Məhkəmə qərarları › İş №2-2(102)-213/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-213/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-213/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi; gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X5 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)363/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən cavabdehə 50.000 manat məbləğində illik 22% olmaqla 18 ay müddətinə kredit verilmiş, borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 nömrəli qətnaməsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 nömrəli qətnaməsi qismən-6.683 manat məbləğində əsas kredit borcunun tutulması və girov əmlak yetərli olmadıqda cavabdehin başqa əmlakı hesabına borcun qalan hissəsinin ödənilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia rədd olunmuş, qətnamə qalan 2007-ci il 1 iyun tarixli, 45/03/07 saylı kredit müqaviləsinə xitam verilməsi, ödənilməmiş 43.317 manat məbləğində əsas kredit borcunun, 7.215,82 manat məbləğində faiz borcunun, gecikdirməyə görə 2008-ci il 1 iyun tarixədək hesablanmış 4.079,54 manat cərimənin, cəmi 54.612,36 manat borcun tutulması, borcun girov qoyumuş əmlakın satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 nömrəli qətnaməsi üzrə 2010-cu il 8 noyabr tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. 2010-cu il 30 noyabr tarixində Səbail rayon İcra Şöbəsi tərəfindən qeyd edilmiş icra vərəqəsi əsasında icraata başlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddi açı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 33.905,17 manat məbləğin və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərcinin) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 50.000 manat məbləğində, illik 22% olmaqla, 18 ay müddətinə kredit verilmiş və borcun təminatı kimi ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı 50.000 manat əsas borcun, 7.215,82 manat faiz borc unun, 4.079,54 manat cərimənin və 19,80 manat dövlət rüsumunun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddia tələbi 2009-cu il 12 fevral tarixli 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə cavabdehdən 43.317 manat əsas borc, 7.215,82 manat faiz, 4.079,54 manat cərimə olmaqla, ümumilikdə 54.612,36 manat borcun ipoteka predmetinin-qeyd olunan ünvandakı yaşayış evinin hərracdan satılması yolu ilə ödənilməsi qərara alınmışdır. Bundan əlavə, cavabdehin 2010-cu il 29 aprel-2022-ci il 29 sentyabr tarixləri üzrə kredit müqaviləsinə əsasən gecikməyə görə hesablanmış 5% əldən çıxmış fayda şəklində 33.905,17 manat borcu mövcuddur.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında göstərmişdir ki, məhkəmə qətnaməsinin icra olunmaması iddiaçının qanunsuz hərəkətləri ilə bağlı olmuş, icra isə qanuni əsaslarla dayandırılmışdır. Cavabdeh fəaliyyət göstərməmişdir. Kredit müqaviləsi üzrə Bank öhdəliklərini tam yerinə yetirməsə də, cavabdeh əmlakı ipoteka predmetinə çevirməklə öhdəliyini icra etmişdir. İddiaçının istinad etdiyi 2009-cu il 12 fevral tarixli qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2009-cu il 1 iyul və Ali Məhkəmənin 2009-cu il 4 dekabr tarixli qərarları ilə dəyişdirilmiş, nəticədə 2010-cu il 29 aprel tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə kredit müqaviləsinə xitam verilmiş, borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmışdır. Beləliklə, cavabdehin banka qarşı heç bir öhdəliyi qalmamışdır. İ ddiaçının əsaslandığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445.7-ci maddəsi yalnız kreditorun digər hüquqi əsaslar olmadıqda 5% illik kompensasiya tələb etməsinə imkan verir. Lakin cavabdeh artıq əmlak təqdim etməklə riskləri qarşıladığından, əlavə ödənişin tələb edilməsi hüquqi əsasa malik deyil. İddiaçı 12 il ərzində heç bir tələb irəli sürmədiyi halda, xitam verilmiş müqaviləyə əsaslanaraq indi əlavə tələb irəli sürür ki, bu da nə hüquqi, nə də məntiqi əsasla izah oluna bilər. Bundan əlavə, iddia müddəti ötürülmüşdür. Nəticə etibarilə, cavabdehin bank qarşısında hər hansı öhdəliyi mövcud deyil və iddia əsassızdır.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının Banka 2010-cu il 29 ap rel tarixindən 2022-ci il 29 sentyabr tarixinədək kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla 33.905.17 AZN borcu olduğunu bildirir. İşin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə Cavabdeh MMC ilə Nikoyl İKB arasında bağlanılmış 2007-ci il 1 iyun tarixli 450307 saylı kredit müqaviləsinə xitam verilmiş və kredit borcunun hansı formada ödənilməli olduğu qət edilmişdir. Qeyd olunan qətnamənin hazırda qanuni qüvvədə olduğunu nəzərə alsaq, həmin qətnamə ilə tərəflər arasında olan mübahisə hüquqi həllini tapmışdır. Lakin iddiaçının 2010-cu il 29 aprel tarixindən başlayaraq cavabdehdən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 12 il müddət nəzərdə tutulur əldən çıxmış fayda tələb etməsini n heç bir hüquqi əsası yoxdur. Tərəflər arasında olan müqaviləyə məhkəmə qətnaməsi əsasında xitam verildikdən 12 il sonra, iddiaçı əldən çıxmış fayda tələb edir. İddia tələbi qanuni və əsaslı olsa idi belə iddia qanunla müəyyən olunmuş müddət ərzində verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-«MM») 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbi ilə bağlı iddia müddəti keçdiyi üçün iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Hüseynov).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmə əsası məhz Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsidir. MM-in 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir.

10. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir.

11. Belə olan halda, yəni Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.

12. Bundan başqa, məhkəmə tərəfindən həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icrası ilə bağlı icra materialları tələb edilmiş (müvafiq sənədlərin surətləri işə əlavə edilmişdir) və qeyd edilmiş ic ra materiallarında borclunun qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması aşkar olunmamışdır.

13. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmiş, 2011-ci il 14 yanvar tarixli Səbail rayon İcra Şöbəsinin icra məmurunun qəbul etmiş olduğu qərarla ipoteka predmetinin qiymətləndirilməsi ilə məqsədi ilə qiymətləndirici dəvət edilmiş, bundan sonra "xxxx" MMC tərəfindən 2011-ci il 4 oktyabr tarixində rəy verilərək ipoteka predmetinin qiyməti 35.000 manat müəyyən edilmişdir

14. Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsi 2015-ci il 5 yanvar tarixinə təyin edilmişdir. Ancaq qeyd edilmiş hərracın nətic əsi ilə bağlı hər hansı məlumat yoxdur.

15. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2022-ci il 24 avqust tarixli 2(004)2852/2022 nömrəli qətnaməsi ilə X2 İddiaçı ASC və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməmiş və qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli 2(103)-7317/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

16. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icrası ilə bağlı hər hansı qərəzli olaraq boyun qaçıran hərəkətləri müşahidə olunmamışdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442 və 445.7ci maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 13 iyul tarixli 2-2(103)-596/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Hüseyn, hakimlər E.Kazımov və V.Baxışova).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə əlavə olaraq göstərmişdir ki, iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.

21. Apellyasiya instansi yası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442 və 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat

23. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2023-cü il 27 dekabr tarixli 2-2(102)581/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və E.Şamayev).

24. Kassasiya instansiyası məhkəməsi gəld iyi nəticə ilə bağlı göstərmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

25. Tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kred it müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.

26. Hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilibtörədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatla rı nəzərə almamış, ümumiyyətlə bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır.

27. Nəzərə alınmalıdır ki, borcu ilə ipoteka qoyan şəxslərin ayrı-ayrı şəxslər olması heç də borclunu aktiv şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək imkanından məhrum azad etmir. Belə ki, hər hansı şəxsin yaxından bilmədiyi, tanımadığı digər şəxsin borcunun təminatı kimi öz əmlakını itirmək risqi altında ipoteka qoyması sağlam məntiqə, düşüncəyə sığacaq bir şey deyildir. Elə kreditor da məhz bu yaxınlığa güvənərək həmin əmlakın ipoteka qoyulmasına razılaşır və kredit alana borc verir. Digər tərəfdən, borcun vaxtında və tam ödənilməsində ilk növbədə borclunun özü maraqlı olmalıdır.

28. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qə tnamələrinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.

29. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 21.3, 399.3, 399.4, 425.1, 425.2, 443.1, 443.2, 445.7 və 528-ci maddələrinə, MPM-in 88 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. İşə yenidən apellyasiya qaydasında baxılarkən, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 3 oktyabr 9/6852/2024 saylı ekspert rəyində göstərilmişdir ki, "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh MMC arasında bağlanmış 2007-ci il 1 iyun tarixli, 45/03/07 n ömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-də yaranmış əsas borc üzrə (43.317,00 manat) 2010-cu il 29 aprel tarixindən 2022-ci il 29 sentyabr tarixinədək (sualda göstərilən dövr) olan dövr üzrə faiz borcunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına əsasən illik 5% olmaqla 26.892,64 manat məbləğində olduğu müəyyən edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)-363/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia qismən-zərər olaraq 26.892,64 manat məbləğində pulun c avabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim C.Musayeva, hakimlər-F.Babayev və F.Abdıyev.)

33. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pu l öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir

34. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etməsi üçün maneə deyildir.

35. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara, məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

36. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il tarixli 29 mart Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab etmişdir ki, baxılan işdə birinci instansiya məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının a şkar olunmadığına dair nəticəyə gələrkən bu istiqamətdə ümumiyyətlə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.

37. Belə ki, məhkəmə araşdırması zamanı icra materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, ipoteka qoyulmuş mənzilin mülkiyyətçisi X1 Aynurə Minasib qızının anasıdır (İ cild, i/v 79, 80). Tərəflər arasında bağlanmış kredit müqaviləsində, elektron internet vergi idarəsinin məlumatında (İ cild, i/v 24, 37) əks olunmuş cavabdehin hüquqi ünvanı ilə həmin müqavilənin təminatı kimi ipoteka qoyulmuş və tutma yönəldilmiş mənzilin ünvanı eynidir. Bundan başqa, X4 həmin ipoteka müqaviləsinə xitam verilməsi, sözügedən ipoteka predmeti olan evin ipoteka yüklülüyündən azad olunmasına dair digər iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız və qanunsuz hesab edilərək rədd edilmiş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iddiaya məhkəmələrdə baxılması ilə əlaqədar icra sənədi üzrə icraat X2 müraciəti ilə müvafiq məhkəmə tərəfindən 2011-ci il 6 dekabr tarixində dayandırılmış, icra icraatı 2014-cü il 18 sentyabr tarixindən davam etdirilmişdir (İ cild, i/v 85-86, 131-138).

38. Həmçinin icra materiallarında X2 Qanuni nümayəndə ilə birlikdə, ipoteka qoyulmuş mənzil barəsində icra tədbirlərinin həyata keçirilməsinə maneçilik törətmələri barədə müvafiq icra qur umunun, polis idarəsinin və digər qurumların əməkdaşları tərəfindən tərtib olunmuş 2011-ci il 24 iyun və 4 oktyabr tarixli aktlar mövcuddur (İ cild, i/v 76-78, 80, 81).

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 dekabr tarixli 2(103)-7317/2022 saylı qətnaməsindən (İ cild, i/v 164-177) məlum olur ki, X2 ünvan 2 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasına dair “Nikoyl” İKB ilə 2007-ci il 1 iyun tarixində bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair iddiası rədd olunmuş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Eləcə də, müvafiq qiymətləndirici şirkətin icra qurumuna yazdığı 2022-ci il 28 mart tarixli məktubdan məlum olur ki, X4 əmlaka baxış keçirilməsinə icazə verməmişdir (İ c ild, i/v 89).

41. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 399.3, 399.4, 425, 442, 443.1, 445.7, 448.1, 448.2, 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarına, MPM-in 4.1, 9, 14.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

43. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 373.2-ci maddəsi üzrə-apellyasiya məhkəməsi tərəfindən iddiaçının cavabdehə qarşı MM-in 445.7-ci maddəsinə əsasən 2010-cu il 29 aprel tarixdən 2022-ci il 29 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün 5% illik faiz tələbinin qismən təmin edilərkən MM-in 373.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, 2007-ci il 1 iyun tarixli kredit müqaviləsi əsasında yaranan öhdəliklər üzrə tələb etmə hüququ 3 ildir və həmin müddət artıq 2011-ci il 2 dekabr tarixdə bitmişdir. Məlum olduğu kimi, kredit müqaviləsi üzrə iddia müddətinin axımı öhdəliyin son icra günündən sonrakı-növbəti gündən başlanır, yəni 2007-ci il 1 iyun tarixli kredit müqaviləsi üzrə öhdəliyin son icra günü 2008-ci il 1 dekabr müəyyən edilmiş və həmin gündən sonra sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı başlamış və 2011-ci il 2 dekabr tarixdə artıq həmin müddətin bitməsi ilə iddiaçı məhkəmə müstəvisində bu tələb etmə hüququnu itirmişdir.

45. MM-in 443.5-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi əsası kimi MM-in 443.1 və 443.2-ci maddələri götürülsə də, həmin Məcəllənin 443.5-ci maddəsinin tələbi nəzərə alınmamışdır.

46. MPM-in 88-ci maddəsi üzrə-apellyasiya instansiyası məh kəməsi iddia tələbini təmin edən zaman ekspert rəyinə əsaslanmış, lakin, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi məsələsinə hüquqi qiymət verməmişdir. Belə ki, müqavilə müddətinin bitməsi ilə öhdəliyinin qüvvədə olması həmin müqavilə üzrə iddia müddətinin axımı eyni mənanı kəsb etmir və iddia müddətinin tətbiq edilməsini istisna etmir. Məhkəmə tərəfindən bu hissədə sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart Qərarının düzgün tətbiq edilməməsi – hazırkı mübahisə üzrə sözügedən Qərarın zamana görə tətbiq edilməsi düzgün olmamışdır. Belə ki, iddia tələbi nindən göründüyü kimi, iddiaçının tələbi 2010-2022-ci illəri əhatə edir və müvafiq iddia ərizəsi ilə 2022-ci ildə məhkəməyə müraciət edilmişdir, yəni mübahisələndirilən hüquq münasibətləri Qərarın qəbul edilməsindən əvvəl yaranmışdır. Hətta zamana görə Qərarın hazırkı mübahisə üzrə tətbiq edilməsi halında belə, sözügedən Qərarla iddia müddətinin tətbiqi istisna edilməyib, ümumi müqavilənin və öhdəliyin qüvvədə olma müddətinə dair izah verib. Məhkəmənin maneələr kimi adlandırılan addımlar sadəcə pozulmuş hüququnun bərpasına yönəlmiş bir davranış olmuşdur. Belə ki, hüquqlarını müdafiə etdiyi MMC müvafiq hüquq mühafizə orqanlarına, məhkəmələrə müraciət edərək, formal cəhəddən bağlanmış müqavilə üzrə faktiki olaraq pul vəsaitini ala bilmədiyini, həmin pulun mənimsənilməsini sübut etməyə çalı şmışdır. Cavabdeh tərəfindən qəsd olmamış, sadəcə məhkəmə müstəvisində pozulmuş hüquqlarını bərpa etməyə çalışmışdır. Lakin formal həqiqət nəticəsində əlavə maliyyə yükünə məruz qalmışdır. Əlavə olaraq, məhkəmə qərarının icrası ilə bağlı iddiaçı heç bir hərəkət etməmişdir. Bununla yanaşı, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin könüllü icrası ilə bağlı cavabdeh iddiaçıya dəfələrlə təkliflər etmiş, lakin iddiaçı razılığa gəlməmiş və öhdəliyin icrasını qəbul etməmişdir. Qətnamədə ifadə olunan “ipoteka predmetinin təhvil verilməsi” ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə vurğulamağı zəruri hesab edirlər ki, mülki qanunvericilik ipoteka predmetinin realizasiya qaydasını müəyyən etmişdir ki, bu qaydanın tətbiq edilməsi, ona nəzarət birbaşa icra orqanın vəzifəsidir, cavabdehlər haql ı olaraq ipoteka predmetinin qiymətləndirilməsini tələb etmişlər ki, hansının ki qanuni əsası mövcuddur. Pozulmuş hüquqların müdafiəsi üçün görülən tədbirlər məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi yalnış məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaradır və ədalət mühakiməsinə əlçatımlılığı mümkünsüz edir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərhedilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarınına uyğunsuzluq - məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddia müddətini tətbiq etməməklə müqavilə ilə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyə əsas yaratmış, bu da öz növbəsində qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

49. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı üzrə pozuntu sözügedən Qərarın 4-cü bəndində də qeyd edilmişdir ki, “Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.” Sözügedən müddətin axımı ilə bağlı şərh Plenumun 2013-cü il 3 iyun tarixli Qərarında öz əksini tapmışdır. Hazırkı mübahisəli kredit müqaviləsi üzrə nəinki 3 illik iddia müddəti, ümumi 10 illik iddia müddəti bitmişdir. Apellyasiya məhkəməsi göstərilən Qərara istinad etmiş, lakin həmin qəra rın hüquqi məzmununu və tətbiq edilmə çərçivəsini düzgün qiymətləndirməmişdir. Hazırkı iş üzrə kredit müqaviləsinin icra müddəti 2008-ci ildə bitmiş və bu tarixdən başlayaraq 3 illik ümumi iddia müddəti (hətta ehtimal edilən ən uzun- 10 illik iddia müddəti belə) artıq keçmişdir. Lakin məhkəmə bu hüquqi çərçivəni və müddətlərin hesablanma qaydasını nəzərə almadan qərar qəbul etmiş, beləliklə iddia müddətinin keçməsi nəzərə alınmadan iddia təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız həmin hissədə yoxlanılacaqdır.

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müdd əti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiy i iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri mü qavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş fai zin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” 54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir: “..., şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşd irilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir....”

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir: “... Kredit müqaviləsind ə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir....”

57. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 22%-lə 18 ay m üddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İddiaçı cavabdeh tərəfindən öhdəlik icra edilmədiyinə görə iddia ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 nömrəli qətnaməsi ilə həmin qətnamə qismən 6683 manat məbləğində əsas kredit borcunun tutulması və girov əmlak yetərli olmadıqda cavabdehin başqa əmlakı hesabına borcun qalan hissəsinin ödənilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia rədd olunmuş, qətnamə qalan 2007-ci il 1 iyun tarixli, 45/03/07 saylı kredit müqaviləsinə xitam verilməsi, ödənilməmiş 43317 manat məbləğində əsas kredit borcunun, 7215,82 manat məbləğində faiz borcunun, gecikdirməyə görə 2008-ci il 1 iyun tarixədək hesablanmış 4079,54 manat cərimənin, cəmi 54612,36 manat borcun tutulması, borcun girov qoyumuş əmlakın satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

59. Hazırda iddiaçı cavabdeh tərəfindən öhdəliyin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilə müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi lazımi qaydada yerinə yetirilmədiyini bildirərək, müqavilə üzrə borcun tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən (2010-cu il 29 aprel) 2022-ci il 29 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsini ləğv edi b, iddia tələbini qismən-zərər olaraq 26.892,64 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara, məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, Bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

61. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi MM-in 445.7-ci maddəsinə istinad edərək, həmin normanı düzgün tətbiq etsə də, hazırki tələbə iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsi üzrə heç bir hüquqi qiymətləndirmə aparmamaqla MM-in 373 və 375-ci maddələrinin tələblərini pozmuşdur.

62. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim etmişdir (bax yuxarıda § 7). İlkin apellyasiya baxışı zamanı iddia rədd edildiyindən, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi zərurəti olmamış, lakin növbəti apellyasiya baxış zamanı iddianı qismən təmin edən apellyasiya məhkəməsi cavabdehin “iddia müddətinin tətbiqinə dair” ərizəsinə münasibət bildirməmişdir.

63. Baxılan işdə cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də məhz tərəflər arasında olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddətinin tətbiq olunması ilə bağlıdır.

64. Nəzərə alınmalıdır ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti t ərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

65. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı).

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulmasına görə mübahisələndirilən hissədə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İşə yenidən baxılarkən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə zəruri hüquqi qiymətləndirmə aparılmaqla mübahisəyə düzgün hüquqi qiymət verməlidir.

67. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli, 2-2(103)-363/2024 nö mrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar