Məhkəmə qərarları › İş №2-2(102)-183/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-183/2025

30.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-183/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-1034/2024 nömrəli qətnaməsindən İddiaçı4 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı5 ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 2021-ci il 10 yanvar tarixində 2020-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrində hesabat dövrünün sonuna 75.000 manat məbləğ əks etdirilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 11 mart tarixli 10/131 nömrəli rəyində qeyd olunmuşdur ki, Quba şəhəri, 22 -ci məhəllə ünvanında yerləşən İddiaçı5 tərəfindən icarəyə götürülmüş ərzaq mağazasında baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18.120 manat təşkil etmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 19 mart tarixli 9/531 nömrəli rəyində qeyd olunmuşdur ki, təqdim edilən məlumatda göstərilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 75.935 manat təşkil etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 1(105)-139/2023 nömrəli hökmü ilə "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir. Həmin hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 26 iyul tarixli 1(102)-1366/2024 nömrəli qərarı ilə kassasiya şikayəti və kassasiya protesti üzrə dəyişdirilmədən saxlanılmışdır.

5. Quba Rayon X1 Heyətinin 2024-cü il 16 aprel tarixli 10 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı5 və İddiaçı4 Quba Rayon İstehsal-İstehlak Kooperativinin mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən mağazada 2020-ci il 3 1 mart tarixindən 2020-ci il 21 dekabr tarixinə kimi əldə olunmuş razılığa əsasən qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Obyektdə 2020-ci il 20 dekabr tarixində elektrik hava xətlərində baş vermiş qəza nəticəsində mağaza yanmış və sahibkarlar fəaliyyətlərini dayandırmışlar. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı1, İddiaçı5 və İddiaçı4 (bundan sonra– birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq “Kooperativ”, “İddiaçı5” və “İddiaçı4”) 2024-cü il 12 mart tarixində "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kooperativin xeyrinə 18.120 manat zərər və 370 manat dövlət rüsumunun, İddiaçı5 xeyrinə 37.968 manat, İddiaçı4 xeyrinə 37.968 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs kimi "Azərişıq ASC-nin RETSİ-nin elektrik şəbəkələri əməkdaşlarının vəzifə təlimatı rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı"nın tələblərinə müvafiq olaraq elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etməmişdir. Həmçinin 2001-ci il 25 may tarixli "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 1.9-cu bəndinin, 1989-cu il 20 fevral tarixli "Elektrik stans iyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.16 və 5.7.19-cu bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq olunmuş "Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.14.6-cı bəndinin tələblərinin pozulması səbəbindən, 6 kV-luq 11 nömrəli şəhər hava xəttinin naqili 2020-ci il 26 dekabr tarixində, saat 20 radələrində qırılaraq həmin mağazanın damının kənarına vurulmuş dəmir təbəqənin üzərinə düşmüşdür. Bu zaman yaranmış qapanmanın təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) mağazanın içərisində yanğının mənbəyi olan sol tərəfdə yerləşən yanar materialların üzərinə düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş vermiş yanğın zamanı 55 nömrəli mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Kooperativə 18.120 manat, İddiaçı5 və İddiaçı4 isə 75.935 manat məbləğində ziyan dəymişdir. İddiaçı tələbini əsaslandırarkən işin hallarını təşkil edən Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 11 mart və 2021-ci il 19 mart tarixli rəylərinə istinad etmişdir. Həmçinin iddiaçılar bildirmişlər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 1(105)-139/2023 nömrəli hökmü ilə X6 CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e-2-2(113)-2403/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 18.120 manat pul və 144,36 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18.264,36 manat pulun tutularaq Kooperativə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, iddia ərizəsi verilərkən ödənilmiş 224,64 manat dövlət rüsumunun iddiaçılar İddiaçı5 və İddiaçı4 özlərinə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova).

9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi Kooperativin xeyrinə 18.120 manat zərərin ödənilməsi hissəsində əsaslı olmuşdur. Belə ki, Kooperativə məxsus qeyri-yaşayış sahəsində 2020-ci il 26 dekabr tarixində saat 20 radələrində yanğın hadisəsi baş vermiş, cavabdehin işçisi olan X6 həmin hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərək CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmiş, onun barəsində olan ittihamedici hökm qanuni qüvvəyə minmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

10. Bundan əlavə, materiallara əlavə olunmuş 2021-ci il 11 mart tarixli ekspert rəyi ilə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18.120,0 manat müəyyən edilmişdir.

11. Məhkəmə İddiaçı4 və İddiaçı5 iddiasını isə əsassız hesab etmişdir. Belə ki, iddia ərizəsində İddiaçı4 yanğın hadisəsi zamanı 37.968 manat, İddiaçı5 37.968 manat zərər dəyməsi göstərilmişdir. İddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində yalnız 2021-ci il 19 mart tarixli ekspert rəyi təqdim edilmişdir. Heç bir sübut un əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. Belə ki, həmin rəyin təsviri hissəsində rəy verilərkən yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 2021-ci il 27 yanvar tarixli məktubun və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş malların siyahısının əsas götürüldüyü göstərilmişdir. Həmin siyahıda göstərilmiş malların alış sənədlərinin (alqı-satqı müqavilələri, qaimə, təhvil aktları, sığorta müqavilələri və s.), habelə həmin malların həqiqətən yanğın baş verən zaman mağazada mövcud olması barədə sübutların təqdim edilməsi məhkəmə tərəfindən İddiaçı4 və İddiaçı5 təklif olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilə bilməmiş, İddiaçı4 həmin mallara dair sənədlərin də yandığını bildirmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 2021-ci il 27 yanvar tarixli İddiaçı5 ünvanlanmış məktubda isə onun tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannaməsinə əsasən hesabat dövrünün sonuna mal qalığının 75.000 manat göstərildiyi bildirilmişdir.

13. İddiaçılar ümumiyyətlə məhkəməyə həmin malların sənədlərinin yandığı təqdirdə həmin siyahının hansı məlumatlar əsas götürülməklə tərtib olunması, malların adı və sayları, qiymətlərinin hansı qaydada müəyyən edilməsi barədə məlumat verə bilməmişlər.

14. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Belə ki, İddiaçı5 və İddiaçı4 cavabdehin təqsiri nəticəsində onlara maddi zərər vurulduğunu iddia etsələr də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, onlara ümumilikdə 75.935 manat ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişlər.

15. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 386.1, 1096, 1097, 1099.1 və 1099.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ” 2002-ci il 31 may tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” 2021-ci il 14 aprel tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 82.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı5 və İddiaçı4 həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişlər.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin olunmuş hissədə ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-1034/2024 nömrəli qətnaməsi ilə İddia çı5 və İddiaçı4 apellyasiya şikayəti qismən təmin olunmuş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, İddiaçı5 və İddiaçı4 iddiasının təmin edilməyən hissəsində ləğv olunmaqla, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia tələbi qismən təmin olunmuş: - İddiaçı5 37.968 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilmiş, İddiaçı4 37.968 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin olunmamış; - İddiaçı5 iddia ərizəsinə görə ödədiyi dövlət rüsumu 92,50 manat pulun cavabdehdən tutularaq İddiaçı5 ödənilməsi, İddiaçı5 apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu 112,32 manat pulun cavabdehdən tutularaq İddiaçı5 ödənilməsi, iddia ərizəsi verilərk ən ödənilmiş 112,32 manat dövlət rüsumunun İddiaçı4 özünə aid olunması, İddiaçı4 apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi, cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumunun özünə aid olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Kooperativin tələbi cavabdehin işçisi tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət olmuşdur. Hökmlə cinayət hadisəsinin baş verməsi və cavabdehin işçisinin hadisənin törədilməsinə aidiyyəti müəyyən edildiyi üçün kommersiya məhkəməsi üçün qeyd olunan hallar məcburidir və iddiaçının əlavə sübut təqdim etməsi zərurəti aradan qalxmış olur. Ekspert rəyi ilə zərə rin həcmi təsdiq olunmuşdur. Deliktlə bağlı qeyd edilən mülki hüquq normalarına əsasən cavabdeh olan hüquqi şəxs öz işçisinin vurduğu zərərə görə məsuliyyət daşıyır. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası cavabdehin şikayətinin əsassız olması və Kooperativin həmin zərərin cavabdehdən tələb edilməsi barədə iddiasının isə əsaslı olması qənaətinə gəlmişdir.

20. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddia ərizəsində cinayət hadisəsi nəticəsində İddiaçı4 yanğın hadisəsi zamanı 37.968 manat, İddiaçı5 37.968 manat zərər dəyməsi göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, “iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində yalnız 2021-ci il 19 mart tarixli ekspert rəyi təqdim olunmuşdur”. Məhkəmə bu sübutu yetərli saymamış, İddiaçı4 və İddiaçı5 iddiasını əsassız hesab etmişdir.

21. Kollegiya məhkəmənin gəldiyi bu qənaəti ilə razılaşmamış, Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 19 mart tarixli 9/531 nömrəli rəyini, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı5 ünvanlanmış məktubu, X4 2024-cü il 16 aprel tarixli 10 nömrəli arayışını vurğulayaraq sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirmişdir. Belə ki, qeyd olunan sübutlardan və apellyasiya icraatı zamanı verilmiş əşyaların alınmasına dair sənədlərdən 75.935 manat məbləğində malların cinayət hadisəsi nəticəsində ziyanın dəyməsi müəyyən olunmuşdur. Cinayət işi üzrə qəbul olunan hökmlə cavabdehin işçisinin təqsiri müəyyən edilmişdir. 75.935 manat mühüm zərər olaraq həmin hökmdə müəyyən olunmuşdur. İddiaçı5 zərəri n vurulmasını, zərərin məbləğini və cavabdehin məsuliyyət daşımalı olmasına dair sübutlar təqdim etdiyindən, kollegiya onun iddiasının təmin olunması qənaətinə gəlmişdir. İddiaçı5 subyektiv hüququ cavabdeh tərəfindən pozulmuşdur. Lakin onun tələbi 75.935 manatın yarısı həddində olduğundan, məhkəmə tələbdən kənara çıxa bilmədiyi üçün 37.968 manat pulun cavabdehdən alınaraq İddiaçı5 ödənilməsi qənaətinə gəlmişdir.

22. İş materiallarında olan sənədlərdən görünür ki, 75.935 manat dəyərində zərər dəymiş əşyaların sahibi İddiaçı4 deyil, İddiaçı5dir. Onlar şərik olsalar da, müvafiq müqavilə təqdim edilsə də, təqdim olunan sənədlərdən zərər dəymiş əşyaların İddiaçı4 aid olması müəyyən edilməmişdir. Şəriklik müqaviləsində zərər dəymiş əşyaların yarısının İddiaçı4 məxsus olması barədə şərt və ya raz ılıq mövcud olmamışdır.

23. Məhkəmə araşdırması zamanı zərər vurulması mübahisəsiz olan əşyalara dair İddiaçı4 əşya hüququnun olması müəyyən edilmədiyindən, onun 37.968 manat pulun cavabdehdən tələb etməsinə dair subyektiv hüququ mövcud olmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096, 1097 və 1099-cu maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 i yul tarixli Qərarına, MPM-in 82.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı4 həmin qətnamədən kassasiya şikayəti verərək onun “37.968 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbinin rədd edilmiş” hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin isə təmin olunmaması xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı4 kassasiya şikayətinin dəlilləri

27. MM-in 6.1.5 və 390.1-ci maddələri üzrə - Apellyasiya qeyd olunan normaları mübahisəli işə tətbiq etməmişdir. Mübahisələndirilən qətnamədə göstərilmişdir ki, “İddiaçı4 əşya hüququnun olması müəyyən edilmədiyindən, onun 37.968 manat pulun cavabdehdən tələb etməsinə dair subyektiv hüququ yoxdur”. Kassasiya şikayətini verən şəxs bildirir ki, yanğın nəticəsində məhv olmuş 75.935 manat dəyərində əşyalar (əmtəə malları və s.) vergi orqanlarının uçotunda və mal tədarük (göndərənlərdə) edən şəxslərin maliyyə uçotunda İddiaçı5 adına rəsmiləşmişdir. Yəni maliyyə sənədlərinə əsasən 75.935 manat dəyərində olan əşyalar İddiaçı5 məxsus olmuşdur. Lakin 2009-cü il 1 oktyabr tarixində İddiaçı5 ilə İddiaçı4 arasında Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Kooperativə məxsus 55 nömrəli mağazada ərzaq və qeyri-ərzaq mallarının alışı-satışı ilə bağlı “şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə” müqavilə bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, ərzaq və qeyri ərzaq malları, ticarət avada nlıqları bərabər paylarla müqavilə tərəflərinə məxsus olmuşdur. Ona görə də ibtidai istintaq və cinayət mühakimə icraatında İddiaçı4 ilə İddiaçı5 zərərçəkmiş şəxs qismində tanınmış, bərabər paylar üzrə kommersiya məhkəməsində iddia qaldırmışlar. Lakin məhkəmə İddiaçı4 şərikli sahibkarlıq fəaliyyətini həyata keçirməsinə dair “şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə” müqaviləni, cinayət təqibini həyata keçirən prokurorluq və FHN-nin müvafiq orqanlarının prosessual qərarlarını, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 1(105)-139/2023 nömrəli hökmünü nəzərə almamışdır. MM-in 390-cu maddəsi “müqavilə azadlığı”na həsr olunmuşdur. Həmin normanın birinci bəndində qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr ba ğlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisələndirilən qətnamənin məzmunundan göründüyü kimi, apellyasiya məhkəməsi İddiaçı5 ilə İddiaçı4 arasında bağlanılmış 2009-cü il 1 oktyabr tarixli “şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə” müqavilənin rədd olunması üçün hər hansı dəlillərə istinad etməmiş, bununla bağlı qanunları və ya digər hüquqi aktları rəhbər tutmamışdır. Halbuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandır dığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. b) Cavabdehin kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. MM-in 1099-cu maddəsi üzrə - Apellyasiya məhkəməsi öz qətnaməsinin əsaslandırarkən belə hüquqi nəticəyə gəlmişdir ki, “iş materiallarında olan məhkəmənin hökmü ilə cinayət hadisəsinin baş verməsi və cavabdehin işçisinin hadisənin törədilməsinə aidiyyəti müəyyən edildiyi üçün kommersiya məhkəməsi üçün qeyd olunan hallar məcburidir və iddiaçının əlavə sübut təqdim etməsi zərurəti aradan qalxmış olur”. Məhkəmənin bu mövqeyi ilə cavabdeh bildirir ki, apelyasiya məhkəməsi işə baxarkən baş vermiş yanğın hadisəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş cavabdehin X8 Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən işçisi X5 müvafiq hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərib-göstərməməsi hallarını araşdırmamışdır. Məhkəmə sadəcə hökmlə cinayət hadisəsinin baş verməsi və cavabdehin işçisinin hadisənin törədilməsinə aidiyyəti müəyyən edildiyinə görə kommersiya məhkəməsi üçün qeyd olunan halların məcburi olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

29. MPM-in 88 və 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. Kassasiya baxışının hədləri

31. Kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya i nstansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bi lər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdaf iə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməl i olsun.”

34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.... Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir....”

35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki mübahisənin qanuni həlli üçün i şə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilm əsindən söhbət gedə bilməz....”

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliy yət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təli matlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunveric i işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir.... Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”

37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, müvafiq hökmlə cinayət hadisəsinin baş verməsi və cavabdehin işçisi X5 həmin hadisənin törədilməsinə aidiyyəti müəyyən edilmişdir.

40. Bu səbəbdə n də məhkəmə kollegiyası MPM-in 82.4-cü maddəsinə (bax § 37) istinadən apellyasiya instansiyası məhkəməsinin cavabdehin öz işçisi tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşıdığına dair mövqeyi ilə razılaşır və əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, bu məsələ barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeyi də mövcuddur.

41. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyinə (bax § 36) görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdi r. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işç i əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təş kil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işə götürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir.... Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

42. Bu baxımdan, cavabdehin işçisi X5 müvafiq hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarət i altında fəaliyyət göstərib-göstərməməsi hallarının məhkəmə tərəfindən araşdırılmamasına dair dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçı4 kassasiya şikayətinin dəlilləri üzrə:

43. Apellyasiya instansiyası məhkəməsi İddiaçı4 iddiasını onun bu iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması səbəbindən təmin etməmişdir.

44. Həmin nəticə ilə razılaşmayan İddiaçı4 öz mövqeyini əsaslandırmaq üçün onunla İddiaçı5 arasında bağlanmış “şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə” müqaviləyə, cinayət təqibini həyata keçirən prokurorluq və FHN-nin müvafiq orqanlarının prosessual qərarlarını və müvafiq cinayət işi üzrə çıxarılmış məhkəmə hökmünə istinad edir.

45. Mübahisələndirilən qətnamədə isə qeyd olunmuşdur ki, iş materiallarında olan sənədlərdən görünür ki, 75.935 manat dəyərində zərər dəymiş əşyaların sahibi İddiaçı4 deyil, İddiaçı5dir. Onlar şərik olsalar da, müvafiq müqavilə təqdim edilsə də, təqdim olunan sənədlərdən zərər dəymiş əşyaların İddiaçı4 aid olması müəyyən edilməmişdir.

46. Əvvəla, kassator özü də kassasiya şikayətində qeyd etmişdir ki, yanğın nəticəsində məhv olmuş 75.935 manat dəyərində əşyalar (əmtəə malları və s.) vergi orqanlarının uçotunda və mal tədarük (göndərənlərdə) edən şəxslərin maliyyə uçotunda İddiaçı5 adına rəsmiləşmişdir. Yəni maliyyə sənədlərinə əsasən 75.935 manat dəyərində olan əşyalar İddiaçı5 məxsus olmuşdur.

47. Müvafiq cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü kommersiya mübahisəsinə baxılarkən məhkəmələr üç ün yalnız: 1) hadisənin olubolmaması və 2) şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM-in 82.4-cü maddəsi). Hazırkı kassasiya şikayətinin baxışının təşkil edən məsələ isə onların heç birinə aid deyildir, ona görə də kommersiya icraatında ümumi qaydada sübut olunmalıdır. Eləcə də, məhkəmə kollegiyası cinayət təqibini həyata keçirən prokurorluq və FHN-nin müvafiq orqanlarının prosessual qərarlarının da hazırkı kommersiya icraatında məhkəmə üçün hər hansı preyudisial əhəmiyyətinin olmaması qənaətindədir.

48. Bir halda ki, ən azından, kassatorun özünün bildirdiyinə görə, mübahisəli mallar istər vergi orqanlarının uçotunda, istərsə də mal tədarük edən şəxslərin maliyyə uçotunda, yəni rəsmi maliyyə sənədlərində məhz İddiaçı5 adına rəsmiləşmişdir, məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyətcə doğru olmuşdur.

49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, mahiyyətcə MPM-in 217.1-ci maddəsinə (bax § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

50. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-1034/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tu taraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-1034/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar