Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-231/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Ərizəçi MMC-in müflis elan olunması və cəmiyyətin iflas prosesinə başlanılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: müflis elan olunma və iflas prosesinə başlama Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, Kreditor “xxxx” ASC -nin nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlunun, Kreditor11” ASC ASC-nin vəkili Bağırzadə Nofəl İsak oğlunun, kreditor “xxxx” ASC -nin vəkili Dünyamalılı İradə Şəms qızının, Kreditor28 MM C-nin vəkili Mirzəbəyov Zaur Əzizağa oğlunun, kreditor “xxxxxx” MMC-nin vəkili Yusifli Niyazi Qəhrəman oğlunun, kreditor Azərbaycan Respublikasının Kreditor16 nümayəndəsi Qədirova Lalə Arifovnanın, kreditor Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Kreditor5” nümayəndəsi Məmmədov Kaul Mirsalam oğlunun, kreditor Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Kreditor5” nümayəndəsi Qəribov Samir Fuat oğlunun, kreditor bank olmayan kredit təşkilatı “xxxx” QSC-nin nümayəndəsi nümayəndəsi Heybətov Tapdıq Yavər oğlunun iştirakı ilə, İddiaçı Ərizəçi MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-42/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq m əhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Ərizəçi MMC-in (bundan sonra-MMC) 2019-cu il 15 avqust tarixli qərarından görünür ki, MMC-in müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır.
2. MMC tərəfindən təqdim edilmiş kreditorların siyahısı və həmin kreditorlara ödənilməli borc barədə cədvəldən müəyyən olunur ki, ümumilikdə cəmiyyətin 4.688.570,6 manat borcu vardır. 3. 2015-ci il 6 fevral tarixli 3 nömrəli müqavilədən görünür ki, “xxxxxx” ASC (sifarişçi) ilə MMC (icraçı) arasında sifarişçi ilə müvafiq sığorta müqaviləsi bağlanmış sığortalıların və onların adından digər ödəyicilərin sığorta haqqı üzrə etdiyi pul ödəmələrinin icraçı tərəfindən Ərizəçi ödəmə terminalları, vebsaytları vasitəsi ilə yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin hesablaş ma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə göstərilən müvafiq yığılan məbləğin 3%-i dəyərində (ƏDV daxil olmaqla) Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. 4. “xxxxxx” ASC-in məhkəməyə ünvanladığı 2019-cu il 20 sentyabr tarixli məktubdan görünür ki, MMC tərəfindən 2019-cu ilin iyun, iyul ayları üzrə 738 manat məbləğində vəsait “xxxxxx” ASC-in hesabına köçürülməmişdir. 5. 2018-ci il 1 aprel tarixli EP-ATV/01-2018 nömrəli müqavilədən görünür ki, Kreditor4 MMC (sifarişçi) ilə MMC (icraçı) arasında sifarişçinin abunəçiləri və ödəyiciləri tərəfindən icraçının ödəmə məntəqələri vasitəsi ilə edilən ödəmələrin icraçı tərəfindən yığılması və yığılmış həmin pul vəsaitləri nin sifarişçinin müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin şərtlərinə uyğun yığılan məbləğin 2%-i dəyərində (ƏDV daxil olmaqla) xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır.
6. Kreditor4 MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 17 sentyabr tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 31 avqust tarixinə yığılıb köçürülməmiş məbləğ 12.971 manat təşkil edir. 7. 2016-cı il 28 iyul tarixli EA/14-2016 nömrəli müqavilədən görünür ki, “Kreditor12” MMC (sifarişçi) ilə MMC (icraçı) arasında sifarişçinin göstərdiyi internet xidmətlərinin haqqının və istənilən digər ödənişlərin yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin hesablaşma hesabına köçürülm əsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə göstərilən müvafiq yığılan məbləğin 2,5%-i dəyərində (ƏDV daxil olmaqla) Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. 8. “Kreditor12” MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 14 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu ilin avqust ayına yığılıb köçürülməmiş məbləğ 1.161 manat təşkil edir. 9. 2015-ci il 16 iyun tarixli HA/0083/15/MLT nömrəli müqavilədən görünür ki, “Kreditor19 (Azərbaycan)” ASC (sifarişçi) ilə MMC (agent) arasında Agent Sifarişçinin İstehlakçıları (“Ödəyicilər”) tərəfindən Ərizəçi Ödəmə Məntəqələri vasitəsilə ilə aparılan ödənişlərin sifarişçiyə bu Müqavilə ilə nəzərdə tutulan müddə t ərzində köçürülməsini təmin etməlidir. Agent həmçinin ödəmə çıxış fayllarını birləşdirmək; ödəniş hesabatlarını yoxlamaq; status, ödəmə tarixinin izlənməsi, vaxtın izlənməsi və uğurlu və ya uğursuz ödəniş nəticələri ilə əlaqədar təfsilatlı ödəniş araşdırması aparmaq; ödənişə icazə və ödənişin geri qaytarılma məlumatlarını yoxlamaq; etibarlı ödənişləri yerinə yetirmək və geri qaytarılmanın ödənilməsi; ödənişin qaytarılmasının izlənməsi və hesablaşma fəaliyyəti; xüsusi ödəniş və ya əməliyyatlara qeydləri tətbiq etmək; işlənmə və xüsusi ödənişlər; çoxsaylı fərdi ödəyici hesablarına giriş və idarə etmək; və ödəyicilərin ödəmə interfeyslərinə konfiqurasiya dəyişiklikləri etmək (əgər bu seçim sifarişçi tərəfindən seçilərsə) üçün zəruri olan sifarişçiyə ödənişlərin idarə edilməsinin funksoinall ığını təqdim edir. 10. “Kreditor19 (Azərbaycan)” ASC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 7 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu ilin iyul ayına yığılıb köçürülməmiş məbləğ 2.514 manat təşkil edir. 11. “xxxxxx” MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 6 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 iyul – 2019-cu il 31 iyul tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 131.003.7 manat təşkil edir.
12. Kreditor22 MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 17 iyul tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 iyun – 2019-cu il 30 iyun tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 60.000 manat təşkil edir.
13. Kreditor5 ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 16 iyul tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 iyun-2019-cu il 30 iyun tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 98.596.49 manat təşkil edir. 14. “xxxxxx” MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu 2 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 iyul – 2019-cu il 31 iyul tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 15.063.01 manat təşkil edir. 15. “Kreditor10” ASC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 14 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 avqust -2019-cu il 10 avqust tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 43.712.38 manat təşkil edir. 16. “Kreditor24” MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 25 sentyabr tarixli qarşılıqlı üzləşmə aktından gö rünür ki, MMC tərəfindən 2019-cu il 24 sentyabr tarixinə yığılıb köçürülməmiş məbləğ 12.030.33 manat təşkil edir. 17. “Kreditor13” MMC ilə MMC tərəfindən tərtib olunmuş 2019-cu il 14 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, MMC tərəfindən 2019-cu il 1 avqust – 2019-cu il 10 avqust tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 4.070 manat təşkil edir. 18. 2019-cu il 1 noyabr tarixli **********649300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, MMC-in 2019-cu il 31 oktyabr tarixinə vergilər üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin 2019cu il 31 oktyabr tarixində işsizlikdən sığorta haqları üzrə 7.09 manat, məcburi sosial sığorta haqları üzrə 164.42 manat ödənilməmiş borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı MMC müflis elan olunma tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun (bundan sonra-Qanun) 1-ci bəndinə əsasən borclu müəssisə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxsdir. Eyni zamanda Qanunun 3-cü maddəsində deyilir: “Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməmişdir; borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” Hazırki ərizəni məhkəməyə təqdim etməklə, iddiaçı təsdiq edir ki, kreditorları qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin 2020 -ci il 28 avqust tarixli, 2-2(113)-421/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim Z.Axundova).
22. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, hüquqi şəxsin müflis elan edilməsi borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması halının təsdiq olunmasıdır. İlk növbədə burada iddiaçının müflisə uğraması halları, kreditorlarla bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin spesifikası, həmin öhdəliklər üzrə hüquqi şəxsin göstərdiyi xidmət üzrə kreditor tərəfindən ona ödənilmiş xidmət haqqının əldən çıxması, ya da ki, xidmətin göstərilməsi üçün müvafiq xərclərin dəyərinin qalxması kimi halların araşdırılması vacibdir. Belə olan halda iddiaçının göstərdiyi xidmət kreditorların digər şəxslərə göstərdiyi xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin yığım ından və onların kreditorların müvafiq hesablarına köçürülməsindən ibarətdir. Eyni zamanda iddiaçı tərəfindən qeyd olunan xidmətin göstərilməsi haqqının ödənilməsi yığılan məbləğlərin ümumi həcminin müvafiq faizi olaraq müəyyənləşdirilmişdir. Bu isə iddiaçının göstərdiyi cari xidmətin təmin edilməsi üçün hər hansı əlavə xərcin tələb olunmadığını təsdiq edən amildir. Yəni iddiaçıya ödənilən xidmət haqqı kreditora ödənilən pul vəsaitlərinin həcmi nisbətində müəyyən olunduğundan kreditorlar tərəfindən ödənilmiş xidmət haqqının iddiaçının göstərdiyi xidmətlə əlaqəli olmamasını təsdiq edir, lakin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində onun kreditorları qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən borclu duruma düşməsini qeyd etmiş və bu səbəbdən də hazırkı halda müflis elan edilməsini şərtləndiyini bildirmişdir. Hazırkı vəziyyətdə məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçının kreditorlara olan borcu onu hər hansı xidmət göstərməməsi əsasında yaranmış olan borc deyil, əksinə iddiaçı tərəfindən göstərilən xidmətin predmetini təşkil edən pul vəsaitləridir. Yəni iddiaçı ona təqdim edilmiş pul vəsaitlərini kreditorların müvafiq hesablarına köçürməməsi səbəbindən qeyd olunan pul vəsaiti həcmində borclu duruma düşmüşdür. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə yuxarıda sadalanan hallara dair, habelə kreditorlara digər şəxslər tərəfindən ödənilmiş pul vəsaitlərinin itirlməsi və ya kreditorlar qarşısında yaranmış öhdəliklərin səbəbinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 43.1, 63.1-ci maddələrinə, Qanunun 1, 2, 3, 11-ci maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
24. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli, 2-2(103)-42/2021 saylı qətnaməsi ilə iddiaçı MMC-in apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 avqust tarixli, 2-2 (113)-421/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müəssisə nin maliyyə vəziyyətini əks etdirən, qanunvericiliyin tələblərinə uyğun tərtib və lazımi qaydada təsdiq olunmuş maliyyə hesabatı təqdim edilməmişdir. İflas prosesinin başlanması üçün borclunun ödəmə qabiliyyətinin olub-olmadığı araşdırılarkən yalnız borcun mövcud olması və ödənilməməsi faktı deyil, eyni zamanda hansı səbəbdən ödənilməməsi, borcun ödənilməməsinin həqiqətən borclunun iradə ifadəsindən asılı olmaması, təsərrüfat fəaliyyəti nəticəsində maliyyə vəziyyətinin pisləşdiyi araşdırılmalıdır. Hazırkı halda işdə iddiaçının kreditorlarına ödənişlərin həyata keçirilməsinin hansı səbəbdən mümkün olmadığını müəyyənləşdirməyə imkan verən maliyyə sənədləri təqdim edilmədiyindən bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının göstərdiyi xidmə t kreditorların digər şəxslərə göstərdiyi xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin xüsusi aparatlar vasitəsi ilə yığımından və onların kreditorların müvafiq hesablarına köçürülməsindən ibarət olmuş, iddiaçının xidmət haqqı yığılan məbləğlərin ümumi həcminin müvafiq faizi olaraq müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçının yığılmış pul vəsaitlərini hansı səbəbdən kreditorların hesabına köçürməməsi və ödəmə qabiliyyətini itirməsi işdəki sənədlərdən görünmür. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş materiallarına əlavə edilmiş 2020-ci il 16 yanvar tarixli 2(103)-1297/2020 saylı qətnaməsinə əsasən Xəzər rayon Məhkəməsinin 2020-ci il 16 yanvar tarixli, 2(103)-1297/2020 saylı qətnaməsi ilə iddiaçı “Kreditor21” ASC-in iddiası qismən təmin olunaraq MMC-dən 353. 640,65 manat pulun tutulması qət olunmuş, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən müflis elan edilməsi barədə tələb irəli sürülməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşımaqla ədalətli məhkəmə araşdırması prinsipinin bir hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipinə ziddir.
27. Məhkəmə bu qənaətini Qanunun 1, 3, 5, 11-ci maddələrinə, Mülki Məcəllənin 63.1ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonraMPM) 14.2, 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və ərizənin təmin olunaraq MMC-in müflis elan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
29. Hüquqi şəxs bir sıra səbəbdən iflasa uğraya bilər: pul vəsaitini yerləşdirdiyi bank müflisləşib və həmin vəsait batıb, ona məxsus əmlak təbii fəlakət nəticəsində məhv olub, hüquqi şəxsin əmlakı oğurlanıb, talanıb. 30. “Müflisləşmə və iflas haqqında” Qanunun 10-1-ci maddəsinə əsasən iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 ay müddətində baxmalı və həmin işin həllinə dair müvafiq qərar çıxarmalıdır (birinci instansiya məhkəməsi tərəfindən 1 il ərzində baxılıb qərar verildi).Təbii ki, bu qısa müddət ərzində məhkəmə ərizəçinin əmlak vəziyyətinin sonuncunun iddia etdiyindən daha yaxşı olduğunu müəyyən edə bilməz. Ərizəçi nə qədər tez müflis elan olunsa, o nun qalıq əmlakı da daha tez dondurular və kreditorlar arasında ədalətli (tələblərə mütənasib) bölüşdürülər. Buna görə də ərizəçi bütün kreditorların tələblərini ödəmək iqtidarında olmadığını qeyd edirsə, məhkəmə onu müflis elan etməlidir.
31. Son 5 ildə Azərbaycanda 10-dan çox bank ərizənin məhkəmələrə daxil olduğu andan 2-3 gün ərzində məhkəmələr tərəfindən müflis elan olunub. Bankların və digər kommersiya hüquqi şəxslərinin müflisləşmə faktına fərqli münasibət göstərilir.
32. Ərizəçi təsdiq edir ki, kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə prosesi əsnasında da bu fakt öz təsdiqini tapıb. Qanun məhkəmə tərəfindən bunun səbəblərini araşdırmağı tələb etmir. Deməli, Qanuna əsasən Ərizəçi müflis elan olunmalıdır. 33. 2018-ci i l 3 oktyabr tarixli, 2-2(102)-392/2018 saylı qərarda və 2018-ci il 30 oktyabr tarixli, 2-2(102)-404/2018 Qərarda borclunun müflis elan olunması belə əsaslandırılır: “...borcları ödəmək iqtidarında deyildir... Belə ki... Cəmiyyətin adına daşınmaz əmlakın Dövlət reyestrindən Şəmkir və Gədəbəy rayonları inzibati ərazisi üzrə hər-hansı daşınmaz əmlak və hər hansı nəqliyyat qeydiyyatdan keçməmişdir. “xxxx” MMC-in mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlakların, nəqliyyat vasitəsinin olmadığını, o cümlədən də Cəmiyyətin 2014-cü il 1 aprel tarixindən fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Belə olan halda, “xxxx” MMC-in mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlaklar, həmçinin nəqliyyat vasitəsi olmadığından, həmçinin Cəmiyyət 2014-cü il 1 aprel tarixindən fəaliyyətini d ayandırdığından ödəmə qabiliyyətinə malik deyildir...”. “...Məhkəmə tərəfindən ərizəçinin (borclunun) qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir olmaması və öz borclarını vaxtı çatdıqca ödəməyə qadir olmaması araşdırılmamışdır... Ərizəçinin (borclunun) əmlakının dəyərinin S.Kazımovanın tələblərinin ödənilməsi üçün yetərli olub-olmamasına məhkəmə aydınlıq gətirməmişdir...
34. Göründüyü kimi, Ali Məhkəmə yenə də hüquqi şəxsin müflis elan olunması üçün heç bir əlavə tələb (səbəb və s.) irəli sürməmişdir. Məhkəmələr də məhz bu faktı müəyyən etməlidir, müflislik institutu məhz kreditorların maraqlarına xidmət edir. Ərizəçi nə qədər tez müflis elan olunsa, onun qalıq əmlakı da daha tez dondurular və kreditorlar arasında ədalətli (tələ blərə mütənasib) bölüşdürülər. Buna görə də Ərizəçi bütün kreditor tələblərini ödəmək iqtidarında deyilsə, məhkəmə onu müflis elan etməlidir.
35. Həmçinin məhkəmə qətnaməni iddiaçı “Kreditor21” ASC-nin iddiasının qismən təmin edilərək Ərizəçi MMC-dən 353.640,65 manat pulun tutulması barədə məhkəmə qətnaməsinə istinad etmişdir. İddiaçı tərəfindən müflis elan edilməsi barədə tələb irəli sürülməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşımaqla ədalətli məhkəmə araşdırması prinsipinin bir hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipinə ziddir”. Bu arqument ümumiyyətlə həqiqətə və müflislik institutunun mahiyyətinə kökündən ziddir. Əvvəla, əksinə, məhz kreditorlardan yalnız biri olan “Kreditor21” ASC ərizəçinin birinci instansiy a məhkəməsinə özünün müflis elan olunması ilə bağlı müraciətindən sonra Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır (özü də məhkəmə aidiyyətini pozaraq). Yəni ərizəçi deyil, sözügedən kreditor düzgün davranmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Ərizəçi şikayətində qeyd etmişdir ki, “Kreditor21” ASC ərizəçinin birinci instansiya məhkəməsinə müflis elan olunması ilə bağlı müraciətindən sonra Xəzər rayon məhkəməsində iddia qaldırmışdır. Lakin məhkəmə gedişatında bütün məhkəmə iştirakçılarına məlum idi ki, ərizəçinin müflis elan olunması ilə bağlı müraciətindən xeyli əvvəl “Kreditor21” ASC “borcun tutulması barədə” tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
37. Digər tərəfdən ərizəçi tərəfindən məhkəməyə müəssisənin maliyyə vəziyyətini əks etdirən, qan unvericiliyin tələblərinə uyğun tərtib edilmiş və lazımi qaydada təsdiq edilmiş maliyyə hesabatı təqdim edilməmişdir. Hər bir halda, MMC-in maliyyə vəziyyəti təsərrüfat fəaliyyəti nəticəsində pisləşməmişdir, fəaliyyəti yalnız xüsusi aparatlar vasitəsilə pul vəsaitlərinin yığımından və onları kreditorların müvafiq hesablarına köçürülməsindən ibarət olmuşdur. Ərizəçi tərəfindən pul vəsaitlərinin hansı məqsədlər üçün hansı tarixlərdə və hansı məbləğlərdə sərf edildiyi barədə məlumatlar da öz əksini tapmamışdır.
38. Belə olan halda, sahibkarlıq subyektlərinin bu formada müflis elan olunması da sui istifadə hallarına əsaslanan təcrübənin formalaşmasına şərait yaradacaqdır.Həmçinin, ərizəçinin bildirdiyinin tam əksi olaraq kreditorlar ərizəçinin müflis elan olunasına etiraz ediblər.
39. Göründüy ü kimi, ərizəçinin verdiyi kassasiya şikayəti tam əsassızdır və formal mülahizələrə əsaslanır. Məhkəmə kollegiyasının iclasında iştirak edən kreditorların vəkili H.Cavadov, İ.Dünyamalılı və N.Bağırzadə hər biri ay-ayrılıqsda izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-42/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tərəflərin izahatları
40. Məhkəmə iclasında iştirak edən digər kreditorların vəkilləri çıxış edən vəkillərin dedikləri ilə razı olduqlarını bildirdilər.
41. Digər proses iştirakçısı olan kreditorların nümayəndəsi L.Qədirova, K.Məmmədov, S.Qəribov və T.Heybətov məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.
42. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayə t mümkün hesab edilmişdir.
44. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə-borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Ərizəçi-məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs;...”. Maddə
3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığ ı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Maddə
5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məblə ğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Maddə
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır: a) işə baxılmanın təxirə salınması barədə; b) iş üzrə icraatın dayandırılması barədə; c) işə xitam verilməsi barədə; ç) iddianın baxılmadan saxlanması barədə. Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər....”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
48. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, düzgün olan qətnamənin ləğv edilməsinə əsas ola bilməz.
50. Belə ki, müəssisənin maliyyə hesabatı mühasibat uçotu məlumatları əsasında hazırlanan müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə vahid məlumat sistemidir.
51. Mаliyyə hеsаbаtının tərkibinə mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitinin hərəkəti haqqında hesabatlar daxildir( Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmiş 1 № li Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartı).
52. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ərizəçi tərəfindən müəssisənin maliyyə vəziyyətini əks etdirən, qanunvericiliyin tələblərinə uyğun tərtib və lazımı qaydada təsdiq edilmiş maliyyə hesabatı təqdim olunmamışdır.
53. Bundan əlavə, Qanunun 11-ci maddəsinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
54. Həmin maddənin 3-cü hissəsinə uyğun olaraq məhkəmə qanunvericilikdə nəzərdə tu tulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
55. İstinad edilən qanunvericilik normalarınin təhlili onu göstərir ki, iflas prosesinin başlanması üçün borclunun ödəmə qabiliyyətinin olub-olmadığı araşdırılarkən yalnız borcun mövcud olması və ödənilməməsi faktı deyil, eyni zamanda hansı səbəbdən ödənilməməsi, borcun ödənilməməsinin həqiqətən borclunun iradə ifadəsindən asılı olmaması, təsərrüfat fəaliyyəti nəticəsində maliyyə vəziyyətinin pisləşdiyi araşdırılmalıdır.
56. İş materiallarından görünür ki, hazırkı halda işdə iddiaçının kreditorlarına ödənişlərin həyata keçir ilməsinin hansı səbəbdən mümkün olmadığını müəyyənləşdirməyə imkan verən maliyyə sənədləri təqdim edilmədiyindən bu məsələyə məhkəmələr tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının göstərdiyi xidmət kreditorların digər şəxslərə göstərdiyi xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin xüsusi aparatlar vasitəsi ilə yığımından və onların kreditorların müvafiq hesablarına köçürülməsindən ibarət olmuş, iddiaçının xidmət haqqı yığılan məbləğlərin ümumi həcminin müvafiq faizi olaraq müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçının yığılmış pul vəsaitlərini hansı səbəbdən kreditorların hesabına köçürməməsi və ödəmə qabiliyyətini itirməsi işdəki sənədlərdən görünmür.
58. Həm çinin kassatorun müflis elan olunması ilə bağlı müraciətindən sonra Xəzər rayon məhkəməsindəki iddia ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən müflis elan edilməsi barədə tələb irəli sürülməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşımaqla ədalətli məhkəmə araşdırması prinsipinin bir hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipinə ziddir
59. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
61. İş materiallarından göründüyü kimi, ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.
62. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun'qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
63. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 m art 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
64. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-42/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
66. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
67. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.