Məhkəmə qərarları › İş №2-2(102)-204/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-204/2023

10.03.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-204/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Lənkəran Regional X2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ 10.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı Lənkəran Regional X2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli, 2-2(121)-3/2023 saylı qərardadına əsasən, Lənkəran Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. I.İŞİN HALLARİ: 1. 2020-ci il 11 avqust tarixli “Həcm-Qiymət” cədvəlindən görünür ki, Cavabdeh MMC-nin istismarında olan əraziyə dəymiş ziyanın həcmi 189.267,40 manat məbləğində təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Lənkəran Rayon Məhkəməsindəki icraat

3. X4 Təsərrüfatı Mərkəzi (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 202 1-ci il 14 yanvar tarixdə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gürdəsər meşəbəyliyinin (keçmiş Vizəzəmin) 6 saylı kvartalın 37-ci bölməsində 3.31 ha, 12-ci kvartalın 2-ci bölməsində 1.46 ha ümumilikdə X5 torpağından 4.77 hektar meşə fondu torpağından çıxarılaraq həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahələri boşaldılaraq, iddiaçıya təhvil verilməsi və zəbt olunmuş sahədə meşə fondu torpaq sahəsinin üst münbit qatının götürülməsi, meşə bərpa işləri üçün nəzərdə tutulmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi nəticəsində 189.267 manat məbləğində ziyanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən torpaq sahələrində n istifadə vəziyyəti araşdırılarkən Gürdəsər meşəbəyliyinin (keçmiş Vizəzəmin) 6 saylı kvartalın 37-ci bölməsində 3.31 ha, 12-ci kvartalın 2-ci bölməsində 1.46 ha ümumilikdə X5 torpağından 4.77 ha ərazi orada fəaliyyət göstərən cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi və həmin ərazidə müxtəlif tikililər inşa olunaraq üzün müddət istifadə olunması müəyyən edilmişdir. İddiaçının 2020-ci il 11 avqust tarixli aktı və ona əlavə olunmuş həcm qiymət cədvəli, həmçinin digər toplanmış sənədlər əsasında cavabdeh tərəfindən zəbt edilmiş meşə fondu torpaq sahəsinə vurulmuş ümumi zərərin miqdarı 189.267 manat məbləğində müəyyən olunmuşdur.

5. Lənkəran Rayon Məhkəməsinin 2021-ci il 4 fevral tarixli, 2(048)-129/2021 saylı qərardadı ilə işin aidiyyətı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə gö ndərilməsi qərara alınmışdır (hakim – A.Kiçibəyov).

6. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı işlə bağlı tərəflərin hər ikisi hüquqi şəxs olduğundan, hüquqi şəxslər arasında yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.

7. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 26.2, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinə istinad etmişdir. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

8. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli, 2-2(121)-3/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Misirzadə).

9. Məhkəmə qeyd etmişdir ki, X4 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dövlət orqanı olsa da, hüquqi şəxs statusuna malik olmamışdır. Həmçinin tərəflər arasında mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisə olmuşdur. Belə olduğu halda, Lerik Rayon Məhkəməsi tərəfindən hazırki iddia tələbinin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə düzgün olaraq göndərilməmişdir.

10. Məhkəmə öz qərardadında hüquqi əsas kimi MPM-in 24.2, 25.1, 26.1, 26.2, 32.7, 35.2, 39.1-ci maddələrinə istinad etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətin ə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2015-ci il 10 aprel tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır....” 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2020-ci il 18 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən i rəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə b irgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılma lıdır....”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) da ir işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kasasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fik ir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. Məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər....” III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin mövqeyi üzrə iş materialları əsasında hüquqi qiymətləndirmə apararaq hesab edir ki, iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, iş materiallarında yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliy yanında Meşələrin İnkişafı Xidmətinin əsasnaməsi mövcuddur. Həmin əsasnamədə Xidmətin hüquq və vəzifələrinin Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələr vasitəsi ilə həyata keçirildiyi göstərilmiş, lakin hazırkı iş üzrə tərəf olan Mərkəzin həmin yerli bölmələrə aid olub-olmaması öz əksini tapmamışdır.

16. İş materiallarında mövcud olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışda X4 Təsərrüfatı Mərkəzi digər kommersiya təşkilatı kimi qeyd olunmuşdur. Bu isə həmin Mərkəzin kommersiya fəaliyyəti göstərə bilməsinin istisna olunmadığını göstərir. Lakin, iş materiallarında Mərkəzin fəalityyət istiqamətini, hansı növ təşkil olmasını və s. özündə əks etdirən nizamnaməsi və ya hər hansı digər sənədlər mövcud olmadığından, bununla bağlı yekun nəticəyə gəlmək mümkün deyildir. Bu səbəbdən, məhkəmə qeyd olunan məsələlər aydınlaşdırılmalı və aidiyyətlə bağlı müvafiq qiymətləndirm ə aparıldıqdan sonra yekun nəticəyə gəlinməlidir. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qərarın 25-ci bəndinə əsasən, Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.

18. Məhkəmə tərkibi həmçinin vurğulayır ki, Şirvan Kommersiya Məhkəməsinin qərarında göstərildiyi kimi iddiaçının Mərkəzin dövlət orqanı olan Xidmətin tabeçiliyində olan dövlət qurumu olması halı öz təsdiqini tapmış olduğu təqdirdə isə işin məhkəmə ai diyyətinin müəyyən olunması üçün Ali Məhkəməyə göndərilməsi istisna olunmalı idi.

19. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) veril ən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Əgər münasibətlər publik hüquqi münasibətdən irəli gəlirsə belə olan təqdirdə məhkəmə aidiyyəti məsələsi həll oluna bilməz.

20. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 2-ci bəndinə əsasən, qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və y a kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər.

21. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, yuxarıda göstərilənlərin, yəni iddiaçı Mərkəzin kommersiya fəaliyyəti ilə məşğul olub-olmamasının və ya mübahisənin onun dövlət qurumu kimi səlahiyyətlərinin icrasından irəli gəlib-gəlməməsi məsələsinin aydınlaşdırılma üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 403-1.9-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: İddiaç ı Lənkəran Regional X2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar