Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-202/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Fondun cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı Fondun vəkili cavabdeh ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı Fondun cavabdeh ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 2-2(103)-618/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarına olan A Fondu (hazırkı adı – “B Fondu”, bundan sonra – “Fond”) ilə cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “ASC”) arasında bağlanmış 2009-cu il 26 noyabr tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və ver ilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər.
2. Fond ilə ASC arasında bağlanmış 2017-ci il 25 aprel tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər.
3. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş Fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsait lərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.
4. İş materiallarında olan 2018-ci il 1 avqust tarixinə olan Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, ASC-nin 2018-ci il 1 avqust tarixə Fond-ə olan borcu əsas kredit üzrə 12.756.242,71 manat, faiz üzrə 116.727,36 manat təşkil etmişdir.
5. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 2019-cu il 1 fevral tarixinə qalıq borcu əsas kredit üzrə 12.394.507,58 manat, faiz üzrə 170.206,97 manat, cərimə üzrə 6.126.487,76 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Fond 2018-ci il 18 iyul tarixində ASC-yə (bundan sonra – “BOKT”) qarşı müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri icra etmədiyi üçün BOKT-un 2018-ci il 1 iyun tarixinə Fond qarşısı nda yaranmış 13.142.707,16 manat əsas kredit (bundan 8.224.883,95 manat vaxtı keçmiş kredit), 98.388,89 manat faiz və 4.064.568,08 manat cərimə borcu olmaqla, cəmi 17.305.664,13 manat vəsaitin BOKT-un müxbir hesabı və digər əmlakları hesabına tutularaq Fond-ə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
7. Fond 2019-cu il 6 mart tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT-un 2019-cu il 1 mart tarixinə Fond qarşısında yaranmış 12.287.994,71 manat əsas kredit, 179.014,42 manat faiz və 6.397.710,05 manat cərimə borcu olmaqla, cəmi 18.864.719,18 manat borcun tutularaq Fond-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddianın əsaslarına görə: 8.1. Fondun vəsait lərinin istifadəsi Qaydalarının 2.1-ci bəndinə əsasən, Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Qaydaların 1.3-cü və 3.5ci bəndlərinə əsasən, Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəli klərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. 8.2. Bununla əlaqədar Fond ilə ASC (cavabdehin hüquq sələfi) arasında bağlanmış 2009-cu il 26 noyabr tarixli "xxxx" əsasında ASC, Fond tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatı kimi seçilmişdir. Sonradan ASC-nin təşkilatı hüquqi forması dəyişdirilmiş, BOKT-un nizamnaməsi 2016-cı il 2 dekabr tarixində dövlət qeydiyyatına alınmış, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 30 mart tarixli qərarına əsasən ona girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilmişdir. ASC-nin BOKT-a transformasiya olunması ilə əlaqədar ASC-nin Fond qarşısında hüquq və vəzifələri BOKT-a keçirilməsi şərti ilə hazırkı tərəflər arasında 2017-ci il 25 aprel tarixində “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” yenidən müqavilə bağlanmışdır. 8.3. Həmin müqavilənin: 5.8-cı bəndinə uyğun olaraq, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq, Fondun müvafiq xəzinə hesabına ödəməlidir; 3.5-ci və 3.18-ci bəndlərinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silındiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin Fondun xəzinə hesabına daxıl olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablanma zamanı 1 il 360 günə bərabər götürülür. Müvəkkil kredit təşkilatı Fondun vəsaitinin istifadəsi üzrə öhdəli klərini tam icra etməlidir. 8.4. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində kredit təşkilatı 2016-cı il 1 avqust tarixindən gecikmələrə yol vermiş, nəticədə Qaydaların və müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Belə olan təqdirdə, kredit təşkilatı tərəfindən Fondla kredit təşkilatı arasında bağlanmış “Fondun vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.
9. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 442, 445, 448-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın (bundan sonra – “Vəsaitərin istifadəsi Qaydaları”) 2.1, 1.3, 3.5-ci bəndlərinə istinad edərək əsaslandırılmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli 2-2(113)-36/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, BOKT-dan 2019-cu il 1 mart tarixinə 12.276.569,59 manat əsas kredit, 179.014,42 manat faiz və 3.000.000 manat cərimə borcunun tutularaq Fond-ə ödənilməsi, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 24,57 manat məbləğinin BOKT-dan tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş 145 manat məbləğində ekspertiza xərclərinin 118,78 manat məbləğinin BOKT-dan, qalan 26,22 manat məblə ğinin isə Fond-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir (hakim – Z.Pirveriyev).
11. BOKT 2020-ci il 23 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qərar çıxarıımasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 22(103)-618/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli 2-2(113)-36/2020 saylı qətnaməsinin borcun tutulması hissəsində dəyişdirilməsi, BOKT-dan 2019-cu il 1 mart tarixinə olan borcu üzrə Fond-in xeyrinə 10.317.766,58 manat əsas kredit, 179.014,42 manat faiz və 184.027,67 manat cərimə borcunun tutulması, qətnaməni n qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və E.Kazımov).
13. BOKT 2021-ci il 5 fevral tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilidiyi hissədə ləğv edilməsini və iddianın tamamilə təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. BOKT-un vəkili məhkəməyə hər iki tərəfin təsdiq etdiyi 2021-ci il 20 sentyabr tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.
15. Fond-in vəkili BOKT-un vəkilinin dedikləri ilə razılaşdığını bildirdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Məhkəmədə mülki işə başlama... 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. “ “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.3. Məhkəmə tərəflərə, məhkəmə bax ışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər...” “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq saziş 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir....” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.5 Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.— 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. İşə kassasiya qaydasında baxılarkən məhkəməyə hazırkı iş üzrə tərəflər arasında 2021-ci ilin 20 sentyabr tarixli barışıq sazişi təqdim edilmişdir.
19. Barışıq sazişi Fond-in İdarə Heyətinin Sədrinin müavin i, İdarə Heyətinin Sədri vəzifəsini icra edən X və BOKT-un İdarə Heyətinin Sədri Y tərəfindən imzalanmış, hər iki tərəfin dairəvi möhürü ilə təsdiq olunmuşdur. 20. 2021-ci il 20 sentyabr tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: 21.1. Borcalan Fondla bağladığı 2017-ci il 25 aprel tarixli “A Fondu ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqaviləyə və Bakı Apellyasiya Məhkəməsinn Kommersiya Kollegiyasının 26.11.2020-ci il tarixli 2-2(103)-618/2020 saylı qətnaməsinə əsasən 01.09.2021-ci il tarixinə Fonda 8,834,854.74 (səkkiz milyon səkkiz yüz otuz dörd min səkkiz yüz əlli dörd) manat 74 qəpik əsas kredit, 95,632.21 (doxsan beş min altı yüz otuz iki manat) manat 21 qəpik faiz və 184.0 27 (bir yüz səksən dörd min iyirmi yeddi) manat 67 qəpik cərimə borcunun olduğunu qəbul edir. 21.2. Borcalan bu sazişin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən cədvələ müvafiq olaraq borcunu hər ayın sonuncu iş həftəsi Fonda ödəməyi öhdəsinə götürür. 21.3. Borcalan hər bir rüb üzrə nəzərdə tutulan ödənişlərin cəmini həmin rübün sonunadək tam şəkildə Fonda ödəməyi öhdəsinə götürür. 21.4. Borcalan tərəfindən bu Sazişin 3-cü bəndində müəyyən edilmiş ödənişləri 3 (üç) dəfə pozulduğu halda barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və barışıq sazişini təsdiq edən məhkəmə qərardadının icraya yönəldilməsi üçün əsasdır. 21.5. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. 21.6. Tərəflər bəyan edir ki, b u Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət etməsinə yol verilməməsi) onlara aydındır. 21.7. Saziş hər biri eyni qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim olunur, ikisi Fondda, digəri isə Borcalanda saxlanılır. 21.8. Sazişə Borcalan tərəfindən Fonda ödənilməsi nəzərdə tutulan məbləği özündə əks etdirən cədvəl bu Sazişə əlavə olunur. 21.9. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 22. 2021-ci il 20 sentyabr tarixli barı şıq sazişinə 1 saylı əlavədə aşağıdakılar göstərilmişdir. S/S İl Ay 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 2021 Sentyabr 2021 Oktyabr 2021 Noyabr 2021 Dekabr 2022 Yanvar 2022 Fevral 2022 Mart 2022 Aprel 2022 May 2022 İyun 2022 İyul 2022 Avgust 2022 Sentyabr 2022 Oktyabr 2022 Noyabr 2022 Dekabr 2023 Yanvar 2023 Fevral 2023 Mart 2023 Aprel 2023 May 2023 İyun 2023 İyul 2023 Avgust 2023 Sentyabr 2023 Oktyabr Əsas kredit ödənişləri 500,000.00 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 232,154.60 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 Faiz 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 Cərimə CƏMİ 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 500,000.00 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 237,980.85 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 2023 Noyabr 2023 Dekabr 2024 Yanvar 2024 Fevral 2024 Mart 2024 Aprel 2024 May 2024 İyun 2024 İyul 2024 Avgust 2024 Sentyabr 2024 Oktyabr 2024 Noyabr 2024 Dekabr 2025 Yanvar 2025 Fevral 2025 Mart 2025 Aprel 2025 May 2025 İyun 2025 İyul 2025 Avgust 2025 Sentyabr CƏMİ 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.68 131,848.38 8,834,854.74 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 1,992.34 95,632.21 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 3,833.91 184,027.67 137,674.93 137,674.93 137,674.93 137,674,93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.93 137,674.63 9,114,514.62
21. Mülki prosessual qanunvericiliyin tələblərinə (bax yuxarıda § 17) görə, qanun prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi, əsasən mövcud mübahisənin məhkəmədən kənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razı laşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraatın xitam olunmasının əsası kimi nəzərdə tutur.
22. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2021-ci il tarixli 20 sentyabr tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də təsdiq edilməlidir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
24. Yuxarıda göstərilə nlərə və MPM-in 52.3, 52.4, 52.5, 261.0.5, 262.4, 417.1.5-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Fond ilə cavabdeh ASC arasında 2021-ci il 20 sentyabr tarixində bağlanmış barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 22(103)-618/2020 saylı qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə icraata xitam verilsin.