Məhkəmə qərarları › İş №2-2(102)-184/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-184/2021

29.03.2021 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2021 29.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “x xxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.501,92 manat məbləğində əsas borcun, 366,25 manat məbləğində faiz borcunun, 9,64 manat məbləğində cərimənin və 30,4 manat məbləğində dövlət rüsumunun, cəmi 2.908,21 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2021-ci il 03 fevral tarixli, 2(001)1239/2021 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – F.Abdıyev).

3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 mart tarixli, 2-2(113)-1731/2021 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-n in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva).

4. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır.

5. Hazırkı mübahisə Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005-NBK-0121-19 saylı kredit müqaviləsindən irəli gəlir. Həmin müqaviləyə əsasən borc verən borc alana 3.500 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Müqavilədə, tərəflərin rekvizitləri göstərilən 7-ci bölmədə borc alan Cavabdeh1 VÖEN-i qeyd olunmamışdır.

6. AR X1 Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın 2.1.4-ci bəndinə görə istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.

7. Beləliklə, Cavabdeh1 fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa da, hazırkı mübahisə cavabdehin istehlakçı kimi çıxış etdiyi hüquq münasibətlərindən irəli gəlməklə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır.

8. Həmçinin, Cavabdeh1 işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə verdiyi ərizəsini əsaslandırmamış, ərizəsində hansı əsaslara görə hazırkı mübahisənin kommersiya mübahisəsi olmasını hesab etdiyini konkretləşdirməmişdir.

9. Eyni zamanda, kredit müqaviləsində həmin müqavilənin istehlak məqsədilə ilə bağlandığı açıq-aşkar göstərilmişdir. Belə olan halda isə mübahisəli hüquq münasibətində zamin qismində çıxış edən Cavabdeh2 izahatı kredit müqaviləsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

10. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibka rlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi v ə ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəllə yə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

13. Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaran mamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

15. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

16. Məcəllənin 26.2-ci maddəsinə əsasən isə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

17. İş materiallarına əsasən Cavabdeh1 fərdi sahibkar kimi vergi orqanında uçota alınsa da, hazırkı mübahisə cavabdehin qanuni sahibkarlıq fəaliyyətindən yaranmadıgından, bu hal, şəxsi istehlak məq sədi ilə verilmiş kredit üzrə yaranmış borcun ödənilməsindən ibarət iddia tələbinə kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir.

18. Beləliklə, hazırkı mübahisə ilk baxışdan sahibkarlıq fəaliyyəti kimi görünsə də, Cavabdeh1 istehlakçı kimi çıxış etdiyi hüquq münasibətlərindən irəli gəlməklə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığından, bu mübahisəyə istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müddəalarına uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiy a və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.

20. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilməlidir.

21. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:

22. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar