Məhkəmə qərarları › İş №2-2(102)-226/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-226/2021

05.05.2021 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-226/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin X1 qarşı iddiasına dair iş üzrə QƏRARDAD (Açar sözlər: məhkəmə aidiyyətinə dair məsələ) GİRİŞ HİSSƏ 05.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadına əsasən, Xaçmaz rayon Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı MMC-nin cavabdeh X1 qarşı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 176.350 manat məbləğində pul vəsaitinin iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh vəkili və nümayəndəsi X2 ərizə ilə həmin məhkəməyə müraciət edərək, İddiaçı MMC-niniddia ərizəsinin kommersiya məhkəməsinə aid olması səbəbindən işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məs ələ tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Xaçmaz rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə (hakim A.Sadıqov; iş No 2(067)-804/2021) vəsatətin təmin edilməsi; mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə (hakim Z.Sadıqov; iş No 2-2(119)-581/2021) mülki işin aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə müəyyən edilir ki, Xacmaz rayon Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı baş vermiş, sonuncu həmin fikir ayrılığını həll etmək üçün 16.04.2021-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə g öndərmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Xaçmaz rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Ona görə də, hazırki mülki iş məhkəmə aidiyyətinə uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsi 16.04.2021-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə göndərərkən, qərardadını onunla əsaslandırmışır ki, iddi a ərizəsinin məzmunu və işin materialları ilə müəyyən olunur ki, Cavabdeh 2018-ci ilin dekabr ayına kimi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş və 2018-ci ilin dekabr ayında işdən çıxarılarkən (direktor vəzifəsindən azad edilərkən) məlum olmuşdur ki, MMC-nin kassasında 176.350 manat əskiklik vardır və cavabdeh həmin pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmişdir. Göründüyü kimi, “Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 176.350 manat məbləğində pul vəsaitinin iddiaçı MMC-nin xeyrinə tutulması” ilə əlaqədar yaranmış hazırkı mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, Cavabdeh (işçinin) iddiaçı MMC-nin (işəgötürənin) direktoru vəzifəsində işlədiyi dövrdə əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmışdır. Yəni, ha zırkı “xxxx” barədə iddia tələbi işəgötürən MMC-nin keçmiş direktoruna işdən çıxarılmış işçisinə qarşı yönəldilmişdir. Qeyd etmək lazımdır ki, işçi tərəfindən işəgötürənə zərər vurulması ilə əlaqədar olan bu xüsusat cavabdehin direktor vəzifəsindən azad edildiyi (işdən çıxarıldığı) vaxt müəyyən olunmuşdur və əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmış bu kimi mübahisələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, Xaçmaz rayon Məhkəməsi tərəfindən 30 mart 2021-ci il tarixli qərardadda mülki iş üzrə mübahisə predmeti “tərəflərin sahibkarlıq fəaliyyəti” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmiş olsa da, iş materiallarına əsasən tərəflər arasındakı hazırkı mübahisə Əmək Qanunvericiliyi ilə nizamlanan münasibətlər əsasında yaranmışdır. Ona görə də, hazırkı mülki iş üzrə mübahisənin “tərəflərin sahibkarlıq fəaliyyəti əsasında yaranmış mübahisə olaraq kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. X5 Sumqayıt Kommersiya Məhkəməsinin qərardadında gəldiyi nəticə ilə razılaşır və hesab e dir ki, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, eyni zamanda cavabdeh fərdi sahibkar statusuna malik deyil, onun VÖEN-i yoxdur. Belə olan halda hazırki iş mülki məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülk i məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, Sumqayıt Kommersiya Məhkəməsi hazırki işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermiş, iş baxılmağa davam etdirilməsi üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan X5ndə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddəti ndə baxılır. Həmin Məcəllənin 403-1.7-ci maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 403-1.8.2-ci maddəsinə görə, kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İş mülki iş olaraq mahiyyəti üzrə baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar