Məhkəmə qərarları › İş №2-2(102)-18/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-18/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-18/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-18/2024 Açar sözlər: şifahi razılaşma əsasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 22(105)-80/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxılmışdır. İşin halları

1. Taxta satışı ilə məşğul olan İddiaçı ilə Cavabdeh öz aralarında olan şifahi razılaşma əsasında 2018-2020-ci illər ərzində taxta satışı sahəsində birgə fəaliyyət göstərmişlər. Onların arasında hər hansı bir yazılı müqavilə olmamışdır. İddiaçı həmin illər ərzində Cavabdeh hissə-hissə, ümumilikdə cəmi 14.663.000 rubl məbləğində pul göndərmişdir. Cavabdeh qeyd olunan məbləğdə pulun müqabilində Rusiya Federasiyasında tədarük etdiyi taxtaları vaqonlarla İddiaçı göndərmiş, lakin həmin pulun 2.000.000 rubl hissəsi üzrə isə taxta göndərə bilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 25 noyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) 89.100 manat pul, 358,50 manat ödənilmiş dövlət rüsumu və mediasiyaya ödənilmiş 400 manat xidmət haqqı olmaqla, cəmi 89.858,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhərində tikinti materiallarının satışı ilə məşğul olur. O, təxminən 2018-ci ildə tələbə yoldaşı Səidlə söhbəti əsnasında sonuncunun Hüseynağa adlı əmisi oğlunun Rusiya Federasiyasında tikinti materiallarının satışını həyata keçirdiyini, Hüseynağanın orada mağazasının olduğunu və taxta emal edib Azərbaycan Respublikasına göndərdiyini öyrənmiş və bundan sonra Səidin vasitəsilə Hüseynağa ilə tanış olmuşdur. Hüseynağa həmin vaxt Rusiya Federasiyasında Perm şəhərində yaşadığından onu şəxsən görməm iş və həmin vaxt onunla telefonla əlaqə saxlamışdır. Söhbət əsnasında Hüseynağadan iddiaçı üçün Azərbaycan Respublikasına Rusiya Federasiyasından taxta göndərməsini xahiş etmişdir. Hüseynağa ilə aradakı razılaşmaya əsasən iddiaçı əvvəlcədən taxtanın pulunu göndərməli, o isə pul çatandan sonra taxtanı vaqonlarla iddiaçıya göndərməli idi. Həmin vaxt bir vaqon taxta 1.000.000 rubl edirdi. İddiaçı Hüseynağaya birinci dəfə 2.000.000 rubl pul göndərmiş və həmin pulun qarşılığında iddiaçıya iki dəfə taxta göndərilmişdir. İddiaçı daha sonra isə 2019-cu ilin əvvəllərinə kimi Hüseynağaya hissə-hissə olmaqla, ümumilikdə 3.300.000 rubl pul vermişdir. Lakin, həmin pulu aldıqdan sonra Hüseynağa iddiaçını aladadaraq taxta göndərməmiş və pulu da geri qaytarmamışdır. Ümumilikdə Hüseynağaya 5.000.000 rubl ( həmin dövrün məzənnəsi ilə 143.100 manat) pul vermişdir. Həmin pulun 2.000.000 rubl (54.000 manat) müqabilində Hüseynağa tərəfindən iddiaçıya taxta göndərilmiş olsa da, qalan pulun 89.100 manat hissəsi müqabilində isə taxta göndərilməmiş və cavabdeh həmin pulu mənimsəmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh bu günə kimi həmin pulu qaytarmamış və yaxud, pulun müqabilində söz verdiyi miqdarda taxta göndərməmişdir. Bununla bağlı Nərimanov rayon Polis İdarəsinə etdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Əmirovun 2021-ci il 18 yanvar tarixli qərarına əsasən şikayətində göstərilənlər mülki xarakterli olduğundan, cinayət işinin başlanılması rədd edilmişdir.

4. Eyni zam anda, polisdə aparılan araşdırma zamanı X2 bildirmişdir ki, Cavabdeh onun əmisi olmaqla, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. 2018-ci ildə əmisi Hüseynağa ona zəng edərək, Aqşin adlı tanışının onunla əlaqə saxlayacağını bildirmiş və qeyd etmişdir ki, özünün və Aqşin adlı şəxsin adına bank hesabı açaraq, Aqşinin ona verəcəyi pulları həmin kartların hesabına köçürsün. Bundan sonra İddiaçı adlı şəxs onunla əlaqə saxlamışdır. Memar Əcəmi metro stansiyasının yaxınlığında onunla görüşmüş və “VTB” Bankda hər ikisinin adına bank hesabı açmışlar. Bir neçə gün sonra əmisi Hüseynağanın dediyi kimi həmin kartları əmisinə göndərmişdir. Bundan sonra Aqşin ona müxtəlif vaxtlarda pullar vermiş, o, isə öz növbəsində həmin pulları kart hesabına köçürmüşdür. Təxminən 2018-ci ilin ortalarından 2019-cu ilin əvvəllərinə kimi o, Aqşinin verdiyi 70.000 manatdan çox pulu həmin kart hesablarına köçürmüşdür. Aqşin həmin pulları rubl şəklində müxtəlif şəxslər vasitəsilə şəhərin müxtəlif yerlərində, adətən isə Badamdar qəsəbəsi ərazisində ona vermişdir. Həmin polis araşdırmasından sonra da edilmiş müraciətlərə baxmayaraq Cavabdeh aldığı pulu qaytarmamışdır. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkan olmamış və Mediyasiya Təşkilatı 2022-ci il 1 iyul tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış vermişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdi yi arqumentlərin hüquqi əsası yoxdur, həmin ərizə özündə hər hansı bir həqiqəti əks etdirmir, qanunsuz və əsassızdır və aşağıda göstərdiklərinə görə rədd edilməlidir. Belə ki, o (cavabdeh), sahibkarlıq fəaliyyəti ilə əlaqədar sifarişlər əsasında Rusiya Federasiyasından Azərbaycana taxta-şalban materialları göndərməklə məşğul olmuş və 2018-ci ildə Azərbaycanda taxta satışı ilə məşğul olan iddiaçı ilə qohumu Səid vasitəsi ilə telefonla əlaqə yaradaraq tanış olmuşdur. Aqşin ona təklif etmişdir ki, “birlikdə iş quraraq şərikinə işləyib, qazancı yarı bölsünlər”. O, Aqşinin təklifini qəbul etmişdir. 2018-ci ildə iddiaçı ona birinci dəfə 1.064.300 rubl pul göndərmiş və o, bu pul müqabilində Aqşinə 54700190 №li vaqonla taxta göndərmişdir. Həmin vaqondan 300.000 rubl gəlir əldə olunmuşdur. Aqşin da ha sonra isə hissə-hissə ona 14 vaqonun pulunu göndərmişdir. Bunun müqabilində o, Aqşinə 14 vaqon taxta göndərmiş və həmin 14 vaqondan 11 vaqonu Aqşinin özü almış, 3 vaqon isə Bayramov Nadirə verilmişdir. Lakin, Nadir 2 vaqonun pulunu Bakı şəhərində vermiş olsa da, 1 vaqonun pulunu bu günə kimi verməmiş və Nadirin ona 14.800 ABŞ dolları, yəni 25.000 manat borcu qalmışdır. Səbail rayon Polis İdarəsində bu iş araşdırılarkən “cinayət işinin rədd edilməsinə dair” 2021-ci il 2 noyabr tarixli qərarda göstərilmişdir ki, Astara rayon sakini Nadir Bayramov xəstə olduğu üçün istintaqa gələ bilməmiş və izahatının alınması üçün sağalandan sonra gələcəyi bildirilsə də, sonradan Nadirin izahatı alınmamış, bununla da 25.000 manat pulun kimdə olmasına aydınlıq gətirilməmişdir. Bundan başqa, o, taxta sifar işini Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşı X1 vasitəsilə həyata keçirdiyinə görə 1.236.000 rubl (27.400 manat) pul da Azər Hacıxanovdadır və bu barədə isə iddiaçı iddia ərizəsində heç bir şey göstərməmişdir. O, məhkəməyə bildirir ki, 2020-ci ildən dünyanı bürümüş “Covid” pandemiyası ilə əlaqədar Azərbaycana qayıtmış və ondan asılı olmayan fors-major səbəbindən öhdəliklərini tam yerinə yetirə bilməmişdir. O, hazırda yollar bağlı olduğundan müvəqqəti olaraq iş fəaliyyətini dayandırmışdır. İddiaçının iddiasında ona 5 milyon rubl göndərməsi barədə iddiası isə tamamilə əsassızdır. Belə ki, Aqşin tərəfindən ona ümumiyyətlə 14.000.000 rubl göndərilmiş və o isə Aqşinə 14 vaqon taxta göndərmişdir. 1 milyon rubl pul isə Nadir Bayramov tərəfindən qaytarılmalıdır. İddiaçıya göndərilən 14 vaqon taxtanın satışından əldə edilən gəlir barəsində iddiaçı bir kəlmə də olsun iddiasında qeyd etməmişdir. İddiaçı əldə edilən gəliri aramızda bölmək əvəzinə, mənimsəmiş və ona xeyli ziyan vurmuşdur. Buna görə də, cavabdeh hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir, ona vurulan ziyan tam ödənilməlidir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli e-2-2(119)-76/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 2.000.000 rubl məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və 358,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadiqov).

7. Məhkəmə araşdırması zamanı müəyyan olunmuşd ur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı taxta materiallarının alqı-satqısında iştirak etmək məqsədi ilə 2018-2020-ci illər ərzində Rusiya Federasiyasında yaşayan və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə hissə-hissə olmaqla müəyyən məbləğlərdə rus rublu ilə pul göndərmiş və sonuncu tərəfindən də həmin pulun müqabilində iddiaçıya satış üçün nəzərdə tutulan taxta materialları göndərilmişdir. Bununla belə, onların arasında baş tutmuş kommersiya xarakterli bu fəaliyyət üzrə hər hansı bir müqavilə bağlanmayaraq, müvafiq rəsmi sənədlər tərtib olunmamış və tərəflərin bu fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilmişdir. Lakin, sonradan onların arasındakı məlum fəaliyyət pozulmuş və iddiaçı “90000 manat pul un cavabdeh tərəfindən qaytarılmaması” ilə əlaqədar şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Həmin şikayətlə əlaqədar Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 2021-ci il 2 noyabr tarixli Qərarla cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Belə ki, cavabdeh ilə iddiaçı arasında yazılı müqavilə bağlanmasa da, 2018 – 2020ci illər ərzində sonuncunun rus rublu ilə göndərilən pul vəsaitləri əvəzində cavabdeh tərəfindən iddiaçı üçün taxta malların göndərilməsi həyata keçirilərək, ölkə xaricindən sifariş edilmiş taxta materialları iddiaçıya göndərilmişdir. Lakin, tərəflər arasında hər hansı bir yazılı müqavilə olmasa da, tərə flərin məhkəmə araşdırması zamanı vermiş olduqları izahatlarla, iddia ərizəsində və iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərlə təsdiq olunur ki, cavabdeh almış olduğu pulun müqabilində müəyyən miqdarda taxta göndərsə də, pulun müəyyən hissəsinin əvəzində iddiaçıya taxta verməmiş və yaxud, əvəzində taxta göndərmədiyi pulu sonuncuya qaytarmamışdır. Bununla belə, bu fəaliyyət üzrə hansı məbləğdə pulun verilməsi, verilən pula görə hansı miqdarda taxta materiallarının göndərilməsi, hansı məbləğdə ödənilmiş pulun əvəzində taxtanın verilməməsi və qaytarılmalı olan pulun miqdarını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

9. Lakin, cavabdeh məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu yazılı etirazda, eləcə də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında həqiqətən də taxta göndərilməsi üçün almış olduğu pulun 2.000.000 rubl hissəsini qaytarmadığını və həmin məbləğin müqabilində müvafiq miqdarda taxta vermədiyini etiraf etmiş və bununla da, iddiaçıya 2.000.000 rubl məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir.

10. Eyni zamanda, hazırkı iddia ərizəsində qaytarılması tələb olunan pul vəsaiti heç bir mötəbər sübut təqdim olunmadan “manat”la ifadə olunsa da, cavabdeh tərəf onların arasında bütün əməliyyatların və hesabatların “rus rublu” ilə aparıldığını bildirmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə ödənilməli borcun miqdarının rəsmi sənədlər (mötəbər sübutlar) əsasında hesablanması mümkün olmadığı, cavabdeh tərəf isə bu qarşılıqlı fəaliyyət üzrə əvəzində iddiaçıya taxta vermədiyi cəmi 2.000.000 rubl məbləğində pul vəsaitini qaytarmadığını etiraf etdiyi üçün - tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra –“MPM”) 77-ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında baş tutmuş yuxarıda qeyd olunan kommersiya xarakterli münasibətlər üzrə cəmi 2.000.000 rubl məbləğində pul vəsaitinin qaytarılmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 439.1, 439.2, 1091.1, 1091.2, 1092.1,1093.1-ci maddələrinə; MPM-in 14.2, 77.1, 88, 106.1. 106.3, 217.3, 217.4, 218.3, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(105)-80/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – A.Süleymanova və F.Məmmədov).

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər əsassızdır. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

17. Belə ki, iş materiallar ında olan Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 2021-ci il 2 noyabr tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh izahatında iddiaçıya 14.800 dollar (25.000 manat) və 1.236.000 rubl (təqribən 27.400 manat) borcu qaldığını bildirmişdir. Lakin qeyd etmişdir ki, o qeyd olunan pulları, yəni 14.800 dollar (25.000 manat) dəyərində taxtanı Nadirə və 1.236.000 rubl (təqribən 27.400 manat) pulu isə Azərə vermişdir. Həmin şəxslər isə bu günə qədər qeyd olunan pulları qaytarmamışlar. Bu barədə iddiaçının məlumatı vardır. Nadir həmin pulun iranlı bir nəfər şəxsdə olduğunu bildirmişdir. Azər isə hazırda Rusiyadadır və o Rusiyaya qayıdan kimi Azərdə qalan pulu ya nağd şəkildə, ya da taxta məhsulu şəklində al acağını və iddiaçıya qaytaracağını bildirmişdir.

18. Cavabdeh apellyasiya baxışı zamanı da eyni məzmunlu izahat vermişdir və bildirmişdir ki, taxta materialları üçün iddiaçıya 2 milyon rubl borcu qalmışdır, 1 vaqon taxtanın pulu Bayramov Nadirdə qalmışdır. İddiaçı ilə bir yerdə iş görmüşlər. Amma o özü heç bir qazanc əldə etməmişdir. X5 ilə yol açılandan sonra, pulu alıb ona verəcək. İddiaçının razılaşması başqaları ilə yox, cavabdehin özü ilə olmuşdur, pul da ona verilmişdir. Nadir onun tanışı olmuşdur, malı ona vermiş, o isə satmışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda iddiaçı tələbini cavabdehə irəli sürməkdə və ondan tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin İstintaq Şöbəsində, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlarından da məlum olur ki, iddiaçı tərəfindən pul məhz cavabdehin özünə verilmişdir. Cavabdeh özü də iddiaçıya 2 milyon rubl borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin həmin məbləği etiraf etməsinə əsaslanaraq iddianı yalnız müvafiq hissədə təmin etmişdir. Cavabdehin bildirdiyi kimi, başqalarına iddiaçının pulunun verilməsi və ya taxtanın göndərilməsi isə cavabdehi iddiaçı qarşısında məsuliyyətdən azad etmir.

20. Kollegiya cavabdehin ona çatacaq 20.000 manat pulun qaytarılmadığını məhkəmənin nəzərə almaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı müvafiq iddianı qaldırmış, tərəflər arasında qazancın bölüşdürülməsi mübahisə predmeti olmamışdır. Cavabdeh iddiaçının əldə olunmuş qazancdan ona heç nə ve rməməsini iddia etsə də, bununla bağlı qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin bu dəlili iddianın rəddi üçün əsas deyildir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə (bax §12) əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinin tələbləri pozulmuşdur Məhkəmə qətnamə çıxararkən iddiaçının taxta tədarükü üçün cavabdehə göndərdiyi vəsaitin müəyyən hissəsinin iddiaçının razılığ ı ilə taxtanın göndərildiyi Astara rayon sakini Nadir Bayramovda, müəyyən hissəsinin isə (cəmi 2.000.000 rubl) taxta tədarükü üçün sifariş verilən Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı Azər Hacıxanovda qalmasını nəzərə almamış və əsassız olaraq tərəflər arasında yaranmış mübahisəyə Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci, 1092.1-ci və 1093.1-ci maddələrini (əsassız varlanma) tətbiq etmişdir. Lakin məhkəmə iş üzrə gəldiyi nəticəni, yəni cavabdehin həmin mübahisə üzrə hüquqi əsas olmadan başqa şəxsin (iddiaçının) hesabına əmlak əldə etməsini mötəbər sübutlarla təsdiq etməmişdir.

24. MPM-in 82.1, 119.1, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur - Birinci instansiya məhkəməsi qətnamənin qanuni olmasına dair MPM-in 217-ci maddəsinin tələblərini pozmaqla qətnamə qəb ul etmiş, apellyasiya instansiya isə bu hallara düzgün qiymət verməmiş, qanunsuz qətnaməni qüvvədə saxlamış, bununla da həmin Məcəllənin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə iddia tələbini qismən təmin etməsinə baxmayaraq ödənilmiş dövlət rüsumunu tam məbləğdə cavabdehin üzərinə qoymuş, bununla məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi qaydalarını müəyyən edən MPM-in 119.1-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin, cavabdehin öz öhdəliyini tam yerinə yetirə bilməməsi bütün dünyada yayılmış “Covid-19” pandemiyası ilə əlaqədar olmuş, lakin məhkəmə hamıya bəlli olan halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

26. Cavabdeh tərəf apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra e dilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdak ılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.

31. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin hazırkı mübahisə üzrə hüquqi əsas olmadan başqa şəxsin (iddiaçının) hesabına əmlak əldə etməsini mötəbər sübutlarla müəyyən etməmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

33. Qeyd olunmalıdır ki, MM-in 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesa bına əmlak əldə etsin. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə tərəfləri öz aralarında olan şifahi razılaşma əsasında 2018-2020-ci illər ərzində taxta satışı sahəsində birgə fəaliyyət göstərmiş, onların arasında baş tutmuş kommersiya xarakterli bu fəaliyyət üzrə hər hansı müqavilə bağlanmayaraq bu fəaliyyətləri şifahi razılaşma əsasında həyata keçirilmişdir. Yəni, tərəflər arasında malların alqı-satqısına dair şifahi əqddən irəli gələn münasibətlər mövcud olmuşdur ki, mülki qanunvericilikdə belə əqdin mütləq yazılı qaydada bağlanmalı olması kimi bir şərt nəzərdə tutulmamış, əksinə əqdlərin həm yazılı həm də şifahi formada bağlanıla bilməsi müəyyən olunmuşdur (MM-in 329.2-ci maddəsi).

34. Bununla belə, yenə də işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müvafiq yazılı müqavilə olmadan, iddiaçı tərəfindən qazanc əldə etmək məqsədi ilə 20182020-ci illər ərzində cavabdehə ümumilikdə cəmi göndərilmiş 14.663.000 rubl məbləğində pul vəsaitinin 2.000.000 (iki milyon) rubl hissəsinə görə taxta göndərilməmiş, həmin məbləğ qaytarılmamış, cavabdeh məhkəmə araşdırması zamanı izahatlarında da həqiqətən taxta göndərilməsi üçün almış olduğu pulun 2.000.000 rubl hissəsini qaytarmadığını və həmin məbləğin müqabilində müvafiq miqdarda taxta vermədiyini etiraf etmişdir. Məhz bu baxımdan da kassasiya şikayətinin §23-də göstərilən dəlilinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslılığına təsiri baxımın dan qiymətləndirilməsinə zərurət aradan qalxmışdır və həmin nəticə ilə razılaşmamaq üçün işdə və cavabdehin kassasiya şikayətinin dəlillərində hər hansı əsas müəyyən olunmur.

35. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırı lmışdır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(105)-80/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar