Məhkəmə qərarları › İş №2-2(102)-21/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-21/2025

22.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və "xxxx" MMC-yə qarşı “əşyaların qanunsuz sahiblikdən tələb edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-21/2025 Açar sözlər: əmlakın özgəsinin qanunsuz sahibliyindən tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Abbasov Aqil Əzizağa oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 iyul tarixli, 22(103)-546/2024 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 2007-ci il 14 mart tarixli NAA01 nömrəli, 2008-ci il 24 iyun tarixli NAA-02 nömrəli və 2011-ci il 03 iyun tarixli NAA-04 nömrəli kredit müqavilələri ilə bank tərəfindən MMC-yə müvafiq olaraq 36 ay müddətinə illik 18 % ödəmək şərti ilə 5.000.000 ABŞ dolları, 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 3.300.000 ABŞ dolları və 60 ay müddətinə illik 6 % ödəmək şərti ilə 5.000.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqavi lələrinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC, borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış 2009-cu il 1 sentyabr tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsi və 2011-ci il 3 iyun tarixli sonrakı ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 19 yanvar tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilərək, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 2014-cü il 3 sentyabr tarixədək hesablanmış 2007-ci il 14 mart tarixli kredit müqaviləsinə əsasən 3.750.000 ABŞ dolları əsas, 3.340.999,98 ABŞ dolları faiz, 10.636.499,97 ABŞ dolları cərimə faizi, 2008-ci il 24 iyun tarixli kredit müqaviləsinə əsasən 899.170 ABŞ dolları əsas, 582.979,77 ABŞ dolları faiz, 2.223.224,65 ABŞ dolları cərimə faizi və 2011-ci il 3 iyun tarixli kredit müqaviləsinə əsasən 5.000.000 manat əsas, 763.333,33 manat faiz, 497.777,78 manat cərimə faizi olmaqla cəmi 6.261.111,11 manat və 21.432.874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6.261.111,11 manat və 21.432.874,36 ABŞ dolları kredit borcunun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin "xxxx" MMC-dən tutulması qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2015-ci il 19 may tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilə rək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 19 yanvar tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 2014-cü il 3 sentyabr tarixədək hesablanmış 2007-ci il 14 mart tarixli kredit müqaviləsinə əsasən 3.750.000 ABŞ dolları əsas, 3.340.999,98 ABŞ dolları faiz, 10.636.499,97 ABŞ dolları cərimə faizi, 2008-ci il 24 iyun tarixli kredit müqaviləsinə əsasən 899.170 ABŞ doları əsas, 582.979,77 ABŞ dolları faiz, 2.223.224,65 ABŞ dolları cərimə faizi və 2011-ci il 3 iyun tarixli kredit müqaviləsinə əsasən 5.000.000 manat əsas, 763.333,33 manat faiz, 497.777,78 manat cərimə faizi olmaqla cəmi 6.261.111,11 manat və 21.432.874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1də yerləşən əml ak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6.261.111,11 manat və 21.432.874,36 ABŞ dolları kredit borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2016-cı il 7 yanvar tarixli qərarı ilə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2015-ci il 19 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası çərçivəsində "xxxx" ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 2017-ci il 21 aprel tarixli müqavilə bağlanmış və yuxarıda qeyd olunan kredit müqavilələri üzrə tələb hüququ "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir.

7. Hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2015-ci il 19 may tarixli qətnaməsi əsasında hərraclar keçirilmiş, hərracın yekunları barədə 2017-ci il 9 oktyabr tarixli protokol tərtib edilərək və eyni tarixli alqı-satqı müqaviləsi bağlanmaqla ünvan 1 ünvanında yerləşən əmlak kompleksi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən "xxxx" QSC BOKT-un mülkiyyətinə keçmişdir. 8. 2019-cu il 24 aprel tarixli təhvil-təslim aktı ilə ünvan 1 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş əmlak kompleksi "xxxx" QSC BOKT-a təhvil verilmişdir. 9. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının qərarı ilə "xxxx" ASCdən problemli aktivlərin əvəzində əldə edilmiş "xxxx" MMC-nin əsas vəsaitlərinin "xxxx" QSC-dən "xxxx" ASC-yə təhvil ver ilməsinə dair "xxxx" QSC-nin nümayəndələri X1, X4, "xxxx" ASC-nin işçi qrupunun üzvləri X6, X3, X2, "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə2 iştirakı ilə 2019-cu il 25 aprel tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akt əsasında ünvan 1 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş və "xxxx" QSC BOKT-na təhvil verilmiş əmlak kompleksi "xxxx" ASC-yə verilmişdir. 10. ünvan 1 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. İddiaçı "xxxx" MMC cavabdehlər "xxxx" QSC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən əmlak kompleksindəki daşınar əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işdə müba hisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakların cavabdehlər tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 fevral tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 “Oka” markalı avtomobilin və 1 ədəd 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobillərinin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 10 sentyabr tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC və üçüncü şəxs "x xxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 fevral tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin iddiasının qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən əmlak kompleksində yerləşən siyahı üzrə avadanlıqların, mebellərin, avtomobillərin və sair əmlakın cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiasının cavabdeh "xxxx" QSC BOKT-a münasibətdə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı “əşyaların qanunsuz sahiblikdən geri qaytarılması” tələblərinə dair iddianın təmin edilməməsi qət edilmi şdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 19 aprel tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2021-ci il 10 sentyabr tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində birinci icraat

15. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhvil-təslim aktlarında göstərilmiş yerləşmə yerləri üzrə daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınmasını, 500000 manat dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia belə əsaslandırıl mışdır ki, müvafiq siyahıya alma və təhvil-təslim prosesləri zamanı baş verən yanlışlıq nəticəsində 2019-cu il 24 aprel tarixində iddiaçı və "xxxx" QSC tərəfindən imzalanmış təhvil-təslim aktına və 2019-cu il 25 aprel tarixində "xxxx" QSC və cavabdeh ASC tərəfindən imzalanmış təhvil-təslim aktına əmlak kompleksi (yəni tikililər) ilə bərabər bir sıra avandanlıqlar, maşınlar və digər daşınar əşyalar da daxil edilmiş və daşınar əşyalar heç bir hüquqi əsas olmadan ASC-nin qanunsuz sahibliyi altındadır. Əmlak kompleksinin içində olan daşınar əşyaların bir hissəsi iddiaçıya, bir hissəsi isə iddiaçının həm təsisçisi olduğu digər şirkət "xxxx" MMC-yə məxsus olmuşdur. Göstərilənlərlə yanaşı yuxarıda qeyd edilən təhvil-təslim aktında göstərilməsə də, cavabdeh iddiaçı tərəfindən qurulmuş və sexlərin fəaliyyətini təmin edən 2 ədəd artezian quyusu və həmin quyunun fəaliyyətini təmin edən qurğu və mal-material da faktiki olaraq sahiblənmişdir. Eyni zamanda iddiaçıya məxsus daşınar əşyaları faktiki olaraq əldə etdikdən sonra həmin əşyaların saxlanılması və texniki qulluğu lazımi şəkildə həyata keçirilmədiyinə görə bəzi avadanlıqlar işlək vəziyyətdə deyil və ya işlək vəziyyətə gətirilməsi üçün müəyyən xərc tələb olunur. İddiaçının hesablamalarına görə bütün avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 manat pul vəsaitinə ehtiyac vardır.

17. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək qeyd etmişdir ki, iddia tələbində qeyd olunan əmlakların Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əmlak kompleksi ilə birlikdə iddiaçının "xxxx" ASC-yə olan kredit b orcunun ödənilməsinin təmin edilməsi üçün hərracda satılması nəzərdə tutulmuşdur. İddia ərizəsində qeyd olunan daşınar əmlaklar əmlak kompleksi kimi ipoteka ilə yüklü edilərkən onun tərkibində olmuşdur. Qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri yerinə yetirilmiş, icra hərəkətləri çərçivəsində qeyd olunan əmlak kompleksinin cavabdehə təhvil verilməsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Bundan başqa, təhvil təslim olarkən əmlak kompleksinin mülkiyyətçisi olan iddiaçının direktorunun iştirakı qeyd olunan halın bir daha təsdiqidir. Daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli qətnaməsində də qeyd olunmuşdur ki, həmin əmlakların idd iaçının mülkiyyətində olması təsdiq olunmur. Belə ki, həmin əmlakların MMC-nin balansında olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətində olmuş daşınmaz əmlakda yerləşir və təqdim edilmiş sənədlərə əsasən onun mülkiyyətində olmuşdur. Eyni zamanda, MMC həmin əmlakların mülkiyyətçisi olmadığına görə iddiaçının cavabdehlər "xxxx" QSC BOKT və ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddiası təmin edilməmişdir. İddiaçı hazırda ona məxsus olmayan qurğuların hansı şəraitdən və nəyin təsirindən işlək olmayan vəziyyətə gəlməsi barədə, həmçinin avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 manat pul məbləğinin hansı qaydada hesablaması, ümumiyyətlə, iddia ərizəsində qeyd etdiyi kimi başqasının sahibl iyində olan qurğular barədə bu kimi spesifik məlumatları necə müəyyən etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sözügedən avadanlıqlar Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında 2017-ci il 4 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar üçüncü şəxslərin hüquqlarından azad əmlak kimi "xxxx" QSC tərəfindən təhvil verilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli, e-2-2(113)- 211/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Z.Axundova).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli S ərəncamın icrası ilə əlaqədar əmlak kompleksi cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə faktiki olaraq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əmlak kompleksinin artıq faktiki olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə verildiyini bildirmiş, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 da kompleksin mühafizəsinin Xidmət tərəfindən həyata keçirildiyini qeyd etmişdir.

20. Beləliklə mübahisəli əşyalar artıq faktiki olaraq cavabdehin sahibliyində deyil. Belə olan təqdirdə sahibliyin əşyanın özünün verilməsi ilə verildiyini, əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmənin baş tutduğunu, mübahisəli əşyaların artıq cavabdehin sahibliyində olmadığını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən artıq onun f aktiki sahibliyində olmayan əşyaların qaytarılmasını tələb edə bilməz. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.

21. İddiaçıya zərərin dəyməsi, həmin zərərin 500000 təşkil etməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 157.2, 159, 163.1, 164.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 i yul tarixli, 2-2(103)-546/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli, e-2-2(113)-211/2024 nömrəli qətnaməsi qismən - əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin mülkiyyətindəki ünvan 1 ünvanında olan əmlak kompleksində yerləşən aşağıdakı əmlakların cavabdeh "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-yə təhvil verilməsi: 1) Mürəbbə sexi – 2 soyunub-geyinmə otağı, 2 hamam otağı, 2 tualet, 2 anbar otağı, 1 sex rəisinin otağı, 1 qazanxana və 1 istehsal sahəsi. 1-ci mərtəbə: Soyunub-geyinmə otağı: 5 ədəd iki qapılı mebel paltar şkafı, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd stol, 4 ədə d stul. Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı 2-ci mərtəbə: Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı. Anbar otağı 1: 3 ədəd plastik stol, 3 ədəd 60L-lik plastik çəllək. Anbar otağı 2: 1 ədəd beşpilləli rəf, 1 ədəd “Eillert” markalı Almaniya istehsalı olan meyvə doğrayan avadanlıq. Sex rəisinin otağı: 1 ədəd kətil, 1 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 1 ədəd “Ohaus” markalı nəmlik ölçən laboratoriya cihazı, 1 ədəd “Shivaki” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “HP” markalı prosessor, 1 ədəd “HP” markalı klaviatura, 1 ədəd “Compaq” markalı monitor, “Genius” markalı kompüter kalonka, 1 ədəd “ATC” markalı şirinlik ölçən laboratoriya cihazı. Qazanxana: 1 ədəd “JUMAQNG260” markalı buxar avadanlığı, 2 ədəd filter, 1 ədəd “Boge” markalı böyük hava kompressoru. İ stehsal sahəsi: 5 ədəd paslanmayan metaldan təkərli vanna, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan meyvə əzən mikser, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kran, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan iki qazanlı mürəbbə bişirən avadanlıq, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kompleks qablaşdırma avadanlıq, 2 ədəd 60 litrlik plastik çəllək, 2 ədəd 85 litrlik plastik çəllək, 1 ədəd “Leo” markalı su nasosu. Sirkə sexi – 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 1 ədəd laboratoriya otağı və istehsal sahəsi. Soyunub-geyinmə otağı: 4 ədəd iki qapılı paltar şkafı, 3 ədəd kətil, 1 ədəd iki qapılı rəfli dolab. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Laboratoriya otağı: 1 ədəd on qapılı səkkiz siyirməli mebel masa, 1 ədəd “Vapodst20s” mar kalı avadanlıq, 1 ədəd “Titronline” markalı avadanlıq, 1 ədəd “Mini zavod” adlanan avadanlıq, 1 ədəd ştativ, 1 ədəd qızdırıcı qazan, 1 ədəd göstəricili böyük elektrik paylayıcısı, 1 ədəd göstəricili kiçik elektrik paylayıcısı, 1 ədəd “Pazis” markalı şüşə qapılı soyuducu, 1 ədəd yağ şprisi, 8 ədəd “X8” 400 qramlıq. İstehsal sahəsi: 7 ədəd “S Pidel” markalı 10,4 tonluq paslanmayan metaldan çən, 11 ədəd “S PİDEL” markalı 3,0 tonluq paslanmayan metaldan çən, 1 ədəd “S PİDEL” markalı 5,5 tonluq paslanmayan metaldan çən, 1 ədəd “Ebara” markalı mühərrikli nasos, 1 ədəd “Sawa” markalı nasos, 1 ədəd “Bochi” markalı kompressor, 1 ədəd “Cetotec” markalı çənli bio-texnoloji avadanlıq, 1 ədəd “Bockmeyer” markalı 1,9 kvt-lıq təkərli nasos, 1 ədəd “Cetotec” markalı avadanlıq, 1 ədəd “Stibel Elentra” mark alı sirkənin bərkliyini ölçən avadanlıq, 22 ədəd havalandırma bacası, 1 ədəd “Clemens” markalı qablaşdırma avadanlığı, 1 ədəd “Leo” markalı 1,1 kvtlıq nasos, 1 ədəd “Voran” markalı sokçəkən avadanlıq, 1 ədəd “Lowara” markalı nasos, 1 ədəd “Ariston” markalı su qızdırıcısı, 1 ədəd kompressor, 2 ədəd “Karcher” markalı roters. Göy sexi – 1 giriş, 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 2 otaq, 1 dəhliz və 2 soyuducu kamera. Giriş: 1 ədəd 3 tonluq soyuducu çən, 3 ədəd kondisator. Soyunubgeyinmə otağı: 5 ədəd iki qapılı paltar şkafı. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Dəhliz: 1 ədəd elektron soyuducunu təmizləyən aparat. Soyuducu kamera 1: 1 ədəd germetik qapı, 1 ədəd üçpərli soyuqverən avadanlıq, 1 ədəd “Kern” markalı elektron tərəzi, 1 ədəd “Baunmeister” markalı göy yuy an avadanlıq, 1 ədəd təkərli avadanlıq, 2 ədəd nəmliyi azaldan “Kronen” markalı avadanlıq, 1 ədəd “Baunmeister” markalı göy qablaşdıran avadanlıq, 1 ədəd göy çeşidləyən mexanizm, 15 ədəd plasmas səbət. Soyuducu kamera 2: 1 ədəd germetik qapı, 1 ədəd ikipərli kiçik soyuqverən avadanlıq, 1 ədəd transportyor, 2 ədəd paslanmayan dəmirdən böyük stol. Soyuducu kameraların arxasında həyətdə olan avadanlıqlar: 1 ədəd kiçik kamera üçün mühərrikli kompressor, 1 ədəd idarəetmə şiti, 1 ədəd iki şüşə şitli su soyudan kompressor, 1 ədəd Hollandiya istehsalı olan iki mühərrikli paslanmayan xüsusi çən, 1 ədəd üçpərli kompressor, 1 ədəd “Copeland” markalı 11 kvt-lıq mühərrik. Artezian quyuları üzrə - 2 ədəd artezian quyusu; 2 ədəd EЦВ 8-25-100 artezian motorları; 330 metr PДВ markalı kabel; 90 metr 89 HK m arkalı turba; 2 ədəd idarəetmə qalxanı, qalan hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: R.Qurbanov – sədrlik edən və məruzəçi, V.Baxışova və Z.Şirinov).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

26. İddia ərizəsində göstərilən əşyaların (artezian quyularına aid avadanlıqlar istisna olmaqla) 2019-cu il 24 aprel tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC BOKT-a, sonradan isə 2019-cu il 25 aprel tarixli təhvil-təslim aktına əsasən ASC-yə təhvil verilməsi, iddia ərizəsində göstərilən bütün əşyaların mövcud olması və hazırda ASC-nin mülkiyyətində olan mübahisəli ünvanda yerləşən əmlak kompleksində olması, habelə həmin əşyaların tərəflər arasında olan əvvəlki mübahisədəki "xxxx" MMC-yə məxsus əşyalara aid olmaması işin mübahisəsiz hallarıdır.

27. Cavabdehin mübahisələndirdiyi birinci hal iddia ərizəsində göstərilən əşyaların iddiaçının mülkiyyətində olması ilə bağlıdır.

28. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu halı sübut etmək vəzifəsi iddiaçıya aiddir.

29. Belə ki, iddiaçı onunla Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında bağlanmış V-F0**-AZ-* **1-02 nömrəli, 2011-ci il 2 avqust, 2011-ci il 17 avqust, 2011-ci il 25 oktyabr tarixli müqavilələri, həmin müqavilələrə əlavələri, habelə həmin müqavilələrdəki avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi barədə gömrük bəyannamələrini təqdim etmişdir.

30. Göründüyü kimi iddia ərizəsində və həmin müqavilələrdə göstərilən əşyaların iddiaçının mülkiyyətində olması sübut olunur. Eyni zamanda digər əşyaların iddiaçının mülkiyyətində olması da təsdiq olunur.

31. Belə ki, işin mübahisəsiz hallarına görə hazırda cavabdehin mülkiyyətində olan mübahisəli ünvanda yerləşən əmlak kompleksi əvvəl "xxxx" MMC-nin mülkiyyətində olmuşdur və həmin əmlak kompleksi əşyalarla birgə yuxarıda istinad olunan aktlara əsasən cavabdehə təhvil verilmişdir.

32. Apellyasiya icraatında mübahisə predmeti barəs ində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, iddia ərizəsində göstərilən əşyalar "xxxx" MMC-yə deyil, iddiaçıya məxsusdur. Göründüyü kimi həmin əmlakların iddiaçıya məxsus olması ilə bağlı sübutların təqdim edilməməsinə dair cavabdehin dəlilləri əsassızdır.

33. Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli qətnaməsinə istinad edilməsi də əsassızdır. Belə ki, hər iki tərəfin nümayəndəsi təsdiq etdiyinə görə işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırkı mübahisənin predmeti olan əşyalar tərəflər arasında olan əvvəlki mübahisədəki "xxxx" MMC-yə məxsus əşyalara aid deyil, yəni başqa-başqa əşyalardır.

34. Beləliklə, qeyd olun anlara əsasən müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilən əşyalar iddiaçının mülkiyyətindədir. Eyni zamanda həmin əşyalar cavabdehin sahibliyindədir. Belə ki, işin mübahisəsiz hallarına görə həmin əşyalar cavabdehin mülkiyyətində olan mübahisəli ünvanda olan əmlak kompleksində yerləşir.

35. Apellyasiya kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlakın mülkiyyətçisi faktiki sahiblik əsasında deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyata əsasən müəyyən edilir. Ona görə də, mübahisəli ünvanda olan əmlak kompleksinin kimin faktiki sahibliyində olması və kim tərəfindən mühafizənin həyata keçirilməsi mübahisənin həllinə təsir etmir. Çünki bu hal cavabdehin mülkiyyət hüquqlarını və həmin əmlak kompleksində olan əşyalara sahibliyini aradan qaldırmır.

36. Apellyasiya instansiya sı məhkəməsi Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələrinə istinadla hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə (iddiaçı cavabdehdən artıq onun faktiki sahibliyində olmayan əşyaların qaytarılmasını tələb edə bilməz) işin hallarına və qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsində göstərilən əşyalar üzərində ASC-nin sahibliyi qanunsuzdur.

37. Belə ki, ipoteka müqaviləsinin 2.4-cü bəndində ipoteka qoyulmuş daşınmaz əmlak təsvir edilmiş və onun hansı tikililərdən ibarət olduğu göstərilmişdir. Həmin müqavilədə iddia ərizəsində göstərilən əşyalar təsvir edilməmişdir.

38. Eyni zamanda həmin əşyaların girova qoyulması ilə bağlı başqa müqavilə də bağlanılmamışdır.

39. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası nın 2021-ci il 10 sentyabr tarixli qətnaməsindən müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2015-ci il 19 may tarixli qətnaməsi üzrə icra vərəqəsinin icrası zamanı Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında ipoteka predmeti olan əmlak kompleksi "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və bununla bağlı 2017-ci il 31 may tarixli 436 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat tərtib olunmuşdur. Həmin hesabatda da yalnız tikililər qiymətləndirilmiş və həmin tikililərin avadanlıqlar və ya digər daşınar əmlaklarla birgə qiymətləndirilməsi aparılmamışdır.

40. Həmçinin hazırkı işdə “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsində göstərilən halın baş verdiyi və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə riayət edilməsi də müəyyən edilməmişdir. Belə ki, hazırkı işdə ipotekaya qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə keçdikdən sonra tələbin tam təmin edilməməsi və ona görə də tələbin borclunun digər əmlakları hesabına ödənilməsi ilə bağlı icra hərəkətlərin həyata keçirilməsi müəyyən edilməmişdir. Çünki bununla bağlı icra məmuru və icraya nəzarət edən məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilməmişdir. 2019-cu il 24 aprel tarixli və 2019-cu il 25 aprel tarixli təhvil-təslim aktları da icra məmurunun iştirakı olmadan tərtib edilmişdir.

41. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası müəyyən etmişdir ki, iddia ərizəsində göstərilən əşyalar üzərində cavabdehin sahibliyi qanunsuzdur. Çünki yuxarıda qeyd olunduğu kimi həmin əmlaklar "xxxx" ASC ilə MMC arasında bağlanmış kredit müqavilələri üzrə girov kimi yüklü edilməmiş və Gəncə Apellyasiya Məhkəməs inin 2015-ci il 19 may tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı tələbin həmin əmlaklara yönəldilməsi barədə hər hansı qərar qəbul edilməmişdir.

42. Ona görə də cavabdehin istinad etdiyi hallar, yəni iddia ərizəsində qeyd olunan daşınar əmlakların əmlak kompleksi kimi ipoteka ilə yüklü edilərkən onun tərkibində olması, qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətlərinin yerinə yetirilməsi, təhvil-təslim olarkən əmlak kompleksinin mülkiyyətçisinin direktorunun iştirak etməsi ilə bağlı dəlillər əsassızdır.

43. Cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1 və 20.2-ci maddələrinə istinad edilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, tərəflər arasında həmin əmlak kompleksində yerləşən digər əşyalarla ba ğlı olan analoji mübahisədə də cavabdeh həmin maddələrə istinad etmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 19 aprel tarixli qərarında qeyd edilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə ipotekaya qoyulmuş daşınmaz əmlak tələbkarın mülkiyyətinə keçdikdən sonra tələbin borclunun digər əmlakları hesabına ödənilməsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsinə, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinin və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinin tətbiqinə zərurət olmamışdır. Beləliklə, kassasiya kollegiyası hesab etmişdir ki, 2009-cu il 1 dekabr tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların hesabına məhkəmə qətnaməsinin icrası təmin edildiyindən, “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.1 və 20.2-ci maddəsinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.

44. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC iddia ərizəsində göstərilən daşınar əşyaların ASC-nin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır.

45. İddia ərizəsində göstərilən 1-ci mərtəbə, soyunub-geyinmə otağında 1 ədəd 2-ci mərtəbəyə çıxmaq üçün alüminium tutacaqlı beton pilləkən hissəsində isə iddia təmin edilə bilməz.

46. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci maddəsi baxımından beton pilləkən cavabdehin mülkiyyətində olan əmlak kompleksinin tərkib hissəsi olan daşınmaz əmlakdır. Ona görə də həmin hissədə iddia rədd edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin daşınar əşyaların saxlanılması və texniki qulluğun lazımi şəkildə həyata keçirilmədiyinə görə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı zərərin mövcud olması ilə bağlı halları konkret faktlarla əsaslandırmadığından və bununla bağlı sübutları təqdim etmədiyindən iddia həmin hissədə də rədd edilməlidir.

48. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.2, 139.1, 152.1, 152.2, 157.2, 157.5, 1096, 1097.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2ci, “İpoteka haqqında” Qanunun 47.5-ci, “İcra haqqında” Qanunun 45.1-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

49. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 50.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1 və 20.2-ci maddələri üzrə - iddia ərizəsində qeyd olunan daşınar əmlaklar əmlak kompleksi ipoteka ilə yüklü edilərkən əmlak kompleksində olmuşdur. 50.2. Mülki Məcəllənin 157.2, 159-cu maddələri üzrə - iddia ərizəsində göstərilən əmlakların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sa hibliyində olmasını göstərən mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan gömrük bəyannamələrindəki müqavilə tarixləri iddiaçı tərəfindən məhkəməyə təqdim olunan bəzi müqavilələrin tarixləri ilə eynilik təşkil etmir. Həmçinin, bəyannamələrdə avadanlıqların adları iddia ərizəsində qeyd olunduğu kimi konkret deyil, ümumu qeyd olunmuş və həmin bəyannamələrdən iddiaçının qeyd etdiyi avadanlıqlar müəyyən olunmur. "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli Sərəncamın icrası ilə əlaqədar əmlak kompleksi cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə faktiki olaraq təhvil verilmişdir. ASC bəzi özəlləşdirməyə açılan mü vafiq obyektlərinin razılaşdırılmış siyahısı məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan halı məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi də təsdiqləmiş, əmlak kompleksinin faktiki olaraq Xidmətə təhvil verildiyi, kompleksin mühafizəsinin Xidmət tərəfindən həyata keçirildiyi, özəlləşdirilmə həyata keçirilməməsinin səbəbinin davam edən məhkəmə mübahisələrinin olması qeyd olunmuşdur. Lakin məhkəmə sahibliyin əşyanın özünün verilməsi ilə verildiyini, əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmənin baş tutduğunu, mübahisəli əşyaların artıq cavabdehin sahibliyində olmadığını nəzərə almadan yekun məhkəmə aktı qəbul etmişdir. 50.3. Mülki Prosessual Məcəllənin 76.1, 77 və 220-ci mad dələri üzrə - məhkəmə cavabdehin vurğuladığı hallara, ümumiyyətlə, qiymət verməmiş, yalnız obyektiv həqiqətdən uzaq olan “faktları” sadalamaqla kifayətlənmiş, onun əsaslı olub-olmamasını müəyyənləşdirməmişdir.

51. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

52. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 52.1. Mülki Məcəllənin 181.1, 181.4, 203.2, 353.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbində qeyd olunan əmlakların Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əmlak kompleksi ilə birlikdə "xxxx" MMCnin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün hərracda satılması nəzərdə tutulmuş, qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri yerinə yetirilmiş, icra hərəkətləri çərçivəsində qeyd olunan əmlak kompleksi cavabdehə təhvil verilərkən, qanuna uyğun olaraq iddia ərizəsində göstərilən daşınar əşyalar daşınmaz əmlakın tərkib hissəsini təşkil etdiyindən təhvil-təslim aktına əsasən cavabdehin mülkiyyətinə verilmişdir. ünvan 1 ünvanında olan əmlak kompleksi və əmlak kompleksində yerləşən iddianın predmeti olmuş daşınar əşyalar məhkəmə qərarının icrası ilə əlaqədar "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə2 tərəfindən imzalanmış “Təhvil-Təslim” Aktı əsasında cavabdehin mülkiyyətinə keçmişdir. İddianın predmeti olmuş daşınar əşyalar əmlak kompleksi ilə birlikdə 2019-cu il 25 aprel tarixdən cavabdehin mülkiyyətinə müvafiq hüquq müəyyənedici sənədlər əsasında keçmiş və 5 ildən artıq müddət ərzində fasiləsiz cavabdehin sahibliyində qalmaqda davam etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən mübahisə predmeti olan daşınar əmlakların məhkəmə qətnaməsinin icra mərhələsi çərçivəsində müvafiq təhvil-təslim aktı əsasında cavabdehin mülkiyyətinə keçdiyi, bununla bağlı qeyd olunan aktın iddiaçı tərəfindən mübahisələndirilməməsi, həmçinin iddia müddətinin ötürülməsi səbəbindən hazırkı iddiaya baxılmasının yolverilməzliyi ilə bağl ı cavabdehin maraqlarına uyğun olan hallar nəzərə alınmamışdır. İddianın predmeti olan əmlakların cavabdehin qanunsuz sahibliyində olması ilə əlaqədar iddia tələbinin əsaslı olması barədə apellyasiya məhkəməsinin mövqeyi işin yuxarıda qeyd olunan halları ilə təkzib olunur. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin 2015-ci il 19 may tarixli qətnaməsi ilə müəyyən olunur ki, kredit borcu üzrə tutmanın ünvan 1 ünvanında olan əmlak kompleksinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin "xxxx" MMC-dən tutulacağı qeyd olunmuşdur. Belə olan halda, qeyd olunan qətnamənin icrası mərhələsində iddiaçı və cavabdeh arasında imzalanmış “Təhvil-Təslim” aktının icra işi ilə bağlı yekun qərar qəbul edilən zaman icra məmuru tərəfindən nəzərə a lınıb-alınmaması işin araşdırmalı olan hallarından birini təşkil etməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Belə ki, qeyd olunan hallara hüquqi qiymət verilməsi məqsədilə icra işinin tələb edilərək araşdırılması iş üzrə vacib əhəmiyyət kəsb etsə də, işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. 52.2. Mülki Prosessual Məcəllənin 82.3, 217.3, 372.7-cü maddələri üzrə - İddiaçı "xxxx" MMC-nin hazırkı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmaması iş materiallarına əlavə edilmiş analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə sübut olunsa da, bununla bağlı qeyd olunan qətnamədə müəyyən edilmiş hallar hazırkı işin həlli üçün mühüm əhəmiyyət k əsb etməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin halları üzrə kifayət qədər araşdırma aparmadan və natamam sübutlar əsasında qanunsuz qərar qəbul edilmişdir ki, nəticədə dövlətin mübahisəli əmlak üzərində Azərbaycan Respublikası Konstitusiyası ilə digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

53. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

54. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

55. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya ins tansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

56. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianı təmin olunmayan hissəsində mübahisələndirmədiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin kassatorl arın kassasiya şikayətlərinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Belə ki, kassasiya şikayətlərinin dəlilləri iddiaçının mübahisəli əmlaklar üzərində mülkiyyət hüququnun təsdiq olunmaması və həmin əmlakların ipoteka predmeti ilə birgə cavabdehin mülkiyyətinə keçməsinə yönəldilmişdir.

61. Halbuki, işin faktiki hallarını araşdırmağ a səlahiyyətli olan apellyasiya məhkəməsi tərəfindən iddia ərizəsinin və iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, təqdim olunmuş sübutlara əlaqəli və müfəssəl hüquqi qiymət verilmiş və maddi hüquq normaları düzgün tətbiq edilərək əsaslı olaraq hesab edilmişdir ki, hazırda mübahisələndirilən əşyalar iddiaçının mülkiyyətindədir və onların üzərində cavabdehin sahibliyi qanunsuz olduğundan, iddiaçıya qaytarılmalıdır (bax bənd 25-44). Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulması müəyyən olunmur.

62. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 iyul tarixli, 2-2(103)-546/2024 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar