Məhkəmə qərarları › İş №2-2(102)-219/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-219/2023

26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-219/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-942/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsi ilə "xxxx" TASC arasında bağlanmış su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 2012-ci il 1 yanvar tarixli 010007 saylı müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir.

2. Həmin müqavilənin şərtlərinə görə: - Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli 01 nömrəli qərarına uyğu n olaraq abonent tərəfindən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m³ su üçün ƏDV ilə - manat və abonentdən qəbul edilmiş 1 m³ tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,30 manat müqabilində müəyyən edilir (3.1-ci bənd). - Müqavilə 2012-ci il 1 yanvar tarixində qüvvəyə minir (6.1-ci bənd). - Müqavilə 2015-ci il 1 yanvar tarixinədək qüvvədədir (6.2-ci bənd). - Müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur (6.3-cü bənd).

3. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2021-ci il 29 oktyabr tarixli 600816 saylı aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq Zabrat qəsə bəsi N.Nərimanov ünvanında yerləşən "xxxx" MMC-nin su xəttinə və su sayğacına baxış keçirilmiş və baxış nəticəsində sayğacın bağlı olduğu, abonentin d=159-lik dəmir boru baypass xətti vasitəsilə sudan istifadə etdiyi aşkarlanmış, eyni zamanda tərəflər arasında bağlanan müqavilənin tələbləri pozularaq d=32 mm-lik xətt d=50 mm-lik xətlə əvəz olunduğu aşkarlanmışdır. Sayğacın son göstəricisi 86.501,1 m³-dur. D=159 mm-lik baypass xətti və d=50 mm-lik su xəttinə görə hesabat aparılması məqsədəuyğun hesab edilmişdir. Obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

4. Həmin akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, qanunsuz istifadə olunan borunun diametri d=150 mm, sudan sutkada istifadə vaxtı – 5 saat, hesabat verilən dövr – 12 ay olmaqla hesabat aparılmışdır. 1,14 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = 122.148 m³ sərfiyyat= içməli suya görə 122.148 manat, çirkab suya görə 122.148 manat, cəmi 244.296 manat. Həmçinin sayğac göstəricisinə uzun müddət baxılmağa şərait yaradılmadığından sayğac üzərində 71.812 m³ (143.624 manat) hesablanmamış sərfiyyatın olduğu aşkarlanmış və bazaya əlavə edilmişdir.

5. Abunə haqqında məlumatlardan görünür ki, abonent "xxxx" MMC-yə içməli sudan istifadəyə görə 2001-ci ildə 14.064,12 manat; 2002-ci ildə 16.293,49 manat; 2003-cü ildə 18.853,32 manat; 2004-cü ildə 20.842,21 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.310,83 manat; 2005-ci ildə içməli sudan istifadəyə görə 10.906,95 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.591,8 manat; 2006-cı ildə içməli sudan istifadəyə görə 4.878,36, tul lantı sularının axıdılması xidmətindən istifadəyə görə 939,60 manat; 2007-ci ildə içməli sudan istifadəyə görə 5.350,16 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 981,63 manat; 2008-ci ildə içməli sudan istifadəyə görə 1.075,20 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 240,43 manat; 2009-cu ildə içməli sudan istifadəyə görə 1.075,20 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 197,06 manat; 2010-cu ildə içməli sudan istifadəyə görə 2.993,20 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 689,37 manat; 2011-ci ildə içməli sudan istifadəyə görə 4.508,10 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.260,97 manat; 2012-ci ildə içməli sudan istifadəyə görə 4.900 manat, tullantı sularının axıdı lması xidmətindən istifadəyə görə 1.331,92 manat; 2013-cü ildə içməli sudan istifadəyə görə 4.489 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.443,83 manat; 2014-cü ildə içməli sudan istifadəyə görə 4.581 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.506,51 manat; 2015-ci ildə içməli sudan istifadəyə görə 6.119 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 1.967,27 manat; 2016-cı ildə içməli sudan istifadəyə görə 9.876 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 7.452,89 manat; 2017-ci ildə içməli sudan istifadəyə görə 229.889,81 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 10.671,67 manat; 2018-ci ildə içməli sudan istifadəyə görə 9.438 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 9.719,1 manat; 2019-cu ildə içməli sudan istifadəyə görə 10.353 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 10.635,35 manat; 2020-ci ildə içməli sudan istifadəyə görə 13.119 manat, tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 13.412,79 manat məbləğində borc hesablanmışdır. Abonentin 2022-ci il 12 may tarixinə sudan istifadəyə və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə olan borcu 417.722,82 manat təşkil edir.

6. Cavabdeh ASC-nin 2022-ci il 25 fevral tarixli məktubu ilə "xxxx" MMC-yə bildirilmişdir ki, Sabunçu rayon Sukanal İdarəsi tərəfindən təqdim olunmuş arayışa əsasən 2021-ci ilin oktyabr ayında su sərfiyyatı şübhəli olduğu üçün obyektə baxış keçirilmişdir. Xidməti ərazidə yerləşən, müqavilə nömrəsi 010007 olan, zavoda b axış keçirilən zaman sudan d=150 mm-lik boru ilə qeyriqanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 2021-ci il 29 oktyabr tarixli 600816 saylı akt tərtib olunmuş, 244.296 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, müqavilədə nəzərdə tutulmuş d=32 mm-lik boru, d=63 mm-lik plasmass boru ilə əvəz edilmiş və d=150 mm-lik baypass xəttindən (Cavabdeh ASC-nin razılığı olmadan) qeyri-qanuni istifadə edilir. Eyni zamanda, su xətti üzərində 2001-ci il 29 oktyabr tarixində quraşdırılmış, 70770 nömrəli mexaniki tipli sayğacda istifadə edilmədiyi aşkarlanmış və üzərində 71.812 m³ olmaqla 143.624 manat dəyərində verilməmiş sərfiyyatın olduğu məlum olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərində istifadəyə görə hesab larında yaranmış sayğac göstəricisi 526 m³ olmaqla borc 419.544,99 manat təşkil edir. 2022-ci ilin yanvarında abonentə içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 340 manat, fevral ayında 354 manat, 340 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 7. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 1 aprel tarixində Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş 2021-ci il 29 oktyabr tarixli 010007 saylı aktın ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 417.871,52 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il 12 yanvar tarixində iddiaçıya məlum olmuşdur ki, 2021-ci il 29 oktyabr tarixində cavabdehin əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ŞTQ, Babək, ev 101A ünvanına baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, obyektin su xəttinə və su sayğacına baxış keçirilən zaman guya abonentin sayğacının bağlı olduğu, d=159 mm-lik dəmir boru baypass xətti vasitəsilə sudan istifadə etdiyi aşkar olundu. Eyni zamanda, guya tərəflər arasında bağlanan müqavilənin şərtləri pozularaq D=32 mm-lik xətdən d=50 mm-lik xətlə əvəz olunub sudan istifadə olunduğu məlum oldu. D=159 mm-lik baypass və D=50 mm-lik su xəttinə görə hesabat aparılması məqsədəuyğundur.

9. Akt və aktda göstərilənlər əsassızdır, həqiqəti əks etdirmir. Həmin akt nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir. Aktda göstərilən D=159 diametrlik borudan su anbarına su vurulmur, d=63 diametrlik su xəttindən də istifadə edilmir. Cavabdehin əməkdaşları bu xətləri aktda yanlış olaraq qeyd ediblər. İddiaçının istifadə etdiyi su ancaq bir xətdən, D=100 diametrlik borudan götürülür və gün ərzində cəmi 1 saat istifadə edilir. 2020-ci ilə qədər bütün Zabrat qəsəbəsinə zavod tərəfindən su verildiyi üçün D=100 diametrlik xətdən 5-6 saat sudan istifadə edirlər. 2020-ci ildən sonra isə Zabrat qəsəbəsinin abonentləri onlarda ayrıldığı üçün cəmi 1 saat sudan istifadə onlara kifayət edir. Belə ki, zavodun aylıq su sərfiyyatı cəmi 270-400 m təşkil edir.

10. Cavabdehin əməkdaşları zavodda su xəttini yoxlayan zaman su vintellər i bağlı olmuşdur, lakin yoxlayıcılar qanunsuz olaraq özləri vintelləri açıb çəkiliş ediblər, bununla da guya iddiaçının sudan qeyri-qanuni istifadə etdiyini göstərməyə çalışmışlar. Lakin aktda qeyd olunanlar tamamilə yalandır və heç bir əsası yoxdur.

11. İddiaçı tərəfindən cavabdehin zavoda vurduğu 2019-cu il üzrə 13 ədəd elektron qaimə, 2020-ci il üzrə 16 ədəd elektron qaimə və 2021-ci il üzrə 11 ədəd elektron qaimə əsasında ödəniş tam olaraq həyata keçirilmiş və iddiaçının cavabdehə heç bir borcu qalmamışdır. 2019-cu, 2020-ci və 2021-ci ilin ödənişlərinə dair iddiaçının hesab sənədləri borcun olmamasını təsdiq etmək üçün məhkəməyə təqdim edilir. Göründüyü kimi, iddiaçının heç bir borcunun olmadığı təsdiq edilmişdir. Lakin ona 2021-ci il 12 yanvar tarixində təqdim edilmiş cavabdehin Sabun çu rayon Su kanal İdarəsi tərəfindən verilmiş 2021-ci il 10 dekabr tarixli 01-03/1-750 saylı bildirişə əsasən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.ünvan 2 ünvanında yerləşən 010007 müqavilə nömrəli iddiaçının su və çirkab su xidmətlərindən istifadəsinə görə yaranmış 417.871,52 manat borcun ödənilməsinin 3 iş günü müddətinə tam təmin edilməsi, əks təqdirdə su və çirkab su təchizatının dayandırılacağı bildirilmişdir. 2010-cu ilin yanvar ayından bu günə kimi hər ay vaxtlıvaxtında elektron qaimə əsasında, yüksələn xətlə, yəni başlanğıcı ayda 300 manatdan başlayaraq 2.360 manatadək olmaqla su pulu ödənilmişdir. 2020-ci ilin oktyabr ayında cari hesablamadan əlavə hətta 4.690 manat (ƏDV) ödənilib və bu günə kimi su sərfiyyatı az olsa da, hər ay 2.360 manat ödəniş edilir. Yəni, zavodun Sukanal idar əsinə borcu yoxdur. Ona məlum olmayan səbəbdən 417.871,52 manat cərimə yazılıb.

12. Cərimə aktlar əsasında müəyyən olunmuşdursa, zavodun bundan xəbəri yoxdur. Cavabdeh tərəfin prosesdə iştirakı olmayıb, həmin akt müəssisə tərəfindən imzalanmayıb, zavod müdiriyyətinə xəbərdarlıq edilməyib. Yanvar 2020-ci il tarixində qonşu "xxxx" ASC-nin su xəttinin partlaması nəticəsində zavodun həyətinə su dolmuşdur, bunun qarşısını almaq üçün cavabdeh həmin partlamış su borularını təmir edib, boruya əlavələr etməsinə baxmayaraq, su sızqısı yenə baş vermişdir. Onlar zavoda gələn köhnə su xəttinin tamam bağlanmasını xahiş etmişlər. Lakin cavabdehin mütəxəssisləri həmin boruları saxlamış və gələcəkdə baş verəcək qəza zamanı xətdən istifadə edəcəklərini bildirmişdir. Lakin zavod həmin xətdən heç vaxt istifad ə etməmişdir və etmir. Suyun zavoda verilməsi qrafiki əvvəllər sutkada 4 saat idisə, indi su təminatı onu 15-20 dəqiqə qane edir, çünki dəzgahlarda və polad əritmə sexində istifadə olunan su daimi dövr olunur, həyətyanı bağ və digər həyətyanı yaşıllıq sahələrin suvarılmasında texniki sudan və şamboda (yeraltı su anbarında) toplanmış yeraltı qrunt sularından istifadə olunur. Sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Akt barədə onlara heç bir məlumat verilməmişdir.

13. Tələbin hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 24, 33, 62, 67.1, 67.2, 72-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.1, 1.4, 1.5, 5.1.1, 6.15-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 35.1, 35.2, 77.2-ci maddələrinə istinad edilmişdir.

14. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim etmiş, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş 20 21-ci il 29 oktyabr tarixli 600816 saylı aktın ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 417.871,52 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir

15. Cavabdehin nümayəndəsi R.Rüstəmov və T.Quliyev iddia tələbinə etiraz edərək bildirmişdilər ki, zavoddakı su sayğacı 2001-ci ildə quraşdırılmışdır. Lakin həmin sayğacın quraşdırılması aktını əldə etmək mümkün olmamışdır. İddiaçı tərəf sayğacın göstəricilərinin qeydiyyata alınmasına şərait yaratmadığından zavodun sərfiyyatı orta aylıq sərfiyyata uyğun aparılmış və baxış zamanı sayğacın göstəricisinin 86.501,1 m³ olması müəyyən edildikdən sonra həmin göstəricinin hesablanmamış 71.812 m³ hissəsi abonentin hesabına əlavə edilmiş və həmin sərfiyyata görə bor c hesablanmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli e-2-2(113)-1886/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən tərtib edilmiş 2021-ci il 29 oktyabr tarixli 600816 saylı aktın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli e-2-2(113)-1886/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən 2021-ci il 29 oktyabr tarixli 600816 saylı akt əsasında iddiaçıya hesablanmış 244.296 manat və 143.624 manat məbləğində, cəmi 387.920 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – L.Əliyeva).

18. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 2021-ci il 29 oktyabr tarixində cavabdehin əməkdaşları tərəfindən abonent iddiaçının ü nvanında baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış su sayğacından keçən xəttin bağlı, sayğacdan keçməyən D=150 mm-lik ehtiyat xəttinin isə açıq olması, eyni zamanda zavodun istifadəsində olan 32 mm-lik borunun 50 mm-lik boru ilə əvəzlənməsi, sayğac göstəricilərinin 86.501,1 m³ olması barədə 600816 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya sayğacdan kənar sudan istifadəyə görə 244.296 manat məbləğində və sayğaca uzun müddət ərzində baxılmasına şərait yaradılmadığından sayğac üzərində aşkar edilmiş, lakin qeydiyyata alınmamış 71.812 m³ (143.624 manat) sərfiyyata görə 71.812 m³ borc hesablanmışdır.

19. Hazırda iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 417.871,52 manat məbləğində borcun silinməsini tələb edir.

20. Əvvəla, iddiaçının mübahisələndirdiyi borcun 244.296 manat hissəsi mübahisəli akta əsasən sayğacdan kənar ehtiyat xəttindən qanunsuz (cavabdehin icazəsi olmadan) istifadəyə görə hesablanmışdır.

21. Cavabdeh sayğacdan iddiaçı tərəfindən kənar ehtiyat xəttindən qanunsuz (cavabdehin icazəsi olmadan) istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin istinad etdiyi 600816 saylı akt birtərəfli qaydada iddiaçının nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videoyazıya əsasən isə yalnız sayğacdan kənar ehtiyat xəttinin mövcud olması görünsə də, iddiaçının məhz həmin xəttdən istifadə etməsi müəyyən edilmir. Hər iki tərəfin izahatından isə aydın olur ki, sözügedən xətt iddiaçı tərəfindən qanunsuz quraşdırılmamış, qəza hallarında istifadə edilməli olan ehti yat xətti kimi mövcud olmuşdur. Bu baxımdan, videoyazıda həmin xəttin görünməsi iddiaçının həmin xətdən qanunsuz istifadə etməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir.

22. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 244.296 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

23. Beləliklə, iddia həmin hissədə təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş 2021-ci il 29 oktyabr tarixli 600816 saylı aktına və qanunsuz istifadə fakturasına əsasən iddi açıya hesablanmış 244.296 manat məbləğində borc silinməlidir.

24. Bununla yanaşı, iş materiallarından görünür ki, mübahisəli akt əsasında iddiaçıda quraşdırılmış su sayğacının göstəricisinin 86.501,1 m³ olması aşkarlanmış və həmin akt əsasında iddiaçıya sayğaca uzun müddət ərzində baxılmasına şərait yaradılmadığından sayğac üzərində aşkar edilmiş, lakin qeydiyyata alınmamış 71.812 m³ (143.624 manat) sərfiyyata görə 71.812 m³ borc hesablanmışdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.8-ci bəndindən göründüyü kimi, sayğacın göstəriciləri götürüldükdən sonra sayğacın faktiki göstəricisi ilə sayğac göstəricilərinin qeydiyyata alınmadığı dövrdə sayğac göstəricilərinə əsasən müəyyən edilmi ş sərfiyyatla həmin dövrdə bənddə göstərilmiş qaydada hesablanmış sərfiyyat müqayisə olunur və sayğacın faktiki sərfiyyatı abonentə hesablanmış sərfiyyatdan çox olduqda əlavə sərfiyyat hesablanır.

26. Hazırkı halda iddiaçı abonentin sayğaca baxış keçirilməsinə uzun müddət ərzində şərait yaratmadığını və nəticədə 71.812 m³ sərfiyyatın qeydiyyata alınmadığını iddia etsə də, hansı müddət ərzində sayğaca baxış keçirilmədiyini dəqiqləşdirməmiş, baxışın keçirilmədiyi müddət ərzində abonentlə hansı qaydada hesablaşma aparıldığını, həmin müddətdə ona hesablanmış sərfiyyatın həcmini, həmin sərfiyyatın sayğacın faktiki göstəricisindən çox və ya az olmasını müəyyən etməyə imkan verən hesabatları və ümumiyyətlə mübahisəli su sayğacının nə vaxt quraşdırılmasını, quraşdırılarkən sayğacın göstəricisini və abonent tərəfindən sayğaca baxış keçirilməsinə imkan verilməməsini təsdiq edən aktları məhkəməyə təqdim edə bilməmişdir.

27. Digər tərəfdən, məhkəmədə verdiyi izahatda cavabdehin nümayəndələri mübahisəli sayğacın 2001-ci ildə quraşdırıldığını və quraşdırılarkən göstəricisinin sıfır olmasını göstərmişlər. Mübahisəli su sayğacının 2001-ci ildə quraşdırılması cavabdehin iddiaçıya ünvanladığı 2022-ci il 25 fevral tarixli məktubda da göstərilmişdir. Cavabdehin nümayəndələrinin göstərilən izahatını və cavabdehin sözügedən məktubunu əsas götürsək 2001-ci il-2021-ci il 29 oktyabr tarixinədək olan on il ərzində abonentin sayğac üzrə su sərfiyyatın cəmi 86.501,1 m³ olması qənaətinə gəlmək olar. İş materiallarında olan abonent saldosundan isə açıq-aşkar görünür ki, sözügedən müddət ərzində iddiaç ıya həmin sərfiyyatı aşan həcmdə su sərfiyyatı hesablanmışdır. Bu halda isə “Sudan istifadə Qaydaları”nın 7.8-ci bəndinə əsaslanaraq əlavə sərfiyyat hesablanmasını istisna olunur.

28. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndələri su sayğacının quraşdırıldığı diametri 150 mm-lik xətti ilə yanaşı diametri 32 mm-lik sayğacdan keçməyən su xəttinin də mövcud olmasını və həmin xətdən istifadəyə görə borcun sayğac göstəricilərinə əsasən deyil, hesabat yolu ilə aparılması və su sayğacının göstəricilərinə əlavə edilməsini iddia etsə də, 32 mm-lik su xəttindən istifadəyə görə iddiaçı hesablanmış borcların hesablanması qaydasını və həmin xəttə görə hesablanmış borcun miqdarını müəyyən etməyə imkan verən hesabatları da məhkəmə təqdim etməmişlər.

29. Odur ki əsasında sayğaca uzun müddət ərzində baxılmasına şərait yaradılmadığından sayğac üzərində aşkar edilmiş, lakin qeydiyyata alınmamış 71.812 m³ sərfiyyata görə iddiaçıya hesablanmış 143.624 manat borcun hesablanmasının əsaslı olması iş materiallarına əsasən müəyyən edilmir.

30. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı 2021-ci il 29 oktyabr tarixli mübahisəli akt əsasında sudan sayğacdan kənar istifadəyə görə 244.296 manat və qeydiyyata alınmamış sayğac göstəricilərinə əsasən 143.624 manat olmaqla, cəmi 387.920 manat məbləğində borc hesablandığı halda iddiaçı 417.871,52 manat məbləğində borcun silinməsini tələb edir. Odur ki, iddiaçının silinməsini tələb etdiyi 29.951,52 manat məbləğində borcun akt əsasında hesablanmadığını, eləcə də həmin borcun silinməsi üçün əsasların məhkəmə baxışı zamanı müəyyən edilmədiyi nəzərə alınaraq həmin hissədə iddia rədd edilməlidir.

31. Məhkəmə öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.8-ci bənd lərinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı 2022-ci il 16 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin qisməniddianın rədd edil məsi hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdeh 2022-ci il 23 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 22(103)-942/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 18-30) ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

36. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 2021-ci il 29 oktyabr tarixli akt əsasında hesablanmış borcun məbləği cəmi 387.920 manatdır. İddiaçının silinməsini tələb etdiyi sudan istifadəyə görə hesablanmış 29.951,52 manat məbləğində borcun silinməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində qətnaməni həmin hissədə mübahisələndirsə də, 29.951,52 manat məbləğində borcun hansı əsasla silinməli olduğunu göstərə bilməmişdir. Buna görə də idd iaçının apellyasiya şikayəti qeyd edilən hissədə əsassız hesab edilir.

37. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi barədə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün qətnamədə istinad edilən normaların tələblərinə əsasən yoxlamanın hüquqi nəticələri etibarsız olduğuna və akt əsasında hesablanmış 387.920 manat məbləğində borcun silinməsi barədə iddiaçının tələbinin təmin edilməli olduğuna diar məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

38. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi normalara (bax yuxarıda § 31), həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.2.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

39. Qətnamə 2022-ci il 28 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

40. Cavabdeh 2023-cü il 27 fevral tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 353,94 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. MM-in 1096, 1097.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67.1, 72-ci maddələri, “Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndləri üzrə - İşin faktiki hallarından göründüyü kimi, iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 244.296 manat məbləğində ziyan vurmuşdur. Qanunsuz qoşulma faktlarını təsdiq edən akt tərtib edilmiş, sayğacdan kənar sudan istifadə olunması faktını təsdiq edən video çəkiliş aparılmış və məhkəmə prosesinin gedişatında video çəkiliş məhkəməyə təqdim edilmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. 42. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 50-ci maddəsinin 2-ci bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndi üzrə - Məhkəmə qətnamə çıxararkən həmin normanı düzgün tətbiq etməmişdir. Məhkəmənin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şə xslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət etməklə həyata keçirilmişdir. 43. “Sudan istifadə Qaydaları”nın 6.1-ci bəndi üzrə - Qaydaların həmin tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti cavabdehin balansındadır və həmin xəttə nəzarət funksiyasını cavabdeh həyata keçirir. Cavabdeh balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. 44. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsi üzrə - Həmin normanın tələbindən göründüyü kimi, istehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi suölçən cihazın göstəricinə uyğun aparılır. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus obyektin su xətti üzərinə 2001-ci il 29 oktyabr tarixində mexaniki su sayğacı quraşdırılmışdır. Sayğac bu tarixdə quraşdırılmasına baxmayaraq ilkin göstəricisi 151 m³ olmaqla 2012-ci il 25 dekabr tarixində götürülmüşdür. Bundan sonra, müvafiq dövrlərə sayğac göstəriciləri götürülsə də, son dövrlərdə iddiaçı tərəfindən sayğac göstəricilərinin götürülməsinə şərait yaradılmamışdır. Cavabdehin əməkdaşları tərəfindən 2021-ci i l 29 oktyabr tarixində sayğaca baxış keçirərkən sayğacın göstəricisinin 86501 m³ olması müəyyən edilmişdir. Abonent bazası ilə dəqiqləşmə aparılarkən 71802 m³ (71802 m³ x 2 manat= 143.624 manat) sərfiyatın abonentin şəxsi vərəqəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bu sərfiyyata görə sayğac göstəricisinə əsasən iddiaçıya 143.624 manat borc hesablanmışdır. Həmin borc iddiaçının sayğac üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsi nəticəsində yaranmış, lakin iddiaçı tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Məhkəmə bu hal üzrə də maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz mahiyyət etibarilə iddia ərizəsində göstərilən hallarla (bax yuxarıda §§ 8-12) əsaslandırılmış, həmçinin əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən akt əsasında əsassız hesablanmış 387.920 manat borcdan əlavə olaraq 29.951,52 manat borcun nəyə, hansı sənədə əsasən hesablanması barədə iddiaçı tərəfə heç bir sənəd verilməmişdir. Cavabdeh özü həmin 29.951,52 manat borcun əsaslı olmasını sübut etməlidir. Şəxsi vərəqdə 29.951,52 manat borcu nəyə görə hesablanması barədə heç bir qeyd yoxdur. Qeyd olunanla əsasən cavabdehin kassasiya şikayəti tamamilə əsassızdır, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşd ırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 49. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2.Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə v ə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Maddə 3.Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - q anun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə 31.Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.5. yoxlanılan sahibkarın bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı;...” 50. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

12. Su təchizatı müəssisələrinin vəzifələri... Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraq larının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.” “Maddə

34. Kanalizasiya müəssisələrinin əsas vəzifələri...

3. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.” “Maddə

49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri...

4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”

51. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nöməli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanl arı, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 1.7. Reyest rin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.... İV. Reyestrin aparılması... 4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoş ulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.... V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “7. Suyun və kanalizasiya sisteminə axıdılan tulla ntı sularının uçotu və ödəmə şərtləri... 7.8. İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 8

8. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Hazırkı iş üzrə iddiaçı ona məxsus obyektdə cavabdeh tərəfindən keçirilmiş baxış nəticəsində tərtib olunmuş borcun silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi həmin iddia tələbini qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

55. Apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi barədə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün qətnamədə istinad edilən normaların tələblərinə əsasən yoxlamanın hüquqi nəticələri etibarsız olduğuna və akt əsasında hesablanmış 387.920 manat məbləğində borcun silinməsi barədə iddiaçının tələbinin təmin edilməli olduğuna diar məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

56. Həmin mövqe ilə razılamayan cavabdeh özünün kassasiya şikayətində hesab edir ki, iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə nəticəsində cavabdehə 244.296 manat məbləğində ziyan vurduğundan, cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı il ə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət etməklə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Həmçinin baxış nəticəsində 143.624 manat sərfiyatın abonentin şəxsi vərəqəsində qeydiyyata alınmadığı məlum olmuşdur və həmin vəsait də borc kimi hesablanmışdır.

57. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini təhlil edərək belə qənaətə gəlir ki, cavabdehin əməkdaşlarının həyata keçirdiyi baxışın, yoxlamanın vahid məlumat reyestrində qeydə alınması zəruri olsa da, cavabdeh tərəfindən buna əməl olunmamış, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Ona görə də kassatorun dəlilləri əsassız hesab edilməlidir.

58. Belə ki, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahi bkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3-cü maddələrinə (bax yuxarıda § 49) görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) şamil edilir. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanunvericiliyin pozulması fak tları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun bu tələbləri dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) şamil edilir.

59. Eyni zamanda, elə kassatorun özünün də istinad etdiyi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununda 12-ci maddəsinin ikinci hissəsinin, 34-cü maddəsinin 3-cü hissəsinin və 49-cu maddəsinin 4-cü hissəsinin (bax yuxarıda § 50) tələbləri ondan ibarətdir ki, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qurumların səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə, su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (müvafiq müəssisənin razılığı olmadan paylayıcı şəbəkəyə, su təchizatı və ya kanalizasiya sisteminə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

60. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.4 və 5.2-ci bəndlərinə (bax yuxarıda § 51) görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. S ahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində, yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərha l qeydiyyata alınır. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.

61. İstinad olunan normalardan göründüyü kimi, cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində istənilən ad altında həyata keçirilən bütün növ yoxlama tədbirlərinin, o cümlədən baxışın (hazırkı halda olduğu kimi) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və bu sahədəki digər qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla vahid məlumat reyestrində qeydə aldırılması qanunvericiliyin imperativ tələbidir.

62. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dö vlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi məhz qeyd olunan istiqamətdə formalaşmışdır.

63. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti cavabdehin balansındadır və həmin xəttə nəzarət funksiyasını cavabdeh həyata keçirir. Cavabdeh balansında olan xətlərə istənilən vaxt baxış keçirə və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Bu cür baxışın keçi rilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur.

64. Kassatorun hazırkı dəlili isə əvvəlki dəlillərinə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətinin əvvəlki dəlillərində sözügedən baxışın iddiaçının səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirildiyi göstərilmişdir (bax yuxarıda § 42). Halbuki cavabdeh tərəfindən onun öz balansında olan xətlərə istənilən vaxt baxış keçirilməsinə iddiaçının səlahiyyətli şəxslərindən razılıq alınması üçün hüquqi əsas(lar) mövcud deyildir.

65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillə rdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 53) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 53) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-942/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ASC kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 22(103)-942/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar