Məhkəmə qərarları › İş №2-2(102)-191/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-191/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-191/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-353/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı i craat qaydasında baxılmışdır. İşin halları

1. Təchizatçı İddiaçı MMC ilə müştəri Cavabdeh MMC arasında 2021-ci il 28 aprel tarixində bağlanmış * nömrəli müqaviləyə əsasən təchizatçı Əlavə A-da göstərilən malları istehsal edib təchiz etməlidir. Müqavilə 2021-ci il 28 aprel tarixdə qüvvəyə minmiş və 2022-ci il 28 aprel tarixinədək qüvvədə olması nəzərdə tutulmuşdur. Ödənişlər Əlavə B-də qeyd edilən cədvələ uyğun aparılmalı və müştəri hesab-faktura təqdim edildikdən sonra 7 iş günü ərzində ödənişi həyata keçirməlidir.

2. Müqavilənin əlavələrinə görə, tərəflər malların miqdarı, xüsusiyyətləri və qiyməti barədə razılığa gəlmişlər. Müqavilənin qiyməti Əlavə B.2-də 594.888,70 manat, Əlavə B.3də isə 1.011.310,79 manat olaraq göstərilib. Müqavilə imzalandıqdan sonra 90 gün ərzində qiymətin 30%-i əv vəlcədən ödənilməli, qalan 70%-i isə fakturalar təqdim edildikdən sonra 7 gün ərzində ödənməlidir. 3. 2021-ci il 28 iyul tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Şəki rayonu Qırxbulaq kəndində yerləşən Tütünqurutma məntəqəsinin tikintisi ilə bağlı xidmətlər təhvil verilmişdir. Bu xidmətlərə müxtəlif metal konstruksiyaların yığılması və montajı daxildir.

4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2022-ci il 30 mart tarixində bağlanmış *** nömrəli müqavilə 2022-ci il 30 mart tarixində qüvvəyə minmiş və 2023-cü il 28 mart tarixinədək qüvvədə olması nəzərdə tutulmuşdur. Ödənişlər Əlavə B1-də göstərilən cədvələ uyğun həyata keçirilməli və müştəri fakturaları 7 gün ərzində ödəməlidir. Müqavilə üzrə ümumi məbləğ 191.514 manat təşkil edir. 5. 2022-ci il 30 mart tarixli mü qaviləyə əsasən İddiaçı MMC-yə 51.000 manat, 2022ci il 1 aprel tarixli bildirişə görə isə 9.180 manat ƏDV köçürülmüşdür ("xxxx" ASC hesabdan çıxarış). 6. 2022-ci il 10 may tarixli Forma 2/İPC-yə əsasən, X2 Məntəqəsində görülmüş işlərin ümumi dəyəri 213.591,8 manat təşkil edir. İşlərə layihə sənədlərinin hazırlanması, torpaq işləri və digər tikinti xidmətləri daxildir.

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 2022-ci il 30 may və 2022ci il 15 dekabr tarixli təhvil-qəbul aktlarına əsasən, X2 Məntəqəsində görülmüş müxtəlif işlər, o cümlədən müvəqqəti ofis, anbar və digər tikinti işləri təhvil verilmişdir.

8. İddiaçı MMC tərəfindən *** nömrəli müqavilə üzrə ümumi dəyəri 213.591,80 manat olan işlərin görülməsinə dair 2022-ci il 22 iyul tarixli elektron qaimə və * nömrəli müqavilə üzr ə ümumi dəyəri 73.463,12 manat olan işlərə dair 2023-cü il 15 mart tarixli elektron qaimə Cavabdeh MMC-yə göndərilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubunda borcun 2 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 215.668,70 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya sessiyası üçün ödənilmiş rüsumun və 100 manat məbləğində dövlət rüsumunun, cəmi 216.168,70 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2022-ci il 30 mart tarixində bağlanmış *** nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus torpaq sahəsində X1 Zavodunun tikintisini, avadanlıqlarla təmin edilməsini və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik tam yerinə yetirilmiş, işlər təhvil-təslim aktı ilə rəsmi qaydada cavabdehə təhvil verilmişdir. Görülmüş işlərə dair qaimələr və hesab-fakturalar elektron qaydada cavabdehə göndərilmişdir. İddiaçı müqavilə öhdəliklərini tam yerinə yetirdiyi halda, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, sifarişçi hesab-fakturaların təqdim edildiyi gündən etibarən 7 təqvim günü ərzində ödənişi həyata keçirməlidir. Lakin elektron qaimələrin təqdim olunmasından uzun müddət keçməsinə baxm ayaraq, cavabdeh tərəfindən ödəniş tam olaraq icra edilməmişdir. Müqavilənin 7.4-cü bəndinə əsasən, hər iki tərəf müqavilə öhdəliklərinə əməl etməyi öhdəsinə götürmüş, 7.4.1-ci bəndinə əsasən isə sifarişçi təqdim edilən fakturaların vaxtında ödənilməsinə dair məsuliyyət daşıyır.

12. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində borc məbləğinin hansı əsaslarla yarandığı açıq şəkildə göstərilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə tələb edilən 215.668,70 manat məbləğinin hansı hesablamalara əsaslandığını sübut etməmişdir. Müqavilənin dəyəri ilə bağlı yazılı sübut təqdim edilməmiş, pretenziya məktubunda borcun məbləği ilə bağlı anlaşılmaz ifadələrə yer verilmişdir. İddiaçı cavabdeh tərəfindən ödənilmiş 51.000 manat məbləğini bilərəkdən gizlətmiş dir. Ödəniş sənədlərinə əsasən, müqavilənin imzalandığı gün cavabdeh tərəfindən avans qismində 51.000 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Digər bir əsas arqument isə iddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməməsidir. Tərəflər arasında ilkin razılaşma olsa da, daha sonra yaranan fikir ayrılığı səbəbindən işlərin icrası dayandırılmış və mallar iddiaçıya geri qaytarılmışdır. Bununla bağlı 2022-ci il 15 dekabr tarixli 3 nömrəli təhvil-təslim aktı məhkəməyə təqdim olunmuşdur. İddiaçının təqdim etdiyi 2022-ci il 30 may tarixli aktla müqayisə aparıldıqda, mal-materialların tam həcmdə geri qaytarıldığı aydın olur. Tərəflər arasında təhvil verilmiş malların dəyəri 4 nömrəli təhviltəslim aktı ilə yekun olaraq rəsmiləşdirilmişdir. Bu baxımdan, görülmüş işlərin dəyəri tam həcmdə ödənilmiş və qalıq məbləğlə bağlı iddiaçının tələb hüququ mövcud deyil.

13. İddiaçı cavabdehin yazılı etirazına münasibət bildirərək, borc məbləğinin haradan yaranmasına dair cavabdehin iradlarını əsassız hesab etmiş, bildirmişdir ki, borc məbləği tərəflər arasında imzalanmış müqavilələr üzrə görülmüş işlərin qarşılığında ödənilməmiş məbləğlərdən formalaşmışdır. Belə ki, 2021-ci il 2 aprel tarixli * nömrəli müqavilə çərçivəsində sifarişçinin tələblərinə uyğun olaraq görülmüş işlərin dəyəri 62.256 manat təşkil etmiş, lakin bu məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Bundan əlavə, 2022-ci il 30 mart tarixli *** nömrəli müqavilə üzrə də iddiaçı öz öhdəliklərini tam yerinə yetirərək işi cavabdehə təhvil vermiş, lakin cavabdeh yalnız 51.000 manat ödəniş etmiş, qalan məbləğ isə ödənilməmişdir. Müqavilə üzrə bütün işlər tam yerinə yetirilmiş və cavabdehə təhvil verilmişdir.

14. Cavabdehin təqdim etdiyi 3 saylı təhvil-təslim aktı ilə bağlı iddiaçı qeyd etmişdir ki, bu aktda əks olunan qaytarılmış əşyalar müqavilə üzrə görülməli olan işlər deyil. Onlar sifarişin icrası üçün əraziyə gətirilmiş texniki avadanlıqlar və iş alətləri olmuşdur ki, işlər başa çatdıqdan sonra işçi heyəti ilə birlikdə ərazidən çıxarılması zəruri idi. Bundan əlavə, 4 saylı təhvil-təslim aktında yalnız görülmüş işlərin kiçik bir hissəsinin əks olunmuşdur. Bu sənəd əsasında cavabdehin bütün işlərin geri qaytarıldığı barədə arqumenti yanlışdır və borcun ödənilməsinə dair öhdəlik tam olaraq qüvvədə qalır.

15. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, göstərmişdir ki, tərəfl ər arasında * nömrəli 2021-ci il 28 aprel tarixli və *** nömrəli 2022-ci il 30 mart tarixli iki müqavilə imzalanmış və bu müqavilələr üzrə iddiaçı tərəfindən işlər görülmüşdür. *** nömrəli müqaviləyə əsasən, əvvəlcə görüləcək işlərə görə ümumi məbləğ 191.514 manat müəyyən olunmuşdur. Lakin sonradan əlavə işlər həyata keçirildiyinə görə 2022-ci il 10 may tarixli 01 nömrəli düzəliş əsasında müqavilə üzrə real olaraq yerinə yetirilmiş işlərin siyahısı hazırlanmış və cavabdehə təqdim edilmişdir. Bu düzəlişə əsasən, iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri 213.591,80 manat təşkil etmişdir. Cavabdeh tərəfindən bu məbləğdən yalnız 51.000 manat əsas məbləğ və 9.180 manat ƏDV ödənilmiş, lakin qalan 153.411,80 manat məbləğin ödənilməsindən imtina edilmişdir. 16. * nömrəli müqavilə çərçivəs ində nəzərdə tutulmuş bütün işlər iddiaçı tərəfindən icra olunaraq cavabdehə təhvil verilmişdir. Daha sonra, cavabdehin sifarişinə əsasən, iddiaçı tərəfindən əlavə işlər görülmüş, lakin bu işlərə görə cavabdeh tərəfindən ödənilməli olan 62.256,88 manat məbləğ iddiaçının hesabına köçürülməmiş, nəticədə hər iki müqavilə üzrə ümumilikdə 215.668,70 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.

17. İşə birinci instansiyaməhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 9 oktyabr tarixli 316-16/2-10/3544 nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış inşaat işlərinə dair 2022-ci il 30 mart tarixli *** nömrəli müqavilə əsasında Əlavə A1-də nəzərdə tutulmuş işlər tam yerinə yetirilmişdir. *** saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında EBBY seriyalı, 976710 nömrəli elektron qaimədə göstərilmiş 2253 m3 həcmində qırma daş dolğusu və anbarlanması işləri tam şəkildə icra edilmişdir. Şəki rayonu, Qırxbulaq kəndi ərazisində tütün qurutma məntəqəsinin tikintisi layihəsi üzrə tərəflər arasında imzalanmış 28 iyul 2021-ci il tarixli təhvil və təslim aktı N 1-də qeyd edilmiş, metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinin icra edildiyi müəyyən olunmuşdur. Həmin qərardadda qeyd edilən, yerinə-yetirilmiş tikinti-təmir işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 71.620,50 manat (ƏDV-siz) təşkil edir.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli e-2-2(113)-862/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim L.Əliyeva).

19. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış * nömrəli malların istehsalı və təchiz edilməsinə dair müqavilə müxtəlif müqavilə növlərinin elementlərini özündə birləşdirən qarışıq müqavilə olsa da, mübahisəli hüquq münasibətləri məhz podrat işlərinin görülməsindən və görülmüş işlərə görə muzd ödənilməsindən irəli gəldiyindən bu münasibətlərə podrat müqaviləsi ilə bağlı qanunvericilik normaları tətbiq edilməlidir.

20. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə t utulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkətləri etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditor isə borcludan öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Öhdəliyin icra edilməməsi, onun vaxtında icra edilməməsi, qüsurlu icra edilməsi və ya ümumiyyətlə icra olunmaması hallarında isə borclu kreditora dəymiş zərəri ödəməli və öhdəliyin icra edilmədiyi bütün hallara görə məsuliyyət daşımalıdır.

21. Mübahisənin əsas predmeti iddiaçının ödənilməsini tələb etdiyi podrat işlərinin həqiqətən yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Bu məqsədlə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin olunmuş və ekspert rəyi əsasın da müəyyən edilmişdir ki, iddiaçının ödənilməsini tələb etdiyi işlər faktiki olaraq icra olunmuşdur. Belə ki, * nömrəli müqavilə üzrə metaldan bayraq dirəklərinin, metal işıq dirəklərinin, drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənməsi, altıaçıq örtüyün salınması, 1650 kv.m sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırılması kimi işlər icra olunmuş və dəyərlərinin ƏDV-siz 71.620,50 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan əlavə, * nömrəli müqavilə üzrə smetada nəzərdə tutulmuş işlərin tam şəkildə yerinə yetirildiyi və bu işlərə əlavə olaraq qırma daş dolğusu və anbarlanması işlərinin də həyata keçirildiyi sübut edilmişdir.

22. Cavabdeh tərəfindən əlavə işlərin sifariş edilmədiyi, onların görülməsinə ra zılıq verilmədiyi və qəbul olunmadığı barədə irəli sürülən arqumentlər məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, * nömrəli müqavilə üzrə görülmüş işlərin 191.514 manatlıq hissəsi müqaviləyə əlavə edilmiş "İşlərin təsviri" və "İşlərin miqdarı, xüsusiyyətləri və qiyməti" bölmələrində müəyyən olunduğundan, bu işlərin əlavə iş kimi qiymətləndirilməsi mümkün deyil. * nömrəli müqavilə üzrə isə müqaviləyə əlavə olunmuş sənədlərdə görüləcək işlərin tam təsviri yer almadığından, iddiaçının tələb etdiyi işlərin müqavilə bağlanarkən nəzərdə tutulmuş işlərə daxil olub-olmaması dəqiq müəyyən edilmir. Lakin həmin işlərin bir hissəsi-metaldan bayraq dirəkləri, metal işıq dirəkləri, drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj o lunması və rənglənməsi, altıaçıq örtüyün salınması işləri ilə bağlı 2021-ci il 28 iyul tarixli təhvil-təslim aktı tərtib olunmuş və bu aktı hər iki tərəf imzalayaraq möhürlənmişdir. Buna görə də, cavabdehin həmin işlərin sifariş olunmadığı və qəbul edilmədiyi barədə irəli sürdüyü iddialar əsassız hesab edilmişdir.

23. Bundan əlavə, * nömrəli müqavilə üzrə smetada nəzərdə tutulmamış qırma daş dolgusu və anbarlanması işləri, eləcə də * saylı müqavilə üzrə 1650 kvadrat metr sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırılması işləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh bu işlərdən faktiki olaraq faydalanmışdır. Cavabdeh icarəsində olan ərazidə görülmüş işlərlə bağlı uzun müddət heç bir irad bildirməmiş və etiraz etməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddi açıya təqdim olunan elektron qaimələr qanunvericilikdə nəzərdə tutulmuş 5 gün ərzində düzəliş üçün geri qaytarılmamış və hər hansı formada onlara etiraz olunmamışdır. Bu səbəbdən, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh bu işləri şifahi sifariş əsasında həyata keçirtmiş və görülən işlərə görə muzdun ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

24. Məhkəmə MM-in 753.3-cü maddəsinə istinadla göstərmişdir ki, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçı həmin işlər üçün ayrıca muzd almaq hüququna malikdir.

25. İlkin smetada dəyəri müəyyənləşdirilmiş işlərə görə cavabdeh tərəfindən ödənilməli olan muzdun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, cavabdeh * nömrəli müqavilə üzrə metaldan bayraq dirəkləri, metal işıq dirəkləri, drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənməsi, altıaçıq örtüyün salınması, 1650 kvadrat metr sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırılması işlərinə görə ƏDV-siz 62.256,88 manat məbləğində; * nömrəli müqavilə üzrə isə qırma daş dolğusu və anbarlanması işlərinə görə ƏDV daxil 26.585,70 manat məbləğində muzdun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə düzəliş etmədiyi üçün həmin işlərin dəyərini qəbul etmiş hesab edilir.

26. Bundan əlavə, ekspert rəyi əsasında müəyyən edilmişdir ki, metaldan bayraq dirəkləri, metal işıq dirəkləri, drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənməsi, altıaçıq örtüyün salınması, 1650 kvadr at metr sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırılması işlərinin bazar dəyəri ƏDV-siz 71.620,50 manat təşkil edir ki, bu da tərəflər arasında razılaşdırılmış məbləğdən daha yüksəkdir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı * nömrəli müqavilə üzrə ƏDV-siz 62.256,88 manat, * nömrəli müqavilə üzrə isə ƏDV daxil 153.411,8 manat ( qırma daşı və anbarlama işləri daxil olmaqla işlərin ümumi dəyəri ƏDV daxil 213591.8-60180 manat ödəniş məbləği) tələb etməkdə haqlıdır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 443.1, 448.1, 752.1 və 753.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-353/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbləri təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və Z.İbrahimov).

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 28 aprel 2021-ci il tarixli * saylı malların istehsalı və təchiz edilməsinə dair və 30 mart 2022-ci il tarixli *** saylı tikinti və inşaat işləri üzrə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaç ı * saylı müqavilə üzrə görülmüş ƏDV xaric 62.256,88 manat dəyərində işlərin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də * saylı müqavilə üzrə ƏDV daxil 213.591,8 manat məbləğində görülmüş işlərdən yalnız 60.180 manat məbləğində ödəniş edildiyini əsas göstərərək * saylı müqavilə üzrə ƏDV xaric 62.256,88 manat və MN-SA2- 22-02 saylı müqavilə üzrə ƏDV daxil 153.411,8 manat (213.591,8-60180), cəmi 215.668.68 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

32. Məhkəmə, iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış göstərmişdir ki, tərəflər arasında bağlanmış * saylı müqavilə üzrə məhkəmə daha əvvəl məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş işin hallarını nəzərə almamışdır. Halbuki 20 sentyabr 2023-cü il tarixli qətn amə (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 15 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır) məhkəməyə təqdim edilmişdir.

33. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-1113/2023 saylı iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı 463.737,11 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi üzrə işə baxılmış və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin sübutların tədqiqi bəndində göstərilmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında * saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən təchizatçı Əlavə A-da təfərrüatlı şəkildə verilmiş malları istehsal etmək və təchiz etmək öhdəliyi götürür. Mü qavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə 28 aprel 2021-ci il tarixində qüvvəyə minir və 28 aprel 2022-ci il tarixində başa çatır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən təchizatın əhatə dairəsi Əlavə Ada, xidmət haqqı isə Əlavə B-də əks olunur. Əlavə A.2 və onun 1,2,3 nömrəli qoşmalarında verilməli olan malların və görülməli olan işlərin siyahısı əks olunmuşdur. Əlavə B.2-də verilməli olan malların və görülməli olan işlərin dəyəri 594.888,7 ABŞ dolları, Əlavə B.3-də isə verilməli olan malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, yekun olaraq iddiaçı tərəfindən cavabdehə 1.011.310,79 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamənin 17-18-ci bəndində məhkəmənin mövqeyi göstərilmişdir ki, göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülməli olan işlərin dəyəri hər iki tərəfin razılığı ilə 1.011.310,79 manat məbləğində müəyyən edilmiş və qeyd edilmiş işlərin qəbul edilməsinə dair də, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları imzalanmışdır. Qeyd olunan hallar isə onu deməyə əsas verir ki, tərəflər arasında razılaşdırılmış işlər görülmüş və görülmüş işlərə görə də, pul ödənilmişdir.

34. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Qe yd edilən prosessual normanın tələbinə görə Cavabdeh ilə İddiaçı arasında * saylı müqavilə üzrə borcun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin hissədə iddiaçının tələb hüququ olmadığına görə iddia bu hissədə əsassızdır.

36. Məhkəmə tərəflər arasında bağlanmış * saylı müqavilə üzrə keçirdiyi təkrar və əlavə mühəndis-texniki ekspertizalar nəticəsində cavabdehin iddiaçıya heç bir borcunun olmaması qənaətinə gəlmişdir.

37. Məhkəmə, 2023-cü il 9 oktyabr tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş, ona əsaslanmışdır ki, ekspertiza tədqiqatı obyektiv və hərtərəfli aparılmamışdır. Belə ki, qətnamədə göstərilmiş Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X2 Məntəqəsində ekspert baxış keçirməmiş və həmin ərazidə hər hansı işlər görülməmişdir. Eks pertiza rəyində həmin əraziyə baxış keçirilməsi və görülmüş tikinti işlərin hər hansı fotoları göstərilməmişdir. Ekspert Şəki rayonu, Qırxbulaq kəndi ərazisində yerləşən X1 Zavoduna tərəflərin iştirakı olmadan baxış keçirmişdir. Belə ki, tərəflər ekspertiza yerli müayinəsi barədə lazımi qaydada məlumatlandırılmamışlar. Bildirişlər geri qayıtmışdır. Məhkəmə qeyd edilən halları nəzərə almamışdır. Ona görə apellyasiya qaydasında işə baxılarkən təkrar və əlavə mühəndis-texniki ekspertizalar keçirmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-ci il tarixli, 3-16-16/2-10/3219 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış *** saylı, xx.xx.2022ci il tarixli müqavilə əsasında Ş əki rayonu ərazisində Əlavə A1-də və üzərində imzalar olan təhvil-qəbul aktlarında adları sadalanan işlərdən 390 ədəd 4x4sm ölçüdə dəmir profillər basdırılaraq boya ilə rənglənmiş vəziyyətdə olduğu, 844 metr perimetr boyu metal tor ilə hasara alındığı, ərazinin müəyyən hissəsində qazıntı-planlaşdırma işləri aparıldığı, 2 ədəd metal darvaza quraşdırıldığı, 4 ədəd işıqlandırma dirəyi quraşdırıldığı və yerinə yetirilmiş işlərin də təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 26790,0 manat məbləğində müəyyən olunur. Lakin adları sadalanan digər işlərin, yəni hörgü, kommunikasiya işləri, infrastruktur, su çəninin, bayraq dirəyi və bayraqların, müvəqqəti anbarın, müvəqqəti ofis binasının, mevəqqəti istehsalat sahəsinin, müvəqqəti məlumat lövhəsinin, müvəqqəti ayaqyolu tikilisinin faktiki olaraq həmin ərazidə mövcud olmadığı, eləcə də ərazidə işıqlanma olmadığı müəyyən edilmişdir. Əlavə 1 sənədində adları sadalanan əraziyə baxış, ölçmə, geologiya, ilkin plan, müəyyən edilmiş sərhədlər, giriş yollarının müəyyən edilməsi, layihənin ilkin sənədlərinin hazırlanması kimi işlərin (çertyojlar, planlar, smeta, işlərin həcmi, layihələndirmə) qiymətləndirilməsi tikinti - texniki ekspertin səlahiyyətərinə aid olmadığından həmin işlərin görülüb-görülməməsinin və dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-ci il tarixli, 3-16-16/2-10/8467 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) ilə arasında xx.xx.2022-ci il tarixd ə imzalanmış *** saylı müqaviləyə əlavə edilmiş 30 mart 2022-ci il tarixli Əlavə 1 sənədində olan cədvəldə adları sadalanan işlərin aparılması nəzərdə tutulmuş, lakin müqavilədə və həmin Əlavə 1 də işlərin ayrı-ayrılıqda və ümumi dəyəri göstərilməmişdir. İddiaçı Mono Engineering” MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarşçi) arasında bağlanmış *** saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında Şəki rayonu ərazisində Əlavə A1-də və üzərində imzalar olan təhvil-qəbul aktlarında adları sadalanan işlərdən 390 ədəd 4x4sm ölçüdə dəmir profillər basdırılaraq boya ilə rənglənmiş vəziyyətdə olduğu, 844 metr perimetr boyu metal tor ilə hasara alındığı, ərazinin müəyyən hissəsində qazıntıplanlaşdırma işləri aparıldığı, 2 ədəd metal darvaza quraşdırıldığı, 4 ədəd işıqlandırma dirəyi quraşdırıldı ğı və yerinə yetirilmiş işlərin də təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 26790,0 manat məbləğində müəyyən olunmuşdur.

40. Göründüyü kimi ekspert rəylərində *** saylı 30 mart 2022-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 26790,0 manat müəyyən edilmişdir.

41. Birinci instansiya məhkəməsində iddiaçı cavabdehin iddia ərizəsinə qarşı vermiş olduğu 13 mart 2023-cü il tarixli yazılı etirazına 03 aprel 2023-cü il tarixdə yazılı münasibətini bildirərək qeyd etmişdir ki, ilk olaraq cavabdehin iddia ərizələrində qeyd olunmuş borc məbləğinin haradan yaranmasının məlum olmaması barəsində dediklərinə cavab olaraq bildirirlər ki, borc məbləği tərəflər arasında imzalanmış müqavilələr üzrə görülmüş işlərin qarşılığında ödənilməmiş qalan pul məbləğlərindən yaranmışdır. Belə ki, 02 aprel 2021-ci il tarixli * saylı müqavilə üzrə sifarişçinin istəkləri əsasında görülmüş işlərin dəyəri olan 62.256 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış *** saylı, 30 mart 2022-ci il tarixli müqavilə üzrə də iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilib iddiaçıya təhvil verilsə də, iddiaçı (cavabdeh) tərəfindən cəmi 51.000 manat ödəniş edilmişdir.

42. İddiaçının izahatından görünür ki, cavabdehin ödədiyi 51000 manat iddiaçının tələb etdiyi 26790 manat məbləği əhatə edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının *** saylı 30 mart 2022-ci il tarixli müqaviləsi üzrə tələb hüququ olmadığına görə iddia bu hissədə də təmin edilə bilməz.

43. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 752.1-ci, MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

44. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. MM-in 752.1-ci maddəsi üzrə - 2022-ci il 30 mart tarixli *** nömrəli podrat müqaviləsi üzrə görülmüş tikinti işlərinin dəyəri ödənilməyib. Məhkəmə, mülki prosessual qanunvericiliyin sübutların təqdim edilməsi qaydasını pozaraq, müvafiq maddi hüquq normasını tətbiq etməyib və iddiaçının tələblərini əsassız olaraq rədd edib. Bundan əlavə, məhkəmənin sübut kimi qəbul etdiyi 2023-cü il 15 may tarixli Bakı Kommersiya Məhkəməsinin qətnaməsində qeyd olunan 1.011.310,79 mana t məbləğindəki ödəniş, * nömrəli müqaviləyə aid olub, 2022-ci il 30 mart tarixli müqaviləyə aid deyil. Bu səbəbdən, məhkəmənin qərarı əsassızdır.

46. MM-in 752.2-ci maddəsi üzrə - 2021-ci il 28 aprel tarixli * nömrəli müqavilə malların istehsalı və təchiz edilməsinə aiddir. Əgər apellyasiya məhkəməsi bu müqaviləyə podrat müqaviləsi kimi baxırsa, o zaman MM-in 752.2-ci maddəsinə əsasən, bu münasibətlərə alqı-satqı qaydaları tətbiq edilməlidir. Müqavilə üzrə sifariş olunmuş mallar (avadanlıqlar, tərəzilər, palet, anbar rəfləri və s.) əvəz edilən əşyalardır və cavabdehə təhvil verildiyi üçün əvəzinin ödənilməsi zəruridir. MM-in alqı-satqı qaydalarına görə, satıcı malları təhvil verdiyi gün və ya müqavilədə göstərilən müddətdə ödəmə həyata keçirilməlidir. Bu halda smetadan və ya smetadan kənar a çıxmadan bəhs edilə bilməz (MM-in 567-ci maddəsi). Məhkəmənin bu maddi hüquq normasını tətbiq etməməsi qərarın əsassız olduğunu göstərir.

47. MPM-in 78.1, 88 və 372.2-ci maddələri üzrə-sübutlar birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Məhkəmə baxışı zamanı yeni sübutların təqdim edilməsi yalnız əsaslı səbəblər olduqda mümkündür. Apellyasiya instansiyasında yeni sübutlar yalnız onların birinci instansiyada təqdim edilməsinin tərəflərdən asılı olmayan səbəblərlə mümkün olmadığı halda qəbul edilə bilər. Cavabdeh birinci instansiya məhkəməsinin bütün hazırlıq iclaslarında iştirak etməsinə baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli qətnamələrini sübut kimi təqdim etməyib. Yeganə səbəb kimi 2023-cü il 13 dekabr tarixli məhkəmə iclasında iştirak etməmələrini göstəriblər. Lakin həmin iclas baxış iclası olub və baxış iclasında sübutların təqdim edilməsinə icazə verilmir. Bundan əlavə, apellyasiya məhkəməsi sözügedən sübuta da düzgün qiymət verməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli qətnaməsi ilə * nömrəli müqavilə üzrə görülmüş işlərə görə ödənilən 1.011.310,79 manat məbləğində pul vəsaiti nəzərə alınıb. Lakin, hazırkı iş üzrə tələb edilən ƏDV xaric 62.256,9 manat məbləğində borc, müqavilə və ona edilmiş Əlavə A2 ilə müəyyən edilmiş işlərə aid deyil və bu məbləğ ödənilmiş vəsaitlə əhatə olunmur.

48. MPM-in 102-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi, əlavə və təkrar ekspertizanı MPM-nin 102.3- cü maddəsinə əsasən tərəflərin vəsatəti ilə təyin etməli olduğu halda, cavabdehin belə bir vəsatəti olmadan və həmin maddəyə istinad etmədən öz təşəbbüsü ilə ekspertiza təyin edib. Apellyasiya məhkəməsi yalnız əvvəlki ekspertin Şəki rayonu, Qırxbulaq kəndindəki obyektə baxış keçirib digər ərazilərə baxmadığını göstərib. Halbuki, əvvəlki ekspert rəyində qoyulmuş suallar əsasında tələb olunan yerlərə baxış keçirilib. Məhkəmə bu məsələdə yalnız cavabdehin şifahi mülahizələrinə əsaslanıb və ekspertin məhkəməyə dəvət edilərək dəqiqləşdirmə aparılmayıb. Apellyasiya instansiyası məhdud apellyasiya anlayışından kənara çıxaraq, cavabdehin hüquqlarını müdafiə edirmiş kimi əlavə sübutlar toplayıb və işi araşdırıb. Bu isə obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir və ciddi prosessual pozuntu he sab olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliy in icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”

53. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

55. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-o lunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

56. İddiaçı hazırki tələbində iddia edir ki, * saylı 2021-ci il 28 aprel tarixli müqavilə (bundan sonra birinci müqavilə) üzrə görülmüş ƏDV xaric 62.256,88 manat məbləğində işlərin, * saylı 2022-ci il 30 mart tarixli müqav ilə (bundan sonra ikinci müqavilə) üzrə isə ƏDV daxil 153.411,8 manat məbləğində işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmiş, cəmi 215.668.68 manat məbləğində borc qalmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci müqavilə üzrə tələbinə qiymət verərək göstərmişdir ki, * saylı 2021-ci il 28 aprel tarixli müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyəri ilə bağlı eyni tərələr arasında mübahisəyə artıq bir dəfə baxılmış və qanuni qüvvədə olan məhkəmə qətnamələrinə müəyyən edilmişdir ki, sözügedən müqavilə üzrə hazırki iş üzrə iddiaçıya 1.011.310,79 manat məbləğində pul ödənilmiş, işlərin qəbul edilməsinə dair hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları imzalanmışdır.

58. İddiaçının kassasiya şikayətində qeyd edilənləri təkzib edən hər hansı dəlilə istinad olunmamış, əksinə göstərilmişdir ki, iddiaçıya ödənilən 1.011.310,79 manat məbləğində ödəniş birinci müqavilə üzrə aparılmış, ikinci müqaviləyə aid deyildir.

59. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsi, məhkəmə üçün isə onların başqa prosesdə ar aşdırılması və təkzib edilməsi mümkünsüzdür.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 82.3-cü maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

61. İkinci müqavilə üzrə iddiaçının tələbinə gəldikdə, işə apellyasiya qaydasında baxılarkən verilmiş ekspert rəyləri ilə (bax yuxarıda § 38-39) müəyyən edilmişdir ki, * saylı 2022-ci il 30 mart tarixli müqaviləyə əsasən yerinə yetirilmiş işlərin dəyəri cəmi 26.790 manat təşkil etmişdir.

62. Məhkəmə kollegiyası həmin ekspert rəyləri ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, MPM-nin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik təl əb olunan sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin edə bilər. Bundan əlavə, cavabdeh tərəfindən həmin ekspert rəylərinin mötəbərliyini şübhə altına alan zəruri sübutlar işin faktiki hallarını araşdıran məhkəməyə təqdim olunmamışdır.

63. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq e dilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

64. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normala rı düzgün tətbiq edilmiş, düzgün olmayan qətnamənin qəbul edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

66. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-353/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar