Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-188/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il QƏRARİ iş № 2-2(102)-188/19 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı X8 və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 Cavabdeh ASC-yə qarşı lizinq müqaviləsi üzrə alınmış heyvanların tələfatı ilə bağlı zərərin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev; iş № 2-2(82)-343/2018) ilk iddianın təmin edilməsi; cavabdeh ASC-dən 06 fevral 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən sığorta hadisəsinə görə 84.280,73 manat ödənilməmiş söğorta pulu tutularaq iddiaçıya ödənilməsi; qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi; iddiaçıdan 49.389,85 manat əsas borc məbləğinin tutularaq cavabdeh ASC-yə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov, iş № 2-2(103)2/2019) cavabdeh ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddiaçının ilk iddiasının təmin edilməməsi; cavabdeh ASC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi; 49.389.85 manat əsas borc və 4.000 manat cərimə olmaqla, cəmi 53.389,85 manat məbləğdə pulun iddiaçıdan tutularaq, cavabdeh ASC-yə ödənilməsi; 06 fevral 2017-ci il tarixli 21-LD/17 nömrəli lizinq müqaviləsi ləğv edilməsi; lizinq obyekti olan 16 damazlıq heyvanın iddiaçı tərəfindən sağlam vəziyyətdə Cavabdeh ASC-yə qaytarılması qərara alınmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X8 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkmədən, cavabdeh ASC-dən ölmüş heyvanların sığorta müqaviləsinə əsasən dəyəri 84.280,73 manat ziyanın alın araq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC iddiaçı X5 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə 49.389,85 manat əsas borcun, 10.014,98 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 59.434,83 manat pul vəsaitinin iddiaçıdan tutularaq cavabdeh ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyası ndan həmin qətnaməni ləğv edərək, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarlmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsinin qətnaməni ləğv edərək, işin yeni dən Bakı Apellyasiya Məhkəməsinə qaytarlmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı Ə.Quluyev vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh ASC-nin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPMnin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə ap ellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, AR Nazirlər Kabinetinin 22.09.2008-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cavabdeh ASC tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq hazırki iş üzrə tərəflər arasında bağlanmış “Dövlət vəsaiti hesabına idxal olunmuş "Cavabdeh" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” 21-LD/17 nömrəli 06.02.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh "Cavabdeh" ASC 99 baş ümumi dəyəri 171.489,57 manat olan damazlıq heyvanı iddiaçıya, bu heyvanların güzəştli satış dəyərini l izinq ödəniş qrafikinə uyğun tam ödədikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra, onun mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı damazlıq heyvanların güzəştli satış dəyərindən 54.740,63 manat məbləği əvvəlcədən ödəmiş və 85.744,78 manat qrafik ödənişini və ilkin ödənişdən qalan 31.004,16 manat məbləği isə həmin bənddə göstərilən qrafikə əsasən, ödəməyi öhdəşinə götürmüşdür. Cavabdeh ASC-nin iddia ərizəsində qeyd edilənlərə görə, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəhkləri yerinə yetirməmişdir. Belə ki, 01.01.2018-ci il tarixinədək 54.389,16 manat ödəməli olduğu halda, cəmi 4.999,31 manat ödəniş daxil olmuş və müqavilə üzrə həmin tarixədək 49.389,85 manat borcu qalmışdır. İddiaçı lizinq müqaviləsi üz rə 49.389,85 manat əsas borcu qəbul edir və 1-ci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən də apellyasiya şikayəti verməmişdir. İşin materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rayon Baytarlıq İdarəsinin 09 may 2016-cı il tarixli aktına əsasən, Cavabdeh ASC tərəfindən Avstriya Respublikasından satın alınıb gətirilən 99 baş Holştin-Friz cinsli damazlıq iri buynuzlu heyvanlar Beyləqan rayon Yuxarı Aran kəndi ərazisində fəaliyyət göstərən iddiaçıya məxsus fermer təsərrüfatına təhvil verilmiş və karantin müddəti və heyvanların lizinqə verilməsi ilə bağlı sənədləşmə dövrü ərzində onların zoobaytar normaları tələblərinə uyğun qulluq edilməsini və heyvanların sağ- salamat saxlanılmasını sahibkar öz üzərinə götürmüşdür. İşin materiallarına olan 22.09.2016-cı il tarixli akta görə, iddiaçının “xxxx” ASC-yə 20.09.2016cı il tarixdə vurduğu teleqramla əlaqədar həmin ASC-nini sədrinin 322/E nömrəli 21.09.2016-cı il tarixli əmrinə əsasən sahibkarın təsərrüfatında olunmuş, heyvanların saxlanma və yemlənmə şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, birka nömrəsi DE**********, DE**********, DE**********, DE035139750, DE**********, DE**********, DE**********, DE**********, DE**********, DE********** olan heyvanlar rayon Baytarlıq idarə rəisinin verdiyi məlumata görə uzun müddətdir ki, alimentar distrofiya diaqnozu ilə ayağa dura bilmirlər. Cins mal-qara saxlanılan təsərrüfat daxilində ev quşları (qaz və ördək) və xırda buynuzlu heyvanların saxlanılması yolverilməzdir. Buna baxmayaraq təsərrüfat rəhbəri -iddiaçı X7 Xidmə tinin əməkdaşlarının, rayon kənd təsərrüfatı idarəsinin əməkdaşlarının tövsiyyə və tapşırıqlarına əməl etməmişdir. Təsərrüfata baxış zamanı məlum oldu ki, heyvanların saxlanma və yemlənmə şəraiti zoobaytar tələblərinə uyğun deyil. İşin materiallarında olan 06.01.2017-ci il tarixli akta görə, iddiaçı, Cavabdeh ASC-dən 59İM/16 nömrəli 29.02.2016-cı il tarixli ilkin müqaviləyə əsasən 2016-cı ilin may ayında 99 baş Holştin-Friz cinsli damazlıq heyvan götürmüşdür. Cavabdeh ASC-nin mütəxəssisləri dəfələrlə Beyləqan rayonunda iddiaçının heyvandarlıq təsərrüfatında heyvanların saxlanma və bəslənmə şərati ilə tanış olmuş və müəyyən etmişlər ki, təsərrüfatda heyvanların saxlanılmasında və yemləndirilməsində acınacaqlı vəziyyət yaranmışdır. Belə ki, damazlıq heyvanların saxlanma və yemlənmə şəraiti z oobaytar şəraitinə uyğun deyil, heyvanlar ortadan aşağı və arıq köklük dərəcəsindədir. İddiaçı lizinqə götürdüyü heyvanların saxlanılmasında, yemlənməsində müətəxəssislər tərəfindən verilmiş göstərişlərə əməl etmir. Mütəxəssislərin verdiyi rəyə görə, heyvanların mövcud şəraitdə saxlanması yaxın gələcəkdə onların kütləvi tələfatı ilə nəticələnə bilər. Sahibkara bir daha bildirildi ki, məhkəmə qərar çıxarana qədər heyvanlar arasında kütləvi tələfat hallarının qarşısını almaq üçün heyvanlar götürülüb, Gəncə şəhərindəki regional nümayəndəliyə aparılaraq karantində saxlanmalıdır. Karantin dövründə heyvanların sağlamlıq vəziyyəti yaxşılaşdığı və orta və ortadan yuxarı köklük dərəcəsinə çatdırıldığı halda sahibkar ilkin ödənişi ödədiyi təqdirdə qaytarılıb özünə lizinqə verilməsi ona təklif olundu, lakin sahibkar damazlıq heyvanların balaları ilə birlikdə geri qaytarmaqdan imtina etdi və Cavabdeh ASC bununla bağlı məhkəməyə müraciət etmişdir. “Sığorta haqqının ödənilməsi barədə” 06.02.2017-ci il tarixli müqaviləyə görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, 3 il müddətinə damazlıq heyvanlar sığortalanaraq lizinqə verilir və lizinq alan 10.289,37 manat məbləğdə sığorta haqqını lizinqə verənə tam həcmdə ödəyir (bənd 2). Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır (b. 3). Sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır (b. 4). İşin materiallarında olan “xxxx” ASC-nin Cavabdeh ASC-yə ünvanladığı 27.05.2017-ci il tarixli 01/R-017 saylı məktubunda X6 Xidmətinin, Beyləqan rayon Baytarlıq İ darəsinin, Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsinin rəhbər işçi və mütəxəssislərinin 29.08.2016, 13.09.2016, 14.09.2016, 15.09.2016 və 22.()09.2016-cı il tarixli aktlarında iddiaçı tərəfindən heyvanların saxlanması və yemləndirilməsinin zoobaytar tələblərə uyğun olmaması, heyvanların az miqdarda quru ot, kəpək, cüzi miqdarda arpa və buğda yarması ilə yemləndirildiyi, heyvanlara sulu şirəli, balanslandırılmış qüvvəli yemlər verilməməsi səbəbindən onların orqanizminin ümumi müqavimətinin zəifləməsi, heyvanların arıqlaması və kaxeksiya vəziyyətinə düşməsi ilə nəticələnməsi, heyvanların tövlədə bağlı, antisanitar şəraitdə saxlanılması, onlara gəzinti verilməməsi, sahibkarın X6 Xidməti, Beyləqan rayon Baytarlıq İdarəsi, Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən veri lmiş tövsiyə və göstərişlərə əməl etməməsi, elə bu səbəblərdən iddiaçıya verilmiş 99 baş damazlıq heyvanlardan 51 baş (51,5%) heyvanın tələf olması qeyd olunduğu, sığortalının sığortalanmış əmlaka (cins düyəyə) dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri vaxtında görmək iqtidarında olduğu halda, sırf təsərrüfatsızlıq nəticəsində həmin tədbirləri görmədiyinin təsdiq olunduğu, məhz bu səbəblərdən sığorta ödənişlərindən imtina edildiyi, 10.07.2017- ci il tarixli 07/SÖ-177 saylı məktubunda AT 473317322, DE **********, DE **********, DE **********, DE **********, AT 942616518, DE ********** birka nömrəli heyvanların tələf olmasında sığorta riskinin baş vermədiyi, heyvanların sırf təsərrüfatsızlıq səbəbindən tələf olmaları, Beyləqan rayon Kənd Təsərrüf atı İdarəsinin, Beyləqan rayon Baytarlıq İdarəsinin rəhbər işçi və mütəxəssislərinin 13.01.2017-ci il tarixli aktına əsasən təsərrüfatda kifayət qədər qaba və qüvvəli yem ehtiyatı olmadığından iddiaçının təsərrüfatında 45 baş heyvanın alimentar distrofiyadan öldüyü, sığorta ödənişindən əsaslı imtina edildiyi göstərilmişdir. İşin materiallarında olan, “xxxx” ASC-nin Cavabdeh ASC-yə ünvanladığı 22.08.2017-ci il tarixli 07/SÖ-353 saylı məktubunda da, iddiaçı tərəfindən heyvanların saxlanılmasında yol verdiyi kobud təsərrüfatsızlığı təsdiq edən eyni xüsusatlar qeyd olunmuş, heyvanların sahibkardan geri alınmalı olduğu göstərilmişdir. Araşdırılan qətnamədən gööründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləndirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla lizinq alanın istifadəsinə verməyə borcludur. Lakin alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtındane əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmada n sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Cavabdeh ASC tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları»nın: 2.7-ci bəndinə əsasən, istehsalçı lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan Cəmiyyətin müvafiq bankdakı hesablaşma hesabına hesabfakturaya əsasən ödəyir. İs tehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir. Həmin Qaydaların 2.8-ci bəndinə müvafiq olaraq ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alğısatqı əməliyyatı həyata keçirilir və 3 il müddətinə lizinq müqaviləsi bağlanılır. Həmin Qaydların 2.9-cu bəndinə görə, istehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı: 2.9.1. dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz; 2.9.2.saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir; 2.10. istehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir. Yuxarıda qeyd olunmuş ödəniş qrafıkində nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə 2 dəfədən çox ödənilməməsi halında lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ 06.02.2017-ci il tarixli lizinq müqaviləsinin 5.2-ci bəndində də təsbit olunmuşdur. İddiaçının lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəməməsi işin mübahisəsiz halı olduğu, habelə iddiaçı 15-16 inəyin hazırda sağ olduğunu bildirdiyi üçün, qarşılıqlı iddia 49.389,85 manat əsas borcun tutulması, müqavilənin ləğv edilməsi və lizinq obyekti olan damazlıq heyvanlardan 16-nın sağlam vəziyyətdə geri alınması hissədə əsaslıdır. Qarşılıqlı iddia 10.014,98 manat cərimə nin tutulması hissədə isə qismən təmin olunmalıdır. Belə ki, MM-in 462.1 -ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinməktəşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı cərimə məbləğinin tutulmasını 06.02.2017-ci il tarixli lizinq müqaviləsinin 5.4-cü bəndi ilə əsaslandırsa da (... hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğdə cərimə...), tərəflərin bütün əsaslı əmlak mənafelərini nəzərə alınsa, 10.014,98 manat tənasübsüz surətdə yüksəkdir və bu məbləğin geniş tətbiq olunan məhkəmə təcrübəsinə əsasən 4.000 manat həddə azaldılması ədalətli sayılmalıdır. Lakin 1-ci instansiya məhkəməsi qətnaməsində qarşılıqlı iddianın müqavilənin ləğv edilməsi və lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması tələblərini ümumiyyətlə müzakirə etməmiş və həmin tələblərin rədd olunmasını əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, həmin qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi v ə bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğu üçün, ləğv edilməlidir. İlki iddia əsassız olduğundan rədd edilməlidir,belə ki, iddiaçı öz tələbini belə əsaslandırmışdır: «İndiyənə kimi ölmüş heyvanlara sığorta pulu ödənilməmişdir. Ölmüş heyvanların sığorta müqaviləsinə əsasən dəyəri 90.519,04 manat təşkil edir. Dəfələrlə iddiaçı cavabdeh təşkilata müraciət etsə də, onlar müxtəlif bəhanələr gətirərək ona vurulmuş ziyanı ödəməkdən imtina edirlər. Verilmiş cavab məktublarından belə məlum olur ki, "Cavabdeh" ASC-nin X3 ilə müqaviləsi olmuş, hal-hazırda isə həmin müqavilə "Günay Siğorta" ilə bağlanmışdır. "Günay Siğorta" ilə "Cavabdeh" ASC arasındakı mübahisənin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı istər lizinq, istərəsə də siğorta müqaviləsi ilə üzərinə düşən bütün öhdəli klərini vaxtı-vaxtında icra etmişdir. "Günay Siğorta"- nın "Cavabdeh" ASC-yə verdiyi cavab məktubundakı xüsusatlar həqiqətə uyğun deyil.» Göründüyü kimi, iddiaçı lizinq təşkilatı cavabdehdən sığorta müqaviləsindən irəli gələn və sığortaçı (sığorta təşkilatı) tərəfindən ödənilməli ödənişləri tələb edir. Digər tərəfdən, iddiaçı “Sığorta haqqının ödənilməsi barədə” 06.02.2017-ci il tarixli müqaviləyə əsasən 10.289,37 manat məbləğdə sığorta haqqı ödədiyi halda hansı 84.280,73 manat zərəri tələb etdiyini və məbləğin riyazi cəhətdən formalaşma hesablarını açıqlamamışdır. Bundan əlavə, eyni müqavilənin 3-cü bəndində göstərilmişdir ki, sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Əgər fərz olunsa ki, iddiaçı “Sığorta haqqının ödənilməsi barədə” 06.02.2017-ci il tarixli müqavilənin 4-cü bə ndinə istinad edir, o halda iddiaçının tələbinin əsaslı olması üçün 2 şərt yerinə yetirilməlidir: 1) sığorta hadisəsi baş verməlidir; 2) sığorta təşkilatı lizinq verənə vəsait ödəməlidir ki, sonuncu da bu vəsaitin yarısını lizinq alana qaytarsın. Lakin işdən müəyyən edilir ki, ölmüş inəklərdən 3 başına görə iddiaçıya 4.999,31 manat sığorta ödənişi edilmişdir, qalan ölmüş inəklərlə bağlı sığorta təşkilatı sığorta hadisəsinin baş vermədiyini irəli sürərək sığorta ödənişinin aparılmasından imtina edir və bu halın qanuniliyinin yoxlanılması da hər bir halda hazırkı mübahisənin perdmetinə daxil deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir, cavabdeh ASC etirazının əsasları sübut olunur. Belə ki, Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Həmin Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi icbari sığorta qanunoarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxmslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-188/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-188/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver