Məhkəmə qərarları › İş №2-2(102)-180/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-180/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-180/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – MPM 408.1.3, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim X2 məruzəsi ilə, hakimlər İlqar Ağababaş oğlu Dadaşov və Bəhman Fərhad oğlu Qəribovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, a şağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. Bakı Kommersiya Məhkəməsinin (hakim – X6) 2023-cü il 13 iyul tarixli e-22(113)-1331/2023 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “cavabdeh”) qarşı “qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 200.000 (iki yüz min) manat və dövlət rüsumunun əvəzi olaraq 490 (dörd yüz doxsan) manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X4, hakimlər X5 və X9) 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 3. 2024-cü il fevralın 3-də iddiaçı apellyasiya instansiyası məhkəməsində onun nümayəndəsi olan Vəkil elektron kabineti vasitəsi ilə yuxarıdakı qətnamədən kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – “Ali Məhkəmə”) göndərilmişdir. Kassasiya şikayətinə əlavə olunmuş vəkilin orderində hüquqi yardım göstərilən şəxs kimi iddiaçının deyil, digər bir şəxsin adı (“X7”) qeyd edilmişdir. İİ. Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdir ilir: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayəti nə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.”

5. Azərbaycan Respublikası Vəkillər X3 2018-ci il 27 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsanamənin (bundan sonra – “Vəkil orderi barədə Əsasnamə”) 1.5-ci maddəsində aşağıdakılar nəzərdə tutulur: “1.5. Vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yard ımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.” İİİ. Ali məhkəmənin mövqeyi

6. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinə müraciət olunduqda kassasiya şikayətinə vəkilin orderi əlavə olunmalıdır.

7. Vəkil orderi barədə Əsasnamədə nəzərdə tutulduğu və məhkəmə təcrübəsində qəbul edildiyi kimi, vəkil orderi vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir (bax, yuxarıda § 6).

8. Hazırkı işdə təqdim edilmiş kassasiya şikayəti iddiaçının adından apelyasiya instansiyası məhkəməsində onun vək ili və nümayəndəsi olan şəxs tərəfindən imzalansa da, kassasiya şikayətinə iddiaçının həmin vəkilə Ali Məhkəmədə təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən sənəd əlavə edilməmişdir (bax, yuxarıda § 3).

9. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 408.1.3-cü maddəsində kassasiya şikayətinə vəkilin orderi əlavə edilmədiyi halda, kassasiya şikayətinin qaytarılması nəzərdə tutulur (bax, yuxarıda § 4).

10. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbu l edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, ali məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (№ 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

11. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması gözlənilə bilməz (ibid., § 29, müvafiq istinadlarla).

12. Həmçinin Məhkəmə kollegiyası Avropa Məhkəməsinin presedent hüququna istinadən əlavə etməlidir ki, vəkilin yol verdiyi hər hansı çatışmazlığa görə məhkəmə məsuliyyət daşıya bilməz. Hüquq p eşəsinin dövlətdən müstəqil olması prinsipindən irəli gələrək, vəkilin davranışı – sırf müvəkkillə vəkil arasında olan məsələdir (bax, mutatis mutandis, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, 26 yanvar 2017-ci il, § 32).

13. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

14. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraa ta qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

15. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar