Məhkəmə qərarları › İş №2-2(102)-19/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-19/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-19/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(103)-744/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 2022-ci il 30 mart tarixli 262 nömrəli malların və/və ya xidmətlərin alışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən, satıcı satır, alıcı isə müqaviləyə əsasən tərəflər arasında razılaşdırılacaq qoşmalarda göstəriləcək çap, tipoqrafiya, promo, reklam, möhür-ştamplar, dəftərxana və təsərrüfat mallarım və/və ya xidmətlərini alır. Mövcud müqavilə Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Mövcud müqavilə alıcı və satıcı tərəfindən imzalanana qədər alıcı satıcı qarşısında heç bir öhdəlik daşımır. - 5.1-ci bəndinə əsasən, mallar üzrə qiy mət və müvafiq ödəniş şərtləri, bu müqavilənin qoşmalarında müəyyən edilib. - 5.2-ci bəndinə əsasən bu müqavilənin qoşmalarında başqa hal müəyyən edilməyibsə, malların ödənişi satıcının hesab faktura təqdim etdiyi gündən 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir. - 25-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Ancaq, tərəflər yazılı şəkildə qarşılıqlı razılığa gələrək müqavilənin müddətini artıra bilərlər, bundan başqa, tərəflərdən hər biri məhsul/xidmət in təmin edilməsindən əvvəl müqaviləyə xitam vermək hüququna malikdir və bu zaman müqaviləyə xitam verən tərəf digər tərəfə 30 (otuz) gün əvvəlcədən yazılı bildiriş təqdim edəcək. Alıcı müqaviləyə xitam verilməsi haqqında bildiriş verilən tarixdən əvvəl icra olunmuş məhsul/xidmətin dəyərini satıcıya ödəməlidir.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan 2022-ci il 30 mart tarixli 262 nömrəli müqavilənin 1 saylı əlavəsində satılacaq malın qiyməti ümumilikdə (2.637 manat ƏDV daxil) 17.287 manat göstərilmiş, lakin Əlavə 1 yalnız satıcının imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə (1.715,22 manat ƏDV daxil) 11.244,22 manat dəyərində göndərilmiş mallara görə 2022-ci il 27 aprel tarixli EBBV seriyalı 272263 nömrəli elektron qaimə tərtib edilərək ele ktron sistem vasitəsi ilə təqdim edilmişdir.

4. Yol vərəqələrinə əsasən mal təchiz edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müştəri Cavabdeh MMC-yə ümumilikdə ƏDV xaric 16.190 manat dəyərində mallar təqdim edilmişdir (İİ cild, iş.v59-66).

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 11.244,22 manat dəyərində malların təqdim edilməsinə görə 2022-ci il 27 aprel tarixli EBBV seriyalı 272263 nömrəli elektron qaimə göndərilmişdir.

6. İddiaçı MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC, bundan sonra-“iddiaçı”) Cavabdeh MMC- yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.244,22 manat əsas borc, 200 manat məcburi ilkin mediasiya xərci və 125 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə-11.569,22 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 30 mart tarixli 262 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17.287 manat dəyərində mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq alıcı ona verilmiş malların dəyərini tam ödəməmiş və 2023-cü il 12 aprel tarixədək 11.244,22 manat əsas borcu yaranmışdır. Halbuki, müqavilənin 5.2-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən sonra, alıcı malların dəyəri ni 30 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il tarixli 05 iyul tarixli e-2-2(113)2438/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim L.Əliyeva).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda cavabdehin qeyd edilən müqavilə üzrə iddiaçıya olan borcu ƏDV daxil 11.244,22 manat təşkil edir. Malların təqdim edilməsi faktını cavab dehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir.

11. Cavabdehin təqdim edilmiş malları daha aşağı qiymətə alması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehə alqı-satqının predmeti olan malların razılaşdırılmış qiymətini təsdiq edən əlavə sübutların təqdim edilməsi üçün vaxt verilsə də, cavabdehin nümayəndəsi nə təyin edilmiş növbəti məhkəmə iclaslarında iştirak etmiş, nə də ki, əlavə sübutları məhkəməyə təqdim etmişdir.

12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehə mübahisəli malların iddia ərizəsində göstərilən qiymətə-ƏDV daxil 11.244,22 manata satılmasına dair elektron qaimə göndərilsə də, cavabdeh həmin elektron qaiməni qanunvericilikdə nəzərdə tutulmuş 5 gün müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh üçün vergi öhdəliyi yaradan elektron qaimə ilə bağlı iddiaçıya və ya vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Məhkəmə hesab etmişdir ki, göstərilən hal da tərəflərin mübahisəli malların məhz iddiaçının iddia etdiyi qiymətə alqı-satqısına dair razılığa gəlməsinə dəlalət edir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(103)-744/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 30 mart 2022-ci il tarixli 262 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 27 aprel 2022-ci il tarixli, EBBV seriyalı, 272263 saylı elektron qaimədə dəyəri ƏDV daxil 11.244,22 manat manat qeyd edilmiş malın satılması işin mübahisəsiz halıdır.

17. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə işə birinci instansiya qaydasında baxılarkən 15 may 2023-cü il ta rixdə keçirilmiş məhkəmə iclasında malları iddiaçıdan aldıqlarını təsdiq etmişdir. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, satılacaq malın qiyməti ilə bağlı tərtib edilmiş müqaviləyə Əlavə 1 alıcı tərəfindən imzalanmamışdır. İddiaçı elektron qaimədə satılmış malın dəyərini razılaşdırılmış qiymətdən yüksək göstərmişdir.

18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, satılacaq malın qiyməti ilə bağlı 1 saylı Əlavə alıcı olaraq cavabdeh tərəfindən imzalanmasa da, satılmış malın qiyməti həm yol vərəqələrində, həm elektron qaimədə öz əksini tapdığı halda cavabdeh həmin qiymətlərlə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərmədən malları qəbul etdiyindən və elektron qaiməyə düzəliş və ya ləğv edilməsi ilə bağlı mü raciəti olmadığından hazırda həmin qiymətə etiraz etməsi əsassızdır.

19. Bundan əlavə malın dəyərinin ödənilməsi barədə sübutları məhkəməyə təqdim etmək öhdəliyi iddiaçının deyil, cavabdehin üzərinə düşdüyü halda cavabdeh məhkəməyə ödənişlər və iddiaya etirazının əsasları ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

20. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş, qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və ya prosessual pozuntuya yol verməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 398.1, 398.3, 442, 567 və 597.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MPM-in 9.1, 9.3, 88, 97, 217.1, 217.3, 372.6, 384.0.2, 386, 390, 418-ci maddələri üzrə-elektron qaimədə 11.244,22 manat qeyd edilməsinə baxmayaraq, malların faktiki dəyəri təqribi 6000 manat olmuşdur. Cavabdehin bu faktı təsdiq etməsi malların alınmasında və əldə edilməsində iştirak etmiş həm iddiaçının həm də cavabdehin işçiləri olan şahidləri də var. Həmçinin, elektron qaimədə 11.244,22 manat qeyd edilmiş, lakin yol vərəqələrində ümumi məbləğ 16.190 manat olmuşdur. İddiaçı cavabdehin öhdəliyin bir hissəsini icra etdiyini, qalan borcun 11.244,22 manat olduğunu bildirsə də, ödənişlərin olunmasına dair sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin hissəni araşdırmamış, cavabdehin faktiki olaraq hansı məbləğdə ödəniş etdiyini, hansı hissədə borclu qaldığını müəyyən etmədən natamam sübutlara istinad edərək qətnamə qəbul etmişdir. 24. 2022-ci il 30 mart tarixli alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsi yalnız satıcı tərəfindən imzalanaraq möhürlənmişdir. Yəni, iddiaçı malların qiyməti ilə bağlı əlavəni cavabdehlə razılaşdırmadan və onun iştirakı olmadan tərtib edərək imzalamışdır. Nəticə etibarı ilə müqavilədən fərqli olaraq əlavə etibarsızdır və həmin əlavəyə uyğun olaraq müəyyən edilmiş məbləğlərin tələb edilməsi əsassızdır. Məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən verilmiş alqı-satqı müqaviləsi və ona 1 saylı əlavənin etibarlılığı müəyyən edilməli idi. Məhkəmə isə bu halı aydınlaşdırmamış, əqdlərin etibarlılığına münasibət bildirməmiş, Əlavənin yalnız iddiaçı hüquqi şəxs tərəfindən imzalanın möhürləndiyini qeyd etmişdir. Beləliklə, məhkəmə tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin hüquqi və faktiki halları aydınlaşdırılmadan qətnamə qəbul olunmuş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, iş üçün əlavə sübutlar tələb edilməmiş, şahidlər dindirilməmiş, real borcun müəyyən olunması barədə ekspertiza təyin etmədən qanunsuz və əsassız bir qətnamə qəbul olunmuşdur. Halbuki işin obyektiv həlli baxımından cavabdehin real borcunun müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli idi.

25. Məhkəmə qətnaməsi prosessual pozuntularla qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edil ən sənədlərin ekspertizasının keçirilməməsi, qətnamənin çıxarılması zamanı cavabdehin iştirakının təmin edilməməsi, əvvəlki iclasda cavabdehə əlavə sübutlar şahidlər təqdim etmək imkanının verilməməsi səbəbindən qətnamə qanunsuzdur və tərəflərin çəkişməsi prinsipinin pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgü n tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin raz ılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.... 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurla rla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Aluı-satqı müqaviləsi Aluı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyan ın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkə tlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən mün asibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 16-19).

34. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair, eləcə də iş üzrə yeni sübutların toplanmasına yönələn dəlilləri ilə b ağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM-nin 407.2-ci maddəsi).

35. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmamasına gəldikdə, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPMnin 77.1-ci maddəsi).

36. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.

37. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Ele ktron məhkəmə» informasiya sistemi vasitəsilə (elektron kabinetə yerləşdirilməklə) lazımi qaydada məlumat verilmiş, lakin səbəbi barədə məlumat vermədən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərini əsassız hesab edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(103)-744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar