Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-193/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR açar sözlər: “borcun silinməsi və maddi zərərin ödənilməsi” 30.06.2020 GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2-2(103)-BAM/2019 saylı qətnaməsindən cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdehlər ASC-yə və "X" İdarəsinə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlərin 24.06.2019-cu il tarixli hesab fakturaya əsasən çirkab su xidmətinə görə 2019-cu ilin iyun ayına MMC-yə hesabladığı 9650 manat borcun silinməsi və Smart kartı blokladığına görə suyun verilməsi 24.06.2019-cu il tarixdən dayandırıldığından MMC-yə hər gün üzrə vurulan 2000 manat maddi zərərin Smart kartın blokunun açılacağı günədək hesablamaqla müəyyən edilmiş ümumi pul vəsaitini cavabdehlərin hesabından tutaraq MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “İddiaçı" arasında nvan 1-də yerləşən MMC-yə məxsus beton istehsalı zavodunu su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanaraq su xəttinin giriş nöqtəsinə su sayğacı quraşdırılmışdır. Müqavilə bağlandığı gündən bu günədək qeyd, olunan zavod fəaliyyət göstərir və zavodda istehlak edilən suyun haqqı qanunamüvafiq şəkildə quraşdırılmış və hesabata qəbul edilmiş sayğac üzrə mütəmadi olaraq tam məbləğdə ödənilmişdir. Lakin Binəqədi rayon Sukanal İdarəsi əsassız olaraq 24.06.2019-cu il tarixdə hesab faktura göndərərək zavoda çirkab su xidmətinə görə həmin ilin iyun ayına 9.650 manat borc hesablamışdır. Eyni zamanda sudan istifadəyə görə smart kartı bloklayaraq zav odun fəaliyyətini dayandırmişdır. Cavabdehə 01.07.2019-cu il tarixdə Pretenziya və ona əlavə edilən elektron ödəmə qəbzləri göndərərək bildirilmişdir ki, MMC tərəfindən sayğac göstəricilərində qeyd olunan su sərfiyyatına görə ödənilməli məbləğlər mütəmadi olaraq elektron ödəmə vasitəsi ilə ödənilmişdir və xahiş olunmuşdur ki, təqdim edilən hesab fakturaya əsasən 9.650 manat borcun silinməsini və zavodu su ilə təchiz etmək üçün smart kartın blokunun açılmasını təmin etsinlər. Lakin cavabdehlər bu günə kimi smart kartın blokunu açmadığına görə zavoda suyun verilməsi dayanmış və bunun nəticəsində zavodun fəaliyyəti tam olaraq dayandırılmışdır. Beton istehsalı zavodunun dayanması nəticəsində MMC-yə hər gün 2.000 manat maddi zərər dəymişdir. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində MMC-yə məxsus beton istehsalı zavoduna verilən su dayandırılmış və buna görə də, zavodun fəaliyyəti tam dayanaraq MMC-yə maddi zərər dəymişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən 24.06.2019-cu il tarixli hesab fakturaya əsasən çirkab su xidmətinə görə 2019-cu ilin iyun ayına MMC-yə hesablnmış 9.650 manat borcun silinməsi və smart kartı blokladığına görə suyun verilməsi 24.06.2019-cu il tarixdən dayandırıldığından MMC-yə hər gün üzrə vurulan 2.000 manat maddi zərərin smart kartın blokunun açılacağı günədək hesablamaqla müəyyən edilmiş ümumi pul vəsaitini cavabdehlərin hesabından tutaraq MMC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-999/2019 saylı 24.09.2019-cu il tarixli qətnaməsi ilə (hakim: F.M) iddiaçının iddia tələbi qismən təmin edilmiş, 24.06.2019-cu il tarixli hesab fakturaya əsasən çirkab su xidmətinə görə 2019-cu ilin iyun ayı üzrə İddiaçıya hesablanmış 9.650 (doqquz min altı yüz əlli) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-891/2019 saylı 28.12.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: K.A, hakimlər M.T, Ü.M) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-2(81)-999/2019 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və onun vəkili kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış sübutlara düzgün hüquqi qiymət vermədən prosesual hüquq normalarını düzgün tətbiq etmədən əsassız və qanunsuz bir qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin işə baxan məhkəmə kollegiyası həmin məcəllənin yuxarıda göstərilən tələblərini pozmuş, faktlara və sübutlara, tərəfimizdən təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Cavabdeh hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qətnaməsini qüvvədə saxlaması əsaslı və qanuni olmamışdır. Belə ki, "Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən ünvan 1-də yerləşən beton istehsalı müəssisəsinin su və kanalizasiya xətlərinə baxış keçirilən zaman çirkab suya görə müqavilə bağlamadan obyektin sanitar qovşağından d=20 mm-lik boru vasitəsilə istifadə olunan çirkab suların kanalizasiya şəbəkəsinə axıdılması faktı aşkar olundu. Bu barədə 23 may 2019-cu il tarixli, 10967 saylı akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində "Cavabdeh" ASC-yə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydalarının" 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyan məbləğinin 9.650 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. "Sudan istifadə qaydalarının" 3.1.1-ci bəndinin tələbinə əsasən, su təchizatı və kanalizasiya müəssis əsi su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz qoşulma (özbaşına) halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinə hesablanır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna o lmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin qanunun 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı su təchizatı müəssisəsinin razılığı olmadan 1 ədəd boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə edərək qanunun tələblərini pozmuş, su təchizatı müəssisəsinə maddi ziyan vurmuşdur. Tərəflərin izahatları Cavabdeh ASC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını b ildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi kassasiya şikayətini müdafiə etdiyini və vəkilin dedikləri ilə razı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fakt iki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2-2(103)-BAM/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, İddiaçı MMC ********** saylı VÖEN ilə vergi orqanında qeydiyyatdan keçmişdir. İddiaçı MMC ilə Cavabdeh ASC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair 19 may 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Müqavilədə iddiaçı qeyri əhali qrupuna aid istehlakçı kimi göstərilmiş və sudan istifadə haqqı 1,00 manat müəyyən edilmişdir. İddiaçının abonent haqqında məlumat vərəqindən görünür ki, iddiaçıya 2019-cu ilin iyun ayında çirkab sudan istifadəyə görə 9.650 manat borc hesablanmış, cavabdeh tərəfindən həmin borca dair iddiaçıya ********* saylı, 24 iyun 2019-cu il tarixli hesab-faktura təqdim edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən borcun hesablanmasına əsas olmuş halları təsdiq edən sübutlar işin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi mübahisələndirilən borcun cavabdehin 23 may 2019-cu il tarixli inventar aktına və «Qeyri-qanuni istifadə nəticəsində iti rilmiş su hesabatı»na əsasən hesablandığını göstərmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 10967 saylı, 23 may 2019-cu il tarixli inventar aktında ünvan 1-də yerləşən beton istehsalı müəssisəsinin su xətlərinə baxış keçirilən zaman çirkab suya görə müqavilə bağlamadan obyektin sanitar qovşağında d-20 mm-lik boru vasitəsilə ilə istifadə olunan çirkab suların kanalizasiya şəbəkəsinə axıdılmasının aşkar edildiyi göstərilmişdir. Lakin həmin akt cavabdehin səlahiyyətli şəxsi (rəisi) tərəfindən təsdiq edilməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası 10967 saylı inventar aktının lazımi qaydada təsdiq edilməməsini nəzərə alaraq hesab etmişdir ki, həmin akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tə nzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1 -ci maddəsinə əsa sən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə o lunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezide ntinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyekt lərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifə li şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, Cavabdeh ASC sahibkarlıq subyekti olan iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə keçirdiyi baxışı – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin iş materiallarından da görünür ki, Cavabdeh ASC qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya məxsus obyektə yoxlamanı (baxışı) əvvəldən Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə aldırmamışdır. Belə olan halda, qanunun yuxarıda qeyd olunan 3.1 və 3.2-ci maddələrinin müəyyən etdiyi qaydala rdan görünür ki, bu qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qedə alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Kassasiya qaydasında işə baxan məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində müzakirə predmeti olmuş və məhkəmə onların əsassız olduğunu tutarlı dəlillərlə sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2-2(103)-891/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019cu il tarixli, 2-2(103)-BAM/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-193/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-193/2020
30.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver