Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-203/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyy ətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 20 fevral tarixli 2-2(115)-403/2023 saylı qərardadına əsasən, Ağdam rayon məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu(bundan sonra-“iddiaçı və ya “ASC-nin ləğvedicisi”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3(bundan sonra-“cavabdehlər” və ya “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”) qarşı kredit borcunun qa ytarılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 13.575,83 manat olmaqla, bundan 4.472,51 manat əsas, 4.773,98 manat faiz, 3.688,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 641,08 manat faiz borcu və iş üzrə ödənilmiş 130,73 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. Ağdam Rayon Məhkəməsinin 2023-cü il 25 yanvar tarixli 2(013)-269/2023 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir(hakim – R.M əmmədov).
3. Ağdam Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni iddiaçı kommersiya fəaliyyəti göstərərək, Cavabdeh1 isə sahibkarlıq fəailiyyəti ilə məşğul olduğundan və cavabdehin borcu kommersiya fəaliyyətinə görə yarandığından mülki işin aidiyyəti Gəncə Kommersiya Məhkəməsinə aiddir.
4. Ağdam Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 26.2, 31.1, 44.2.2, 45.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
5. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 20 fevral tarixli 2-2(115)-403/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndə rilməsi qərara alınmışdır (hakim – Rəşad Məmmədov).
6. Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış 2017-ci il 25 avqust tarixli,051T08170120 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, kredit borcalana yeni aldığı evin təmiri məqsədi ilə verilmişdir.
7. Belə olan halda, tərəflər arasında olan mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlak məqsədlərindən irəli gələn mübahisəyə aiddir. Hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.
8. Qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
9. Cavabdehin kredit götürməs i onun sahibkarlıq fəaliyyətindən irəli gəlməmiş, o krediti şəxsi istehlak məqsədilə yəni, yeni aldığı evin təmiri məqsədi ilə götürmüş və istifadə etmişdir. Hazırki mübahisə tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.
10. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.2, 24.3, 25.1, 26.1, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı”) 11-ci bəndinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQU Q
11. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.” “Maddə
44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;...”
12. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkar lıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iş mülki iş olduğundan mahiyyəti üzrə baxılmaq üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.
14. Belə ki, Dəmirbank ASC və Cavabdeh1 arasında bağlanmış 2017-ci il 25 avqust tarixli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, 6.000 AZN məbləğində kredit borcalana yeni aldığı evinin təmiri məqsədilə verilmişdir.
15. Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınması, onun adına rəsmiləşdirilmiş VÖEN-in mövcud olması faktı olsa da, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, yaşayış evinin təmiri məqsədilə ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
16. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarında (bax yuxarıda § 12) birbaşa göstərilmişdir ki, bankın istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair işə ümumi məhkəmədə baxılmalıdır.
18. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən z aman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
19. Qarışıq məhkəmə tərkibi əlavə olaraq qeyd edir ki, müqavilənin 2.1-ci maddəsindən görünür ki, borcalana 6000 AZN məbləğində kredit verilib.
20. Belə ki, uzun illər ərzində formalaşmış bank təcrübəsinə əsasən, biznes kreditləri, bir qayda olaraq, sahibkarlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları, xammalı almaq və s. bu kimi məqsədlərlə iri məbləğlərdə verilir. Yeni dəyər yaratmayan və sadəcə insana hər hansı bir ehtiyacını qarşılamağa kömək edən istehlak kreditləri isə adətən müəyyən predmetləri almaq, xidmətlərdən yararlanmaq, səyahət, təmir, müalicə və s. şəxsi məqsədlərlə daha kiçik həc mdə verilir.
21. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.