Məhkəmə qərarları › İş №2-2(102)-228/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-228/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-228/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Məhdud Məsuliyyətinin Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ İş № 2-2(102)-228/2025 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəmə sinin 2025-ci il 22 yanvar tarixli e-2-2(113)1356/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.081,8 (malların ümumi dəyəri və ƏDV daxil olmaqla) məbləğində əsas pulun, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün 1.500 manat məbləğində dəbbə pulunun, 189 manat dövlət rüsumu və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 320 manat, cəmi 33.091 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh həmin məhkəməyə vəsatət ilə müraciə edərək iş üzrə işin aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilm əsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli e-2-2(113)-1356/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş məhkəmə aidiyyatının dəyişdirilməsi barədə vəsatət rədd edilmişdir (hakim – G.Namazova).

4. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 11 fevral tarixli e-2-2(119)-1356/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə tərkibi hesab edir ki, şikayətə kassasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir.

6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikay ət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

7. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Cavabdeh tərəfindən verilmiş şikayət isə vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır.

9. MPM-in 408.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, y axud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə (408.1.3).

10. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 403-1.3, 408.1.1, maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli e-2-2(113)-1356/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şika yətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar