Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-185/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X” X3 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: istehlakçı hüquqlarının bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X” X5 cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(103)-974/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında ba xılmışdır. İŞİN HALLARİ
1. Cavabdehin Nəzarət Departamenti Satışa nəzarət idarəsi tərəfindən tərtib olunmuş 2022-ci il 2 fevral tarixli NDQ 011293 nömrəli akta görə, “X” X4 məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın tablosunda olan gərginliklər aşağıdır. Baxış zamanı məlum oldu ki, gərginlik transformatorunun “C” faza qoruyucusu yerində yoxdur. Ona görə də gərginlik transformatorunun İİ tərəf “C” faza çubuğundan sayğaca sxemlə gərginlik gəlmir. Gərginlik transformatorunun 6 kv “C” faza qoruyucusu bərpa edilsin və qapısı yenidən möhürlənsin. Sayğac yeni “Luna” tipli sayğacla əvəz edilsin. Çıxarılan sayğac polietilen torbaya qoyulsun və möhürlənsin. Laboratoriya şəraitində sayğacın yaddaşı oxunsun və bütün parametrlə rlə rəy verilsin. 2. "xxxx" ASC tərəfindən tərtib edilmiş 2022-ci il 3 mart tarixli icra vərəqəsinə əsasən, “X” X4 2022-ci il 2 fevral tarixli NDQ 011293 nömrəli akta əsasən 15.131,20 manat borc hesablanmışdır.
3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa görə, "xxxx" ASC tərəfindən “X” X4 məxsus obyektdə 2022-ci il 2 fevral tarixində keçiriləcək yoxlama həmin gün dövlət reyestrində qeydə alınmışdır. 4. "xxxx" ASC-nin «Sayğac quraşdırma və uçota nəzarət idarəsi»nin «Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında» 074855 nömrəli protokoldan aydın olur ki, 011293 nömrəli akta əsasən obyektin sayğacı yenisi ilə əvəz olundu. Yeni sayğacın sxemi bərpa olunduqda məlum oldu ki, sayğacın “C” fazasında gərginlik yox dur. GT qüsur olduğu üçün uçot dəstin bərpa edilməsi mümkün olmadı. 5. "xxxx" ASC tərəfindən “X” X4 göndərilmiş 2022-ci il 3 mart tarixli N-761252011 nömrəli hesab ödəniş vərəqəsinə əsasən, NDQ011293 EİQ pozulması tipli akta əsasən elektrik enerjisi haqqı üçün iddiaçının 12.823,05 manat əsas, 2.308,15 manat isə ƏDV borcu yaranmışdır. 6. "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən “X” X4 göndərilmiş 2022-ci il 14 mart tarixli 03/001 nömrəli xəbərdarlıq məktubuna görə, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 2022-ci il 14 mart tarixə 19.721,20 manat debitor borcu yaranmışdır. Vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 2022-ci il 17 mart tarixində saat 10:00-dan etibarən dayandırılacağı bar ədə xəbərdarlıq edilmişdir. EBBO 459182 nömrəli 2021-ci il 20 dekabr tarixli elektron qaiməyə əsasən 2021-ci il 27 noyabr tarixindən 2021-ci il 19 dekabr tarixinə qədər olan dövr üzrə ASC-yə ödənilməli olan borcun məbləği 6.501 manat, EBBQ 098981 nömrəli 2022-ci il 24 yanvar tarixli elektron qaiməyə əsasən 2021-ci il 19 dekabr tarixindən 2022-ci il 24 yanvar tarixinə qədər olan dövr üzrə ödənilməli olan borcun məbləği 8.280 manat, EBBR 919049 nömrəli 2022-ci il 25 fevral tarixli elektron qaimə ilə 2022-ci il 24 yanvar tarixindən 2022-ci il 25 fevral tarixinə qədər olan dövr üzrə ödənilməli olan borcun məbləği 5.390,40 manat, EBBS 845110 nömrəli 2022-ci il 14 mart tarixli elektron qaimə ilə 2022-ci il 25 fevral tarixindən 2022-ci il 14 mart tarixinə qədər olan dövr üzrə ödənilməli olan borc un məbləği 4.590 manat, EBBU 653267 nömrəli 2022-ci il 18 aprel tarixli elektron qaimə ilə 2022-ci il 14 mart tarixindən 2022-ci il 17 aprel tarixinə qədər olan dövr üzrə ödənilməli olan borcun məbləği 1.890 manat təşkil edir. 7. "xxxx" ASC-nin Laboratoriya Mərkəzi tərəfindən 2022-ci il 28 fevral tarixində tərtib edilmiş (011293 nömrəli Akt üzrə) “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” 001374 nömrəli Akt protokola əsasən, sayğacın dövlət möhürü normaldır, sayğac normal buraxılan xəta ilə işləyir, lakin yoxlama zamanı sayğacın proqram əlavəsi oxunan zaman sayğacın “C” fazasında gərginlik itməsi müşahidə olundu. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı “X” X5 (bundan sonra “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bun dan sonra “cavabdeh”) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin sərfiyyatına görə əlavə olaraq hesablanmış 15.131,20 manat (ƏDV daxil) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin X7 Təhcizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya (abonent kodu **********3) göndərilmiş 2022ci il 14 mart tarixli, 03/001 № li xəbərdarlıqda iddiaçının istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 2022-ci il 14 mart tarixinə 19.721,20 manat məbləğində debitor borcunun yaranmasına görə iddiaçının enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 2022-ci il 17 mart tarixində saat 10:00-dan, yəni xəbərdarlığı tərtib ed ildiyi gündən 3 (üç) təqvim günü sonra dayandırılacağı bildirilmişdir. İddiaçının 2022-ci il 14 mart tarixinə X1yə görə 4.500 manat (3.889,83 borc, 700,17 manat ƏDV) məbləğində debitor borcu olmuşdur ki, 2022-ci il 17 mart tarixində sözügedən debitor borcunun tam məbləğdə ödənilməsi tərəflərindən təmin olunmuşdur. Cavabdehin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları A.E.Məmmədov, A.A.Məmmədov və Ə.T.Eyniyev tərəfindən 2022-ci il 2 fevral tarixində tərtib etdikləri akta və 2022-ci il 3 mart tarixli icra vərəqəsinə əsasən ilə iddiaçıya 15131,20 manat borc hesablanmışdır. Aşağıda göstərilən əsaslara görə cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin sərfiyyatına görə ümumilikdə 15.131.20 manat (12.823,05+2.308,15 ƏDV) məbləğində əlavə pul vəsaitinin hesablanması əsass ız və qanunsuz olmuşdur. Belə ki, tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməmiş, cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, heç bir sübut təqdim olunmamışdır. 074855 № li protokol əsasında sayğac çıxarılaraq rəy verilməsi üçün cavabdehin laboratoriya Mərkəzinə göndərilməsində, eləcə də elektrik sayğacının laboratoriya şəraitində araşdırılmasında nümayəndənin iştirakı təmin edilməmiş, bu laboratoriya araşdırmalardan xəbərləri belə olmamışdır.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6, 8.2, 9.13-cü bəndlərinə istinad etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
12. İşə birinci instansiya məhkəməsində baxılarkən 2022-ci il 27 iyul tarixli məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş cavabdehin Satışa Nəzarət İdarəsinin aparıcı mütəxəssisi X6 ifadəsində göstərmişdir ki, 2022-ci il 2 fevral tarixində iddiaçıya məxsus sayğaca tərəflərindən iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 2022-ci il 2 fevral tarixli 011293 nömrəli aktda göstərilən qüsurlar aşkar edilmişdir. Həmin sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə edilməmiş, belə ki, gərginlik transformatorunda olan qüsur nəticəsində sayğacın “C” faza qoruyucusu sıradan çıxmışdır. Cavabdehin regional bölmələrinin əməkdaşları tərəfindən ayda bir dəfə abonentlərin sayğaclarına baxış keçirilir, lakin iddiaçıya məxsus sayğac bir qədər mürəkkəb xüsusiyyətlərə ma lik olduğu üçün həmin sayğacda olan problemi vaxtında aşkar etmək mümkün olmamışdır. Baxış keçirilən gün sayğac çıxarılmış, yenisi ilə əvəz edilmişdir. Lakin gərginlik transformatoru da sıradan çıxdığı və iddiaçı yenisini gec əldə etdiyi üçün həmin gün deyil, 2022-ci il 18 fevral tarixində dəyişdirilmişdir. Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunmuş, məlum olmuşdur ki, qeyd olunmuş qüsur 2021-ci il 24 noyabr tarixindən yaranmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, sayğac istifadə edilmiş elektrik enerjisinin təxminən yarısını qeyd edə bilmir. Bu səbəbdən 2021-ci il 24 noyabr tarixindən gərginlik transformatorunun dəyişdirildiyi tarixə qədər, yəni 2022-ci il 18 fevral tarixə qədər abonentə əlavə borc hesablanmışdır. Hazırda yeni sayğacda hər hansı qüsur yoxdur, normal işləyir. Bundan əlavə, sayğaca hər hansı müdaxilə edilmədən sıradan çıxdıqda “X1 Qaydaları”na əsasən hesablaşma dövrü 3 aydan artıq olmamalıdır, bu qayda da tərəflərindən pozulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sayğacda olan problemin vaxtında aşkar edilməməsinin səbəbi onların regional bölmələrinin əməkdaşlarının həmin tipli sayğacların xüsusiyyətlərini yaxşı bilməməsidir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 iyul tarixli, e-2-2(113)-2348/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya əsassız olaraq hesablanmış 15.131,20 (on beş min yüz otuz bir manat iyirmi qəpik) manat (ƏDV daxil) məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmiş, ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim Ü.Həsənova).
14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmış, həmin sayğac iddiaçının balansındadır. İşin materiallarda olan 2022-ci il 2 fevral tarixli 011293 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən keçən yükü düzgün qeyd etmir, sayğacın tablosunda olan gərginliklər aşağıdır. Baxış zamanı məlum oldu ki, gərginlik transformatorun “C” faza qoruyucusu yerində yoxdur. Ona görə də gərginlik transformatorun İİ tərəf “C” faza çubuğundan sayğac sxemlə gərginlik gəlmir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş Texniki Sahə üzrə tələblərə dair xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə iddiaçıya 15131,20 manat borc hesablanmışdır.
15. Məhkəmə hesab etmişdir ki, həmin borc əsaslı hesab edilə bilməz, belə ki, cavabdehin nümayəndəsi göstərilən borcun “X1 Qaydaları”nın tələblərinə əsasən yazıldığını göstərsə də, həmin borcun hansı qaydada hesablanması, sayğacda qüsur əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini hansı hissədə qeyd edə bilməməsinin hansı qaydada müəyyən edildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. 16. 2022-ci il 2 fevral tarixli yoxlamada iştirak etmiş şahid A.Məmmədov sayğacda pozuntunun 2021-ci il 24 noyabr tarixindən əmələ gəldiyini, pozuntunun 2022-ci il 18 fevral tarixinə qədər davam etdiyini göstərmiş, borcun da məhz həmin dövr üçün (təxminən 80 gündən çox) hesablandığını bildirmişdir.
17. Halbuki, “X1 Qaydaları”nın 8.8 və 8.16-cı bəndlərinin tələblərinə əsasən enerjitəchizatı müəssisəsinin, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
18. Bundan əlavə, iddiaçının nümayəndəsi öz izahatında sayğacın laboratoriya şəraitində yoxlanması prosesində onların nümayəndəsinin iştirakının təmin ed ilmədiyini göstərmiş, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli, 248677 saylı protokolda da abonentin nümayəndəsinin iştirakı barədə hər hansı məlumat qeyd olunmamışdır.
19. Belə ki, “X1 Qaydaları”nın 7.6-cı bəndinə əsasən... elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.
20. Məhkəmə gəldiyi nəticəni “X1 Qaydaları”nın 4.1, 5.1, 8.1, 8.2, 8.4, 8.8, 8.16, 9.1, 10.7, 10.9, 10.18.2-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(103)-974/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin 2-2(113)2348/2022 nömrəli iş üzrə 2022-ci il 27 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilmə mişdir (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmışdır. xx.xx.2022- ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mübahisəli sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü düzgün qeyd etmir, sayğacın tablosunda olan gərginliklər aşağıdır, gərginlik transformatorunun “C” faza qoruyucusu yerində yoxdur. Belə ki, gərginlik transformatorunda olan qüsur nəticəsində sayğacın “C” faza qoruyucusu sıradan çıxmışdır. Ona görə də gərginlik transformatorunun “C” faz a çubuğundan sayğaca sxemlə gərginlik gəlmir. Həmin transformatora (qapısı cavabdeh tərəfindən möhürləndiyi üçün) və sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə edilməmişdir. Baxış keçirilən gün sayğac çıxarılmış, yenisi ilə əvəz edilmişdir. Gərginlik tranformatoru, iddiaçı yenisini gec əldə etdiyi üçün həmin gün deyil, xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Köhnə sayğacın yaddaşı cavabdehin laboratoriya mərkəzində iddiaçıya məlumat verilmədən və onun iştirakı təmin edilmədən xüsusi kompyuter vasitəsilə oxunmuş, belə nəticəyə gəlinmişdir qeyd olunan qüsur xx.xx.2021-ci il tarixindən yaranmışdır.
24. Bundan əlavə, müəyyən edilmişdir ki, sayğac istifadə edilmiş elektrik enerjisinin təxminən yarısını qeyd edə bilmir. Bu səbəbdən cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə xx.x x.2021-ci il tarixdən gərginlik transformatorunun dəyişdirildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər abonentə 15.131,20 manat əlavə borc hesablanmışdır. 2
25. Məhkəmə iddiaçıya hesablanan əlavə borcun cavabdeh tərəfindən irəli sürülən əsaslarını qanuni hesab etməmiş və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, fərz olunsa ki, mübahisə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulması ilə bağlıdır, o halda iddiaçıya əlavə hesabat “X1 Qaydaları”nın 8.16-cı bəndinin tələbinə əsasən yalnız bir aydan artıq olmayan müddət üçün aparıla bilərdi. Halbuki, işdən göründüyü kimi, iddiaçıya əlavə borc 2 ay 24 günə görə hesablanmışdır. Bu baxımdan cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsi qanunsuzdur.
26. Yenə eyni qaydada, yəni, güman edilsə ki, müba hisə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulması ilə bağlıdır, o halda elektrik enerjisi sərfinin hesabatı: 1. enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən; 2. uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi. Lakin, işdən məlum olduğu kimi, iddiaçı belə hesablamaya razı olmadığı kimi, hesabat da orta gündəlik sərfə uyğun aparılmamışdır.
27. Digər tərəfdən, cavabdeh də iddiaçının tranformatora və sayğaca müdaxilə etmədiyini qəbul edir. Bu kontekstdə, “X1 Qaydaları”nın 9.1-ci bəndinin tələbləri də iddiaçı tərəfindən pozulmamışdır. Belə ki, cavabdehin dəvət etdiyi şahidin ifadəsindən anlaşılıdığı kimi, iddiaçı hətta istəsəydi də sayğacda olan problemi aşkar edə bilməzdi. Ç ünki sözgedən problemi regional bölmələrin əməkdaşları da müəyyən edə bilmir, bunun üçün daha yüksək biliyə və təcrübəyə malik mütəxəssis tələb olunur.
28. Bundan əlavə, cavabdeh tərəfindən “X1 Qaydaları”nın 7.6-cı bəndinin tələbləri də kobud pozulmuşdur. Belə ki, iddiaçının hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması zamanı cavabdeh tərəfindən onun iştirakı təmin edilməmişdir. Araşdırmanın ikitərəfli aktla sənədləşdirilməsi, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması barədə isə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, bu qaydada əldə edilmiş sübut qanuni sayıla bilməz.
29. Fərz olunsa ki, həmin sübut qanunidir, o halda cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsində gö stərilən borcun hesablanmasının qaydası, sayğacda qüsurun əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini qismən qeyd edə bilməməsinin hansı qaydada müəyyən edildiyi aydın olmur.
30. Bu mənada məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçıya hesablanan borcun əsasları qeyri-mötəbər, həcminin riyazi hesab qaydası qeyri-müəyyəndir, sözügedən nöqsan yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması və şahid ifadəsi ilə aradan qaldırıla bilməz.
31. Göstərilənlərə əsasən hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla qətnamənin ləğvinə əsas vermir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 443.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 4.1, 7.6, 8.2, 8.13, 8.14, 8.16, 9.1, 10.17, 10.18, 10.18.2-ci bəndlərinə, MPM-in 14.2, 77.1, 106.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
33. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi ba rədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.15-ci bəndinin tələbləri pozulmuşdurapellyasiya məhkəməsi qətnaməsində Qaydaların 8.16-cı bəndinə əsaslanmaqla iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən akt üzrə abonentlə hesablaşma dövrü 2 ay 24 gün deyil, EEİQ-nın 8.16-cı bəndinə əsasən 1 (bir) ay götürülməlidir. EEİQnın 8.16-cu bəndi uçotun pozulamasına görə abonentlə yenidən hesablaşmanı deyil, məhz uçotun pozulması aşkar olunduqdan (akt tərtib olunan tarixdən) enerji təchi zatı müəssisəsi tərəfindən uçotun bərpa olunmasına, yəni sayğacın işinin bərpa olunmasına qədər olan müvəqqəti dövr üçün (1 aydan artıq olmamaqla) abonentin elektrik enerjisi sərfinin “sayğacsız” hesabatının aparılmasını özündə ehtiva edir. Adı çəkilən bənddə qeyd olunan “bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır” sözlərindən bir daha aydın olur ki, normada sözügedən 1 aylıq müddət sayğacda qüsur aşkar olunan vaxtdan əvvəlki dövr üçün deyil, əksinə sonrakı dövr üçün nəzərdə tutulmaqla sayğacın işi bərpa edilənədək müvəqqəti hesablaşmanı nəzərdə tutmuş və qanunverici sayğacın uçotunun orta gündəlik sərfinə görə hesablaşma dövrünü 1 ayla məhdudlaşdırmışdır. Yəni uçotun pozulması aşkar olunduqdan 1 ay ərzində sayğac ın uçotu enerji təchizatı müəssisəsi tərəfindən ya bərpa edilməli ya da abonentə yeni sayğac quraşdırılmalı idi. Həmçinin Qaydaların 8.16-cı bəndində istehlakçının razılığının tələb olunması istehlakçı ilə yenidən hesablaşmanın aparılmasına görə yox, məhz elektrik enerjisi sərfinin uçotu pozulduğu aşkar olunduqdan bərpa olunanadək olan müddət ərzində (1 aydan çox olmamaqla) elektrik enerjisi sərfinin hesabatının hansı qaydada aparılması ilə bağlıdır.
35. MPM-in 386, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi hazirki iş üzrə “X1 Qaydaları”nın 8.15-ci bəndini tətbiq etməli olmalı halda səhvən 8.16-cı bəndini tətbiq etmişdir (yuxarıda maddi hüquq pozuntusunun nədən ibarət olması ətraflı şəkildə qeyd edilmişdir). Qeyd edilmişdir ki, bu hal kassasiya instansiya məhkəmə si tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək apellyasiya instansiya məhkəməsinin mövqeyini təkrarlamış və kassasiya şikayətinin təmin edilməməsini, 2022-ci il 8 dekabr tarixli, 2-2(103)974/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...., “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulm adıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı” ilə təsdiq edilmiş «X1 Qaydaları»nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. ELEKTRİK ENERJİSİ İSTEHLAKİNİN REJİMLƏRİ VƏ ƏSAS ŞƏRTLƏRİ 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçİrilir.” “7. ELEKTRİK ENERJİSİNİN UÇOT CİHAZLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ... 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələ rlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir....” “8. ELEKTRİK ENERJİSİNDƏN (AKTİV VƏ REAKTİV) İSTİFADƏYƏ GÖRƏ HESABLAŞMALAR... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisi nin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövrün də ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.... 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır....” “9. İSTEHLAKÇİLARİN MƏSULİYYƏTİ VƏ ONLARA ELEKTRİK ENERJİSİ VERİLİŞİNİN DAYANDİRİLMASİ ŞƏRTLƏRİ 9.1. İstehlakçı sərəncamındakı el ektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır....” “10. ENERJİTƏCHİZATİ MÜƏSSİSƏSİNİN MƏSULİYYƏTİ... 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçini n mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə;...”
42. Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
45. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi «X1 Qaydaları» nın 8.15-ci bəndini tətbiq etməli olduğu halda, səhvən 8.16-cı bəndini tətbiq etmişdir.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən istifadədə olan sayğaca və tranformatora hər hansı müdaxilə edilməmişdir (bax yuxarıda § 12, 27). Sözügedən Qaydaların 8.16-cı bəndi də məhz istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulduğu halları tənzimləyir.
47. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin sözügedən Qaydaların müvafiq bəndinin düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şika yətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən mübahisəli 15131,20 manat borcun hesablanması qaydasına dair zəruri əsaslandırma və sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilməmişdir. 49 Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə (bax yuxarıda § 35) münasibətdə qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, işdəki sübutlar mülki prosess ual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
50. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 22(103)-974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli E.Y.Şamayev