Məhkəmə qərarları › İş №2-2(102)-187/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-187/2023

02.03.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-187/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil orderi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, e-2-2(113)-530/2023 saylı qərardadından verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdi:

1. İddiaçı İddiaçı Cavabdehnə qarşı 2022-ci il 13 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 manat olmaqla ümumilikdə 39.000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10.500 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2022-ci il 1 oktyabr tarixindən 2023-cü il 1 oktyabr tarixinədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, e-2-2(113)-530/2023 saylı qərardadı ilə Cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti rədd edilmişdir (hakim – K.Hüseynov).

3. Həmin qərardaddan 2023-cü il 20 fevral tarixində Cavabdeh MMC tərəfindən şikayət verilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 fevral tarixli, e-2-2(113)-530/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Cavabdeh tərəfindən qərardaddan verilən şikayət nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

6. Belə ki, Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

7. İşdən göründüyü kimi hazırkı halda iş materiallarında vəkil Nümayəndə1 məxsus order mövcud olsa da, həmin orderdə tapşırığın yerinə yetirildiyi məhkəmə kimi Ali Məhkəmə deyil, Bakı Kommersiya Məhkəməsi göstərilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

8. MPM-in 403-1.4-cü maddəsinə əsasən, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

9. Beləliklə, aidiyyət üzrə məhkəmə qərrdadından verilmiş şikayətə bu məqsədlə verilmiş vəkil orderi əlavə olunmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli və geri qaytarılmalıdır.

10. MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 - 408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

11. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 403-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım:

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 fevral tarixli, 2-2(113)-530/2022 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin icraata qəbulundan imtina edilsin. Qərardad qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar