Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-206/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-992/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 23 tarix li Protokola əsasən Cavabdeh MMC-nin direktoru X1 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyət görmək üçün, şahidlər X8 və X2 şahidliyi ilə 220.000 manat pulu qəbul etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 220.000 manat əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə 2023-cü il 10 aprel tarixinə hesablanmış 22.724,79 manat faiz borcu olmaqla, cəmi 242.724,79 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q nömrəli sahədə hündür mərtəbəli yaşayış binası tikintisi ilə məşğul olduğundan, gələcəkdə cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2021-ci il 23 noyabr tarixində şahidlərin iştirakı ilə cavabdehin direktoru X5 220.000 manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən protokol verərək həmin miqdarda pulu ondan aldığını təsdiq etmişdir. Bundan başqa, hissə-hissə 167.700 manat nağd pul, 51.000 manat və 47.600 manat məbləğləri dəyərində 2 ədəd avtomobil olmaqla, ümumilikdə 486.300 manat pul əlavə olaraq vermişdir. Bunun əvəzində cavabdeh təminat vermişdir ki, iddiaçının pullarından istifadə edilərək tikintisi aparılan yaşayış binasında satışdan əldə olunan gəlirin 25 faizi miqdarında iddiaçıya qazanc verəcəkdir. Bu isə orta hesa bla tikinti sahəsinin 2.500 m2 hissəsini əhatə edirdi. Həmin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Cavabdehə verdiyi pulların bir qisminin mənbəyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus 2 mənzilini “Faktor lizinq” şirkətinə girov kimi qoyaraq əvəzində ayrılmış pulların cavabdehə verməsinə razı olmuşdur. Hazırda həmin pullara görə “Faktor lizinq” şirkəti iddiaçıdan 218.000 manat faiz borcu tələb etmişdir. Cavabdehin onun qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə cəmi 704.300 manat zərərə məruz qalmışdır. Göstərilən pulların verilməsində və razılaşmada cavabdehin direktoru X4 atası X8, həmçinin sürücüsü X3 da iştirak etmişlər. İki ilə yaxın müddət keçsə də, cavabdeh öhdəliklərinə əməl etmir, dəfələrlə danışıqlar yolu ilə məsələləri yoluna qoymaq istəsə də bu mümkün olmadığından anlamışdır ki, cavabdehin məqsədi onunla şərikli sahibkarlıq fəaliyyət ilə məşqul olmaq yox, onun pullarını mənimsəməkdən ibarət olmuşdur. Keçən iki ilə yaxın müddət ərzində dəfələrlə işin sülh yolu ilə həll edilməsini, cavabdehin üzərinə düşən öhdəliyi icra etməsini və ya əks təqdirdə sahibkarlıq fəaliyyəti məqsədilə alınmış pulların, əldən çıxmış faydanın, gəlirlərin, çəkilmiş xərclərin, bank faizlərinin, dəbbə pularının, ödənilməsi tələb etsədə heç bir müsbət nəticə hasil edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə mediasiya təklifi göndərmişdir. Yalnız bundan sonra Bakı şəhəri 15 saylı Mediasiya təşkilatında görüşləri baş tutmuş, lakin mübahisə üzrə heç bir razılıq əl də edilməmişdir. Bu barədə 15 saylı Mediasiya təşkilatı iddiaçıya İlkin Mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Artıq aralarında olan mübahisənin məhkəməsiz həll edilməsi mümkün deyildir. Cavabdehin qanunsuz hərəkətlərindən 704.300 manat zərərə məruz qalmış, lakin hazırda onun iddiaçıdan aldıgı və özünün möhürü ilə təsdiq etdiyi 220.000 manat borc üzrə iddia qaldırmışdır.
4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi bir protokola əsaslanmışdır. Həmin protokola görə pul öhdəliyini müəyyən etmək mümkün deyil və protokola vurulmuş möhür mübahisəlidir. Tərəflər bir-birini tanımış, işgüzar münasibətlərdə olmuşlar.
5. Cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəməyə 2021-ci il 23 noyabr tarixli prot okolun etibarsız hesab olunması barədə qarşılıqlı iddia verilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(113)-2470/2023 nömrəli qərardadı ilə həmin ərizənin geri qaytarılması qərara alınmış (hakim Z.Pirverdiyev). Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 22(103)-818/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər - X.Sarıyev və V.Baxışova).
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli e-2-2(113)2470/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 220.000 manat borcun və ödənilmiş 533 manat dövlət rüsumunun 483,06 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 49,94 manat məbləğin iddiaçıya aid olunması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Z.Pirverdiyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı şərikli sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün 23 noyabr 2021-ci il tarixində şahidlərin iştirakı ilə cavabdeh "xxxx" MMC-nin direktoru X5 220000 (iki yüz iyirmi min) manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış protokoldan irəli gəlmişdir. 2021ci il 23 noyabr tarixli protokolun müqayisəli təhlilindən görünür k i, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə gələcəkdə birgə sahibkarlıq fəaliyyəti görmək üçün 220.000 manat pul vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, cavabdehin öhdəliyini yerinə yetirməsi barədə hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu isə iddiaçıya protokol və mülki qanunvericiliyin normalarından çıxış etməklə, hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Məhkəmə iddia tələbinin özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə 2023-cü il 10 aprel tarixinə hesablanmış 22.724,79 manat faiz borcunun tələb olunan pul vəsaitinə münasibətdə qeyd etmişdir ki, iddiaçı göstərilən tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 449.1-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür. Qeyd olunan normanın tələbinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi, faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşsə də, iddiaçı cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki M əəllənin (bundan sonra MM) 390.1, 442, 449.1 və 449.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-992/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova).
13. Apellyasiya məhkəməsi apellyasiya baxışı həddində iddia tələbini əsaslı hesab edərək göstərmişdir ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 23 noyabr 2021-ci il tarixində şahidlərin iştirakı ilə Cavabdeh MMC-nin direktoru X5 220000 (iki yüz iyirmi min) manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir.
14. Göründüyü kimi təərflər arasında 23 noyabr 2021-ci tarixli protokol imzalanaraq cavabdehin möhürü ilə təsdiq olunmuş, həmin protokol üzrə cavabdehin iddiaçıya, 220000 manat məbləğində borcu yaranmış cavabdeh iddiaçıya qeyd olunan borcu ödəməmişdir. İddiaçının cavabdehdən öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehin öhdəliyini yerinə yetirməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
15. Bundan başqa, cavabdehin nümayəndəsi başqa əqdi pərdələmək məqsədilə bağlanmış əqd olduğunu bildirdiyi halda, möhürün şirkətin möhürü olub-olmamasının məlum olmadığını bildirməsi anlaşılan deyildir.
16. Cavabdehin sözügedən protokolun etibarsız hesab olunması barədə qarşılıqlı iddia ərizəsinin isə birinci instansiya məhkəməsinin qərardadı ilə geri qaytarılması qərara alınmış, apellyasiya məhkəməsi də həmin qərardadı qüvvədə saxlamışdır (bax yuxarıda bu qərarın 5-ci bəndi).
17. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 372.6, 384.0.2, 386, 390, 416, 418.1, 418.2, 418.3 və 418.4.5-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya şikayətində qeyd olunan hallar araşdırılmamışdır. Apellyasiya məhkəməsi bir cümlə ilə əsaslandırma apararaq, 220.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qanuni və əd alətli hesab etmiş, bu qanuniliyin və ədalətliliyin nədən ibarət olması, hansı əsaslarla belə qənaətə gəlməsi barədə isə qətnamədə heç nə qeyd olunmamışdır.
21. Mübahisəli protokol hər hansı pulun verilməsini təsdiq etmək üçün hüquqi qüvvəyə malik deyil. Protokolda pulun sahibkarlıq fəaliyyəti görmək məqsədi ilə verildiyi qeyd edilsə də, bu sahibkarlıq fəaliyyətinin nə olduğu, yəni hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olunacağı, bu fəaliyyətdə tərəflərin hüquq və vəzifələri ilə bağlı müddəa mövcud deyil. Həmçinin, protokolda verilmiş pulun nə vaxt qaytarılacağı da öz əksini tapmamışdır. Bu da özlüyündə protokolun qanunsuz olduğunu göstərir. Əslində bu protokolun bağlanmasında məqsəd ondan ibarət olmuşdur ki, cavabdeh "xxxx" MMC-də olan payını iddiaçıya vermişdir və iddiaçı da həmin paya uyğun olaraq "xxxx" MMC-də payçı olur. Nəticə etibarı ilə belə protokol tərtib olunmuşdur. Bu protokol da başqa bir müqaviləni pərdələmək üçün bağlanmış əqddir, bu səbəbdən də əsasızdır və heç bir hüquqi nəticə yaratmır. Əslində isə cavabdeh iddiaçı ilə “Fatmeyi-Zəhra” layihəsində ortaq olduğundan layihədə ortaq qalmaq üçün onlar cavabdehə 2.000.000 manata yaxın pul ödəməli idilər. Lakin iddiaçı 220.000 manat verməklə cavabdehin layihəsini əlindən almış və hazırda layihənin tikintisini cavabdeh kənarda qalmaqla onlar həyata keçirir. Ortaqlıq ayrılanda isə ortaqlıq dövründə olan layihələr qiymətləndirilməli və ortaqlar arasında layihənin dəyəri bölünməlidir, yəni iddiaçı cavabdehə layihə üzrə pul borclu olduğu halda, əksinə cavabdehdən pul tələb edir.
22. Həmçinin, iddiaçı cavabdehin dir ektoruna torpağın alınması ilə bağlı saxta sənədlər təqdim edərək dələduzluq etmişdir. Həmin sənədlərlə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur.
23. Bundan başqa, cavabdeh tərəfindən sözügedən protokolun etibarsızlığı ilə bağlı qarşılıqlı iddia verilmiş, lakin məhkəmə qarşılıqlı iddiaya münasibət bildirməmiş, bununla bağlı qətnamədə hər hansı qeyd göstərilməmişdir.
24. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğuns uzluğu əqdi etibarsız edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh iddiaçı ilə münasibətlərinə aidiyyəti olmayan şəxslərə saxta sənəd imzalatdırmaqla, iddiaçının ona borcunun olması haqqında tərtib edilmiş sənədi 2024-cü il 16 may tarixində məhkəməyə göndərmişdir. MPMin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası işin faktiki hallarını araşdırmır. Əgər cavabdehin borcun olmasını təsdiq edən sübutları var idisə, rəsmi sənədlərlə təsdiq edilməklə, birinci instansiya məhkəməsində qarşılıqlı iddia verə bilərdi. Qanunvericiliyin tələbinə görə, iddiaçının cavabdehə borcunun olması yalnız borc müqaviləsi və ya hər hansı alğı-satqı sənədləri üzrə rəsmi sənədlərlə təsdiq edilə bilər. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətn amə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci ma ddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edil məsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
33. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən, şərikli sahibkarlıq fəaliyyəti görmək üçün iddiaçı ilə cavabdeh arasında şahidlərin iştirakı ilə 2021ci 23 noyabr tarixli protokol imzalanaraq cavabdehin möhürü ilə təsdiq olunmuş, həmin protokol üzrə cavabdehin iddiaçıya 220000 manat məbləğində borcu yaranmış, cavabdeh iddiaçıya həmin məbləğdə borcu ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək, iddiaç ının 220.000 manat pulun tutulması tələbini əsaslı hesab etmişdir.
34. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətində irəli sürülən dəlillərlə eyni olmaqla ondan ibarətdir ki, iddia olunan pulun verilməsinə dair 2021-ci il 23 noyabr tarixli protokol qanunsuz olmuş, başqa əqdi pərdələmək niyyəti ilə tərtib edilmiş, əsl məqsəd cavabdehin başqa hüquqi şəxsdə olan payının iddiaçıya verilməsindən ibarət olmuşdur.
35. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxsl ərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd- tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin çşlohəqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur».
36. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd ə həmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (MM-nin 340.2-ci maddəsi)
37. Göründüyü kimi, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər.
38. Baxılan iş üzrə cavabdeh 2021-ci il 23 noyabr tarixli protokolun yalan əqd olmaqla, əslində başqa əqdi pərdələmək niyyəti ilə görünüş üçün tərtib olunduğunu göstərsə də, pərdələnən əqdlə bağlı mötəbər sübutları işin hallarına və sübutlara qiymət vermək səlahiyyət inə malik olan, işə baxmış məhkəmələrə təqdim etməmiş, bununla da MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
39. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbayc an Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, mülki qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərlə müqayisədə, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, cavabdehin qanunsuz olduğunu iddia etdiyi 2021-ci il 23 noyabr tarixli protokol, Cavabdeh direktoru tərəfindən imzalanmış, möhürü ilə təsdiq edilmişdir. Cavabdeh həmin möhürün ona məxsus olmamasını mübahisələndirməmişdir.
41. Qeyd edilməlidir ki, kassasiya şikayətin in məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-992/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov M.T.Əhmədova