Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-18/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin qoyulması 18.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 22(103)-434/2022 saylı qətnaməsindən İddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə qiymətləndirici "xxxx" MMC arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli Əməkdaşlıq haqqında müqaviləyə əsasən, Bank girov və ipoteka predmetinin qiymətləndirilməsi qismində digərləri ilə yanaşı, həmçinin daşınmaz əmlak və torpaq sahəsinin də qiymətləndirilməsi üzrə qiymətləndiricini akkreditasiya edir. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan, 2014-cü il 10 may tarixli, RX seriyalı, ******* çıxarışla X2 məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 301.6 kv.m (faktiki 359.7 kv.m) olan, 7 otaqlı fərd i yaşayış evinin əsasında mülkiyyət hüququnun 2014cü il 10 sentyabr tarixinə yekun bazar dəyərinə dair 141673 AGB nömrəli rəyin surətində qeyd olunanlara əsasən, onun yekun bazar dəyəri 30.000 manat müəyyən edilmişdir. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan, 2014-cü il 28 yanvar tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla X2 məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 97,34 kv.m. (faktiki 100.89 kv.m) olan, 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin əsasında mülkiyyət hüququnun 2014-cü il 10 sentyabr tarixinə bazar dəyərinə dair 141674 AGB nömrəli rəyin surətində qeyd olunanlara əsasən, onun bazar dəyəri 145.000 manat müəyyən edilmi şdir. 4. 2007-ci il 6 iyun tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Biləsuvar rayonunda yerləşən M.Ə.Sabir adına DDKTİM İM xırda baş davarları saxlamaq üçün 60 ha torpaq sahəsini icarəçi Z.Məmmədova icarəyə verilmişdir. 5. "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən İddiaçı ünvanlanmış 2014-cü il 1 dekabr tarixli, 591 nömrəli məktubda qeyd olunmuşdur ki, 2014-cü il 24 noyabr tarixində heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədilə İddiaçı banka təkrar müraciət etmişdir. Kredit mütəxəssisi tərəfindən, sahibkarlıq fəaliyyətiniz yoxlanılmış və məşğul olduğunuz biznesin gəlirliyi, sifariş etdiyiniz kreditin ödəmə imkanlarından aşağı səviyyədə olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Təqdim edilən sənədlər toplus unda, etibarnamə əsasında istifadə edilən torpaq sahəsi sizin mülkiyyətinizdə olmadığından və Sahibkarlığa Kömək Milli Fondunun tələblərinə cavab vermədiyindən torpaq sənədi etibarnamə əsasında qəbul olunmur. Yuxarıda qeyd olunan səbəblər nəzərə alınmaqla, banka kreditlə bağlı müraciət kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən sizə kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmamışdır. 6. "xxxx" ASC tərəfindən 2014-cü il 10 dekabr tarixli, İSN-X/0-10985/2014 saylı məktuba cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlanmış 2014-cü il 16 dekabr tarixli, 06/8998 nömrəli məktubun surətində qeyd olunanlara əsasən, vətəndaş İddiaçı banka yaxınlaşmış və güzəştli kredit əldə etmək üçün müraciət etmişdir. Kredit mütəxəssisi tərəf indən sifariş alınmış, sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmışdır. Təhlil zamanı mülkiyyətində torpaq sahələrinin özünə məxsus olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir. Yuxarıda qeyd olunan səbəblər nəzərə alınmaqla, vətəndaş İddiaçı kreditlə bağlı müraciəti, kreditlərin verilməsi üçün bank daxili müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmamışdır. Bu barədə vətəndaş İddiaçı filial tərəfindən məktub verilmişdir. 7. 2014-cü il 23 oktyabr tarixli hesablaşma hesabının açılması barədə ərizənin surətindən görünür ki, 2014-cü il 23 oktyabr tarixində İddiaçı hesablaşma hesabının açılması barədə əri zə ilə banka müraciət etmiş və həmin tarixdə tərəflər arasında bank hesabı müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə müştəri kartının açılması üçün ərizə ilə müraciət edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97,34 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X1 adına 2014-cü il 28 yanvar tarixində Daşınmaz əmlakın dövlət reyestrində 2060 nömrəli reyestr kitabının 190474 nömrəli vərəqində ********** olmaqla qeydiyyata alınmışdır.
9. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 7 avqust tarixli, 02/2-30xx-xx/1160 nömrəli sorğusuna cavab olaraq verilmiş 2020-ci il 19 noyabr tarixli, **********822 nömrəli məktubun surətindən görünür ki, sahibkar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014-cü il tarixində hazırda müflis elan olunmuş "xxxx" ASC-yə müraciət etmişdir. Sahibkarın müraciətinə əsasən, kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən olunmuş tələblərə cavab vermədiyindən və riskli old uğundan sahibkara kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab edilməyərək, Bankın Kredit Komitəsinə çıxarılmamışdır. 2014-cü il 1 dekabr və 2014-cü il 4 dekabr tarixli məktublarla sahibkar İddiaçı, 2014-cü il 28 noyabr tarixli, 05/7948 saylı və 2014-cü il 16 dekabr tarixli, 05/8998 saylı məktublarla isə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə bu haqda rəsmi məlumat verilmişdir. Qeyd olunan səbəblər nəzərə alınmaqla tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir.
10. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 24 dekabr tarixli, 02/2-30xx-xx/2195 nömrəli sorğusuna cavab olaraq verilmiş 2021-ci il 2 fevral tarixli, **********287 nömrəli məktubun surətində qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlandığı, qərarla Əmanətlərin Sığortalanması Fondu "AG Bank” ASC-nin ləğvedicisi təyin edildiyi vurğulanmaqla bildirilmişdir ki, "xxxx" ASC-nin Kredit Komitəsi tərəfindən sahibkar İddiaçı kreditin verilməsinə dair hər hansı sənəd və ya protokol aşkar edilməmişdir. Bu səbəbdən müraciətdə tələb olunan sənədlərin təqdim edilməsinin mümkün olmadığının nəzərə alınması xahiş edilmişdir.
11. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 fevral tarixli, e-2-2(113)-489/2022 saylı sorğusuna cavab olaraq verilmiş 2022ci il 21 fevral tarixli, **********425 nömrəli məktubda qeyd olunmuşdur ki, sahibk ar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014-cü il tarixində hazırda ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etmişdir. İddiaçı müraciətinə əsasən, kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən olunmuş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Odur ki, kredit komitəsinə çıxarılmayan işlərlə bağlı protokol qeydiyyat kitabı tutulmadığı üçün sahibkar İddiaçı müvafiq layihəsinin maliy yələşdirilməsindən imtina olunmasına dair protokol mövcud deyildir. 12. 2021-ci il 15 noyabr tarixli, 2021-006666 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu sessiyanın vaxtı və yeri barədə xəbardar edilməsinə baxmayaraq, sessiayada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 3 dekabr tarixində cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olan iddiaçı 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və heyvandarlığın inkişafı üçün güzəştli kreditin ayrılması üçün lazım olan müvafiq sənədləri təqdim etmişdir. 2015-ci ilin yanvar ayında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı iddiaçıya 50.000 manat məbləğində kredit ayırmışdır. İddiaçı dəfələrlə sənədlərinin ona təqdim olunmasını fonddan xahiş etmiş, lakin fond sənədləri tam şəkildə ona təqdim etməmişdir. Belə ki, fond indiyədək kreditin ayrılması üçün ekspert rəyini iddiaçıya təqdim etməmişdir. X3 iddiaçıya 2019-cu il 13 sentyabr tarixində məktub göndərmiş, lakin orada ekspert rəyinin verilib-verilməməsinə münasibət bildirməmişdir. İ ddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixində bir daha cavabdehlərə müraciət olunaraq sözügedən rəyin ona təqdim edilməsi xahiş olunmuşdur. Lakin indiyədək ona cavab verilməmiş, həmçinin ekspert rəyi də təqdim edilməmişdir. İddiaçıya aid sənədlər bankdadır, bank özü də cavabında bu sənədlərin onda olmamasını inkar etməmişdir. Bank qanunsuz olaraq sənədləri iddiaçıya verməkdən imtina etmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 32.5-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 3, 4.2, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddələrinə istinad olunmuşdur.
16. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tar ixli, e-2-2(113)-489/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sahibkar olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar "xxxx" ASC-yə 2014-cü il tarixində güzəştli kredit əldə etmək məqsədi ilə müraciət etmiş və iddiaçının kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən olunmuş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia tələbini cavabdehin üzərinə iddiaçıya kreditin ayrılması və ya ayrılmasından imtina barədə "xxxx" ASC-nin komitə qərarının iddiaçıya təqdim olunması öhdəliyinin qoyulması təşkil etmişdir. Bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 fevral tarixli, e-2-2(113)-489/2022 saylı sorğus una cavab olaraq cavabdeh tərəfindən verilmiş 2022-ci il 21 fevral tarixli, **********425 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən olunmuş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək, bankın kredit komitəsinə çıxarılmamışdır. Oxşar cavab Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sorğularına cavab məktublarında da öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid verdiyi ifadədə kredit işinin baxılması üçün komitəyə çıxarıldığını, işə komitədə baxılarkən kreditin verilməsindən imtina olunduğunu, region filialı olduqları üçün mərkəzi server vasitəsilə komitəyə müra ciət edildiyini və ora telefon vasitəsilə bağlandığını bildirmiş, lakin Komitənin imtina barədə qərarını görmədiyini qeyd etmişdir.
19. Mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut olunmalı hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
20. Qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olmuşdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. "xxxx" ASC-nin iddiaçıya kreditin ayrılması barədə ra zılıq və ya imtina barədə komitə qərarının olması öz təsdiqini tapmadığından, həmin qərarın mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən 2022-ci il 18 mart tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-434/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - V.Baxışova, hakimlər - V.Məmmədov və R.Qurbanov).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sorğu edilən informasiya informasiya sahibində olduğu təqdirdə informasiya sahibi qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla həmin informasiyanı sorğu verən şəxsə təqdim etməyə borcludur. İşin materiallarında iddiaçının cavabdehə ünvanlanmış ləğv prosesində olan "xxxx" ASC-nin ona kreditin ayrılması və ya kredit ayrılmaması üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin komitə qərarının iddiaçıya təqdim edilməsinə dair informasiya sorğusu mövcud olmamışdır.
25. İşin materiallarındakı məktublardan göründüyü kimi, iddiaçı "xxxx" ASC-yə 2014cü ildə g üzəştli kredit əldə etmək məqsədi ilə müraciət etmiş, bank tərəfindən kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməmiş, bu barədə iddiaçıya məktub göndərilmişdir. İddiaçıya kredit vəsaitinin ayrılması və ya ayrılmasından imtina olunması ilə bağlı 2014-cü ildə "xxxx" ASC-nin Kredit Komitəsi tərəfindən hər hansı qərar qəbul edildiyi və bu qərarın ləğvedici cavabdehə bankın digər sənədləri ilə birlikdə təqdim olunması iddiaçı tərəfindən sübut edilmədiyindən mövcud olmayan qərarın təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilə bilməz.
26. Bundan əlavə 2008-ci il 10 dekabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış, 2018-ci il 25 dekabr tarixində Azərbaycan Respublikası Mərkəzi X4 Qərarı ilə ləğv edilmiş “Banklarda k reditlərin verilməsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.1.17-ci bəndində qeyd olunmuşdur ki, kreditin verilməsindən imtinanın əsasları bankdaxili qaydalarla müəyyən edilməlidir. Kreditin növündən asılı olaraq bank tərəfindən sifarişlərə baxılması və kreditin verilməsi üzrə qərarların qəbul edilməsinin maksimum müddəti müəyyənləşdirilməli və sifarişçiyə həmin müddət ərzində cavab verilməlidir. Qeydiyyat jurnalında qeyd olunmuş sifarişlər üzrə kreditin verilməsindən imtina edildikdə, bank sifarişi təqdim edən fiziki və ya hüquqi şəxsə imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verilməlidir. Kreditin verilməsindən imtina edilməsi barədə bankın sifarişçiyə rəsmi məktubunda bu qərarın ayrı seçkilik səbəbindən qəbul edilmədiyi bildirilməlidir.
27. Göründüyü kimi, iddia çının "xxxx" ASC-yə kredit ayrılması barədə müraciət etdiyi dövrdə qüvvədə olmuş Qaydalarda bank tərəfindən kredit ayrılmasından imtina olunduğu halda bu barədə qərarın kredit sifarişi vermiş hüquqi və ya fiziki şəxsə təqdim edilməli olduğu nəzərdə tutulmamış, bu barədə ərizəçiyə bank tərəfindən məktubla məlumat verilməli olduğu göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 3.0.1, 3.0.5, 3.0.6, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 iyun tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
30. İddiaçı həmin qətnamədən 2022-ci il 18 avqust tarixində kassasiya şikayəti verərə k onun ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 avqust tarixli, 2-2(102)-648/2022 saylı qəraradadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 2-2(103)-434/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
33. İddiaçı həmin qətnamədən yenidən 2022-ci il 22 sentyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar apellyasiya baxı şına qaytarılması barədə qərar qəbul olunmasını, həmçinin ərizə ilə müraciət edərək prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-434/2022 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli, 2-2(103)-434/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa olunmuş və kassasiya şikayətinə baxılması üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim - V.Baxışova, hakimlər - V.Məmmədov və R.Qurbanov). KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətin in dəlilləri 35. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddələrinin, Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin birinci hissəsinin, 71-ci maddəsinin doqquzuncu hissəsinin tələbləri pozulmuşdur. Qanunun tələblərindən də göründüyü kimi, fond iddiaçıya aid sənədləri ona təqdim etməli olduğu halda ekspert rəyini təqdim etmir. Sözügedən sənəd dövlət sirri təşkil etmir. Bu halda fond müştəriyə ona aid sənədləri maneəsiz təqdim etməli etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X3nun vəsaitindən istifadə Qaydası”na əsasən, Fondun vəsaiti hesabına güzəştli kredit alm aq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 bank günündən gec olmayaraq öz biznes maraqları və fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihələrin maliyyələşdirilməsi və ya maliyyələşdirilmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair fondun müəyyən etdiyi məlumatları və sənədləri fonda təqdim edir. Fond investiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlum at və sənədlər tələb edə bilər, lakin sözügedən qanundan göründüyü kimi, iddiaçıya aid sənəd bankdadır. Bank özü də cavabında bu sənədin onda olmamasını inkar etmir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən, eləcə də məhkəmənin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmadığından qanunsuz və əsassız olmaqla ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi Komitə Qərarının iddiaçıya təqdim edilməsinə dair informasiya sorğusunun iş materiallarında mövcud olmadığı qənaətinə gələrkən, iddiaçının hələ 2014-cü ildən başlayaraq, ona kredit ayrılmasından imtina olunmasına dair qərarın surətini, el əcə də bununla bağlı ekspert rəyinin ona təqdim edilməsinə dair rəsmi müraciətlərinin olduğunu nəzərə almamışdır.
37. Məhkəmə göstərilənlərlə bağlı gəldiyi nəticəsini yalnız cavabdeh orqanların təqdim etdiyi, məhkəməyə, eləcə də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmuş cavabdehin analoji xarakterli məktublarını əsas götürmüş, həmin cavablara tam, hərtərəfli, obyektiv qiymət verilməsi və həqiqətin müəyyən olunması üçün iddiaçının "xxxx" ASC-yə müraciəti ilə bağlı təqdim edilmiş bütün sənədlərin adlı siyahı və protokol qeydiyyat kitabı ilə birlikdə məhkəmə baxışına çıxarılmasını təmin etməklə, müqayisəli şəkildə araşdırıb qiymətləndirməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya kredit vəsaitinin ayrılması və ya ayrılmasından imti na olunması barədə hər hansı bir qərarın qəbul edilməsinin, bununla bağlı müvafiq sənədlərin təqdim olunmasının iddiaçı tərəfindən sübut edilməməsi ilə bağlı gəldiyi qənaəti absurd olmaqla, iş üzrə müəyyən olunan hallarla ziddiyyət təşkil edir.
38. İşin materiallarından göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydada cavabdehə və ləğv prosesində olan "xxxx" ASC-yə ona kredit ayrılmasına dair onun tərəfindən təqdim olunmuş adlı siyahı üzrə sənədlərin və bununla bağlı qəbul edilmiş, Komitə Qərarının ona təqdim olunmasına dair həmin təşkilatlara rəsmi müraciət etmişdir və bu işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh orqan iddiaçıya ona, kredit vəsaitinin ayrılmasının məqsədəuyğun hesab edilməməsinə dair 2014-cü il 1 fevral tarixli, 591 nömrəli rəsmi məktubla cavab vermişdir.
39. Elə cə də, Apellyasiya Məhkəməsinin “Banklarda kreditlərin verilməsi qaydaları”nın 4.1.17-ci bəndinə əsaslanmaqla iddiaçıya bank tərəfindən yalnız məktubla cavab verilməli olduğuna dair gəldiyi qənaəti qanunsuz və əsassızdır. Belə ki, həmin qaydalar “Vətəndaşların müraciətinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsi ilə ziddiyyət təşkil edə bilməz. Belə ki, istənilən şəxs özünə aid olan məlumatı qanuni yolla əldə etmək hüququndan məhrum edilə bilməz. Digər tərəfdən həmin qaydalarda kredit maliyyələşməsindən imtina barədə qərarın, ona aid olan şəxsə verilməsinə hər hansı qadağa qoyulmamışdır.
40. MPM-in 9.1, 14, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya Kollegiyası hazırki iş üzrə kobud prosessual hüquq pozuntularına yol vermişdir. Belə ki, Apellyasiya Məhkəməsi iş üzrə mövcud olan sübutları birtərəfli qiymətləndirməklə, tərəflərin bərabərlik prinsipinə əməl etməyərək MPM-in 9, 14.1 və 88-ci maddələrinin tələblərini əhəmiyyətli şəkildə pozmuşdur.
41. Belə ki, Apellyasiya Məhkəməsi yalnız iş üzrə cavabdeh orqanın təqdim etdiyi cavab məktublarına əsasən qətnaməsində gəldiyi öz qənaətlərini formalaşdırmış, iddiaçı tərəfindən təqdim olunmuş investisiya layihəsinin kreditləşdirilməsinə dair edilmiş müraciətlə bağlı təqdim olunmuş sənədlərin adlı siyahısının, müraciətlərin və qəbul olunmuş qərarlara dair protokol qeydiyyat kitablarının məhkəməyə təqdim edilməsinə dair verdiyi vəsatətini əsassız olaraq təmin etməmiş, bununla da çəkişmə v ə tərəflərin bərabərlik prinsipini pozmuşdur. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən olunan faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü ki mi, məhkəmə birtərəfli mövqe nümayiş etdirərək, iddiaçının vəsatətini təmin etməməklə işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmamış və nəticə etibarilə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti prosessual müddət bərpa edilərək təqdim olunduğundan mümkün hesab edilmişdir.
45. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məh kəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. İnformasiya əldə etmək azadlığı... 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. inform asiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın....” “Maddə
3. Əsas anlayışlar 3.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;... 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; 3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;...”
48. Azərbaycan Respublikasının Mülk i müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olduğundan, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2022-ci il 1 iyun tarixli, 22(103)-434/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və bununla əlaqədar aşağıdakıları qeyd edir.
51. İlkin olaraq vurğulanmalıdır ki, MM-in 6-cı maddəsində müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipi olaraq müyyən edilmiş, Müqavilə hüququ adlanan 20-ci fəslinin 390.1-ci maddəsində isə qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, həmin Məcəllənin 390.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüll ü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, mülki hüquq və vəzifələrin yaranması ilə bağlı müəyyən edilən müqavilə azadlığı prinsipi və yuxarıda qeyd olunan normalar belə qənaətə gəlməyə əsas verir ki, mülki dövriyyənin iştirakçıları (o cümlədən, banklar) yalnız öz iradələrinə uyğun olaraq müstəqil surətdə, sərbəst seçim şəraitində, iradələrinə zidd olmayan tərzdə hər hansı mülki hüquq münasibətlərinin (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) iştirakçılarına çevrilə bilərlər. Bu baxımdan, hər hansı şəxsi, o cümlədən hüquqi şəxs onun iradəsinin ziddinə müqavilə münasibətlərinə daxil edilməsinə məcbur olunması MM-in prinsip və nizamladığı davranış qaydaları ilə ziddiyyət təşkil edərdi. Hazırk ı işin materiallarından görünür ki, iddiaçının banka kreditlə bağlı müraciətinə mənfi cavab verilmiş, müvafiq kreditin verilməsindən imtina olunmuşdur. Nəzərə alınmalıdır ki, bank kimi fəaliyyət göstərən hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar məqsədli kreditlərin verilməsi üçün müəyyənləşdirilmiş şərtlərə riayət edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin şərtlərə riayət edilmədən, bu kateqoriyaya aid kreditlərin verilməsi isə qanunvericilik nöqteyi-nəzərdən məqbul hesab oluna bilməz. Hazırki işin materiallarında olan "xxxx" ASC-nin 2014-cü il 1 dekabr tarixli, 591 nömrəli məktubunun surətindən aydın olur ki, iddiaçıya hazırkı iş üzrə kredit vəsaitinin ayrılması bankdaxili müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan iddiaçıya kredit vəsaitinin ayrıl ması məqsədəuyğun hesab olunmamış və bu barədə bankın filialı tərəfindən məktub verilmişdir. Məktublar da (bax paraqraf §5-6) eyni məzmunda ifadə edilmişdir. Bu baxımdan, bankın hərəkətləri qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin “İnformasiya əldə etmək haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinin pozulması ilə bağlı dəlilinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmuşdur və onun şübhə altına alınması mövcud qanunvericiliyin tələbləri baxımından məqbul hesab edilə bilməz. Belə ki, “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndində qeyd olunmuşdur ki, kreditin verilməsindən imtinanın əsasları bankdaxili qaydalarla müəyyən edilməlidir. Kreditin növündən asılı olaraq bank tərəfindən sifarişlərə baxılması və kreditin verilməsi üzrə qərarların qəbul edilməsinin maksimum müddəti müəyyənləşdirilməli və sifarişçiyə həmin müddət ərzində cavab verilməlidir. Qeydiyyat jurnalında qeyd olunmuş sifarişlər üzrə kreditin verilməsindən imtina edildikdə, bank sifarişi təqdim edən fiziki və ya hüquqi şəxsə imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verilməlidir. Göründüyü kimi, iddiaçının "xxxx" ASC-yə kredit ayrılması barədə müraciət etdiyi dövrdə qüvvədə olmuş Qaydalarda bank tərəfindən kredit ayrılmasından imtina olunduğu halda bu barədə qərarın (həmçinin, hər hansı digər sənədin) kredit sifarişi vermiş hüquqi və ya fiziki şəxsə təqdim edilməli olduğu nəzərdə tutulmamış, bu barədə ərizəçiyə bank tərəfind ən məktubla məlumat verilməli olduğu göstərilmişdir.
53. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya kredit vəsaitinin ayrılmasından imtina edilməsi ilə əlaqədar məlumat verilmişdir (bax paraqraf §5). Bu baxımdan zaman görə qüvvədə olan “Banklarda kreditlərin verilməsi Qaydaları”na uyğun olaraq, bank tərəfindən sifariş təqdim edən fiziki və ya hüquqi şəxsə imtinanın səbəbləri göstərilməklə məlumatlandırılmış və bu həmin Qaydaların tələblərinə uyğun olmuşdur. Belə olan təqdirdə, bankın hərəkətinin “İnformasiya əldə etmək haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri çərçivəsində olmuş, o, məlumatlandırma vəzifəsini yerinə yetirmişdir. O da qeyd edilməldir ki, bu cür qayda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət P alatasının 2019-cu il 13 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın 9.2-ci bəndində nəzərdə tutulmuşdur. Belə ki, bu bəndə əsasən, kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən fiziki və ya hüquqi şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verir. Göründüyü kimi, hazırda da qüvvədə olan qaydalarda kredit verilib-verilməməsində kreditorun sərbəstliyi müəyyən edilmiş və hazırda qüvvədə olan “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nda da bank tərəfindən sifarişçiyə digər sənədin (sənədlərin) təqdim olunması nəzərdə tutulmamışdır.
54. Məhkəmə kollegiyası, həmçinin onu da vurğulayır ki, Əmanətlərin Sığort alanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 24 dekabr tarixli, 02/2-30xx-xx/2195 nömrəli sorğusuna cavab olaraq verilmiş 2021-ci il 2 fevral tarixli, **********287 nömrəli məktubun surətində (bax yuxarıda §10) qeyd olunanlara əsasən, "xxxx" ASC-nin kredit komitəsi tərəfindən iddiaçıya kreditin verilməsinə dair hər hansı sənəd və ya protokol aşkar edilmədiyi göstərilmişdir. Belə olan təqdirdə, mövcud olmayan hər hansı sənədin tələb edilməsi anlaşılan deyidir. Göründüyü kimi, ləğvedici də bunula bağlı hər hansı sənədin mövcud olmadığını qeyd etmişdir.
55. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmçinin, şikayətin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə, belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Lakin hazırki iş üzrə məhkəmə kollegiyası şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
56. Kassasiya şikayətinin yoxlanılan qətnamədə MPM-in 9.1, 14, 88-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq pozuntularına yol verilməmişdir.
57. Beləliklə, işə kassasiya qaydasında b axan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-434/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 22(103)-434/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild