Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-193/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 14 dekabr tarixli 2-2(103)-987/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ ŞİN HALLARİ 1. 2012-ci il 6 fevral tarixli, 130808 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçılar üçün” İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli, 1 nömrəli qərarına uyğun olaraq abonent tərəfin dən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və abonentdən qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,30 manat müqabilində müəyyən edilir; 6.1-ci bəndinə görə müqavilə 2012-ci il 14 yanvar tarixdə qüvvəyə minir; 6.2-ci bəndinə görə müqavilə 2015-ci il 15 dekabr tarixədək qüvvədədir; 6.3-cü bəndinə görə müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur.
3. Təqdim edilən sonuncu abonent haqqında məlumatdan görünür ki, abonent Cavabdeh MMC-nin adında 2 ədəd (130808 saylı abonent kodu üzrə və 132066 saylı abonent kodu üzrə) su sayğacları qeydiyyata alınmışdır. 2022-ci ilin mart ayının so nuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (130808 saylı abonent kodu üzrə) abonentə 377.588,60 manat və 2022-ci ilin mart ayının sonuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (132066 saylı abonent kodu üzrə) abonentə 51.914,92 manat məbləğində borc hesablanmışdır.
4. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 30 dekabr tarixli, 03/01-2/2/21141 saylı pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən 132066 saylı abonent koduna yaranmış 41.340,92 manat və 130808 abonent koduna yaranmış 285.192,60 manat məbləğində borcun Cavabdeh MMC-dən 10 gün müddətində İddiaçı ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən sudan istifadəyə görə yaranmış 274.959,81 manat borcun 130808 saylı abonent koduna, 11.316,14 manat borcun 132066 saylı abonent koduna, ödənilmiş 400 manat mediasiya xərcinin və 176,28 dövlət rüsumunun iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış kompleksi üçün bağlanmış müqaviləyə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təc hizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri 2021-ci il 7 aprel tarixində quraşdırılmış S TV-100 markalı su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etmiş olsa da, istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 2021-ci il 30 dekabr tarixli, 03/01-2/2/21141 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Hal-hazırda cavabdehin 2022-ci il 1 yanvar tarixində iddiaçıya 130808 saylı abonent kodu üzrə 274.959,81 manat, 132066 saylı abonent kodu üzrə 11.316,14 manat, cəmi 286.275,95 manat məbləğində borcu yaranmışdır.
7. İddiaçı tələbin in maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 385.1, 445.1, 448.2, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 62-ci maddələrinə, “Sudan istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarının 4.1, 4.1.3-cü bəndlərinə istinad edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 2022-ci il 5 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ödənilmədiyi üçün borcun artaraq 2022-ci il 1 aprel tarixinə 130808 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203, 95 manat olduğundan, cavabdehdən su və kanalizasiya xidmətlərinə görə yaranmış 359.203,95 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına, ödənilmiş 400 manat mediasiya xərcinin və 176,28 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 may tarixli, e-2-2(113)-1176/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim L.Əliyeva).
11. Birinci instansiya məhkəməsi işin § 1-4-də göstərilən hallarına istinad etmiş və müəyyən etmişdir ki, iddiaçının ödənilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixinə 13088 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat borc məbləği cavabdehin istifadə etdiyi su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcdur.
12. İddiaçı ASC ilə Cavabdeh MMC arasında su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun tutulması ilə bağlı əvvəllər də məhkəmə mübahisədi mövcud olmuşdur. Belə ki, İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 1937867/130808 və 19434603/132066 saylı, xx.xx.2016- cı il tarixli müqavilələrə əsasən müvafiq olaraq 40.062,79 manat (130808 saylı abonent kodu üzrə) və 30.236,78 manat (132066 saylı abonent kodu üzrə), cəmi 70.299,57 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) 2-2(113)28/2 021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7030 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddanın qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən hazırkı iddia qaldırılarkən (iddia ərizəsinə əlavə verilərkən) Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 40.062,79 manat məbləğində borcunun və 132066 saylı abonent kodu üzrə 30.236,78 manat məbləğində borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmış və abonent Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 2022-ci ilin mart ayının sonuna olan 377.588,60 manat məbləğində borcundan 40.062,79 manat borc məbləği çıxılmaqla 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə isə mart ayının sonuna olan 51.914,92 manat borc məbləğindən 30.236,78 manat məbləğində borcu çıxılmaqla 21.678,14 manat (51.914,92-30.236,78) məbləğində borcun tutulması tələb edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara MM-in 385.1, 442, 443.1, 448.1-ci maddələrinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Sudan istifadə Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarının 7.9cu bəndinin, “Su təchizatı və tullantı haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 61.2, 62-ci maddələrinin tələbləri baxımından qiymət verilərək belə qənaətə gəlinmişdir ki, iddiaçının cavabdehdən istifadə etdiyi su və tullantı sul arının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia ərizəsi təmin edilməli, cavabdehdən 2022-ci il 1 aprel tarixinə 130808 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat borc tutularaq iddiaçı cavabdehə ödənilməlidir.
15. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaya etiraz olaraq gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirmiş, lakin göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, işin materiallarına əlavə edilmiş 2012-ci il 06 fevral tarixli müqavilədə həmin müqavilənin 2015-ci il 31 dekabr tarixinədək qüvvədə olması bar ədə şərt yer alsa da, həmçinin müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərilmədiyi halda müqavilənin müddətinin uzaldılması barədə şərt də nəzərdə tutulmuşdur. Müqavilə tərəflərindən hər hansı birinin müqavilənin ləğv edilməsinə yazılı təşəbbüs göstərilməsini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
16. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatlarda müqaviləyə xitam verilməsini iddia etdiyi vaxtdan halhazıra kimi MMC-nin İddiaçı ASC-nin göstərdiyi su və tullantı sularının axıdılması xidmətindən istifadə etməkdə davam etməsini, eyni zamanda həmin müddət ərzində istifadə etdiyi suyunun dəyərinin bir hissəsini ödəməsini t əsdiq etmişdir. Göstərilən hal isə öz növbəsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair müqavilədən irəli gələn davam edən öhdəlik hüquq münasibətlərin mövcud olmasına və müqaviləyə xitam verilməsi barədə cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir.
17. Cavabdehin istinad etdiyi iddiaçı tərəfindən quraşdırılmış su sayğacının sərfiyyatı düzgün qeydiyyata almaması barədə - dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin dəlilin əsaslılığını təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-987/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmuş borc məbləği sudan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablanmışdır.
21. Məhkəmə cavabdehin apel lyasiya şikayətinin 21100361 saylı balans sayğacının quraşdırılması və həmin sayğacın göstərciləri əsasında borc hesablanmasının qanunsuz və əsassız olmasına dair dəlillə bağlı qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2-2 (113)-219/2022 saylı 2022-ci il 7 yanvar tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı ASC-yə qarşı balans sayğacının göstəriciləri əsasında hesablanmış və hazırda iddiaçı tərəfindən tələb edilən borcun silinməsi barədə iddiası rədd edildiyindən və həmin məhkəmə işində MMC-nin 2021-ci il 7 aprel tarixində quraşdırılmış su sayğacının standartdan kənar olması, düzgün quraşdırılmaması və nəticədə sərfiyyatı düzgün qeyd etməməsi barədə apellyasiya şikayətində mübahisələndirdiyi məsələlər araşdırılaraq həmin mülahizələrin əsassız olduğu müəyyən e dildiyindən MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə əsasən balans sayğacının göstəriciləri əsasında hesablanmış borcun eyni əsaslarla hazırkı icraat çərçivəsində yenidən mübahisələndirilməsi yolverilməzdir.
22. Tərəflər arasında içməli suyun verilməsi barədə müqavilə olmaması barədə apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Yaşayış” yaşayış kompleksinin işməli su ilə təmin edildiyini inkar etmədiyindən, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddənin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslandığından tərəflər arasında hər hansı müqavilə bağlanmasa belə cavabdeh faktiki istehlak edilmiş suyun dəyərini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında 2012-ci il 06 fevral tarixində müqavilə bağlandığından və həmin müqavilənin ləğvi barədə tərəflərdən hər hansı birinin digər tərəfə müraciəti olmadığından qeyd edilən müqavilə qüvvədə olduğu üçün cavabdehin iddiaçı ilə aralarında müqavilə olmaması əsası ilə iddianın rədd edilməli olduğuna dair mülahizəsi əsassızdır.
23. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, belə qənaətə gəlmişdir ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
24. Məhkəmə gəldiyi MM-in 385.1, 442, 443.1, 448.1, “Su təchizatı və tullantı haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 61.2, 62, MPM-in 82.3, 233.3cü maddələrinə istinad edərək əsaslandırmışdır.
25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 399.3, 424.3-cü maddələrinin tələbləri pozulmuşdur- tərəflər arasında bağlanmış müqavilənin müddəti bitmiş olsa da, məhkəmə qeyd olunan dəlilə düzgün qiymət verməmişdir. Sadalanan maddi hüquq normalarının tələblərini tətbiq etməli olduğu halda tətbiq etməyərək, səhv nəticəyə gəlinmişdir. Həmin müqaviləyə əsasən tələb olunan məbləğ tikinti üçün nəzərdə tutulmuş və 2015-ci ildən həmin müqavilə faktiki olaraq dəyişdirilməmişdir. 27. “Sudan istifadə Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarının 2.1, 5.1, 6.1-ci bəndlərinin tələbləri pozulmuşdur-qeyd olunan Qərarın tələblərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş və yanlış nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və cavabdeh tərəfindən yeni müqavilə bağlanması ilə bağlı müraciət olunsa da, iddiaçı tərəf həmin müraciətə məhəl qoymamışdır. Həmçinin işin materiallarına əlavə edilmiş sübutlardan görünür ki, quraşdırılmış su sayğacı dövlət reyestrinə daxil olunmamışdır.
28. MPM-in 14.2, 88-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə təqdim edilmiş sübut araşdırılmamış və bu barədə qətnamə qəbul olunarkən mövqeyini bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxla nılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərə rin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” 33. “Su təchizatı və tullantı haqqında” Azərbaycan Respublikası 1999-cu il 28 oktyabr tarixli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri
1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmaya raq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.” “Maddə
62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.” 34. “Sudan istifadə Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri... 7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir....”
35. Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyy ən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənm işdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Kollegiya cavabdehin § 26-28-də göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 20-23).
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sü butlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRA RA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)987/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov A.Q.Hüseynov