul etmişdir. Həmin müqavilədən irəli gələn pul tələblərinə isə MM-in 373.2-ci maddəsində təsbit edilən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti şamil olunur.

45. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

46. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır.

47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 noyabr tarixli 2-2(103)-1044/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə və MPM-in 417-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 noyabr tarixli 2-2(103)-1044/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar