Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-204/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı-nin cavabdeh “xxxx” ASC-ə qarşı iş üzrə QƏRAR Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun iştirakı ilə, İddiaçı-nin cavabdeh “xxxx” ASC-yə qarşı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh “xxxx” ASC tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli, 2-2(104)-40/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 04 iyun 2009-cu il tarixli, 46/1 saylı ipoteka müqaviləyə görə, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşən əmlak kompleksini 400000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoymuşdur.
2. MH seriyalı, ******* saylı çıxarışa görə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində ipotekaya dair yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 3. “İpoteka premetinə tutmanın yönəldiməsi haqqında” icra qeydinə görə, İddiaçı-nin xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı 433108,78 manat borc məbləğinin ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin verilməsinə dair tələbi təmin edilmişdir. 4. "xxxx" MMC-nin 2009-cu il tarixli qiymətləndirmə rəyinə görə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (qeyr-yaşayış binasının) bazar qiyməti 850.000 (səkkiz yüz əlli min) manat təşkil edir. 5. “Əmlak Bazarı İştirakçılar” İB-nin 05 aprel 2012-ci il tarixli qiymətləndirmə rəyinə görə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (qeyr-yaşayış binasının) bazar qiyməti 1.270.000 (bir milyon iki yüz yetmiş min) manat təşkil edir. 6. “Əmlak Bazarı İştirakçılar” İB-nin 12.02.2018-ci il tarixli, 13/02-18/E-02-S saylı qiymətləndirmə rəyinə görə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (qeyryaşayış binasının) bazar qiyməti 395.000 (üç yüz doxsan beş min) manat təşkil edir. 7. "xxxx" MMC-nin 27 iyun 2019-cu il tarixli, 0384/10/KB Əmlak Kompleksi kimi Müəssisənin Qiymətləndirilməsinə dair Hesabatına görə, əmlakın hazırki bazar dəyəri 530.000 (beş yüz otuz min) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olmaqla, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 04.07.2010-cu il tarixli icra qeydinə əsasən, borclu cavabdehdən 433108,78 (dörd yüz otuz üç min bir yüz səkkiz manat, yetmiş sək kiz qəpik) manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə yönəlməlidir. Yaranmış zərurətlə əlaqədar olaraq, ilkin satış qiyməti müəyyən olunmalıdır. Əmlak kompleksinin qiymətləndirilməsi real bazar qiymətlərinə uyğun qiymətlənidirilməlidir.
10. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 16 oktyabr il tarixli, 2-2(83)23/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – R.Mamedov).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində olmaqla ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsini tələb etmişdir. Mübahisəli əmlakın qiymətləndirilməsi qiymətləndirici tərəfindən a parıldığından, hazırki tələb cavabdehə qarşı yönəldilə bilməz. Həmçinin, iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir.
12. İşə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli, 2(82)-1260/2014 saylı qətnaməsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmaqla ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin 1.600.000 manat məbləğində qiymətləndirilməsinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.09.2010-cu il tarixli ekspert rəyindəki nəticənin ləğv olunması və həmin əmlakın bazar dəyərinin 389.000,00 manat məbləğində müəyyən olunması qət edilmiş, dir.
13. Bakı Apelyasiya Məhkəməsinin 02 iyul 2015-il tarixli, 2-2(103)-182/2015 nömrəli qərardadı ilə üçüncü şəxs “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(82)-1260/2014 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh “xxxx” MMC-yə qarşı 30.09.2010-cu il tarixli ekspert rəyindəki nəticənin ləğv olunması və yenidən ekspert qiymətləndirilməsi təyin etməklə əmlakın real bazar qiymətinin müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və qeyd olunan qərardad 13 iyul 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 319.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında qanun”) 1.0.9, 39.3.3, 41-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat
16. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 08 may tarixli, 2-2(104)-15/2018 saylı qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən), L.Süleymanov və İ.Şəfiyev) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 16 oktyabr tarixli, 2-2(83)-23/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 395.000 manat müəyyən edilmişdir.
17. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilmə sinə dair “xxxx” İB MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi (395.000 manat dəyərində) əsaslıdır və əmlakın dəyəri əvvəlki məhkəmə mübahisəsi üzrə aparılmış digər ekspert rəyi ilə müəyyən edilmiş (389.000) qiymətlə də mütənasiblik təşkil edir.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 05 dekabr tarixli, 2-2(102)-463/2018 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən), Z.Quliyev və İ.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 08 may tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 04.07.2010-cu il tarixli icra qeydi, icra qeydi əsasında başlanmış icra işinin materialları mövcud deyildir.
21. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən “xxxx” İB MMC tərəfindən təqdim edilmiş 12.02.2018-ci il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir ki, həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin dəyəri 395.000 manat müəyyən edilmişdir.
22. Halbuki, əvvəlki məhkəmə mübahisəsi üzrə aparılmış digər ekspert rəyləri ilə ünva n 2 ünvanında yerləşən əmlak kompleksinin dəyəri 1.270.000 manat (“xxxx” İB-nin 05.04.2012-ci il tarixli ekspert rəyi), 850.000 manat (“xxxx” MMC-nin 2009-cu il tarixli rəyi) müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə mübahisəsi zamanı ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 389.000 manat təşkil etməsinə dair ekspert rəyi ilə müqayisə apararaq hazırkı iş üzrə qiymətləndirmə rəyi ilə onun mütənasiblik təşkil etməsini qeyd etmiş, digər ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsinin səbəblərini əsaslandırmamış və onlara hüquqi qiymət verməmiş, işin obyektiv araşdırılması üçün əlavə ekspertiza təyin etməmişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2019-cu il 19 sentyabr tarixli, 2-2(104)-40/2019 saylı qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən), R.Ş.Muradov və F.Ə.Mehtiyev) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-cı il 16 oktyabr tarixli, 2-2(83)-23/2017 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən, ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış qiyməti 530.000 manat məbləğində müəyyən olunmuşdur.
24. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ipoteka saxlayan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsini tələb etmək hüququna malikdir ki, bu halda da qarşı tərəf qismində əmlakın mülkiyyətçisi olan ipoteka qoyan çıxış edir. İpoteka pred metinin dəyəri ilə bağlı mübahisə ipoteka qoyanla, ipoteka saxlayan arasında yaranır ki, buna görə də hazırkı iş üzrə tələb iddiaya cavab verməli olan şəxsə qarşı yönəlmişdir.
25. Məhkəmə kollegiyası ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi məqsədi ilə əmlakın müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və “xxxx” MMC tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin bazar qiymətinin təxminən 530.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə həmin mütəxəssis rəyini əsaslı hesab etmiş, qeyd olunan nəticəyə ipoteka predmetinin dəyəri ilə bağlı iş materiallarında olan müxtəlif rəyləri bir-biri ilə əlaqəli şəkildə qiymətləndirməklə gəlmişdir.
26. Əvvəlki məhkəmə mübahisəsi üzrə aparılmış qiymətləndirmələr zamanı "xxxx" İBnin 05.04.2012-ci il tarixli mütəxəssis rəyinə görə ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyəri 1.270.000 manat, "xxxx" MMC-nin 2009-cu il tarixli rəyinə görə isə 850.000 manat məbləğində müəyyən edilmişdir. Ümumiyyətlə, həmin rəylər hazırkı icraat çərçivəsində əldə edilməmiş, həmin rəylərin verilməsindən uzun müddət ötmüşdür. Digər tərəfdən, "xxxx" İB-nin 05.04.2012-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyəri 1.270.000 manat müəyyən edilmişdir ki, həmin rəydə kompleksin təmirliliyi bölməsində istifadəyə tam yararlı vəziyyətdə olması qeyd olunmuşdur. Halbuki, iş materiallarındakı fotoşəkillərdən ko mpleksin təmirinin qeyd edilən vəziyyətdə olmaması açıq aşkar görünməkdədir. Həmin qiymətləndirici təşkilat tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli rəydə isə əmlak kompleksinin dəyəri 395.000 manat məbləğində müəyyən edilmişdir ki, eyni qiymətləndirici təşkilatın bir-birindən ciddi şəkildə fərqlənən rəylər verməsi həmin qiymətləndiricinin obyektivliyinə əsaslı şübhələr yaratmaqdadır. Məhkəmə "xxxx" İB tərəfindən verilmiş rəyləri mötəbər hesab etməmişdir. "xxxx" MMC-nin 2009-cu il tarixli rəyinə görə isə əmlak kompleksinin dəyəri 850.000 manat məbləğində müəyyən edilmişdir ki, həmin rəyin verilməsindən 10 il müddət keçməklə yanaşı, həmçinin həmin rəy məhz əmlak mülkiyyətçisinin sifarişi əsasında verilmişdir. Buna görə də həmin rəy də məhkəmə tərəfindən mötəbər hesab edilməmişdir. 2
7. Məhkəmə bu qənaətini “İpoteka haqqında qanun”un 1.0.9, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və əmlakin ilkin satış qiymətinin 1.270.000 manat dəyərində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. İpoteka ilə yüklü edilmiş əmlakın əvəzində 400.000 manat məbləğində kredit götürülmüşdür. Həmin kreditin təyinatı yüklü edilmiş əmlakın daxilində yeni istehsal sahəsinin tikilib tam olaraq başa çatdırılması məqsədi daşımışdır. Kredit götürülən zaman mübahisəli əmlakın içərisində yeni sexin tikilməsi, həmçinin yeni tikinti məhsullarının istehsalı və alıcıya çatdırılması məqsədilə müəyyən maşın və avadanlıqların alınması olmuşdur. İş materiallarındakı ekspertiza rəylərinin qiymətləndirilməsində əmlakın dəyərinin müxtəlif olaraq müəyyən edilməsi də, məhz götürülən kredit əsasında əmlakın daxilində yeni istehsal sahəsinin yaradılması, yeni tikinti məhsullarının istehsalı və alıcıya çatdırılması məqsədilə istehsal prosesində lazım olan müəyyən maşın və avadanlıqların alınması ilə bağlı olmuşdur. 2009-cu il tarixdə əmlakın dəyərinin 850.000 manat, 2012-ci il tarixdə isə 1.270.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən ilkin qiymətləndirilmədən uzun müddət keçməsi səbəbindən əmlakın əvvəlki ekspertiza rəylərində qeyd edilən məbləğ ilə razılaşmaması da əsaslı deyildir.
30. Belə ki, məhkəmə tərəfindən qeyd etdiyi müddət ərzində daşınmaz əmlak bazarında hər hansı bir enmələrin olmasına dair heç bir fakt göstərilməmişdir. Bununla yanaşı, ilkin kredit götürülən zaman həmin əmlakın girov qoyulması müqabilində 400.000 manat məbləğində kredit verilmişdirsə və həmin kredit də əmlak kompleksində yeni tikinti məhsullarının istehsalının təşkili məqsədilə yeni sexin tikintisinin başa çatdırılmasına, yeni tikinti məhsullarının istehsal prosesi və alıcıya daşınıb çatdırılması məqsədilə nəzərdə tutulmuşdursa, onda axırıncı mütəxəssis rəyi ilə məhkəmənin razılaşması əsaslı hesab edilə bilməz. Çünki əmlakın ilkin vaxtı dəyəri 400.000 manat məbləğində kredit verilməsi üçün yetərli idisə və həmin əmlakın tam olaraq qurulması üçün qeyd ed ilən məbləğ götürülmüşdürsə, onda əmlakın 530.000 manat ilkin satış qiymətinin müəyyən edilməsi qüsurlu idi. Əmlak kompleksinin daxilində tikinti məhsullarının istehsalı məqsədilə, yeni sexin tikintisi və avadanlıqlarının tam olaraq quraşdırılması ilə bağlı götürülmüş kredit tam olacaq həmin sahənin qurulub başa çatdırılmasına yönəlmişdir. Kreditin təyinatına uyğun xərclənməməsi ilə bağlı qarşı tərəfin heç bir iradı olmamışdır. Belə olan halda məhkəmə tərəfindən əmlakın ilkin satış qiymətinin 530.000 manat müəyyən edilməsi ağlabatan deyildir.
31. Kassasiya şikayəti “Maksimov Rusiyaya qarşı”, X3rşı”, Van de Hurk Niderlanda qarşı”, “X2rşı” işlər üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının müddəalarına istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
33. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
34. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
35. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏ TİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlənd irilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
103. Ekspert rəyinin m əhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 40. “İpoteka haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:..... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir”. “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasın da baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli, 2-2(104)-40/2019 saylı qətnaməsi dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlakın əvəzində əmlakın daxilində yeni istehsal sahəsinin tikilib tam olaraq başa çatdırılması məqsədi ilə 400.000 manat məbləğində kredit götürülmüş, 2009-cu il tarixdə əmlakın dəyərinin 850.000 manat, 2012-ci il tarixdə isə 1.270.000 manat məbləğində olduğu müəyyən edilmiş, məhkəmə tərəfindən ilkin qiymətləndirilmədən uzun müddət keçməsi səbəbindən əmlakın əvvəlki ekspertiza rəylərində qeyd edilən məbləğ ilə razılaşmaması da əsaslı deyil, kreditin təyinatına uyğun xərclənməməsi ilə bağlı qarşı tərəfin heç bir iradı olmadığı üçün əmlakın ilkin satış qiymətinin 530.000 manat müəyyən edilməsi ağlabatan deyildir.
43. Kassasiya şikay ətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi məqsədi ilə əmlakın müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş və “xxxx” MMC tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin bazar qiymətinin təxminən 530.000 manat təşkil etdiyi müəyyən edilmiş və məhkəmə kollegiyası həmin mütəxəssis rəyini əsaslı hesab etmiş, qeyd olunan nəticəyə ipoteka predmetinin dəyəri ilə bağlı iş materiallarında olan müxtəlif rəyləri bir-biri ilə əlaqəli şəkildə qiymətləndirməklə gəlmişdir.
44. Əvvəlki məhkəmə mübahisəsi üzrə aparılmış qiymətləndirmələr zamanı "xxxx" İBnin 05.04.2012-ci il tarixli mütəxəssis rəyinə görə əmlak kompleksinin dəyəri 1.270.000 manat, "xxxx" MMC-nin 2009-cu il tarixli rəyinə görə isə 850.000 manat məbləğində müəyyən edilmişdir. Apelyasiya məhkəməsi həmin rəyləri qiymətləndirərək qeyd etmişdir ki, onlar hazırkı icraat çərçivəsində əldə edilməmiş, həmin rəylərin verilməsindən uzun müddət ötmüş, digər tərəfdən, "xxxx" İB-nin 05.04.2012-ci il tarixli mütəxəssis rəyində əsasən kompleksin təmirliliyi bölməsində istifadəyə tam yararlı vəziyyətdə olması qeyd olunsa da iş materiallarındakı fotoşəkillərdən kompleksin təmirinin qeyd edilən vəziyyətdə olmadığı aşkar olunmuş, həmin qiymətləndirici təşkilat tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli rəydə isə əmlak kompleksinin dəyəri 395.000 manat məbləğində müəyyən edilmişdir ki, eyni q iymətləndirici təşkilatın bir-birindən ciddi şəkildə fərqlənən rəylər verməsi həmin qiymətləndiricinin obyektivliyinə əsaslı şübhələr yaratdığından, "xxxx" İB tərəfindən verilmiş rəylər mötəbər hesab edilə bilməz. "xxxx" MMC-nin 2009-cu il tarixli rəyinə görə isə əmlak kompleksinin dəyərinin 850.000 manat məbləğində müəyyən edilməsi barədə rəyin verilməsindən isə 10 il müddət keçməklə yanaşı, həmin rəy məhz əmlak mülkiyyətçisinin sifarişi əsasında verildiyindən, həmin rəy də məhkəmə tərəfindən mötəbər hesab edilməmişdir.
45. Beləliklə, apelyasiya məhkəməsi kassasiya şikayətində istinad edilən, ipoteka predmetinin dəyəri ilə bağlı iş materiallarında olan müxtəlif rəyləri bir-biri ilə əlaqəli şəkildə öz səlahiyyətləri çərçivəsində MPM-nin 88 və 1-2-ci maddələrinin müddəaları baxımından, qiym ətləndirərək, həmin rəylərlə hansı səbəblərdən razılaşmadığını konkret dəlillərlə kifayət qədər əsaslandırmış, buna görə də kassasiya şikayətinin qeyd edilən dəlilləri işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən qəbul edilmir.
46. Apelyasiya məhkəməsi həmçinin işə baxarkən MPM-nin 420-ci maddəsinin tələblərinə riayət edərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 05 dekabr tarixli, 2-2(102)-463/2018 saylı qərarında verilmiş məcburi göstərişlərə də riayət etmiş, əmlak kompleksinin yenidən mütəxəssis qiymətləndirilməsini həyata keçirmiş, iş üçün zəruri olan sənədləri əldə edərək iş materiallarına əlavə etmişdir.
47. Cavabdehin kassasiya şikayəti əsasən işin faktiki halları, əmlak kompleksinin müxtəlif illərdə həyata keçirilmiş qiymətləndirmələri ilə ba ğlıdır və məhkəmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək əmlakın satış qiymətinin 1.270.000,0 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilsə də, bu tələb konkret maddi və prosessual hüquq normaları ilə əsaslandırılmamışdır.
48. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli, 2-2(104)40/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
50. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli, 2-2(104)-40/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.