Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-216/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin cavabdeh “xxxxxxxx” MMC-yə qarşı iş üzrə QƏRAR (açar sözlər: vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin vəkili Vəkiliştirakı, Nigar Nəcəfzadənin katibliyi ilə, iddiaç ı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi cavabdeh “xxxxxxxx” MMC-ə qarşı vergi, faiz və maliyyə sanksiyasının ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-931/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin (bundan sonra- Baş idarə) cavabdeh “xxxxxxxx” MMC-ə (bundan sonra-MMC) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən dövlət büdcəsinə olan 1.815,69 AZN borcun (əsas vergi üzrə 1.284,95 AZN, faiz borcu üzrə 522,67 AZN, maliyyə sanksiyası üzrə 8,07 AZN) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2iqt(81)-3442/2013 saylı qiyabi qətnaməsi ilə (hakim İ.Əhmədov) iddia təmin edilmişdir. xx xxxxxx 2013-cü il tarixdə 2iqt(81)-3442/2013 saylı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx xxxxxx 2017-ci il tarixdə isə icra vərəqəsi icra olunmadan məhkəməyə qaytarılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehin qanuni təmsilçisi X3 ərizə yazaraq qiyabi qətnamənin surətinin ona verilməsini xahiş etmiş, xx xxxxxxx 2019-cu il tarixdə qiyabi qətnaməni almışdır. Cavabdeh “xxxxxxxx” MMC xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim A.Oruczadə) məhkəmənin xx xxxxxx 2013-cü il tarixli 2iqt(81)-3442/2013 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Həmin məhkəmənin 2-2(81)-1436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)1436/2019 saylı qərardadı ilə (hakim A.Oruczadə) iddiaçı Baş İdarənin cavabdeh MMC-yə qarşı vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması tələbinə dair iş üzrə icr aata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-931/2019 saylı qərardadı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova) iddiaçı Baş İdarənin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)-1436/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 23-cü maddəsi vergi orqanlarının hüquqlarını özündə ehtiva edir. Bu Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış v ergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. Göründüyü kimi həmin norma məzmunca iki hüququ özündə birləşdirir:
1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması.
2. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq. Beləliklə, birinci halda, yəni hesablanmış vergilər üz rə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması ilə bağlı vergi orqanlarına məhkəmədə iddia qaldırmaq hüququ verilməmiş, çünki vergi orqanları özləri də bununla bağlı müəyyən məcbur etmə səlahiyyətlərinə malikdirlər. Vergi orqanları yalnız hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldıra bilərlər. Bu səbəbdən hazırki iddiaya məhkəmədə baxıla bilməz. Məhkəmə Vergilər Məcəlləsinin 23.1.15-1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş e dilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərardadında mülki iş üzrə icraata xitam verilməsinin əsası kimi Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu, lakin bu maddi hüquq normalarının ümumi xarakter daşıdığını, bu hüququn reallaşdırma qaydasının isə Vergi Məcəlləsinin 89-90-cı maddələri ilə müəyyən edilməsini, vergi orqanının yalnız siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilməsini, iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Vergilər Məcəlləsinin 52-ci və 90.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli Qərarını göstərmişdir. Vergilər Məcəlləsinin 23.1.15-ci maddəsi və Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 26.2.8-ci maddəsi məhkəmənin qərardadında qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından sonra yeni redaksiyada verilmişdir. Qeyd edilən dəyişikliyin əsaslarından biri də qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması olmuşdur ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən qeyd edilən hal nəzərə alınmamış, qanunvericiliklə vergi orqanlarına vergi borclarının alınması ilə əlaqədar bir sıra hüquqlar verilmişdir ki, qeyd edilən hüquqlara siyahıya alınmış əmlakın ixtisasl aşdırılmış açıq hərracda satılması barədə, vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar məhkəmələrə ərizə ilə müraciət etmək, o cümlədən vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq aiddir ki, qanunvericilik bu hüquqların həyata keçirilməsi zamanı bu hüquqlardan birini digəri ilə şərtləndirməmişdir. Belə ki, məhkəmə Vergilər Məcəlləsinin 23.1.15-1-ci maddəsinə düzgün istinad etmiş, lakin həmin maddəni MPM-nin 26.2.8-ci maddəsinin tələbi ilə əlaqəli nəzərdən keçirməmiş, halbuki MPM-nin 26.2.8-ci maddəsinə əsasən, vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcə sinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr inzibati-iqtisadi məhkəmələrə aiddir. Bu maddənin tələblərindən göründüyü kimi, vergi orqanı tərəfindən məhkəməyə aşağıdakı kateqoriya mübahisələr üzrə iddialar verilə bilər: vergi ödəmələri barədə; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satı lması barədə; Əgər Vergilər Məcəlləsinin 23.1.15-1-ci maddəsində təsbit edilmiş hüququn reallaşdırılması qaydası həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmış olsaydı, bu halda, MPM-nin 26.2.8-ci mətni aşağıdakı şəkildə verilmiş olmalı idi: “vergi ödəmələri ilə bağlı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə mübahisələr”, lakin göründüyü kimi, məhkəmənin mülahizəsində qeyd edilən şəkildə Vergilər Məcəlləsinin 23.1.15-1-ci maddəsində təsbit edilmiş hüququn reallaşdırılması qaydası həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmır və bu mənada məhkəmənin təsbiti qanuni və əsaslı deyildir. Bü tün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-931/2019 saylı qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-931/2019 saylı qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən icla sın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh“xxxxxxxx” MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normal arını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadında vergi orqanının inzibati orqan olmaqla qəbul etdiyi aktların da hesab edilməsini Qanunun 82-ci maddəsinə müvafiq surətdə məhk əməyə müraciət edilmədən icraya yönəldilə bilməsinin, vergi orqanını məhkəməyə müraciət etmək hüququnun Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələrinə müvafiq surətdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi ilə bağlı olmasını, digər hallarda isə vergi borcunun alınmasının Qanunun 82.2-ci maddəsində müəyyən edilmiş şəkildə məhkəmədən kənar qaydada həll olunmasına dair mövqeyi ilə razılaşmayaraq göstərilmişdir ki, Vergi Məcəlləsinin 89.1-ci və Qanunun 82.2-ci maddələrinin müddəaları vergi orqanının hüququnu təşkil edir. Digər tərəfdən apellyasiya instansiyası Vergi Məcəlləsi 23.1.15-1-ci (“Azərbaycan Respubliukası Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubliukasının xx xxxxxx 2016-cı il tarixli 454-VQD nömrəli Qanunu ilə 23.1.15-1-c i maddəsinə dəyişiklik edilərək yeni redaksiyada verilmişdir) maddəsinə istinad etməmiş, bu maddəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2.8-ci maddəsi ilə əlaqəli nəzərdən keçirməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, kassasiya şikayətində yuxarıda göstərilən məsələlərlə bağlı Vergi Məcələsinin 23.1.15-1-ci, MPM-in şikayətdə istinad olunan və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2019-cu il tarixli Qanununa əsasən xx xxxxxx 2020ci il tarixdən qüvvədən düşmüş 26.2.8-ci, Qanunun 82.2-ci maddələrinin təhlili zəruridir. Vergi Məcəlləsinin 23-cü maddəsi vergi orqanlarının hüquqlarını özündə ehtiva edir. Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlə rin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. Bununla belə göstərilən hüququn realaşdırılması mexanizmi elə həmin Məcəllənin digər normalarındakı qaydalarla tənzimlənir. Belə ki, adı çəkilən Məcəllənin 89-cu maddəsində əmlakın siyahıya alınması qaydasını nizamlamış, 90-cı maddəsində isəvergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası tənzimlənmişdir.Sadalanan maddələrin məzmunda müvafiq olaraq birbaşa göstərilir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələri). Həmin maddələrin məzmunundan və m ənasından belə qənaətə gəlinir ki, vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması ilə bağlı hüququ vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmək məqamı ilə əlaqələndirilmiş, ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət hüququ isə əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilməməsi faktı ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinin vergi orqanının hüququ kimi hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasıilə əlaqədar da iddiaçının israr etdiyi kimi məhkəmədə iddia qaldırmaq səlahiyyətinin nəzərdə tutulması qismində qəbul edilməsi, elə bu orqanın in zibati orqan kimi səlahiyyətlərinin çərçivəsini nəzərdə tutan və qüvvədə olan digər qanunvericilik normalarının inkarı ilə nəticələnən hüquqi qeyri müəyyənliyin yaranmasına gətirib çıxarardı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq olunmuş«İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikasının Vergilər Nazirliyi də inzibati orqanlar sırasındadır. Qanunun 2.0.1-ci maddəsində verilmiş anlayışdan görünür ki, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Bu Qanunun 82.2-ci maddəsinə görə isə inzibati aktı qəbul etmiş inzib ati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 26.2.8-ci maddəsilə bağlı Məhkəmə Kollegiyası vurğulayır ki, prosessual hüquq normalarının zamana görə tətbiqi qaydası maddi hüquq normalarının zamana görə tətbiqi qaydasına münasibətdə xeyli fərqlidir. Belə ki, MPM-in 3.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Bu baxımdan “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasınınxx xxxx 2019-cu il tarixli Qanununa əsasən xx xxxxxx 2 020-ci il tarixdən həmin Məcəllənin 26-cı maddəsinin yeni redaksiyası qüvvəyə minmişdir. Göstərilənlərə əsasən, hazırki iş üzrə hüquqi nöqteyi nəzərdən başqa cür yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82 maddəsinin və Vergilər Məcəlləsinin 52 və 90.1ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli Qərarı ilə də uyğunsuzluq təşkil edərdi. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual h üquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)931/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-931/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.