Məhkəmə qərarları › İş №2-2(102)-221/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-221/2021

20.05.2021 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-221/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası iddiaçı cavabdehə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti 20.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə iddiaçı cavabdehə qarşı cavabdehin 20 noyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 300.000.00 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19.863.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 651.37 manat məbləğində borcunun ödənilməsinin təmin edi lməsi məqsədi ilə 300.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq Müəyyən etdi:

1. İddiaçı cavabdehə qarşı cavabdehin 20 noyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 300.000.00 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19.863.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 651.37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 300.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin məhkəmə aidiyyəti üzrə Cavabdeh rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Kom mersiya Məhkəməsinin 2021-ci il 01 mart tarixli, e-2-2(113)-1210/2021 saylı qərardadı ilə cavabdehin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.

4. Məhkəmənin 2021-ci il 01 aprel tarixli, e-2-2(113)-1210/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, e-2-2(113)-1210/2021 saylı qərardadından cavabdeh ASC tərəfindən verilmiş şikayət, vəkil tərəfindən tərtib edilmədiyi üçün geri qaytarılmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 aprel tarixli, e-2-2(113)1210/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh ASC-nin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərc lər, cavabdeh ASC-nin dövlət büdcəsinə olan 300.000.00 manat, Dövlət Sosial Müdafıə Fonduna olan 19.863.89 manat və İşsizlikdən sığorta fonduna olan 651.37 manat borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir (hakim – Z.Pirverdiyev).

6. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2021-ci il 01 mart tarixli, e-2-2(113)-1210/2021 saylı qərardadından cavabdeh ASC tərəfindən verilmiş şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, cavabdeh ASC-nin şikayəti müəyyən edilmi ş müddət ötürüldüyü, elektron kabinet vasitəsi ilə verilmədiyi, həmçinin işə artıq mahiyyəti üzrə baxıldığı üçün qaytarılmalıdır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bil ər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. İş materiallarına əsasən cavabdeh tərəfindən məhkəmənin 01 mart 2021-ci il tarixli qərardadından kassasiya şikayəti müddət ötürülməklə 2021-ci ilin aprel ayında, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilmədən bilavasitə məhkəməyə verilmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh tərəfindən kassasiya şikayəti “Elektron mə hkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir.

12. Digər tərəfdən Bakı Kommersiya Məhkəməsi tərəfindən 2021-ci il 08 aprel tarixdə mübahisəyə artıq mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilmişdir və cavabdeh qətnamədən apelyasiya şikayəti verərkən məhkəmə aidiyyəti ilə bağlı məsələyə də öz münasibətini bildirə bilər.

13. Beləliklə, iş materiallarına əsasən cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 01 mart tarixli, e-2-2(113)-1210/2021 saylı qərardadından şikayət verilməsi müddəti bir aydan artıq ötürülmüş, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə çıxarılmışdır.

14. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, iş üzrə cavabdeh ASC-nin şikayəti qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3, 408.1.3-cü maddələrini rəhbər tutaraq, Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq məhkəmə tərkibi Qərara aldı:

15. İddiaçı cavabdehə qarşı cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar